Məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər valideynlərin narazılığına səbəb olub
Gundeminfo.az xəbər verir ki, söhbət Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli məktəbdən gedir.
Yayılan xəbərləri eşidən valideynlər təhsil ocağına gələrək etiraz ediblər.
Valideynlərin sözlərinə görə, məktəb, lisey kimi fəaliyyət göstərəcək.Təhsil müəssisində yalnız 10-11 siniflər təhsil alacaq. Kiçik siniflərin şagirləri isə müxtəlif məktəblərə köçürüləcək. Bu isə onları qane etmir.
Yayılan iddialarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.