Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra polis şöbəsinin inzibati binasında davam edən tədbirdə ilk öncə Ümummilli Liderin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar, o cümlədən ölkəmizdə sabitliyin bərqərar olunmasında, xalqımızın təhlükəsiz şəraitdə yaşamasında Ulu Öndərin müstəsna xidmətləri barədə ətraflı məlumat veriblər. Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Şamaxı şəhəri ərazisində iqlim şəraitinə uyğun 150 şam ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.