"Qazprom" Çinə rekord həcmdə qaz tədarük edibYaradılıb 18.12.2023 08:35 | Baxış sayı: 183 Dekabrın 16-da Rusiyanın “Qazprom” enerji konserni “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib."Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.Məlumata görə, tədarükün gündəlik həcmi Çinin CNPC şirkəti ilə razılaşdırılmış müqavilə öhdəliklərini üstələyib."Qazprom" Çin tərəfinin tələbini tam yerinə yetirib və bununla da ÇXR-ə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atılıb.Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. İxrac 2019-cu ilin dekabrında başlayıb.Həcmləri artırmaq qərarı Çin istehlakçılarının artan tələbini ödəmək üçün qəbul edilib. Facebook-da paylaş