UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib. "Report"un məlumatına görə, günün ilk oyunu Azərbaycan millisinin yer aldığı C Divizionunun 3-cü qrupunda keçirilib.
Evdə Belarusla qarşılaşan Qazaxıstan yığması rəqibini 2:1 hesabı ilə məğlub edib.
Hesabı 29-cu dəqiqədə meydan sahiblərindən Mixail Qabışev açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar Pavel Savitskinin qolu ilə tarazlığı bərpa edib. Son nöqtəni isə 79-cu dəqiqədə Baxtiyor Zaynutdinov qoyub.
"Neftçi"nin belaruslu hücumçusu Yeqor Boqomolski bu qarşılaşmada 61 dəqiqə meydanda olub.
Bu qələbədən sonra xallarını 13-ə çatdıran Qazaxıstan millisi sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib. Bu isə o deməkdir ki, Azərbaycan qrup liderliyini şansını itirib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
22 sentyabr Ətraflı
C Liqası
3-cü qrup
18:00. Qazaxıstan - Belarus - 2:1
Qollar: Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 - Pavel Savitski, 45+3
Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)