İspaniya La Liqasında 3-cü turun "Las Palmas" və "Real Madrid" komandaları arasındakı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Las Palmasdakı "Qran Kanariya" stadionunda keçirilib. Görüşün baş hakimi Xorxe Bueno Mateo olub. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:30-da səslənib. Yekun nəticə 1:1-dir.
5-ci dəqiqədə "Las Palmas"ın yarımmüdafiəçisi Alberto Moleyro Oliver Makbarninin ötürməsi ilə hesabı açıb. 69-cu dəqiqədə isə "Real Madrid"in hücumçusu Vinisius Junior fərqlənib.
Üç turdan sonra "Real Madrid" beş xal toplayıb və İspaniya La Liqasının turnir cədvəlində birinci yerdə olan "Barselona"dan dörd xal geri qalaraq dördüncü pillədə qərarlaşıb. "Las Palmas"ın iki xalı var və 15-ci yerdədir.