DogruXeber.az: - Yola saldığımız sonuncu iş həftəsinin gündəmində Elm və Təhsil Nazirliyindəki imtahanlar, islahatlar və nazir Emin Əmrullayevin bəzi çıxışları özünəməxsus yer alırdı.
Sertifikasiya imtahanında çox zəif nəticə göstərən minlərlə müəllimdən danışan nazir, "Müəllimlər var ki, "şaftalı " sözünün düzgün yazılışını bilmir" ifadəsi ilə sosial şəbəkələrdə hələ də müzakirə mövzusudur.
Nazirin uzun müddətdir təhsil müəssisələrində çalışan bəzi müəllimlər haqqında bu cür ifadələr işlətdiyi halda maraqlı sual yaranır - bəs o müəllimləri işə kim götürüb?
Artıq, bir neçə ildir ki, müəllimlər işə alınarkən də, həmçinin müəyyən vaxtlarda mütəmadi imtahanlarda iştirak edirlər. Hətta, müəllimlərin çoxu bu barədə narazılıqlarını belə ifadə edirlər ki, "Fikrimiz qalır, öz imtahanımızda, işimizi itirmək qorxusu ilə vaxtımızı yalnız oxumağa və bütün diqqətimizi bizi gözləyən imtahanlara yönləndiririk və istər-istəməz şagirdlərə lazımi diqqəti ayıra bilmirik".
Əslində, müəllimlərin narazılıqları haqsız deyil.
İmtahan demişkən, təhsil sahəsində Emin Əmrullayev "krallığı"nın daha bir narazılıq doğuran qaydalarından biri də elə çoxsaylı imtahanların olmasıdır. Orta məktəbə hazırlıq, birinci sinfə qəbul imtahanı, rüblüklər, 9 illik imtahanı, attestat imtahanı, ali məktəblərə qəbul imtahanları, qəbul olduqdan sonra qəbul olduğu ali təhsil müəssisəsində bilik səviyyəsini yoxlama İmtahanı və sair...
Müəllimlər və direktorlar, yaxud direktor olmaq istəyənlər üçün də prosedurlar fərqli deyil.
Amma, Qeyd edək ki, bütün imtahanların öhtəsindən böyük bacarıqla gələn, hətta elmi dərəcəsi olan bəzi müəllimlər də var ki, hələ də direktor olmaq istəyinə nail olmaq üçün nazirliyin hansısa naməlum səbəbdən onları gözlətdiyini deyirlər.
Bundan əlavə, Emin Əmrullayev mətbuata açıqlamasında "Məktəb paltarının nazirliyə aidiyyatı yoxdur" ifadəsini də işlətmişdir. Lakin, bir neçə valideyinlər tərəfindən "DogruXeber.az"a bildirdiyinə görə Bakıda bir neçə təhsil müəssisələrində direktor tərəfindən valideynlərə yalnız Bakı Tikiş fabrikinin istehsalı olan məktəbli formaları almaq tapşırığı verilib. Üstəlik, həmin formaların satıldığı ünvanlar da valideynlərin diqqətinə çatdırılıb.
Sual yaranır, əgər formanın təhsil nazirliyinə aidiyyatı yoxdursa, təhsil nazirliyinə tabe olan müəssisə rəhbəri - məktəb direktoru hansı ixtiyarla valideynlərə bu cür tapşırıqlar verir?
Növbəti materialda həmin məktəblərin nömrəsi və direktorların adlarını da qeyd edəcəyik. Hələlik isə bəzi dəqiqləşdirmələr üçün araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az DogruXeber.az: - Yola saldığımız sonuncu iş həftəsinin gündəmində Elm və Təhsil Nazirliyindəki imtahanlar, islahatlar və nazir Emin Əmrullayevin bəzi çıxışları özünəməxsus yer alırdı.