Aprelin 11-də Ermənistan-Azərbaycan şərti sərhəddində təxribatın törədilməsi və bu təxribat zamanı 3 əsgərimizin şəhid olması hamımızı sarsıtdı. Belə təxribatlar nə ilkdir nə son olacaq... DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə bu münaqişələr Qarabağada, Azərbaycanın əzəli torpaqlarında olan xarici qüvvələr, beynəlxalq təşkilatlar ermənilərdən alət kimi istifadə edir.
“Vardanyan Xankəndinə gedəndə orada “Dağlarımız və biz” adlı agentlik yaradıldı. Həmin agentliyin vasitəsilə ianələr toplamağa başladılar. Bu ianələr Amerika, Qərb bankları ilə yanaşı Rusiya bankı vasitəsilə toplanırdı. Bu ianələrlə Xankəndində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri arasında hərbi idman növləri üzrə yarışlar təşkil edilirdi. Orta məktəblərdə uşaqlara silahdan istifadə etmək öyrədilir, uşaqlar terrorçu kimi yetişdirilirdi. Bu prosesə Rusiya və Qərb bankları yardım edirdi”,- deyən politoloq qeyd edib ki, həmin bankların Azərbaycanda fəaliyyəti üçün lisenziyanı Azərbaycan Milli Bankı verməlidir. Qeyd edilən ərazilər beynəlxalq səviyyədə və Ermənistan tərəfindən tsədiq edilmiş tarixi Azərbaycan əraziləridir. Azərbaycan torpaqlarında bank fəaliyyəti varsa, mütləq şəkildə Azərbaycan Milli Bankından lisenziya alınmalıdır.
Bu qeyri-qanuni fəaliyyətlə yanaşı, həmin bankların bizim ərazilərimizdə terrorçu yetişdirilməsinə maliyyə yardımı ayırırlar. Səbəb isə, həmin ərazilərdə yaşayan ermənilərdən alət kimi istifadə etməkdir. Bu, böyük bir faciədir. Bir tərəfdə sözdə müharibələrin dayandırılmasını təbliğ edənlər digər tərəfdən uşaqlardan terrorçu yaratmaqla məşğuldurlar.
“Biz Vətən müharibəsində də uşaqların müharibəyə cəlb edilməsinin şahidi olduq. Onlar məcburi şəkildə açıq döyüş şəraitinə cəlb edilmişdilər. Bunu beynəlxalq təşkilatlar, xarici dövlətlər göürürdü və bilirdi. Və bu bu gün də davam edir. Terorçu yetişdirən bir ölkəyə münasibət bildirilmir və təzyiq göstərilmir. Ermənistan özü qərar verə biləcək bir ölkə deyil.
Paşinyan bu günlərdə bir açıqlama verib. O, qeyd edib ki, “biz çox səhv edirik ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığımızı ictimaiyyətə açıqlaya bilmirik. Biz bu tarixi tanıyırıq”. Təəssüf olsun ki, bu da gec edilən bir etirafdır. Bu etirafı vaxtında etmək, vaxtında addım atmaq lazım idi”-deyə politoloq vurğulayıb.
Ramiz Alıyevin fikrincə, ermənilər təxribat həyata keçirdikdən sonra yaranacaq vəziyyəti müşahidə edir. Vəziyyət dəyişmədiyi halda, anlamsız açıqlamalar verməyə başlayırlar.
Politolqun hesab edir ki, Ermənstan rəhbərliyinin sözünə etibar yoxdur. Buna görə də, ermənilər özləri xarici qüvvələrə qarşı çıxmalı, onların boş vədlərinə inanmamalıdırlar.