“Rusiya yeni səfərbərliyə hazırlaşır”
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko gələn ilin yanvar ayında Rusiyanın 500-700 min ehtiyat hərbi qüvvəsini əhatə edəcək ikinci səfərbərliyi elan etməyə hazırlaşdığını bəyan edib.

Qeraşenko “Tvitter” hesabındakı açıqlamasında yazıb: “Rusiya yanvar ayında ikinci dəfə səfərbərlik elan eləməyə hazırlaşır. Plana görə, 500-700 min nəfər arasında ehtiyat qüvvəni əhatə edən səfərbərlik qərarı layihəsi hazırlanır. Bundan əvvəlki 300 min nəfər öldürülüb, yaralanıb, yaxud da ruhdan düşüb”.

Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında 300 min nəfəri əhatə edən səfərbərlik qərarını elan eləmişdi.
 
 
 

Dünyapress TV

Xəbər lenti