Beyruta zərbələr endirildiYaradılıb 17.11.2024 10:32 | Baxış sayı: 185İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın Beyrut şəhərinin cənub ətrafına zərbələr endirib.Bu barədə “RİA Novosti” məlumat yayıb.Qeyd olunur ki, İsrail təyyarələri Haret Hreik bölgəsində çoxmərtəbəli yaşayış binalarına zərbələr endirib.Məlumata görə, bu, şənbə günü səhərdən bəri İsrailin Livan paytaxtının cənub ətrafına endirdiyi üçüncü zərbədir. Facebook-da paylaş