Baxmutda gedən döyüşlərdə təxminən 10 min keçmiş rusiyalı məhbus həlak olub.
APA "Detusche Welle"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Vaqner" muzdlu döyüşçülər qrupunun rəhbəri Yevgeni Priqojin bildirib.
"Mən 50 min məhbus götürdüm, onların təxminən 20 faizi həlak oldu", - Priqojin deyib.
O, əhali arasından topladığı təxminən eyni sayda döyüşçüsünün həlak olduğunu da əlavə edib.
Bildirilir ki, Vaqnerin Baxmutdakı itkiləri SSRİ-nin 1979-1989-cu illərdə Əfqanıstanda 15 min olduğu təxmin edilən itkilərindən daha çoxdur. Priqojin müsahibəsində Rusiya qüvvələrini müharibə dövründə mülki şəxsləri öldürməkdə də ittiham edib.