Cənubi Koreya Kiyevə öldürücü silahlar verə bilər, əgər...
G7 sammiti çərçivəsində Xirosimada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşən Koreya Respublikasının Prezidenti Yun Sok Yeol Kiyevə “diplomatik, iqtisadi və humanitar yardım göstərəcəyini vəd edib”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS verib.

Öz növbəsində, Zelenski Koreya Respublikası ilə əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini qeyd edib və qeyri-öldürücü maddələrin əlavə tədarükünə ümid etdiyini bildirib.

Yun Sok Yeol minatəmizləmə avadanlıqları və təcili yardım maşınları da daxil olmaqla, lazımi əşyaların ən qısa zamanda təhvil verilməsi üçün səy göstərəcəyini vəd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya Seula səfər edib və Cənubi Koreya liderindən belə avadanlıq istəyib. O, həmçinin hava hücumundan müdafiə sistemləri ilə də maraqlanırdı.

Xatırladaq ki, bir müddət əvvəl prezident Yun Sok Yeol Ukraynada ölkənin mülki əhalisi üçün ciddi təhlükə yaranarsa, bu halda Cənubi Koreyanın Kiyevə öldürücü silahlar verməyə başlaya biləcəyini gizlətməmişdi.
 

Dünyapress TV

Xəbər lenti