Dövlətə borcu olan şirkətlər necə tender qalibi elan edilir? -
"Azərsu” ASC nasos və nasos aqreqatlarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Art-Proje” MMC olub. "Azərsu” ASC ilə şirkət arasında maliyyə dəyəri 2 351 145.37 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Art-Proje” MMC 18 may 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 370 010 AZN şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur.

"Art-Proje” MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin veb-səhifəsi və əlaqə telefonlarına da rats gəlinmir.

Araşdırmalarımız zamanı bəlli olub ki, "Art-Proje” MMC əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olur və bu proses qanun pozuntuları müşahidə olunur. Məsələn, ötən il ASC ilə şirkət arasında maliyyə dəyəri 208 674 AZN olan satınalma müqaviləsi imzalanıb. Həmin vaxt "Art-Porje” MMC-nin nə az, nə çox - düz 655 774.08 AZN vergi borcu olub. "Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Lakin nədənsə qanun "Art-Proje” MMC üçün keçərli olmayıb. Bu da "Art-Proje” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır.

Şirkətin qanuni təmsilçisi Əkram Əliyevə gəlincə, yerli medianın yazdığına görə o, həm də "Hidro-M” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-də yerləşir. 26 fevral 2019-cu ildə "Hidro-M” MMC-nin reyestr sənədlərində dəyişiklik edilib. Hazırda şirkətin qanuni təmsilçisi Xələfov Valeh İsa oğludur.

"Hidro-M” MMC də əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olub.

Əkram Əliyev uzun müddət tender əməliyyatlarında iştirak edən bu iki şirkətə rəhbərlik etməsi onun "proxy” şəxs olması ehtimalını artırır. Yəni, mümkündür ki, bu şirkətlərin sahibi tamamilə başqa şəxsdir.

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti