Masallıda Nadirovlar at oynadır.Onların özbaşlnalığı,qoçuluqları,cinayətləri hər dəfə göz görə görə hüquq mühafizə yerli orqanı tərəfindən ört basdır olunur.
İki gün öncə Nadirovlar tərəfindən girov götrüldüyü,onlara sələmlə xeyli borcu olan Masallı rayon Vərəm dispanserinin baş həkiminin Nadirov qardaşlarının hədə qorxusundan intahara cəhd etdiyi,ağır vəziyyətdə olduğu üçün Bakıya çatırması xəbərini,rəsmi xidmət orqanlarıda təsdiq elədi.Bu gün isə həkim hansısa gücün təsiri ilə özünə güclə həkimi diridib otuzdurdular,olanların yalan informasiya olduğunu belə deməyə məcub elədilər.Dövlətin rəsmi orqanlarının verdiyi informasiyanın yalan olduğunu,bir sözlə dövləti belə yalançı çıxardaraq,az qaldı ki,Nadirovlardan üzr istəsin.Gördüklərimdən şokdayam.Məhşur filmdə deyilən söz olmasın,"Kənd deyil,xalis operrtadır"Nadirovlardaki fərasətə baxda!"
İllərdir Nadirovların sayəsində Masallıda dəyişməyən bir qayda var,xalq zülmdədir,hər vəzifəyə gələnidə Bu sələmçi qardaşlar ,xüsusi məharət və haram pulların gücü ilə öz dəstəsinə qoşurlar,beləliklə Masallı camaatının ümidləri puç olur.Vallah İllərdir Masallının biçarə sakinləri Qarabağın separatçı ermənilər olan bölgələri ilə sərhəddə yaşayan sakinlərimiz kimi, həmişə narahatdırlar. Çünki bilmirlər ki, ermənilər kimi, Nadirovlar atəskəsi hansı istiqamətdən pozacaq? Nadirovların törətdikləri qanunsuzluqlar, yol verdiyi özbaşınalıqlar, hətta bəzi kriminal hadisələrdə adlarının hallanması yerli sakinləri qorxulu röyasına və bir kabusa cevrilib. Bu kabus sakinləri əməlli-başlı qorxu altında saxlayır.
Yazımın əvvəlində Nadirovların cinayət xarakterli "qoçuluğu haqqında tez tez mətbuatda rast gəlindiyi,sonda heçnə olmamış kimi göründüklərini qeyd etmişdim.Son olanlarıda dedim.Digərini xatırladım ,bu ilin iyun ayında sosial şəbəkələrdə,mətbuatda Masallı şəhər sakini Əhədov Emin Əhəd oğlunun may ayının 29 - da qonşuları Spartak və Azər Nadirovlar tərəfindən amansızcasına döyülüb ağır bədən xəsarətləri alması barədə məlumatlar yayıldı. Bu hadisə ilə bağlı araşdırmalar özüm yenidən aparmağa başladım. Çünki həmin ərəfələrdə səhhətimdəki ,problemlərə görə xəstəxanada müalicə alırdım. Bu Baş həkim tragikomediyasından sonra Nadirovların sil silə dedektiv janrlı əsərə bənzəyən cinayətlərini araşdırmalı oldum.
Yerli sakinlər yaxşı tanıyır,ictimatyyətədə Nadirovların kimliyi barəsində qısa arayış verim.
Masallıda meydan sulayan, "qoçu"ların ataları "Hacı" Abı, həccə gedib məcbur adının qarşısına "Hacı "əlavə etsədə,Masallı sakinləri onu xüsusi ayaması ilə tanıyıb,təbii ki,Nadirov qoçuların işədə salsa ,məhkəməyədə versə fakt odur ki, gündə onu hər kəs "Eşşək Abı" kimi tanyib. Masallıdan olan hər kəsdə yaxşı bilir ki, Nadirov ötən əsrin 90- cı illərindəki qarmaqarışıqdan istifadə edib İrandan gətirilən xırdavatın və narkotik vasitələrin alqı- satqısıyla varlanıb və Həcc ziyarətinə getdikdən sonra Masallıda imkanlı iş adamı kimi tanınmağa başlayıb. Lakin el arasında ona deyilən ayaması bu gün də qüvvəsindən düşmür.
Qeyd etdiyim ayama ilə tanınan Abı ötən əsrin 90 -cı illərində uzun müddət pul alveri ilə məşğul olaraq daha sonralar müəyyən çevrələrdə "dollar Abı" ləqəbi ilə tanınıb. Masallıda" Xan çinar" şadlıq sarayının və digər ticarət obyektlərinin sahibidir.
İndi keçək onun "qoçularına"
Spartak 2000- ci illərin ortalarında müğənni Xatirə İslamla bağlı macəralarına görə gündəmə gəlib. Külli miqdarda borca düşüb. Deyilənə görə "Hacı" Abı onun borclarını qaytarmağın vahiməsindən hətta şəkər xəstəliyi tapıb. Spartak bu gün ətrafına bəzi qoluzorluları yığaraq Masallıda münaqişəli tərəflər arasında mübahisəli məsələlərin haqq- hesabını (razborka) aparır, sələm tələb edir, qanuna sığmayan digər əməllərlə məşğul olur.
Amma rayonun hüquq mühafizə orqanları,icra hakimiyyəti olanları elə rahat ört basdırır edir,sanki Masallıya Nadirovlara xüsusi xidmət üçün bunları təyin ediblər.
Öyrəndiyimə görə "Hacı" Abının və törəmələrinin azğınlıq etmələrinin əsas səbəbi Masallı rayon İHB- nın sabiq 1- ci müavini "Hacı"Nadir Abıyevlə qohumluq əla4qələridir. Belə ki, hər iki hacı qudadırlar. Spartak məhz həmin qohumluğa görə dəfələrlə cinayət məsuliyyətindən yayına rayonda müxtəlif vaxtlarda rəis təyin olunlar tərəfindən məsuliyyətdən yayına bilib.
Onuda qeyd edim ki,
Spartak və qardaşı Azər tərəfindən vəhşicəsinə döyülən Emin Əhədov ruhi xəstədir. Xəstəliyinə görə pensiya alır. Tanıyanlar deyir ki, sakit həyat tərzi sürən bir insandır. Kimsə ilə münaqişəsi olmur. Onun atası Əhəd Əhədov "Hacı" Abı ilə əmiuşağıdır. Bir şəcərəyə mənsubdurlar.
Ailəyə yaxın onların tarıxinin və bu ailədə,nəsildə baş verənlərə canlı şahid olan biri bildirdi ki,
Əhəd Əhədov vaxtilə "Hacı" Abıya kömək edib, ona dəstək olub. Onların arasındakı mübahisənin əsas səbəbi Əhəd Əhədovun babasından miras qalmış evin bir vaxtlar Masallı rayon İH- nin sabiq Başçısı "Hacı" Abının kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqova 70 min ABŞ dollarına qanunsuz olaraq satılması olmuşdur. Alqı -satqı prosesində Masallı rayon İHB- nın yaxın günlərdə işdın azad olunan 1- ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin memarlıq və tikinti şöbəsinin müdiri Abas Mikayılov yaxından iştirak etmişlər. Yəni onların da hesabı ödənilib. Məhz bundan sonra Əhəd Əhədov ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və digər dövlət rəsmilərinə şikayət etmişdir. Masallıya yaxın günlərə qədər başçılıq edən İHB -sı Şahin Məmmədov isə Məmmədhüseyn Hüseynovun canfəşanlıq etməsi nəticəsində Masallı şəhərinin sabiq ərazi nümayəndəsi Kamal Mazanovu vəzifəsindən azad edib Prezident Adminstrasiyasına "günahkarın" cəzalanması barədə arayış göndərmişdir. Spartak və Azər Nadirovlar barəsində əsaslı hüquqi tədbirlər həyata keçirtmirlər. Kimsə başqasına bir sillə vurduqda Masallı rayon Polis şöbəsinin rəhbərliyi dərhal ölçü götürür və adamın sanki anadan əmdiyini burunlarından gətirirlər. Necə olur ki, adamı döyərək yarımcan vəziyyətə salmış qardaşlar barəsində susurlar? Masallı polisinin rəisi Azay Ağayevi susduran səbəb nədir?! O vaxt Emin Əhədovun döyülməsiylə bağlı rayon polis şöbəsində açılmış təhqiqatın deyilənə görə aparılmasına İH- nin sabiq Başçısı Şahin Məmmədov və onun 1- ci müavini Məmmədhüseyn Hüseynov təzyiq göstərirmış.
Bu gün nə nə sabiq başçı,nədə Məmməd hüseyn var?Növbəti cinayəti ört basdır etmək üçün işlərin arxasında kim durur?
Masallıda el dili ilə desək"at ölüb,itlərin bayramıdır"
Zorakılıq isə hədd -hüdud tanımır və Spartak kimi qoçular hələdə rayonda bütün güc strukturlarına "rəhbərlik "edərək dövəltimizə,xalqa məxsus olan bir rayonu şəxsi əmlakına çevirərək,rayonun söz sahibinə çevrilirlər.
Hamının ,ictimayyətdə belə gündəm olan cinayətlərinə rayon polis rəisi göz görə görə ört basdır edir.
Hər vəzifədə ,sahədə xalqına,vətəninə layiqincə xidmət edənlər,səlahiyyətindən istfadə edib kasıba bir balıq ovuna görə həbs edən,pul gücünə cinayətkar yanında olan polislər hər zaman olub.Amma bu cür hamının gözü qabağında ağır cinayətləri açıq aşkar göz yumaraq ,ört basdır edən bir polis ,həm Daxili işlər naziri Vilayət Eyvazovun və onun vicdanla xidmət edən polislərin işinə ləkə vurur.Cənab nazir,Masallını təcili olaraq nəzarətə götürməyinizi sakinlər xahiş edir,çünki onların təhlükəsizliyi təhlükə altındadır.
Hörmətli Masallıdan olan millət vəkilləri,bu özbaşınalığı,zorakılığa göz yummayın,cənab prezidentə bütün həqiqətləri- rayon sakinlərinin,halal insanların,haqqlarının tapdması haqda hüquqnuz və səlahiyyətinizlə bir başa çatdırın.Araşdırma davam edir.Ardı növbəti buraxlışımızda.
Bakupress Milli İnformasiya Agentliyinin rəhbəri
Şəfəq Ağacan
/xebernur.info/