"Rəis müavini bayrağımızı, medallarımı təhqir etdi" -
"Küçə söyüşləri ilə təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get, nə edirsən, et”.
TEREF.AZ xəbər verir ki bunu Bakupost.az -a Sabirabad rayonu, Kürkəndi kənd sakini, İkinci Qarabağ Müharibəsi qazisi Abış İsmayılov deyib.
22 yaşlı qazi mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Maliyə şöbəsinin rəis müavini Bayram Mikayılovun özbaşınalığından şikayətlənib.
Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib.

Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun ona qarşı qərəzli münasibətinin kökündə xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:
“10 aydır ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru Ənvər Lümanov təmənnasız işə götürüb. İş üçün müraciət etdiyim ilk gün mənə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılov isə xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi bir qəpiksiz işə düzəlmişəm. O gün-bu gün, kollektivin qarşısında mənə aşağılayıcı sözlər deyir. Bayrağımızı, medallarımı təhqir edir".
A. İsmayılov qeyd edib ki, Bayram Mikayılovun bu davranışlarından rayon rəhbərliyinin də xəbəri var, ancaq tədbir görülmür:
"Bununla bağlı icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Prezident Adminstrasiyasına və digər qurumlara da yazmışam. Məsələni qaydaya qoyacaqlarına söz versələr də, hələ ki heç bir nəticə yoxdur. Bununla əlaqədar TƏBİB rəhbəri Vüqar Qurbanovun da qəbulunda olmuşam. Mənə deyib ki, biz onu işdən çıxarsaq, sənə pis baxacaqlar. Necə olur Azərbaycan bayrağını təhqir edənə pis baxmırlar, mənə pis baxırlar? Niyə? Ramil Səfərov kimi oğullarımız bayrağımızı təhqir etdiyinə görə ermənin başını kəsib. Əgər bir insanın damarlarında azərbaycanlı qanı axırsa, bayrağımızı təhqir edən Bayram Mikayılovun əməlinə reaksiya verməlidir".
A. İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı zədə alması barədə arayış da verilib.
Qazi bildirib ki, Bayram Mikayılov şikayətlərindən əl çəkməsi üçün ona 20 min manat rüşvət təklif edib:
“Bayram Mikayılov şikayətlərdən əl çəkməyim üçün avtoritetləri mənim üstümə göndərdi. Gördü, belə alınmır, rüşvət kimi 20 min manat pul, maşın təklif etməyə başladı. Təbii ki, qəbul etmədim. Bayrağım müqəddəsdir, şanlıdır və onu heç nəyə satmaram. Biz o bayraq amalında vuruşub, minlərlə şəhid vermişik. Təbii ki, Bayram Mikayılov şəhid, döyüş yoldaşının yanında can verdiyini görməyib. Ona görə də o insan Vətən, bayraq nədir, anlamaz. Sosial Müdafiə Fondundan rüşvət üstündə işdən çıxarılan məmurun maliyə şöbəsinə təyin olunması da absurddur”.
Bakupost.az Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan iş fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən, rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.
Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.
Hətta əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB rəhbərliyi onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti