SHXÇDX-NIN RƏHBƏRLIYI NƏRIMANOV RAYON «VOENKOMAT»INI NIYƏ MÜDAFIƏ EDIR?
Görəsən SHXÇDX-nin müstəntiqi Minaxanım Rzayevanın şikayətini necə araşdıracaq? – VİDEO/FAKT

Hörmətli oxucular! Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, 27 oktyabr 2023-cü il tarixdə deryaz.az saytında Bakı şəhəri, Nərimanov rayonu, ev-36, mən-34 ünvanında yaşayan Rzayeva Minaxanım Balaca qızının üzüzə qaldıqları problemlə bağlı etdiyi video-müraciəti əsasında məqalə yayımladıq və geniş ictimaiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində yaşananlarla bağlı müəyyən qədər də məlumatlandırdıq. Yəni, yazıb qeyd etdik ki, Minaxanım Rzayevanın redaksiyamıza etdiyi video-müraciətdən oncə, bu xanımın nəvəsi Hüseyn Həsənzadə ilk əvvəl SHXÇDX-nin Nərimanov rayon idarəsi tərəfindən tibbi müayinədən keçirilir və ona həqiqi hərbi xidmətə yaralı olduğu bildirilir. Belə bir səbəbdən də, Hüseyn Həsənzadəyə 23 oktyabr 2023-cü il tarixdə hərbi xidmətə getmək haqda çağırış vərəqəsi verilir, hətta bu şəxsin mobil telefonuna “N” saylı hərbi hissəyə düşməsi haqda “SMS” də gəlir. Elə ki, Minaxanım Rzayeva nəvəsi ilə birlikdə 23 oktyabrda Nərimanov rayon idarəsində olur, o halda Hüseyn Həsənzadəni hərbi xidmətə deyil, təkrar müayinəyə göndərirlər. Müayinə zamanı həkimlər onun sol gözünə maye halında dərman tökürlər, az sonra isə Hüseyn Həsənzadənin gözündə problemin olduğunu qeyd edirlər. Bir sözlə, təkrar müayinədən sonra Minaxanım Rzayeva nəvəsinə 6 (altı) ay müddətinə möhlət vaxtı verirlər.

Elə ki, Nərimanov rayon idarəsində baş verən olayla bağlı 27 oktyabr 2023-cü il tarixdə deryaz.az saytında məqalə yayımlanır, o halda SHXÇDX-nin müstəntiqi Minaxanım Rzayevaya telefon zəngi edir və o, ondan baş idarəyə gəlməsini də xahiş edir. Bəli, 28 oktyabr 2023-cü il tarixdə Minaxanım Rzayeva baş idarədə olur və o, üzüzə qaldıqları problemlərlə bağlı yazılı izahatnı da yazıb verir. Az sonra ona problemin 10 (on) gün ərzində araşdırılacağını və ətraflı cavab veriləcəyini də bildirirlər. Bütün bunlar haqda redaksiyamıza növbəti dəfə video-müraciətini çatdıran Minaxanım Rzayeva qeyd edir ki,“Mən 28 oktyabrda baş idarədə oldum və orada məni çox hörmətlə-izzətlə qarşıladılar. Ümumi söz-söhbət zamanı mənə sual verib bildirdilər ki, “Demək sən SHXÇDX-nin rəisi cənab Mürsəl İbrahimovdan şikayət edirsən? Sən yaz ki, mən SHXÇDX-nin rəisindən şikayət etmirəm” deyə tapşırıq verildikdə, sanki çaşbaş qaldım. Belə bir sualın cavabında isə qeyd etdim ki, mən cənab Mürsəl İbrahimovdan şikayətçi deyiləm, sadəcə olaraq istəyirəm ki, o, Nərimanov rayon idarəsində baş verənlərin lazımi səviyyədə araşdırılması üçün müvafiq tapşırıqlarını versin. Ümidvaram ki, həyata keçiriləcək araşdırmalar ədalətli aparılacaq, bir sözlə ədalətsizlik olmayacaq” deməyi də unutmadı.

Bəli, biz də bir media qurumu olaraq Nərimanov rayon idarəsində baş verən olayların SHXÇDX-nin müstəntiqi tərəfindən necə araşdırılacağını, səhlənkarlığa, yaxud da qanunsuzluğa qol qoyan şəxslərin hansı formada cəzalandırılacaqlarını və s. diqqətdə saxlayıb, bu haqda da geniş ictimaiyyəti bir daha məlumatlandırmağa çalışacağıq. Faktdır ki, Minaxanım Rzayevanın və onun ailə üzvlərinin üzüzə qaldıqları problemlər, bugünkü gündə nə xalqımıza, nə də ki, dövlətimizə başucalığı gətirməyən hallardır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 

Bölmənin digər xəbərləri

02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"

Dünyapress TV

Xəbər lenti