Əzizovun rəhbərlik etdiyi Suraxanıda qanunsuz tikintilər və daha nələr… nələr…. – FOTO + VİDEO
Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)

Nə yazıq ki, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumlarında bu aforizmin tamamilə əksi yaşanır – qanunlar adətlərə arxalanmır, qanunsuzluqlar adət halını alıb. Bu isə qurum rəhbərlərinin məsuliyyətsizliyi və yalnız öz mənafelərinə, məqsədlərinə xidmət etmələrinin nəticəsidir və təəssüflər olsun ki, bu kimi halların aradan qaldırılması üçün müstəqil media nümayəndələrindən başqa kimsə cəhd göstərmir. Mediada da qanunsuzluqlar barəsində hər hansı bir məlumat yer alan kimi, həmin qurumun rəhbəri dərhal hərəkətə keçərək, problemi aradan qaldırmaq yerinə, gedən məlumatları mətbuatdan sildirməyə çalışırlar və çox zaman müxtəlif yollarla buna nail olurlar da.
Məsələn, biz bu barədə dəfələrlə “DogruXeber.az”informasiya portalında gedən məlumatlarda da bəhs etmişik ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müəyyən blogerlər var ki, ondan yazmasınlar deyə, mütəmadi olaraq onların “könlünü oxşayır”.
Elə bunun nəticəsidir ki, “Suraxanıda qanunsuz tikililər” yazıb axtarış verəndə çıxan yazıların əksəriyyəti bu cür başlıqlı məlumatlar çıxır – “Suraxanıda qanunsuz tikintinin qarşısı alındı”, “Suraxanıda qanunsuz tikili söküldü”…
Əgər, qanunsuz tikintilərin qarşısı həqiqətən alınırsa, o zaman sözügedən rayonun Hövsan qəsəbəsindəki saysız-hesabsız qanunsuz tikintiləri “kimin ayağına yazaq”?
Yeri gəlmişkən, aşağıda təqdim etdiyimiz linkə toxunun və həmin linkdə sizə təqdim etdiyimiz videonu diqqətlə izləyin!
Videonu izləmək üçün bu yazıya toxun !!!
Gördüyünüz bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə də qeyd olunur ki, Suraxanı rayonu, Çöllük massivi adlanan ərazidə, Oktay Şabanov küçəsində “şıdırğı iş gedir” – qanunsuz tikintilər aparılır.
Bircə deməyin ki, bu səlahiyyət artıq İcra Hakimiyyətlərindən alınıb, onsuzda inanacaq deyilik. Bir nəfər həyətində şəxsi dam tikən kimi o dəqiqə, qapısında “çörək növbəsi’nə dayandırmış kimi sıraya düzülürlər.
Hə,onu da qeyd edim ki, sosial mediada yer alan daha bir məlumatda isə sözügedən küçənin kanalizasiya xətlərinin olmaması və küçənin bərbad vəziyyətdə olmasından bəhs edilir.
1696827708_2.jpg
Bundan əlavə bir müddət əvvəl sosial şəbəkələrdə yer alan baxımsız qalan parklar, bərbad küçələr, şəhid analarının, qazilərin küçələri barəsindəki gileyləri, qəsdən qurudulmuş və yeri satılmış ağaclar və kimi məlumatlar da “Baku Mall”un ortaq sahibi, həmçinin Bakının Yasamal rayonundakı yaşayış binaları, biznes və ticarət obyektləri ilə özünə “səltənət yaratmış” Əziz Əzizovun adı ilə bağlıdır.
Əzizovun “biznes sevdası” indi də Suaraxanıda davam edir – VİDEO
“Özümə yer edərəm, görün sizə nələr edərəm” – Blogerlərin “başına sığal çəkən” Əzizovun gələcək planları
Biz ötən saylarımızda da qeyd etdiyimiz kimi Əzizovun rəhbərlik etdiyi Suraxanı rayonunda – Xüsusilə Hövsan qəsəbəsindəki qanunsuz tikililər, bərbad vəziyyətdə olan küçələr, Dəniz kənarındakı diqqətçəkən “çörəkli yerlər” və sair məlumatları fotoşəkilləri ilə təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
/qaynarxett.az/
 
 
 

Bu günlərdə Göyçay rayonunda "COLD KORONA" MMC adı altında təmir tikinti işləri ilə məşqul olan dələduzun toruna düşən sakinlər və həmçinin tikinti materialları satışını həyata keçirən bir çox sahibkarlar çıxılmaz vəziyyətdə qaldıqları barədə hefteaz.com-a video material təqdim ediblər. Apardığımız araşdırmalardan məlum olur ki, bu MMC rəhbərinin ucbatından yerli sakinlərə 150 min manata yaxın ziyan dəyib.

01.08.2023 ci il tarixdə Göyçay Şəhəri Nizami küçəsində ofis icarəyə götürərək fəaliyyətə başlayan COLD KORONA TƏMİR TİKİNTİ MMC sahibi Fərəcov Yalçın Elman oğlu xeyli sayda rayon sakinlərinin evini təmir edəcəyi adı altında külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyərək, özü ilə gətirdiyi ustalarla birlikdə aradan çıxıb.
1696835554_1.jpg
foto – Yalçın Cəfərov
Maraqlı hal odur ki, Yalçın Fərəcov ofisə işə götürdüyü işçilərin əməkhaqlarının 50%-ni ödəsə də qalan hissəsini ödəməmişdir.
Burada dələduzluq halları baş verdiyindən hesa edirik ki, aidiyyatı qurumlar məsələyə münasibət bildirəcək, lazım olan tədbirləri görəcəklər.
Mövzu diqqətimizdədir.

 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti