Bu milyardlar  dövlətə  qaytarılmalıdır.... Ötən yazılarımızın birində  23 ildən çox   mühüm vəzifələrdə işləmiş ( 1995-2000-ci illərdə  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, 2001-ci ildən  2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,  2018-ci ildən  Azərbaycan Respublikası Baş nazirinin müavini  və  hazırda təqaüdçüdür )  Hacıbala Abutalıbovun “qara kassir”i  olan şəxsdən bəhs etmişdik.

Təsəvvür edirsiniz  23 ildən artıq mühüm vəzifələrdə  işləmiş vəzifəli şəxsin “dəftər-kitab”ına nəzarət edən, qara kassiri olan şəxsin özünün  nə boyda varidatı var. “Qara kassir”in, “qara mühasibat”lığın  nə olduğunu  bilənlər  başa düşür ki, söhbət  nədən gedir. Qara kassirə keçməzdən öncə Hacıbala Abutalıbovun 23 illik fəaliyyətinə, qazandığı milyardlara  nəzər  salaq ki, “qara kassir”in  əkişdirdiklərini  hesablaya bilək. 
Deməli, Hacıbala Abutalıbov  23 ildə  milyardlara sahib olub. Təkcə onu qeyd edək ki, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və  sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu TUTMAĞA çalışırlar. Biz  Hacıbala Abutalıbovun yüz milyonluq mülklərinin bir hissəsini  qeyd edirik.  
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli  küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri... 
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. İndi isə  keçək “qara mühasib”ə... İlk öncə məlumat  üçün onu qeyd edək ki, söhbət Bakı ŞİH-nin Maliyyə İdarəsindən getmir.... Söhbət Hacıbala Abutalıbovun  şəxsi  “buxqalter”indən, “qlavbux”undan, loru dildə desək  “xəzinədar”ı  Bəhruzdan gedir. Bu adamın 23 ildə oğurladığı  dövlət vəsaiti 100 milyonlar  səviyyəsindədir. Görəsən, bu günədək  nə üçün hüquq-mühafizə orqanları Bəhruz Mehdiyevi sorğu-sual  etməyiblər, nə üçün soruşmayıblar ki, dövlətdən 600-800 manat maaş alan kəsdə bu qədər sərvət haradandır..? 
Təsəvvür edirsiniz, Bakıda tikilən hər yeni binada Bəhruza  məxsus mənzillər var. Əgər hüquq-mühafizə orqanlarına maraqlı olarsa, biz bir media olaraq Bəhruz  Mehdiyevin yüz milyonluq mülklərinin, obyektlərinin dəqiq  siyahısını təqdim edə bilərik. Yeri gəlmişkən, Bəhruz Mehdiyevə dəstək verənlərdən biri də Səbael rayon prokuroru, mərhum Məhəmməd Əsədovun oğlu  Natiq Əsədovdur. Özünü  Əhməd Əhmədzadənin kürəkəni kimi, başqa vəzifəli məmurların yaxını kimi  təqdim edən  Natiq Əsədova deyirəm ki, sənin mərhum atanı ayaqqabısından tanıyan və dəfnində yaxından iştirak edən mən olmuşam.  Amma atalar demişkən, “oddan kül...” məsəlidir.
Bu gün sən Bəhruz kimiləri müdafiə edirsən. Çox heyflər olsun ki, o kişinin ocağında  sənin kimi birisi var. Elə bilirsən etdiklərin cavabsız qalacaq, Əsədov..? 
Bəli o Əsədov ki, Zəngilan məclislərindən çox vaxt qovulur, heç kim onu bir Zəngilanlı kimi tanımır. Amma uzun müddətdir ki, özünün çoxlu biznes obyektləri olan Səbail kimi rayonda prokurorluq edir. Axı prokuror kimi bir rayonda uzun müddət qalmağın bir adı var. Rüşvətin, korrupsiyanın kökünü kəsə bilməmək. Yuxarılara verilən hesabatlar heçdə olduğu kimi deyildir. Amma Səbail rayon prokuroru Əsədov uzun illərdir ki, Səbaildə prokuror vəzifəsində çalışır. 
Bu mövzu ilə bağlı geniş araşdırmamız növbəti yazımızda olacaq. O ki, qaldı Bəhruz Mehdiyevə, Bəhruz Mehdiyevin ayda 600-800 manat arası aldığı məvaciblə 100 milyonlara necə sahib olması haqqında yazılarımızı oxuyacaqsınız.

P.S. Qumar oyunları, eyş-işrət məclisləri barədə Gürcüstandan reportaj olacaq. Bizi izləyin.