Ardını oxu...
ABŞ 2002-ci ildən 2020-ci ilə qədər Azərbaycana 808 milyon dollarlıq hərbi yardım edib. Son illərdə isə bu yardımın illik məbləği 100 milyon dolları keçib. Təbii ki, bu, erməniləri son dərəcə narahat edir. Bütün imkanlarını səfərbər ediblər ki, ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardım dayandırılsın. Hələ onu da istəyirlər ki, Azərbaycana verilən 100 milyonluq yardım Ermənistana ünvanlansın...
Ancaq dünyada gedən proseslər Azərbaycanın dəyərini ABŞ-ın nəzərində daha da artırır. Belə ki, İsrail-HƏMAS müharibəsinin arxasında İran dayanıb. İsrail ilə isə Azərbaycanın mükəmməl münasibətləri var. Rusiya-Ukrayna müharibəsi də davam edir. Qərbin əsas düşməni Rusiya və İrandır. Çini də ora əlavə etmək olar...
İran və Rusiya ilə qonşu olan Azərbaycandır. Və hər iki ölkəyə də Azərbaycanın münasibəti mənfidir. Xüsusən İrana qarşı. Ermənistan isə İranın ən yaxın müttəfiqidir. O da sirr deyil ki, Amerika hər iki ölkəyə qarşı Azərbaycandan istifadə etməkdə maraqlıdır. Ona görə də ABŞ Azərbaycana hərbi yardımını kəsməyəcək. Ermənilər nə qədər hay-küy salsalar da onların bu arzusu gözündə qalacaq...
Erməni lobbisinə nökərçilik edən konqresmenlərə, senatorlara fikir verməyin. Azərbaycanın Amerikadakı əsas müttəfiqi Pentaqondur. Pentaqon isə praqmatik yanaşması ilə fərqlənir. Ona görə də Pentaqon Azərbaycanı yaman gündə olan Ermənistana qurban verməz. Vermək istəyənlərə də belə bir imkan tanımaz...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Politoloq: “Əgər sərhədlərin delimitasiyası 1975-ci ilin xəritələrinə əsasən aparılacaqsa, bu tarixdən sonra Ermənistana verilmiş ərazilər qaytarılmalıdır”

Erməni mediasında Azərbaycanla Ermənistan arasında sülh sazişində sərhədlərin delimitasiya və demarkasiyasının SSRİ Baş Qərargahının 1975-ci il xəritələri əsasında həyata keçiriləcəyi iddia edilir. Bu iddialar yeni deyil. İkinci Qarabağ müharibəsindən sonra sülh sazişi ilə bağlı erməni və elə Azərbaycan cəmiyyətində də aparılan müzakirələrdə 1975-ci il xəritələrinə toxunulub. Rəsmi Bakı və İrəvan sərhədlərin delimitasiya və demarkasiyasının hansı ilə aid xəritələr əsasında aparılacağını açıqlamayıb. Amma Moskvadan verilən bir neçə açıqlamada 1975-ci ilin xəritələrinə eyham vurulub.

Bəzi ekspertlər bildirirlər ki, 1975-ci ilin xəritələsi əsas götürülərsə, o zaman 1980-ci illərdə Ermənistana SSRİ-nin tələbi ilə “pay” verilən Qazaxın Kəmərli kəndinin əraziləri də qaytarılmalıdır.

Qeyd edək ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar torpaq sahəsinə iddia irəli sürüb. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliyi və Azərbaycan hökumətinə dəfələrlə müraciət etsə də, bir nəticə olmayıb. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr verməyib. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadənin, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanovun, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubovun və digər rəsmi şəxslərin Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlişi, kənd əhalisini hiddətləndirib. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Rasizadənin maşınını aşırıblar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilərək hüquqi qiymət verilməsi üçün xüsusi orqanlara göndərilib. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf edib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul edib və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiası təmin olunub. 1985-ci ilin fevral ayında Qazaxın 5 min hektar ərazisinin Ermənistana verilməsi reallaşıb.

Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilirlər. Beləliklə, Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olub. Azərbaycan ərazilərini işğaldan azad edib, Qarabağ münaqişəsinə son qoyandan, Ermənistanla sülh sazişinin imzalanması ehtimalı artdığından bu ərazilərin də Azərbaycana qaytarılması şansı yaranıb.

Məsələ ilə bağlı AYNA-ya danışan politoloq Zərdüşt Əlizadə deyib ki, indi hazırkı məsələ SSRİ zamanında Ermənistana otlaq sahəsi kimi verilən Qazaxın torpaqları yox, işğalda olan kəndlər məsələsidir.

Analitikin sözlərinə görə, birinci məsələ hələ də Ermənistanın işğalında qalan Azərbaycan ərazilərinin azad edilməsi məsələsidir ki, bu problem yoluna qoyulmalıdır: “Bu ərazilərin də güc tətbiqi ilə qaytarılması mümkündür. Lakin bütün variantlar gözdən keçirilməlidir. Ola bilsin ki, Ermənistanın işğalda saxladığı 8 kənd delimitasiya və demarkasiya üzrə razılıq əldə olunduqdan, bunu həyata keçirəcək komissiya fəaliyyətə başladıqdan sonra məsələ dinc yolla həllini tapsın. Komissiyanın vasitəsilə həmin kəndlərin boşaldılmasına başlanılsın. Azərbaycan tərəfi bu barədə bütün müzakirələrə açıq olduğunu dəfələrlə bəyan edib”.

“Rəsmi Bakı məsələnin həllində tələskənliyə yol vermədən iş aparır. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir. Düşünürəm ki, anklavlar, eksklavlar məsələsinin də həllinin zamanı gələcək. Məncə, sərt ritorikaya və gücdən istifadəyə ehtiyac yoxdur. Əsas amil Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlməsidir. Bundan sonra Qazaxın dediyiniz hektarlarla ərazisinin qaytarılmasına da baxılacaq”, - deyə Əlizadə vurğulayıb.

Analitik bildirib ki, əgər sərhədlərin delimitasiyası 1975-ci ilin xəritələrinə əsasən aparılacaqsa, əlbəttə, bu tarixdən sonra Ermənistana verilmiş ərazilər də qaytarılmalıdır: “Azərbaycan ərazilərindən imtina etməyəcək. Nə də ki, bu elə məsələ deyil ki, yaddan çıxsın. Sənədlər, sazişin bəndləri, demarkasiya, delimitasiya məsələləri çoxsaylı müzakirələr, dəqiqləşmələrlə razılaşdırılacaq”.

“O başqa məsələdir ki, delimitasiya prosesi nə qədər çəkəcək. Ola bilsin ki, ümumi razılaşma ilə sülh sazişi imzalanacaq, ondan sonra mübahisə doğuran ərazilərlə bağlı müzakirələr xeyli müddət davam edəcək”, - deyən politoloq bildirib: “Məsələn, Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur, münaqişə mövcud deyil. Amma iki ölkə arasında ərazilərin delimitasiyası tam başa çatmayıb. 30 ildən çoxdur ki, gürcülərin David Qareci, bizimkilərin Keşikçidağ monastrı dediyi ərazinin delimitasiyası həll olunmayıb. Demək istədiyim odur ki, həmin 5 min hektar ərazi ilə bağlı müzakirələr, məsələnin həlli də uzun müddət tələb edə bilər”.

“Amma yenə deyirəm, əsas məsələ Qazaxın 7, Naxçıvanın 1 kəndinin işğaldan azad olunmasıdır ki, birinci bu problemin həllinə çalışılacaq”, - Z.Əlizadə fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Ölkədə müxtəlif ranqlı bir çox vəzifəli şəxslərin tutduqları postun imkanlarından yararlanaraq şəxsi bizneslərini çiçəkləndirmələri artıq adi hala çevrilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq hakimi Şəmsəddin Abbasovun da nəzərdə tutulan vəzifəli şəxslər sırasında olduğuna dair davamlı məlumatlar yayılır.

Bir müddət öncə saytımızda yayımlanan materialda qeyd etmişdik ki, artıq yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Şəmsəddin Abbasov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində inhisarçı mövqeyə sahiblənib.
Ardını oxu...
Avtomobil mühərriklərinin təmiri işi kənardan kiçik biznes təəssüratı yaratsa da, əslində, çox gəlirli bir sahədir. Çünki Azərbaycanda hər il dövlət və özəl şirkətlər balanslarında olan avtomobillərin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər.

O baxımdan, bu biznesdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasovun vəzifə səlahiyyətindən sui-istifadə edərək bəzi dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq balanslarında olan avtomobillərin təmir işlərini bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC-yə verilməsini təşkil etdirdiyi iddia olunur.

Arif Fətiyevin adına yaradılan avtomobillərin təmir sexi hazırda Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində fəaliyyət göstərir. Qeyd olunan ünvanda yeni inşa edilən həmin sexin heç bir müvafiq tikinti sənədinin mövcud olmadığı da bu iddiaların mühim elementidir. Anlaşıldığı qədər, Şəmsəddin Abbasov səlahiyyət və imkanlarından yararlanaraq, həmin sexin sənədləşmə işləri aparılmadan tikilib fəaliyyətə başlamasına “şərait yaradıb”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Yenicag.az sabiq hakim Şəmsəddin Abbasovun bacısı oğlu Arif Fətiyevlə avtomobillərin təmir olunması üçün uyğun müqavilələr bağlayan şirkətlərdən bir neçəsinin adını əldə edib. Onlar “Körpü Bina Tikinti”, “Əfqan Construction”, “Şinkar Holdinq”, “Evroscon” ASC, “Borusan Makina Azerbaijan”, “Grand Motors” və “AzTexnika” şirkətləridir. Bir daha vurğulayaq ki, yuxarıda adlarını qeyd etdiyimiz şirkətlərin Arif Fətiyevlə fiziki şəxs kimi yüzlərlə müqavilə bağlamalarının “təşkilatçısı”nın məhz sabiq hakim Şəmsəddin Abbasovun olduğu iddia edilir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.
Ardını oxu...
Ardını oxu...
Yenicag.az
 
 
 
Ardını oxu...
Artıq geridə qalmış yay mövsümündə bir ay boyunca Xəzər dənizinin Bakı və Sumqayıt ərazisinə düşən sahil ətrafı əraziləri gəzdik. Müşahidələrimiz, söhbət etdiyimiz sakinlərin dedikləri deməyə əsas verir ki, sahilyanı ərazilərin böyük əksəriyyəti iaşə obyektləri, mülklər üzündən insanlara bağlıdır. Amma qanunlara nəzər yetirsək, bunun tamamilə əksini görərik.

Qanunlar bir söz, reallıq başqa söz deyir

Torpaq haqqında Məcəllənin 46-cı maddəsində qeyd edilir ki, Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Qanunda o da qeyd edilir ki, hər hansı bir ərazi icarəyə götürülürsə və orada hasarlanma zəruridirsə, o halda da uzunluq 200 metri keçməməli və 6 metr enində avtomobillər üçün keçid yeri qoyulmalıdır.

Amma üz tutduğumuz Bakının Hövsan, Bilgəh, Buzovna, Novxanı, Fatmayi, Ələt, eləcə də Sumqayıtın Corat qəsəbələrində sahilyanı ərazilər sözün bütün mənalarında işğal edilib. Çox az yer var ki, ora giriş sərbəstdir. Ələt qəsəbəsində qarşılaşdığımız acı bir gerçəklik vardı – uzunluğu kilometrlərə çatan hasar dənizlə insanları tamamilə ayırıb.

Mərhum prezident Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncamda qeyd edilir ki, Xəzər dənizinin sahil zolağı özəlləşdirilə bilməz.

Sərəncamın mətnində sahilboyu ərazilərlə bağlı problemlərin olduğu və bunun aradan qaldırılması üçün müvafiq orqanlara tapşırıqlar verildiyi qeyd olunur.

“Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər” – sərəncamda yazılır.

“Dənizkənarı ərazilər hasarlana bilməz!”

Hövsan sakini Nizaməli Süleymanov deyir ki, ötən əsrin sonlarına qədər yaşadığı qəsəbədə dəniz sahili ərazilər indiki kimi işağl edilməmişdi:

“Əvvəllər buralara giriş sərbəst idi. Heç yer zəbt olunmamışdı. İstədiyimiz yerdə dincəlirdik. Əncir bağları vardı, gəlirdik kölgəsində sərinlənirdik. İndi hər yer bağlıdı. Bircə bura açıqdı. Onun da gələn yolu yaxşı deyil. Hər yerdə ya obyektlərdi, ya da villalar. Buranın da şəraiti yoxdu, hər yer zibillikdi, yayda bura gəlib çimmək olmur, ya da ailəylə gəzib-dolanmaq olmur. Obyektlərə də girmək maddi duruma görə sadə vətəndaşlar üçün çətindi”.

Dəniz sahilinin hasarlanması və insanların ora sərbəst girişinə qanunsuz olaraq məhdudiyyət qoyulması ilə bağlı bundan əvvəl yayımladığımız birinci və ikinci reportajlarda geniş yazmışdıq.

Mövzu ilə bağlı qanunverici orqan nümayəndələrinin fikirlərini öyrəndik. Deputat Razi Nurullayev deyir ki, Xəzər sahili ərazilərin hasarlanması qanunaziddir.

“Qanun deyir ki, dəniz bir, iki, üç nəfərin deyil. Bu, Azərbaycan xalqınındı. Ona görə də on nəfərin, yaxud da yüz nəfərin gedib dənizi hasarlaması, ev tikməsi, biznes qurması qəbul edilən deyil. Qanunla bunlar hamısı sökülməlidir. Niyə sökülmür? Bakı-Ələt yolunu gedəndə yolun hər iki üzü hasarlanıb. Sanki həbsxanadan keçirsən. Nə üçün edilir bunlar? Adətən belə hasarlamalar çirkinlikləri gizlətmək üçündür. Bu hasarlamaya ayrılan pulu abadlığa sərf edilsə, o ərazilər tam təmizlənər. Kimsə gedib sahilyanı ərazilərdə ev tikir, öz həyətini cənnətə döndərir, ondan kənar yerlər cəhənnəmə bənzəyir. Mən hesab edirəm ki, dəniz kənarı hasarlana bilməz. Düzdür, birdən-birə orada tikilən evlər, obyektlər sökülə bilməz, xeyli xərc qoyublar insanlar, qanunla həll edilib, yoluna qoyulmalıdır. Müvafiq orqanlar buna göz yumaraq kimlərəsə şərait yaradıblar. Vətəndaşlarla dəniz arasında sərhəd çəkilməməlidir. Bu, qanunaziddir”.

Çıxış yolu nədədir?

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixində fərman imzalayıb.

Fərmanla Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.

Dəyişiklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər 40 min manat cərimə olunmalıdır. Bu fərman qüvvəyə minəndən sonra xeyli yerlərdə obyektlər, mülklər söküldü, amma bir müddət sonra bəzi işbazlar yenidən fəaliyyətə keçə bildi.

Buzovnada söhbət etdiyimiz vətəndaşlar deyirlər ki, bir il öncə “Qayalıqlar” deyilən ərazilərdə obyektlər, hasarlar söküldü.

“İndi giriş-çıxış sərbəstdir. Kim istəyir gəlir, gəzir. Amma ümumilikdə Buzovna və başqa qəsəbələrdə problemlər tam həll olunmayıb. Yenə də hasarlanmış ərazilər var. Obyektlər tikilib və insanlar üzünə bağlıdı, yalnız ödənişlə içəri keçə bilərsən”.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, sahilə yaxın ərazilərdə tikilən evlər, obyektlər varlı kəsimə, məmur kastasına məxsusdur:

“Bəzi hallarda qanunlar belə adamlar üçün heç nə ifadə etmir. Çıxış yolu bələdiyyə məsələsidir. Böyük şəhər bələdiyyələri, rayon bələdiyyələri özünü idarəetmə məntiqiylə idarə olunması baş verəcəksə ictimai mülkiyyət forması kimi, vətəndaşların ümumi əraziləri kimi anlayışı gələcəksə, bu zaman problem avtomatik olaraq həllini tapacaq, məncə”.

Dənizə girişin bağlanmasına bir halda icazə verilir, o da…

Vəkil Habil İsgəndərovun fikrincə, Xəzər sahilində kimsə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir:

“Dəniz sahilinin hasarlanması və dənizə girişin bağlanmasına yalnız bir müstəsna halda yol verilir. Dövlət və ictimai maraqlar naminə (müdafiə, sənaye, təhlükəsizlik, əhalinin sağlamlığının qorunması, iqtisadi tədbirlər, sərhəd mühafizə və bu kimi istisna məqsədlər üçün) zərurət olduqda, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı ilə Xəzərin sahilboyu zolağından istifadəyə məhdudiyyət qoyula bilər. Dövlətdən başqa hər hansı şəxsin (fiziki və ya hüquqi şəxs, yerli icra və ya bələdiyyə orqanı) dəniz sahilini hasarlamağa, dənizə, su hövzəsinə girişi bağlamağa ixtiyarı yoxdur. Hər hansı mərkəzi və yerli icra hakimiyyəti orqanının, bələdiyyənin öz mülahizəsinə görə su hövzəsinə, dəniz sahilinə, çimərliyə girişi məhdudlaşdırmağa və bağlamağa əsas verən qərar qəbul etmək səlahiyyəti mövcud deyil, belə hərəkət qanunla icra hakimiyyəti orqanlarına qadağan edilir”.

“İctimai nəzarət olmalıdır“

Millət vəkili Azər Badamov da dəniz sahillərinin hasarlanması düzgün hesab etmir. O deyir ki, qanunvericilikdə də dənizin mühafizəsi zonası var və bu zonanı bağlamaq qadağandır:

“Təəssüf ki, Xəzər sahilinin hasarlandığından insanların dənizə çıxışının məhdudlaşması ilə üzləşməli oluruq. Təbii ki, bu yol verilməzdir. Hətta dənizkənarı tikilmiş hasarların sökülməsi ilə bağlı müvafiq tapşırıq da olub. Bir ara müəyyən hissələrdə söküntü işləri də aparıldı. Amma bu gün yenə də dəniz sahilinin çox hissəsi insanların üzünə bağlı qalır. Bu, həm yay vaxtı çimərliklərin əlçatanlığına məhdudiyyət, həm də dəniz kənarında hava almaq istəyən insanlar üçün çətinlik yaradır. Bunun qarşısını almaq üçün ictimai nəzarətin olmasını vacib hesab edirəm. Hansı ərazidə insanların dənizə girişi məhdudlaşdırılıbsa, o ərazi ilə bağlı müvafiq dövlət orqanılarına müraciət edilməli və tədbir görülməsi üçün tələb olduğunu hesab edirəm”.

Cavabsız suallar

Çəkiliş üçün getdiyimiz yerlərdə Xəzərin sahilboyu əraziləri hasarlanması hallarını yuxarıda qeyd etdiyimiz kimi çox gördük. Düzdür, bəzi yerlərdə pulsuz çimərliklər var, giriş sərbəstdir, amma burada yaradılan şərait isə ürəkaçan deyil.

Hətta xüsusi icazəylə iaşə obyektləri fəaliyyət göstərirsə, yenə ora giriş sərbəst, pulsuz olmalıdır. Amma Bakıda və Sumqayıtda qarşılaşdığımız mənzərə onu deməyə əsas verir ki, bu cür obyektlərin hamısında giriş ödənişlidir, orada göstərilən xidmətlər də həmçinin.

Bütün gördüklərimizlə bağlı istər Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğuyla müraciət etmişdik.

Bakı şəhər İcra Hakimiyyətindən sorğumuza hələ də cavab almamışıq.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bu mövzu ətrafında aylar öncə Pressklub.az-a açıqlamasında bildirmişdi ki, Xəzər dənizinin Sumqayıt sahilində insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilib.

“Xəzər dənizinin Sumqayıt sahilində 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi, mövcud qanunvericiliyin tələblərinin pozulmasına qarşı zəruri tədbirlərin görülməsi ilə bağlı davamlı olaraq monitorinq və reydlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, Xəzər dənizinin sahil mühafizə zolağının dövlət mülkiyyətində olan torpaqlarında fiziki şəxslərin qanunsuz tikinti və hasarlama işlərinin aparılması faktları müəyyən edilən zaman aidiyyəti orqanlar müvafiq tədbirlər görür”.

Kiçik sözardı

Qanunvericilikdə yazıldığı kimi sadə insanlar da, millət vəkilləri də, ekspertlər də – bir sözlə, hər kəs dəniz sahilinin hasarlanmasının əleyhinədir. Amma hələ ki, bunun qarşısı tam alına bilinmir. Ümid edək ki, bir gün bu problemlər həllini tapacaq…

Ramin Deko Pressklub.az
 
Ardını oxu...
Qarabağ separatçılarının “keçmiş lideri” Samvel Şahmaranyanın Ermənistan İctimai Televiziyasına müsahibəsində bir məqam diqqətimi cəlb edib. O bildirib ki, sentyabrın 19-da səhər saatlarında Rusiya sülhməramlı kontingentinin komandanının otağında olub: “Azərbaycan ordusunun hücuma keçəcəyini onda anladım ki, Azərbaycan hərbçiləri Rusiyan hərbçilərinin Şuşa yaxınlığındakı postuna yaxınlaşaraq onlara təhlükəsiz yerə keçmələri barədə xəbərdarlıq ediblər. Azərbaycan hərbçiləri rusiyalı hərbçilərə deyiblər ki, bir azdan artilleriya atəş açmağa başlayacaq”.
Samvel Şahmaranyanın bu sözləri ona dəlalət edir ki, separatçılar Azərbaycan ordusunun hücuma keçəcəyini bir neçə saat əvvəl öyrəniblər və bu haqda onları Rusiya hərbi kontingentinin komandanlığı məlumatlandırıb. Əks halda Samvel Şahramanyan hardan öyrənə bilərdi ki, Azərbaycan hərbçiləri Şuşa postundakı Rusiya hərbiçilərini hücum barədə məlumatlandırıblar. Sentyabrın 19-da səhər saatlarında separatçıların lideri məhz buna görə Rusiya hərbi komandanlığının qərargahına çağrılıb. Təəccüblü heç nə yoxdur, həmişə belə olub. Elə buna görə də Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini qısa müddətdə tərk etməsinə nail olmalıyıq.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Qarabağ separatçılarının “keçmiş lideri” Samvel Şahramanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində ermənilərin Qarabağa geri dönüşünün mümkün olduğunu deyib. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı qlobal güclərin – Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verir. Şahmaranyan ermənilərin geri dönüşünü Azərbaycanın da istədiyini iddia edərək bu istiqamətdə danışıqlara başlamağın mümkün olduğunu vurğulayıb. Maraqlıdır ki, Samvel Şahramanyan jurnalistin “Siz də qayıtmaq istəyirsinizmi” sualına cavabdan yayınaraq “bunun vaxtı gəlməyib” deməklə kifayətlənib. Samvel Şahramanyan Ermənistanın Qarabağ ermənilərinin vətəni olduğunu söyləməyi də unutmayıb.
Samvel Şahramaynanın bu açıqlamalarından hansı nəticə hasil etmək olar? Birincisi, Samvel Şahramanyan ermənilərin geri dönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir. İkincisi, Samvel Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Samvel Şahramanyanın məntiqinə görə, Azərbaycan ermənilərin geri qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Samvel Şahmaranyan “qatarın getdiyini” anlamaq istəmir. Rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etmədən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın. Qəbul etmədilər, getdilər. Bu baş verdikdən sonra rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa geri dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur. Samvel Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikirləri yoxdur, “biz türklərlə birgə yaşamaq istəmirik” deyib tutublar. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Ağdam rayon sakini Səba Quliyeva bildirir ki onun həyat yoldaşı 3-cü qrup əlildir, əlavə edir ki, yataq xəstəsi olan yoldaşının dərmanlarını xəstəxanadan vaxtında ala bilmir. Buna görə də, müalicəsi vaxtında aparılmır.
Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək, onun həyat yoldaşının dərmanların vaxtında, gecikmədən verilməsini xahiş edir
Kanal 13

 
 
 
Ardını oxu...
Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verir. Bunun iki məqsədi var:
- siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürməkdir;
- iqtisadi hədəfi Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaqdır;
Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təspitini tapmır. Qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir.
Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz.
- Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar;
- Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır. Ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı;
- Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi – Ermənistana məxsus olub: bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir.
Asif Nerimanli
Teref.az
 
 
 
Ardını oxu...
Erməni analitiklər yazır ki, 3+3 formatı Ermənistanın maraqlarına cavab vermir. Çünki bu format regionun problemlərini Rusiya, İran və Türkiyənin əli ilə həll etməyə çalışır. Nəticədə Qərb oyundan kənar vəziyyətdə qalır. 3+3 formatında isə ən zəif ölkə Ermənistandır. Deməli, Ermənistan daha çox güzəştlərə məcbur ediləcək. Qərbin himayəsindən kənarda Ermənistan xüsusi ilə zəifdir...
Ermənilər onu da deyir ki, Azərbaycan Qərbdən Ermənistanla anlaşma çərçivəsində ala biləcəyini alıb. Yerdə qalan istədiklərini isə digər platformalarda ələ keçirmək istəyir. Azərbaycanın yerdə qalan əsas istəyi isə Zəngəzur dəhlizi ilə bağlıdır.
Məncə, Azərbaycan bundan sonra Brüsselə getməkdən imtina etsə, Ermənistan Gürcüstan üzərindən Azərbaycanla danışıqlara maraq göstərə bilər. Çünki Gürcüstanda ən azı Zəngəzur dəhlizinin açılmasında təkid edən Rusiya və Türkiyə olmayacaq...
Bir şeyi də deyim. Zəngəzur dəhlizinin İrandan keçməsi Qərbin maraqlarına ziddir. Çünki oradan keçən yüklərə heç cür nəzarət edə bilməyəcək. Ermənistandan keçən dəhliz isə birbaşa Rusiyanın, dolayısı iləsə Qərbin nəzarətində olacaq...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkəmlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqının və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil.
Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq.
Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq.
1.Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;
2.Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq;
3.Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.
Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti