Azərbaycanın Amerikadakı əsas müttəfiqi Pentaqondur.
ABŞ 2002-ci ildən 2020-ci ilə qədər Azərbaycana 808 milyon dollarlıq hərbi yardım edib. Son illərdə isə bu yardımın illik məbləği 100 milyon dolları keçib. Təbii ki, bu, erməniləri son dərəcə narahat edir. Bütün imkanlarını səfərbər ediblər ki, ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardım dayandırılsın. Hələ onu da istəyirlər ki, Azərbaycana verilən 100 milyonluq yardım Ermənistana ünvanlansın...
Ancaq dünyada gedən proseslər Azərbaycanın dəyərini ABŞ-ın nəzərində daha da artırır. Belə ki, İsrail-HƏMAS müharibəsinin arxasında İran dayanıb. İsrail ilə isə Azərbaycanın mükəmməl münasibətləri var. Rusiya-Ukrayna müharibəsi də davam edir. Qərbin əsas düşməni Rusiya və İrandır. Çini də ora əlavə etmək olar...
İran və Rusiya ilə qonşu olan Azərbaycandır. Və hər iki ölkəyə də Azərbaycanın münasibəti mənfidir. Xüsusən İrana qarşı. Ermənistan isə İranın ən yaxın müttəfiqidir. O da sirr deyil ki, Amerika hər iki ölkəyə qarşı Azərbaycandan istifadə etməkdə maraqlıdır. Ona görə də ABŞ Azərbaycana hərbi yardımını kəsməyəcək. Ermənilər nə qədər hay-küy salsalar da onların bu arzusu gözündə qalacaq...
Erməni lobbisinə nökərçilik edən konqresmenlərə, senatorlara fikir verməyin. Azərbaycanın Amerikadakı əsas müttəfiqi Pentaqondur. Pentaqon isə praqmatik yanaşması ilə fərqlənir. Ona görə də Pentaqon Azərbaycanı yaman gündə olan Ermənistana qurban verməz. Vermək istəyənlərə də belə bir imkan tanımaz...
Elbeyi Hesenli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti