Xronika: Elçilikdə "zər bizdə zibil kimidir" sözü ilə Qamışlı kəndinin adı dəyişdi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yolu" adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Zərkəndin tarixi, irsi, abidələri və mədəni nümumələri araşdırılıb.

Bildirilib ki, kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Kəndin ilk adı 1890-1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.

Süjetdə Qədim Kalafalar kəndinin yerində 1480-ci ildə salınmış Zərkəndin adı ilə bağlı əhvalata toxunulur: "Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirib ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başlanıb. Kəndin ikinci adı 1890-1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olub. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası "Zər" "Qızıl" "Kənd" isə "Oba" və yaxud da "El" mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olub".

Qeyd olunur ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıb. Kənd rayon mərkəzi Basarkeçərdən 17 kilometr məsafədə yerləşir. 1935-ci il yanvarın 3-də kəndin adı Zərkənd, 1991-ci il aprelin 19-da isə kəndin adı Kut qoyulub.

Süjetdə 1800 il əvvəl şaxta üsulu ilə çıxarılan qızılın fılizdən təmizlənib emal olunduğuna, bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yoluna, Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yerinin qalıqlarına aydınlıq gətirilir.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Bölmənin digər xəbərləri

29 Sentyabr 2024 Göygöldə dəhşət: 2 yaşlı uşaq vəhşicəsinə döyüldü - FOTO
28 Sentyabr 2024 Kimlər üçün quru sərhədləri açıla bilər?
28 Sentyabr 2024 Böyükşor gölünə çirkabı axıdılan asfalt zavod kimindir?
28 Sentyabr 2024 Rüstəmov bu rayondakı əmlaklarını da satışa çıxarıb – Torpaq sahələri, villalar, obyektlər…
28 Sentyabr 2024 Avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən cərimə olunurlar - VİDEO
27 Sentyabr 2024 Azərbaycanda Anım Günüdür
27 Sentyabr 2024 Narin olayında yeni detallar: Bütün görüntülər silinib, ailə üzvləri telefonunu dəyişib və...
27 Sentyabr 2024 Bağlantı xidmətində inhisarçılıq pik həddinə çatıb Savaş qazilərinə qayğı göstərən operator hansıdır?
26 Sentyabr 2024 İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?
26 Sentyabr 2024 Kəmaləddin Qafarovun şirkətində ölüm hadisəsi İDDİA
26 Sentyabr 2024 Taksi və avtobus sürücülərini üz-üzə qoyan PROBLEM
26 Sentyabr 2024 Ölkədən çıxışa QADAĞA: Hansı hallarda xaricə gedə bilməyəcəksiniz?
25 Sentyabr 2024 Bakıda bu ərazidəki evlər siyahıya alınır: SÖKÜLƏCƏK - VİDEO
25 Sentyabr 2024 Bakıda bu binaların qiyməti süni formada ARTIRILIR - MÖHTƏKİRLƏR İŞ BAŞINDA!
25 Sentyabr 2024 "Metrodan minlərlə insan əziyyət çəkir, amma..." - VİDEO
25 Sentyabr 2024 "Tələbə universitetə çimərlik paltarında gəlməli deyil" - Millət vəkilindən həmin müəllimə DƏSTƏK
24 Sentyabr 2024  Müştəridən yemədiyi yeməyin pulu da istənilir... - GİLEY
24 Sentyabr 2024 Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olundu
24 Sentyabr 2024 Bakıda insident: şirkətin ekskavatorunu kim və niyə yandırdı? - VİDEO
23 Sentyabr 2024 7 körpənin ölümünə yol açan məşum yanğın məhkəmədə araşdırılacaq - PERİNATAL MƏRKƏZ RƏSMİLƏRİ MÜTTƏHİMDİR

Dünyapress TV

Xəbər lenti