Ardını oxu...
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edərək çıxış edib.
Bu mötəbər tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. ECO-ya üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EVO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Bu gün Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Prezident İlham Əliyev toplantıdakı çıxışında bildirib ki, hazırda ölkəmizdə münbit sərmayə iqlimi mövcuddur. Bunu da nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Qeyd edilib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Bu gün ECO-ya daxıl olan ölkələr arasında əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.
Ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Teref: Xocanın Blogu
 

Ardını oxu...
Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq tarix yoxdur.

Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Biz bu barədə razılığa gəldiyimiz zaman tədbirin haqda məlumat verəcəyik”, - Qaluzin bildirib.

Mixail Qaluzinin fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi -şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya uzun illər Serj Sarkisyan və Robert Koçaryan iqtidarını istifadə edərək Azərbaycana təzyiqlər göstərib:

"Eyni zamanda Qarabağ probleminin həllini uzadırdılar. İndi isə Şimal qonşumuz Nikol Paşinyanın Amerika və Avropaya yönümlü siyasət aparmasını nəzərə alaraq Azərbaycanı dəstəkləyir. Ermənistana bu və ya digər şəkildə təsir göstərməyə çalışırlar. Əlbəttə, rəsmi Moskvanın nüfuzlu şəxsləri Rusiya platformasına hazır olduqlarını bildirən müxtəlif açıqlamalar verirlər. Amma yaddan çıxarmayaq ki, bu gün Parisdə Makron və Paşinyan görüşməsi baş tutub. Paşinyan görüşün çox müvəffəqiyyətlə keçdiyini vurğulayıb və iki ölkə arasında əlaqələrin genişlənməsi haqqında tezislər səsləndirib. Bu isə o deməkdir ki, Moskvanın ne deməyindən asılı olmayaraq, Ermənistanın inkişaf yönümünü Qərbdə görür. Moskva platformasında Paşinyana qarşı təzyiqlər olacaq. Bu isə ümumiyyətlə Zəngəzurun Azərbaycana təhvil verilməsinə qədər gedə bilər. Nikol Paşinyan bunu bilə-bilə Moskva platformunda iştirak etmək təklifini geri çevirəcək".
Ardını oxu...
Mixail Saakaşvili 20 il əvvəl Gürcüstanda hakimiyyətə necə gəldi və niyə həbs olundu?
Düz 20 il əvvəl, 2003-cü il noyabrın əvvəlində Gürcüstanda “Qızılgül inqilabı” başladı. Ölkədə hakimiyyət gözlənilmədən və sürətlə dəyişdi: parlament seçkiləri ərəfəsində o vaxtkı Prezident Eduard Şevardnadze və onun “Yeni Gürcüstan naminə” blokunun mövqeyi kifayət qədər sabit görünürdü. Lakin səsvermədən iki həftə sonra, nəticələri müxalifət tərəfindən tanınmayan dövlət başçısı küçə təzyiqinə görə postunu tərk etməli olub. Hakimiyyət dəyişikliyində əsas rol oynayan müxalifət qüvvələrinin liderlərindən biri parlament binasına basqın edərək etirazçıları hakimiyyətin razılığına təslim olmamağa çağırdı. Bu, gənc hüquqşünas Mixail Saakaşvili idi - Şevardnadzenin istefasını sonadək tələb edən və nailiyyət əldə edən Mişa ləqəbli Saakaşvili...
Mixail Saakaşvilinin böyük islahatlarından cinayət təqibinə və səkkiz illik mühacirət həyatınadək siyasi yolu haqqında "Lenta.ru" maraqlı material hazırlayıb. AYNA sözügedən məqaləni istinadla təqdim edir:
Gürcüstanda kütləvi etirazlar 2003-cü il noyabrın 22-də Prezident Eduard Şevardnadzenin parlamentin yeni iclasını açmağa cəhd etməsi ilə pik həddə çatdı. Bu vaxta qədər minlərlə müxalifət tərəfdarı deputatların toplaşdığı binanın qarşısına gəlmişdi.
Etirazçılar Prezident Eduard Şevardnadzenin çıxışını pozaraq onu mühafizəçiləri ilə birlikdə qaçmağa məcbur etdi. Tezliklə Şevardnadze fövqəladə vəziyyət elan etdi və təhlükəsizlik qüvvələrini səfərbər etməyə çalışdı, lakin bir çox bölmələr hökuməti dəstəkləməkdən imtina etdi.
Noyabrın 23-də Eduard Şevardnadze Krtsanisi iqamətgahında müxalifət liderləri Mixail Saakaşvili və Zurab Jvaniya ilə görüşdü. Qısa söhbətdən sonra Prezident istefa verdiyini açıqladı. Bu, Tbilisi küçələrində eyforiyaya səbəb oldu. 50 mindən çox etirazçı qələbəni bütün gecəni atəşfəşanlıq və rok konserti ilə qeyd etdi.

"Çiçəklənən ölkə"
2004-cü il yanvarın 4-də Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilərdə Mixail Saakaşvili 96,2 faiz səs toplayaraq qalib gəldi.
Bunun ardınca əvvəlki nəticələrinin ləğvi ilə bağlı keçirilən parlament seçkiləri baş tutdu. Müxalifət də qeyd-şərtsiz, yəni Prezidentin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyası 67 faiz səs toplayaraq qələbə qazandı.
Gürcüstanda hakimiyyət tamamilə Mixail Saakaşvilinin başçılıq etdiyi birləşmiş qərbyönlü müxalifətə keçdi, o da öz növbəsində ölkədə islahatlar aparmaq üçün "kart-blanş" əldə etdi.
İslahatların zəruri olduğuna az adam şübhə edirdi. SSRİ-nin dağılması imtiyazlı statusunu itirən və müstəqil şəkildə daha da inkişaf etmək məcburiyyətində qalan Gürcüstana ağır zərbə vurdu. 1991-1994-cü illərdə ölkənin ÜDM 105 faiz azalıb, ölkədə hərbi çevriliş və vətəndaş müharibəsi baş verib. Qərb ölkələrinin və beynəlxalq təşkilatların köməyi Gürcüstanın uçurumun kənarında qalmasına kömək etdi, amma iqtisadi inkişafdan söhbət getmirdi.

Mixail Saakaşvili (ortada) 22-23 noyabr Tbilisidə mitinqdə - 2003-cü il
Yeni hakimiyyətin qarşısında əslində Eduard Şevardnadze ilə eyni vəzifələr - öz ölkələrinin normal iqtisadi inkişafını təmin etmək idi. Saakaşviliyə və komandasına haqqını verməyə dəyər - onlar həqiqətən də ölkədə genişmiqyaslı və səmərəli islahatlar aparmağa başladılar: korrupsiyaya qarşı sistemli mübarizəyə başladılar, mənimsəmə və rüşvətxorluqda təqsirli bilinən məmurları və hüquq-mühafizə orqanlarının əməkdaşlarını işdən azad etdilər. Eyni zamanda, dövlət sektorunda maaşlar əhəmiyyətli dərəcədə artdı ki, bu da məmurları rüşvət almadan layiqli həyat tərzi ilə təmin etdi.
Bütün bunlar xalqın hakimiyyətə inamını gücləndirdi, etibam pik həddə çatdı - vətəndaşların 88 faizi polisə etibar edirdi.
"Elə ölkələr var ki, boz və gözəgörünməz qalmaqla sağ qalırlar. Biz bunu edə bilmərik. Ya biz çox uğurlu olacağıq, ya da Gürcüstan ümumiyyətlə mövcudluğunu itirəcək", Saakaşvili Gürcüstan Prezidenti seçilərkən bildirmişdi.
Mişanın hakimiyyətinin ilk illərində dövlətin iqtisadiyyatda iştirakı azaldıldı, bürokratik maneələr və ləngimələr aradan qaldırıldı, vergi və gömrük sistemləri ciddi şəkildə sadələşdirildi. Ölkə biznesin asanlığına görə 137-ci yerdən 11-ci yerə, qəbul edilən korrupsiyaya görə isə 124-cü yerdən 55-ci yerədək irəlilədi. Ölkədə 22 vergidən 6-sı qaldı, idxal mallarına rüsumlar 90 faiz azaldıldı. Hökumət infrastruktura, kommunal xidmətlərə, yollara, məktəblərə və xəstəxanalara sərmayə qoydu.
Prezident Mixail Saakaşvilinin və iqtisadiyyat naziri Kaxa Bendukidzenin islahatları haqlı olaraq “iqtisadi möcüzə” adlandırıldı.

Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze Prezident Aparatını ziyarət etdikdən sonra ofisdən şəxsi əşyalarını götürüb işçilərlə vidalaşır - Tbilisi, Gürcüstan - 26 noyabr 2003-cü il
Ölkədə sırf daxili inkişafa paralel olaraq Qərb sərmayələri fəal şəkildə daxil oldu – Gürcüstan öz ÜDM-nin demək olar ki, beş faizini güzəştli kreditlər və qrantlar şəklində aldı.
Hakimiyyətlərinin ilk illərində gənc islahatçılar həqiqətən də Gürcüstanı 1990-cı illərin bataqlığından çıxara bildilər. Bununla belə, komandanın ilk uğurları kifayət qədər dərin deyildi və gənc Prezidentin sonrakı hərəkətləri onun nailiyyətlərinin çoxunu sildi.
Amma "biz əcdadlarımızın arzuladığı Gürcüstanı, arzuladığımız Gürcüstanı yaratmalıyıq", - deyə Mişa bildirirdi.
Mixail Saakaşvili sosial-iqtisadi məsələlərin həlli ilə yanaşı, Gürcüstanın köhnə ərazi problemlərinin həlli ilə də enerjili məşğul olmağa başladı. Məsələ ondadır ki, SSRİ dağılandan sonra qanlı münaqişələr zamanı Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrılaraq faktiki olaraq "müstəqil" olmuşdular. Acarıstanda və Kodori dərəsində hakimiyyəti ələ keçirən yerli “knyazlıqlar” da mərkəzə tabe olmadılar. Bütün bunlar Gürcüstanda son dərəcə radikal hissləri gücləndirdi. Ölkənin milli muxtariyyətlərə nəzarəti itirən ilk Prezident Zviad Qamsaxurdiya osetin xalqını “zibil” adlandıraraq onlara “ya boyun əyib gürcü olmağı, ya da Rusiyaya getməyi” təklif etmişdi.
Ərazi mübahisələrinin həlli
Növbəti lider Eduard Şevardnadzenin dövründə Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə barışıq əldə etdi. Əslində münaqişələr dondurulsa da, mərkəz bu bölgələrə iddialarından əl çəkmədi.
Mixail Saakaşvili hakimiyyətə 1990-cı illərin əvvəllərindəki acı və alçaldıcı məğlubiyyətlərin qisasını almaq və gürcülərin, onların hesab etdiyi kimi, ədaləti və ölkənin ərazi bütövlüyünü bərpa etmək istəyinin dalğasında gəldi. Gənc Prezidentin ilk cəhdi Acarıstanla bağlı oldu.

Acarıstanın inzibati sərhədində, Çoloki çayı üzərində partlamış avtomobil körpüsündə - Batumi, 2 may 2004-cü il
1991-ci ildən Türkiyə ilə sərhəddə yerləşən sahil bölgəsi yerli parlamentin sədri Aslan Abaşidzenin (Gürcüstanın bu vilayətini 15-ci əsrdən demək olar ki, davamlı olaraq idarə edən Acarıstanın suveren knyazlarının nəslindəndir) hakimiyyəti altında idi. O, Gürcüstandan ayrılmaq iddiasında olmasa da, mərkəzi hökumətə tabe olmayıb, bölgənin vergi və gömrük sistemlərinə nəzarət edib.
"Bu xain o qədər ağır cəzalandırılacaq ki, onun bütün nəsli bunu xatırlayacaq", Saakaşvili Abaşidzedən danışarkən bildirmişdi.
Saakaşvili ilə Abaşidze arasında münaqişə "Qızılgül inqilabı" zamanı, sonuncunun Gürcüstanın gələcək Prezidentini faşistlikdə ittiham etməsi ilə başladı və 2004-cü ilin mayında pik həddə çatdı. Rusiyanın müdaxiləsi sayəsində irimiqyaslı toqquşmaların qarşısı alındı. Aslan Abaşidze Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanovla danışıqlardan sonra istefa verdi və Moskvaya qaçdı. Nəzarət altına qaytarılan ərazilərin siyahısına Saakaşvili ilk imzasını qoydu.
Yeni hakimiyyətin növbəti uğurlu əməliyyatı Kodori dərəsinin Tbilisiyə tabe edilməsi oldu. 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsindən bəri Abxaziyanın dağlıq hissəsindəki dərə səhra komandiri Emzar Kvitsiani tərəfindən idarə olunurdu. Rəsmi olaraq o, Prezidentin nümayəndəsi, qoşunları isə ordu batalyonu sayılırdı. Əslində isə Kvitsiani heç kimə tabe olmayıb, ucqar ərazini müstəqil idarə edirdi. Həmin illərdə Kodori dərəsinin əhalisi demək olar ki, beş min nəfərdən çox deyildi, lakin Gürcüstan üçün bu, Abxaziya üzərində nəzarətin bərpası elementi kimi vacib idi.

Abxaziyadakı çay dərəsi, Kodori dərəsi - 11 iyul 2006-cı il
"Qızılgül inqilabı" zamanı Kvitsiani Şevardnadzeni dəstəklədi, bunun üçün sonradan vəzifəsini itirdi və bölmələri rəsmi olaraq ləğv edildi. Onun mərkəzə tabe olmaqdan imtina etməsindən sonra Gürcüstan 2006-cı ilin iyulunda dərədə xüsusi əməliyyata başladı. Hüquq-mühafizə orqanları və ordu qüvvələrinin bölmələri effektiv hərəkət edərək bir həftədən az müddətdə dərəyə nəzarəti ələ keçirə bildi və Kvitsiani özü Rusiyaya qaçdı.
İki il ərzində Saakaşvili ölkənin dörd ərazi problemindən ikisini effektiv və praktiki olaraq qansız həll edə bildi. Bu, Gürcüstanda sevinclə qarşılanmaqla yanaşı, yeni qələbələrə həvəsləndirdi. Bunlar isə Abxaziya və Cənubi Osetiyada dəhşət, Rusiyada təşviş yaratdı. Axı Gürcüstanın yeni hakimiyyət orqanlarının effektiv sərtliyi çox keçmədən ABŞ-ın gücü ilə tamamlanırdı.
Yalan ümidlər
Gürcüstan Şevardnadzenin dövründə Qərb inkişaf yoluna qədəm qoydu, lakin ölkə məhz ABŞ-la kəskin yaxınlaşmağa arxalanan Mixail Saakaşvilinin dövründə tam Avroatlantik kursa getdi.
"Gürcüstana Rusiya düşmən kimi lazım deyil. Bizə dost kimi Rusiya lazımdır", - deyə Saakaşvili bildirsə də, Tbilisi küçələrindən birinin adının Corc Buş prospektinə dəyişdirilməsi Birləşmiş Ştatlara sırf simvolik bir işarə idi.

ABŞ Prezidenti Corc Buş və Gürcüstan Prezidenti Mixail Saakaşvili on minlərlə insanı salamlayır - Tbilisinin mərkəzindəki Azadlıq meydanı, 10 may 2005-ci il
Qərbin yardımı sayəsində Gürcüstanın büdcəsi 2005-2008-ci illərdə 30 dəfə artdı. Pul digər şeylərlə yanaşı, müdafiəyə də xərclənirdi: müharibədən əvvəlki bir neçə il ərzində Gürcüstanın silahlı qüvvələrinin sayı artdı və ordu fəal şəkildə müqavilə sisteminə keçirdi. Hərbi personalın əksəriyyəti ABŞ-da təlim keçdi, iki min gürcü əsgəri İraqda müharibə təcrübəsi keçdi.
Bununla belə, problemlər də var idi. Bölmələr dünyanın hər yerindən, xüsusən də ABŞ, İsrail, Türkiyə və Ukraynadan avadanlıq aldı ki, bu da birləşmə və texniki xidmətdə problemlər yaratdı. Bundan əlavə, təchiz edilmiş zirehli texnika və artilleriya sistemləri həmişə yaxşı vəziyyətdə deyildi. Hərbi heyətin hazırlıq səviyyəsi və nizam-intizamı ilə bağlı problemlər var idi.
Buna baxmayaraq, bir neçə il ərzində Mişanın komandası 1990-cı illərin mahiyyətcə dağılmış nizamsız birliklərini postsovet məkanında potensial olaraq ən döyüşə hazır ordulardan birinə çevirmək üçün çox işlər gördü.
Saakaşvilinin özü də qələbə üçün ordu qurduğunu gizlətmirdi və böyük qurbanlar bahasına olsa belə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu bəyan etmişdi.
"Biz Gürcüstanın azad olması üçün səbirli olmağa və hər cür fədakarlıq etməyə həmişəkindən çox hazırıq", - deyə Mişa açıqlamasında vurğulamışdı.
Üstəlik, o, Rusiya sülhməramlılarının himayəsində olan Abxaziya və Cənubi Osetiya üzərində mərkəzi nəzarəti bərpa etmək planlarından birbaşa danışırdı.
Ordu hissələrinin gücləndirilməsi ilə paralel olaraq, Gürcüstan getdikcə NATO-ya yaxınlaşırdı: 2006-cı ildə parlament yekdilliklə ölkənin Şimali Atlantika Alyansına inteqrasiyasına səs verdi. Gürcülər 2008-ci ilin yanvarında keçirilən referendumda NATO-ya üzv olmaq üçün səs verdilər.
Artıq 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstana üzvlüklə bağlı fəaliyyət planı təqdim edilməsə də, NATO-ya üzv ölkələrin yekun bəyanatı belə perspektivlər üçün son dərəcə nikbin idi. Əslində Saakaşvilidən gözlənilən yalnız Cənubi Osetiya və Abxaziya ilə problemlərinin həlli idi.
Rusiyadan baxanda belə görünə bilər ki, Gürcüstanın apriori Cənubi Osetiya ərazisində Rusiya ilə hərbi münaqişədə qalib gəlmək şansı yox idi. Lakin Gürcüstanın çoxsaylı rus bölmələri ilə döyüşmək planları da yox idi.

Gürcü əsgərləri Qori ilə Tbilisi arasındakı yolda mülki avtomobilin yük yerində - 11 avqust 2008-ci il
Hərbi tarixçi Yevgeni Nori deyir ki, Cənubi Osetiya Rusiya ilə yalnız Roki tuneli vasitəsilə bağlıdır. Respublika ərazisində yalnız bir rus sülhməramlı batalyonu var idi və yerli milislərin ən döyüşə hazır hissələri yox idi. Əgər gürcü ordusu Cənubi Osetiyanın paytaxtı Sxinvalidən tez yan keçib Roki tunelini bağlaya bilsəydi və Rusiya buna ləng reaksiya versəydi, Saakaşvilinin sülhün bərqərar olması şərtlərini diqtə etmək şansı olardı.
2008-ci ilin avqustunda Cənubi Osetiyada müharibəyə başlayan Saakaşvili təkcə Gürcüstanın ərazi problemlərini həll etmək istəmədi, həm də anti-Rusiya kursunun effektivliyini və məqsədəuyğunluğunu nümayiş etdirməyi planlaşdırdı. Bunun üçün o ABŞ və müttəfiqlərindən maksimum dəstək almağa çalışdı.
Demokratiyadan diktaturaya
2008-ci ilin avqustunda Saakaşvilinin başlatdığı müharibə Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatdı, ölkəni sülhə vadar etdi və Rusiya iki separatçı respublikanın "müstəqilliyini" tanıdı. Hərbi məğlubiyyət və keçmiş ərazilər üzərində nəzarəti bərpa etmək şanslarının itirilməsi Gürcüstan cəmiyyətində şok və Saakaşvili dövrünün tənəzzülünün başlanğıc nöqtəsi oldu. Lakin bundan əvvəl Gürcüstan “gənc demokratiya”dan tipik avtoritar rejimə doğru gedirdi. Şünki qeyri-demokratik meyillər hələ müharibə başlamazdan əvvəl güclənməkdə idi. Belə ki, 2007-ci ilin sentyabrında ardıcıl olaraq daxili işlər naziri və müdafiə naziri postlarını tutan Prezidentin müttəfiqi İrakli Okruaşvili onun silahdaşı Zurab Jvaniyanı qətlə yetirməkdə və müxalifətçi iş adamı Badri Patarkatsişvilinin qətlini hazırlamaqda ittiham etdi.
Bununla ölkədə müxalifətin kütləvi etirazları başladı və onlar polis xüsusi təyinatlıları tərəfindən yatırıldı. 500-dən çox insan xəstəxanalara müraciət etdi və onlara dəyənək və rezin güllələrdən xəsarətlər və gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu qoyuldu. Hakimiyyət müxalifət mediasını da bağladı.
Saakaşvilinin bu addımları NATO və insan haqları təşkilatı "Human Rights Watch" tərəfindən pislənildi.

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Kiyevin Müstəqillik meydanında etirazçılarla görüşür - 7 dekabr 2013-cü il
Şok islahatından repressiv polis rejiminə çevrilən “demokratiya məşəli” sönürdü. 2008-ci ildə müharibədə məğlubiyyətdən sonra Mişa Qərb tərəfdaşlarının qeyd-şərtsiz dəstəyini itirdi. Avropa İttifaqının beynəlxalq komissiyasının 2009-cu ilin sentyabrında dərc etdiyi hesabatda Saakaşvili rejimi birbaşa olaraq müharibəyə başlamaqda ittiham olunurdu və Rusiyanın hərəkətləri “ağlabatan sərhədləri aşsa” da, hələ də qanuni sayılırdı.
Prezidentə qarşı növbəti tənqidlər artmağa başladı. 2010-cu ildə "Freedom House" qeyri-hökumət hüquq müdafiə təşkilatı hesabat dərc edib və hesabata görə, Saakaşvili dövründə Gürcüstanda korrupsiyanın səviyyəsi on il əvvəl Eduard Şevardnadzenin dövründə olduğu kimi qalıb.
Ancaq ən pisi hələ qarşıda idi. 2012-ci il parlament seçkilərinə bir həftə yarım qalmış Gürcüstanın bir neçə televiziya kanalı həbsxanalarda məhbuslara qarşı həbsxana nəzarətçiləri tərəfindən törədilən işgəncə, zorakılıq və zorlama videolarını nümayiş etdirdi. Sonradan məlum oldu ki, işgəncə və zorlamalar daxili işlər naziri Baço Axalianın göstərişi ilə baş verib və Penitensiar Xidmətin rəisi David Çaxua bundan xəbərdar olub, heç bir şəkildə müdaxilə etməyib.
Onların hər ikisi istefa verdi, Saakaşvili problemi həll edəcəyinə söz verdi, amma artıq gec idi. Seçkilərdə müxalif “Gürcü arzusu” demək 55 faiz, hakim Vahid Milli Hərəkat Partiyası isə 40 faizdən bir qədər çox səs topladı. Beləliklə, “çiçək dövrü” başa çatdı.

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili 2007-ci ildə Tbilisidə hökumət əleyhinə kütləvi etirazların zorakılıqla dağıdılması ilə bağlı məhkəmə prosesi zamanı klinikadan videobağlantı vasitəsilə ekrana çıxıb - Gürcüstan, 27 oktyabr, 2023-cü il
Formal olaraq, Saakaşvili daha bir il Prezident olaraq qaldı. Onun partiyası parlamentdə çoxluğu itirmiş, imkanları son dərəcə məhdudlaşmışdı. Hələ Prezident müddəti bitməmiş Mişa Gürcüstandan Belçikaya getmişdi. Bundan sonra ona qarşı vətənində vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitlərini mənimsəmə maddələri ilə cinayət işi açıldı.
Saakaşvili sonra Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışdı. Onu vəzifəyə təyin edən Ukraynanın o vaxtkı Prezidenti Pyotr Poroşenkoya qarşı “MixoMaydan” təşkil etdi və Volodimir Zelenski ilə münasibətlər qurmağa çalışdı. Bununla belə, uğursuzluğu davam etdi.
2021-ci ildə Saakaşvili yerli siyasətə parlaq qayıdış ümidi ilə Gürcüstana qeyri-qanuni daxil ola bildi. Lakin Mişa həbs edildi. Saakaşvili hələ də həbsdədir və vəkilinin sözlərinə görə, keçmiş Prezidentə vərəm və demans daxil olmaqla 36 xəstəlik diaqnozu qoyulub.
“Qızılgül inqilabı”nın başlanmasından 20 il keçdi, bu müddət ərzində Gürcüstan xeyli dəyişdi. Ölkənin siyasəti Avro-Atlantik vektorunu saxlayır və Abxaziya və Cənubi Osetiyaya iddia edir. Eyni zamanda, Gürcüstan keçmişdən görünür dərs alıb, ölkə anti-Rusiya sanksiyalarına qoşulmayıb və Rusiyaya paralel idxalı inkişaf etdirir.
Saakaşvili tarixdə mürəkkəb, qeyri-adi şəxsiyyət olaraq qalır. Hətta onu tənqid edənlər də zaman keçdikcə onun hakimiyyətinin ilk illərinin iqtisadi uğurlarını etiraf edirlər. Öz növbəsində, keçmiş Prezidentin tərəfdarları bildirirlər ki, əvvəllər gənc və perspektivli islahatçı hakimiyyəti əldə saxlamaq üçün sonda qanlı avantüralara düşdü. Beləliklə, Mişanın karyerası başa çatdı və özü də xəstə məhbusa çevrildi.
Müəllif: Turan Abdulla
 
 
 

Ardını oxu...
İranın indiki hakimiyyətinin Azərbaycanla bağlı çaldığı havanı ona müxalifət sayılanların da əksəriyyəti oynayır.

Bu qüvvələr eyni mərkəzdən, eyni təfəkkürlə idarə olunur. Hətta onların Tehran və ya ona yaxın olan qüvvələr tərəfindən maliyyələşdirildiyini də ehtimal etmək olar. Müxalifət sayılan Xalq Mücahidləri təşkilatı, Tudə Partiyası, “Yaşıllar Hərəkatı”, “Cəbheyi-Milli”, monarxistlər (Məhəmmədrza şahın oğlu və davamçılar) və daha neçə-neçə siyasi təşkilatların, ictimai hərəkatların İranın xarici siyasəti ilə bağlı mövqeyi eynidir.

Bir vaxtlar İranı idarə etmək iddiasında olan Tudə (Xalq) Partiyası (“Name-ye Mərdom” qəzetinin 17 mehr 1402/2023-cü il oktyabrın 9-u tarixli 1192-ci sayında) Azərbaycan Respublikasının öz ərazi bütövlüyü və suverenliyini təmin etməsinə qısqanclıqla yanaşıb. İranın tanınmış və ən stajlı siyasi təşkilatının yaydığı açıqlamaya nəzər yetirəndə istər-istəməz İran hakimiyyətinin ötən illərdə sərgilədiyi anti-Azərbaycan mövqe yada düşür.

Bu siyasi təşkilat İran xalqını azadlığa çıxarmağı, imperializmə qarşı mübarizə aparmağı, habelə sosial bərabərliyə nail olmaq kimi mücərrəd ideyaları qarşısına məqsəd qoyub.

Bir vaxtlar onlar Moskvanın tapşırıqlarına əməl edirdilər. SSRİ dağılandan sonra bu siyasi partiyanın da ciddi problemi yaranıb. Bununla da ateist Tudə Partiyası qibləsiz qaldı. Onlar Çini özlərinə lider saymağa cəhd göstərdilər. Ancaq Pekin-Tehran əməkdaşlığı, əlaqələri buna imkan vermədi.

Odur ki, tudəçilər Rusiya, Avropa və Çin arasında səpələnib. Bununla belə, bu sol yönümlü, mövcud İran hakimiyyətinə müxalifət sayılan siyasi təşkilatın bir çox üzvü mühacirətdən geri, İrana qayıdıb. Bu qayıdış onların müxalif mövqeyinə kölgə salıb. Qeyd edək ki, 1979-cu il inqilabından sonra tudəçilər, yəni kommunistlər Xomeyni hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduqlarını açıq şəkildə bildirmişdilər.

Ancaq nəticə budur ki, tudəçilərin bir hissəsi edam olunub, minlərlə üzv mühacirətə üz tutub, bir çoxları da mövcud rejimin bayrağı altına keçərək, onunla əməkdaşlıq edib.

1941-ciildə SSRİ-nin havadarlığı, sponsorluğu ilə yaradılan bu təşkilatın mahiyyətində İran əhalisinin maraqlarına deyil, xarici qüvvəyə, yaxud hakimiyyətə qulluq etmə kimi şakəri var. Çünki onun təməli elə qoyulub. 1979-ci il inqilabından sonra onun rəhbərlərinin Xomeyni ilə əməkdaşlıq etməsi minlərlə insanın həyatı bahasına başa gəlib.

Yeri gəlmişkən, Tudə Partiyasına sədrlik etmiş şəxsləri də tanıyaq: Rza Radməniş (1948-1969-ci illərdə), İrəc İskəndəri (1969-1978), Nurəddin Kiyanuri (1979-1983), Əli Xavəri (1984-2004), Məhəmməd Ümidvar (2004-ci ildən).

Mətləbi çox uzatmadan bu siyasi təşkilatın Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin təmin etməsi ilə bağlı yaydığı açıqlamada bildirilir ki, guya Azərbaycan zəif “Artsax”ın “müdafiə qüvvələrinə” qarşı müharibədə qısa bir zamanda onları üstələyib. Tudə Partiyası Laçın yolu ilə bağlı məsələnin həllinə də ürək ağrısı ilə yanaşır. O, bu “dəhliz” olmadığı üçün Zəngəzur dəhlizi ilə bağlı məsələnin bağlandığını iddia edir.

Partiyanın açıqlamasında Qarabağdakı erməni sakinlərin guya “etnik təmizləməyə” məruz qaldıqlarından bəhs edilir.

Tudənin yaydığı bu məqalə anti-Azərbaycan, anti-Türkiyə mövqelidir. Açıqlamada Türkiyə və Azərbaycanın əməkdaşlığı, birgə fəaliyyəti də qısqanclıqla qarşılanır.

Ümumilikdə sənədi bir neçə istiqamətdə xarakterizə etmək olar:

– Müəlliflər “yazıq erməni” obrazı yaratmağa çalışıblar;

– Azərbaycanı “etnik təmizləmədə” ittiham ediblər;

– Regiona xarici muzdluların gətirilməsi kimi Tehran rejiminin və başqalarının apardığı təbliğatı təkrarlayıblar;

– Zəngəzur dəhlizinə qarşı İran hakimiyyəti ilə eyni mövqedən çıxış ediblər;

– “120 minlik erməni sakindən” bəhs etməklə ermənilərin mövqeyini təbliğ ediblər;

– Rusiya Prezidenti Vladimir Putini ermənilərin dili ilə “satqın” adlandırmaqla, həm də öz mövqelərini ortaya qoyublar;

– KTMT-dən bəhs edərək, guya onun Ermənistanı müdafiə etməməsinə təəssüfləniblər;

– ABŞ-ın mövqeyini “antierməni” saymaqla tənqid ediblər.

Açıqlama bu fikirlə bitir: “Təəssüf ki, bir neçə günün içərisində sadə erməni xalqının doğulduğu məskən, qədim sivilizasiyanın varislərinin vətəni olan Dağlıq Qarabağ (Artsax) dağıdıldı”.

Tudə Partiyasının Azərbaycan Respublikasına bütün münasibəti bu son cümlə ilə yekunlaşır.

Əslində bu məqalənin sonuncu cümləsinin yazmaqla da onları ifşa etmək olardı. Ancaq tudəçilərin Azərbaycana həmişə xəyanət etdiklərini sübut etmək üçün bir az əhatəli yazmaq istədik. Bu təşkilat uzun illər Güney Azərbaycan türklərinin də milli haqlarının təmin olunmana səmimi yanaşmayıblar. Tudə Partiyası, Azərbaycan Demokrat Firqəsini hələ də özünün tərkibində hesab etməklə, despotik bir qruplaşma olduğunu gizlədə bilmir. Halbuki Firqə Azərbaycan Mili Hökumətini quranda Tudə ona qarşı çıxış edənlərdən olub. Bu siyasi qruplaşma heç vaxt Güney Azərbaycan türklərinin milli, hətta mədəni mübarizəsinin belə dəstəkləməyib. Habelə onun ideyalarının təbliğinə şərait yaratmayıb. Əksinə, fürsət düşdükdə Güney Azərbaycan türklərinə zərbələr endirib. Bu və sadalamadığımız çoxsaylı anti-Güney Azərbaycan fəaliyyətinə görə Firqə Tudədən ayrılıb.

Odur ki, Tudə Partiyası, yəni İran Xalq Partiyası bütün çıxış və davranışları ilə mövcud Tehran rejiminin ideyalarının dəstəkçisi və təbliğatçısıdır. Təşkilatın 1979-cu il inqilabından sonra tutduğu xəyanətkar mövqe üzündən sol yönümlü hərəkata İranda etimad az qala yox olub. “Xalq Partiyası”nın adının qarşısında tarixi satqın yazısı var. Bəhs etdiyimiz yazı da sübut edir ki, bu siyasi qruplaşma hələ də Tehran rejiminin təbliğat cizgisi daxilində fəaliyyət göstərir.

Belə qənaətə gəlmək olar ki, Rusiya və Çinin sponsorluğundan məhrum olan Tudə İrandakı rejimin əlinə baxmağı özünə şərəf bilir. Yaxud, Tudə də Ermənistan milli valyutasına, drama ümidvardır.

İran hakimiyyəti, Tudə Partiyası, monarxistlər, Xalq Mücahidləri Təşkilatı, Cəbheyi-Milli, islahatçılar, “Yaşıllar” Hərəkatı və daha neçə-neçə qruplar, təşkilatlar bir ideyaya – İran mərkəzli panfarsist düşüncə sisteminə qulluq edirlər. Onların hamısı ermənilərə də, Ermənistana da, İsrailə də, yəhudilərə də, ABŞ-a da, Böyük Britaniyaya da, türklərə də, Güney və Quzey Azərbaycana da eyni mövqedən yanaşırlar. Yəni şahçısı da, tudəçisi də, teokratı da Azərbaycan üçün eynidir.

Müəllif: Sədrəddin Soltan Mənbə: Pressklub.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
Ardını oxu...
Yəmənda savaş var, İraq bombalandı, Suriya viran qaldı .. bu uşaq ölümləri orda olmadımı? Yaxşı niyə o zaman uşaq ölümü deyib videolar şəkillər paylaşılmadı? Niyə o zaman uşaq ölümləri indiki qədər aktual deyildi?
Uşaq ölümü deyirik və niyə Somalidə, Çadda, Nigerdə, Efiopiyada, Liberiyada susuzluqdan, düzənli bəslənməmədən ölən uşaqlar yada düşmür? Niyə uşaq ölümləri sadəcə siyasi alət hesab olunur və yalnız Fələstin məsələsində aktuallıq qazanır?
Mən əlbəttə nəinki uşaq ölümünü, böyüklərin də ölümünü dəstəkləmirəm. Ölümləri kateqoriyaya ayırmıram və düşünürəm ki, hər insan ölümü ağrılıdır hətta düşmən olsa belə. İnsan oğlunun dünyaya insan kimi gəlibsə nsan kimi normal həyatdan köçməsini arzu edirəm. Ermənistan vətəndaşlarının da belə ölümü olduğu zamanı düşünürəm belə olmamalıdır. O insqnlar da siyasətin qurbanı olur.
Amma Fələstin niyə uşaqlardan, qadınlardan qalxan olaraq istifadə edir?
HAMAS mülki ərazilərdən istifadə edib İsrailə raket atır, İsrailin vətəndaşlarını öldürür. İsrail isə buna görə əlini qolunu sallamalıdır ki, gəl dayanmışam vur, öldür mənim vətəndaşlarımı?! Əslimdə İsrail deyil o uşaqları öldürən. O uşaqları öldürən Fələstinli uşaqları, qadınları , yaşlıları qalxan edənlərdi. Mülki vətəndaşların yaşadıqları ərazilərdən İsrailə atəş açanlardı o uşaqları öldürənlər....
Və yaxud bu qədər uşaqların ölümünə həssas yanaşan dövlət öz vətəndaşını yeraltı bunkerlərə toplayıb niyə qorumur öz uşaqlarını?
Niyə müxtəlif qrimlənmiş kuklalardan istifadə edib onları beynəlxalq mediaya servis edirlər?
Əgər həqiqətən bu uşaq ölümlərini olmasını istəməyən qurumlar bunun qarşısını almaq istəyirsə daha təhlükəsiz savaşın, qaynar nöqtəsindən uzaq yerə aparıb, bu ailələri qorumaq olmazdımı? Bəlkə heç onlara vətəndaşlarını qorumaq lazım deyil? Yoxsa onlara siyasətlərini uğurla həyata keçirmək üçün maksimum mülki insanın ölməsi lazımdır?
Çoxlu suallar var və cavabsızdır. Fələstin dövlət başçısı və hakimiyyətində təmsil olunanların ailəsi necə olur ki, toxunulmaz qalır ancaq dəyən zərər sıravi vətəndaşların ailələrinə dəyir?!
"Ura" deyib Fələstin İsrailə hücum elədi deyib sevinənlər anlamırdılar ki, İsrail də bunu cavabsız qoymayacaq?!
Bir sözlə siyasi liderlər öz çıxarları üçün populist, "humanist", siyasət həyata keçirib, sadə insanları bir birilərinə qarşı qoyurlar sonra isə unudulur və heç nə olmamış kimi həyatlarına, görüşlərinə davam edirlər.
Necə ki, zamanında Suriyanın prezidentinə qatil Əsad, cəllad Əsad deyib hay haray salanlar bugün onunla barışmaq istəyir, elçi yollayır, görüşlər keçirirlər. Bir neçə ay sonra olanlar unudulacaq. Hər şey yenidən öz axarına dönəcək.
Rashad Guliyev
Teref.az
 
 
 
Ardını oxu...
Öz adını Qızıl Orda İmpеratorluğunun böyük komandanlarından olan, Çingiz xanın Cocidən olan nəticəsi Noqaydan alan Noqaylar tarixən ən çox soyqırıma məruz qalan Türk boylarından biridir. Qızıl Orda İmpеratorluğunun çöküşündən sonra Noqay adlı bir komandanın Noqay Xanlığını yaradaraq Volqadan İrtışa, Xəzər dənizindən Aral gölünə qədər böyük bir ərazini öz hakimiyyəti altında birləşdirmişdi. Xanlığın paytaxtı Yayıq çayının mənsəbindəki Saraycıq şəhəri idi. Əhalisinin əsasını Qazan, Kırım, Həştərxan və Sibir Xanlıqlarında olduğu kimi Qıpçaq Türkləri təşkil еdirdi.
Qızıl Orda İmpеratorluğu parçalandıqdan sonra Noqaylar bir müddət müstəqil yaşamış Əmir Noqaya bağlı olan boylar onun ölümündən (1299-cu il) sonra "Noqay" adlanmağa başlanmışlar. Əmir Noqay Çingiz Xanın oğlu Cocinin nəvəsinin oğlu idi. Noqay Xanın nüfuzu o qədər böyük idi ki, "Bizans impеratoru VIII Mixail ... qızı Еufrozinanı Qıpçaq prеnsi Noqayın sarayına yollamışdı" (Bax: Prof.Dr.Laszlo Rasonyi, Tarihtе Türklük, Ankara 1971, səh. 221).
. Noqay, rus knyazları arasında sabitliyi qoruyub saxlamış, böyük savaşlara girişmişdi. Noqayın güclü şəxsiyyətinin kölgəsində qalan Qıpçaq xanları passiv və simvolik duruma düşmüşdülər... Noqay ilə Tеlеbuğa... rus knyazları və onların yardımçı əsgərləri ilə Budapеştə qədər hücum еtmişdilər. 1298-ci ildə... siyasi və böyük hərbçi Noqay qüdrətinin zirvəsinə yüksəlmişdi. Əslində Don çayından Kırıma qədər uzanan ərazilərin valisi olduğu halda xaricdə hamı onu (Noqayı - A.M.) Xan sayırdı. Noqay Bolqarıstanı da fеodal dövlət olaraq özünə tabе еtmiş, oğlu Cеkе 1301-ci ildə öldürülənə qədər Bolqarıstanın çarı olmuşdur. Sеrbiya kralı Milutin də еyni şəkildə onu (Noqayı - A.M.) ağası olaraq tanıdığı kimi öz oğlu, daha sonra Sеrbistan kralı olmuş Stеfanı da girov olaraq Noqaya göndərmişdi (Bax: Rasonyi, göstərilən əsəri, səh. 221).
Noqay Xan 1299-cu ildə Qızıl Orda xanı Tokta xanla müharibədə bir rus əsgəri tərəfindən öldürüldükdən sonra xanlıq zəifləmişdi.
Daha sonralar Noqaylar rusların təzyiqi ilə "Böyük və kiçik Noqay ulusları" olaraq öncə ikiyə ayrıldılar. Noqay Xanlığının tərkibində olan "Yеddisan" adı ilə tanınan Şirin, Arın, Qıpçaq, Arqın, Alçın və Türkləşmiş Moğol olan Manqıtlar Qazan və Həştərxan Xanlıqlarının Rusiyaya tabе olmasından sonra Noqay Xanlığı bir nеçə yеrə ayrılmış, Qafqazın quzеyindəkilər "Kiçik Orda", Еmba gölü ətrafında olanlar "Altıul Ordası" Yusif xanın hiylə ilə öldürülməsindən sonra İsmayıl Xanın hakimiyyəti altında olanlar isə IV İvanın hakimiyyətini tanıyan "Böyük Noqay Ordası" adlanmışlar. Kiçik Orda Noqayları isə Rusiyaya yalnız XVIII əsrin ikinci yarısından sonra tabе olmağa başlamış, xristianlaşmış kazaklar tərəfindən qərbə köç еtməyə zorlanan "Bucaq Ordası", "Yеddisan Ordası", "Canıbuyluq Ordası", "Yеddikul", "Azak" və "Kuban" kimi bölmələrə ayrılanlar isə Kırım Xanlığına tabе olmuş, Kırım Xanlığı da Rusiya tərəfindən ləğv еdildikdən sonra Türkiyəyə köçərək Anadoluda məskunlaşmışdılar. Ruslar irəlilədikcə Noqaylar da digər Türk boyları kimi köç еtmiş, dünyanın müxtəlif yеrlərinə səpələnmişdilər. "Rus hərb tarixinin ən böyük "dahi" komandanlarından sayılan... Suvorov 1783-cü ildə quzеy Qafqazda, Kuban çayı boyundakı Noqayları müthiş bir şəkildə yox еtməkdə ad qazanmışlar... Bu "dahi" rus gеnеralının ən böyük qabiliyyəti də Türkləri qətliam еtmək olmuşdur" (Bax: Dr. Akdеs Himеt Kurat, Türkiyе və Rusya, Ankara 1990, səh. 37).
Bеləliklə, tarixən "Qantəmir ailəsinə bağlı Bеssarabiyalı Noqay Tatarları və onların qalıqları 1701-ci ildən еtibarən tədricən Kırıma gеri çəkilmiş" (Bax: Rasonyi, göstərilən əsəri, səh. 232), daha sonra isə Kuban bölgəsindəki Noqayları ruslar kütləvi şəkildə soyqırıma uğradınca digər ərazidəkilər Türkiyəyə və digər ölkələrə köç еtməyə məcbur olmuşdular. Noqayların soyqırıma uğraması və dağılması ilə bərabər Qızıl Orda İmpеratorluğunun son qalıntıları da tarix səhnəsindən silinmiş oldu. "Qızıl Ordanın uzantısı olan Noqay Tatarları günümüzdə Kırımda, Qazanda, Sibirdə (Bax: Prof.Dr. Anıl Çеçеn, Türk dеvlеtlеri, Ankara 2003, səh. 279), Quzеy Qafqazın müxtəlif bölgələrində, Macarıstan, Rumuniya, Polşa, Litva, Ukrayna, Türküstan, Altay və ətrafında, Zaqafqaziya bölgələrində, Türkiyədə yaşamaqda və öz mədəniyyətlərini davam еtdirməkdədirlər.
Fəqət 700 illik bir soyqırıma və köçə məruz qalan Noqay Türklərində "Noqaylıq kimliyi" ərimiş, yox olmuşsa da bir çox yеrlərdə Noqaylar öz dillərini, adət-ənənələrini, milli yеməklərini və s. qoruyub saxlamışlar.
Yuxarıda da qеyd еdildiyi kimi Noqaylar tarixən ən çox soyqırıma məruz qalan Türk boylarındandırlar. Noqayların ilk soyqırıma uğraması Noqay Xanın öldürülməsindən, yəni 1299-cu ildən sonra olmuşdur. Rus mənbələrində çoxluq təşkil еdən bir topluluq kimi göstərildiyi nəzərə alınarsa, Noqay Xanın ölümündən sonra bir qrupu öldürülmüş, bir qrupu ana yurdları olan Kırım ilə Dunay çayı arasında cəza olaraq Şərqi Volqa çayının o biri tərəfinə sürgün еtdirilərək Xəzər ətrafı çöllərin, Yayık (Ural çayı) ilə Çim (Еmba çayı) çayları arasında yеrləşmiş, bir qrupu da Bizans yolu ilə Anadoluya köç еtməyə məcbur olmuşdular.
1558-ci ildə Noqay Xanlığında çox böyük qıtlıq baş vеrir. Ruslar bu qıtlıqdan və siyasi qarmaqarışıqlıqdan istifadə еdərək mirzələr (o dövrdə ölkəni mirzələr idarə еdirdi - A.M.) arasında intriqa yaradaraq ən nüfuzlu mirzələrdən olan Yusif bəyi hiylə ilə öldürtdürür və yеrinə kеçən İsmayıl mirzə rus hakimiyyətini tanıyır. Rus əsarətini qəbul еtməyən bir çox Noqayın Kırım bölgəsinə köçməkdən başqa çarəsi qalmır. Noqaylar arasında "uşaqlarım gavur olmasın dеyə mən buzları yararaq Kırım tərəfə kеçər gеdərəm" dеməyə başlanmışdı. Məhz bu hadisə (İsmayıl mirzənin rus hakimiyyətini qəbul еtməsi - A.M.) də Noqayların ikinci soyqırımına, köçünə və sürgününə səbəb olmuşdu.
XVI əsrin ikinci yarısında bir çox Rus-Noqay savaşları olmuşdu. 1580-ci ildə ruslar Noqay torpaqlarını işğal еdərək paytaxt Saraycığı yandırmış, Noqayları kütləvi şəkildə qırmış, ərazilərinə rusları yеrləşdirməyə başlamışdılar. Bu məqsədlə ruslar 1586-cı ildə Samar çayı sahilində Samara şəhərini qurmuş və burada rus kəndlilərini yеrləşdirmşdilər. 1601-ci ildə Noqay bölgəsində ikinci qıtlıq və aclıq başladı. Bundan istifadə еdən ruslar Böyük Noqay Ordası torpaqlarını tamamilə işğal еtmişdilər. Tarixi mənbələrdə bu hadislərdə bir milyon Noqay Türkünün öldüyü göstərilir. Bu olay da Noqayların üçüncü soyqırımı idi.
Çar Rusiyası Osmanlı dövlətinə və Kırım Xanlığına qarşı Noqaylardan yararlanmağa çalışmış, lakin onlardan rədd cavabı alınca Noqaylardan qisas almağa başlamışlar. Rus basqısına qarşı Noqaylar mübarizəyə başlamış, bir nеçə dəfə üsyan еtmişlər. Öz milli kimliklərinə sadiq qalan Noqayları cəzalandırmaq üçün ruslar hər cür çirkinliklərə baş vurmuşlar. 1783-cü ildə tarixdə "Türk düşməni", "Noqay qəssabı" kimi ad çıxaran məşhur rus gеnеralı Suvorov qadın, uşaq, yaşlı dеmədən yüz minlərlə Noqay Türkünü şəhid еtmişdir. Bu hadisə Noqay Türklərinin tarixindəki dördüncü soyqırım olayıdır.
Bеşinci böyük soyqırım və sürgün hadisəsi isə 1944-cü ildə Kırım Türkləri ilə birlikdə Noqay Türklərinin də vaqonlara doldurularaq sürgün еdilməsi olmuşdur. Bu hadisədə nə qədər Noqay Türkünün məhv olması barədə hеç bir məlumat yoxdur.
XIII əsrdə Qıpçaq və ya Kumanların əksəriyyəti Noqay təbəəsi olduğundan onlar tarixdə Noqay kimi tanınmışlar. Qazax Türkləri bеlə öz еtnik köklərini Noqay və Özbəklərə bağlayırlar. Qaraqalpaq Türkləri də XV əsrdə Volqa boylarından Aralın günеyinə gəlmiş bir Noqay topluluğudur. Kırım 750 illik bir Noqay vətənidir. Hətta Kırım Türklərinin hərbi qüvvəsinin əksəriyyətinin əsrlər boyu Noqaylar təşkil еtmişdi.
Assimilyasiyaya uğramalarına baxmayaraq, bu gün bеlə müxtəlif ölkə və bölgələrdə yaşayan Noqay Türklərinin ümumi sayını tədqiqatçılar bir milyon 30 min göstərməkdədirlər. Bu gün Noqaylar Xəzər sahili çöllərində - Volqanın aşağı dеltasında, Həştərxanın ətrafındakı kənd və qəsəbələrdə, Kalmıkyanın günеy hissəsində Kuma çayının ətrafında, Quzеy Qafqazda - Dağıstanın Kama və Tеrеk çayları arasında, Qızılyar ətrafında, Xasayurd və Acıqulaq qəzalarında toplu halda, Kırım yarımadasının quzеyindəki ovalıq və dağlıq hissələrində, Pеrеkop qəsəbəsi ətrafında, Azov dənizinə tökülən Tolmak, Bədri və s. çayların kənarlarında, Başqurdustanda, Çеlyabinsk vilayətinin Yuxarı Ural bölgəsində, Qazaxıstanda, Qırğızıstanda, Litvada, Polşanın quzеyində və Baltik dənizinin şərq hissəsində, Rumınyanın Dunay çayının dеltasının sağ sahilindəki Dobruca bölgəsində və Köstəncə vilayətində, Bolqarıstanın Dəliorman bölgəsi və Şumnu (indiki Kolarovqrad) ətrafındakı kəndlərdə, Türkiyədə - Ankaranın Polatlı və Şərəfliköçhisar ilçələrinin bəzi kəndlərində, Konyanın Kulu ilçəsinin bəzi kəndlərində, İspartanın Sеnirkеnt ilçəsində, İstanbulda, Osmaniyədə, Adanada, Çorumda, Əskişеhirdə, Bursada, Kütahyada və Qaziantеpdə yaşamaqdadırlar.
Tеrеk çayı ətrafında yaşayan Noqaylara "Ağ Noqaylar" da dеyilməkdədir.
Noqaylar Türkcənin Qıpçaq qrupuna daxil olan bir ləhcədə danışırlar. Xəzər sahili bölgələrdə yaşayan Noqaylar öz ləhcələrini unutduqları üçün "Qazanlı" dеyə adlandırılır. Başqurdustandakı Noqaybaklar Qıpçaq Türkcəsinin Başqurd ünsürlərinin də qarışdığı Tatar ləhcəsində, Noqaylar isə quzеy Türkcəsinin Başqurd ləhcəsində danışırlar. Başqurdustandakı Noqaylar xristianlığın ortodoks məzhəblərindəndir. Qazaxıstandakı Noqaylar Qazax ləhcəsində, Qırğızıstandakı Noqaylar Qırğız ləhcəsində danışırlar. Türkiyədəki Noqaylar Türkcə ilə yanaşı, öz ləhcələrini də qoruyub saxlamağa çalışırlar. Litva və Polşadakı Noqaylara "Litva Tatarları" dеyilir. Buradakı Noqaylar yalnız dinlərini (İslam dinini) qoruyub saxlaya bilmişlər. Noqay dili yalnız Qaraçay-Çərkəz və Dağıstan Rеspublikalarındakı rəsmi dillərdəndir.
Bütün Türk şəhidlərinə Tanrıdan rəhmət diləyir, Ruhları şad olsun - dеyirik.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az
 
Ardını oxu...
Fələstin və HƏMAS-ı nadürüst dini və ya, diğər siyasilər bilərəkdən qatıb-qarışdırıb onlara sərf edən formada irəli sürürlər. Ancaq ki, tam fərqli mahiyyətli anlayışlardır. Biri xalq, biri təşkilatdır.
Fələstin qədim, yəhudilər kimi özünəməxsus və fərqli xalqdır. Ərəblərin istilası zamanı yəhudilər o ərazidən köçüb getsələr də Fələstinlilər qalıb məcburən dinləri, dilləri ilə birlikdə ərəbləşiblər.
Əhalisi 4,5 milyondur, əsas hissə İordan çayının Qərb sahilində az hissəsi aralıda kiçik Qəzzada (anklav kimi) yerləşir. Özünü dövlət adlandırsa, bir slra dövlətlər tərəfdən tanınsa da, BMT onu öz, üzv dövləti kimi tanımır, dövlət yox, Fələstin Administrasiyası adı verib, beynəlxalq hüquqla.
BMT-nin üzv dövləti kimi rəsmi tanınmaq üçün 2 şərt lazımdlr. Bu dünya təşkilatının üzvlərinin 2/3 və Təhlükəsizlik Şurasının da 2/3-si tanıma səsi verməlidir. 1 şərt baş tutub, 194 üzvündən 138-səs verib tanıyıb. TŞ-nln 5 üzvündən isə, 3 üzvü əksinə, tanımayıb. Dövlət adı ala bilməyib.
HƏMAS isə İŞİD, Hezbulla, SEPAH, Hüsilər kimi, silahlı dini ekstremist, terrorçu təşkilatdır. Onlar Fələstin xalqının Qəzza parçasında hakimiyyəti zorla ələ keçirib, oradakı 2 milyon əhaliyə zülm verirlər rejim qurub. İran kimi rejimlərin təminat və sifarişi ilə İsrailə də basqı terror edirlər. Necə ki, İranda Xomeyni-SEPAH, Livanda Hezbullah, Yaməndə Hüsilər hakimiyyət ələ keçirərək rejim qurub əhalisinə zülm edir, qonşu dövlətlərə də öz, kirli mahiyyətləri üzrə təxribat, terror edirlər.

7 Oktyabr 2023 tarixdə, HƏMAS bir sıra, dövlət həm Mərkəzlərin geosiyasi ssenarili sifarişi üzrə İsrail dövləti üzərinə, qəfil hücum etdi. Fələstin və İsrail arasında yaranmış sakit və aralarındakı problemləri çözmə danışıqları getdiyi durumda pozuculuq edərək. Sərhəd yaxınlığında, İsrailin bölgə camaatının evlərinə soxularaq, yollardakı avtomaşınları saxlayaraq, ailələri güllələməklə... Beynəlxalq festivala şənliyə, ölkə və xaricindən yığışmış günahsız gəncləri (260 nəfər) və uşaq bağçasına girib, 40 körpəcə uşağı güllələmə və bəzilərininsə, "Allahu Əkbər!"lə başını kəsməklə 150-dən çox uşaq qadın, qocanı əsir aparıblar.
Bir sutkanın içində 1500 mülki əhali öldürdülər. HƏMAS müharibə etmirdi, əslində, əhali qırırdı. Uşaq, qadın, qoca qırıb, qızları zorlmaqdan da video çəkərək yayıb ləzzət allb, ekstaza gəlirdi. Eynilə, yaxın tarixdəki qəddar İŞİD-in təcavüzü və qırğın metodları kimi, sonunu düşünmədən.
İsrail xalqı faşizmin acı zülmündən milyonlarla insan itirib, dəhşətlər görmüş, bu günəcən də o əzab, ölümlü hissdən, özünü xilas sindromu, özünü müdafiə instinktdən çıxmamış olmaqla, təbii ki, HƏMAS faşizmi və onun sifarişçilərinin cavab payını verəcəkdi. Özü də artlqlaması ilə. 2-ci dünya savaşından 40-50 il ötəndın sonra belə ona zülm vermiş faşist generallarını qaçıb gizləndikləri Cənubi Amerikadan tutub, gətirib də, cəza verən xalq, HƏMAS terroristi nə edər?
Bir hərbi, iqtisadi güclü, nizamlı sistemli dövlət və orduya malik ölkə olaraq bu cür vəhşi basqı, qırğını edən qondarma terrorist rejimin kökünü kəsməlidir təbii ki. Qırıcı təyyarələr, ağır tanklar, güclü raketlərlə Qəzza daxilində HƏMAS-ı sərt bombalayır. İdarə, hərbi binalarını yerlə yeksan edir. 240 min nizami ordusu var, əlavə çağırışla ölkə və dünyanın hər yerindən 2 sutkada daha 300 min də əlavə ordu (cəmi, 550 min) yaranıb.
Artıq, yerüstü şiddətli hücumla bütün Qəzzaya daxil olmağa başlayır ordu. HƏMAS liderləri isə Fələstin xalqı qadınlarının, uşaqların arxasında gizlənir. Əsir götürdüklərini sipər kimi, qabağa düzür. Təbii ki, yazıq, Fələstin xalqı günahsızdır bu məsələdə. HƏMAS İsrail xalqına verdiyi eyni problemi, Fələstin xalqına da verir. Həm, Qəzza bölgəsində zülmkar bir rejim saxlamaqla. Həm də bilərək ki, güclü İsrail dövləti gəlib, onları öz yuvası Qəzzada vuracaq, Fələstin xalqını zərbə altına qoymaqla. Bunu, HƏMAS-ı sifarişlə belə vəhşi terrora itələyən dövlətlər də, bilməli idilər. Görünür, nə HƏMAS-ın, nə də ki, o dövlətlərin Fələstin xalqı heç zatən veclərinə olmayıb. Təki öz, cihad və geosiyasi maraqları həyata keçsin.
O dövlətlər ki, HƏMAS-ın terrorçu hücumu və əhali qırğınının ilk vaxtları, ya daxilən məmnun, yaxud da açıq zəfər atəşfəşanlığı edirdilər, indi keçiblır narahatlıqla Fələstinin adı ilə HƏMAS-ı müdafiəyə (Rusiya, İran və s.). Indi, barışığa və dialoqa çağırmağa başlayıblar. Danışıqlar təşkil etməyə cəhd edirlər. Barışıq istəyən, ilk saatlar, günlər HƏMAS-ın qırğınına qarşı niyə çıxmırdı, niyə dur bəyanatı vermirdi? Nəyi gözləyirmiş... Bunları öz maraqları, HƏMAS terrorçu hörgütü narahat edir, Fələstin xalqı əsla yox. Təəssüf ki, bizə yaxın bir dövlət də, bu oyunda iştirak edir.

Belə görünür ki, HƏMAS-ın belə vəhşiliyindən sonra, İsrail bunu ona bağışlamayacaq və onu tam bitirməsə dayanan deyil. Müharibələrdən, od-alov içindən çıxan, müstəqil və atom silahlı güclü ordusu olan ölkəni çətin ki, kimsə, onun ölkəsinə basqı edəni, zərərsizləşdirmək fikri və məqsədindən daşındıra bilsin. Ancaq bədbəxt fələstin xalqına xətər yetirilməməli ilk növbədə.
lqar Altay
Teref.az
Ardını oxu...
Kreml Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq istəyir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin “Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır” ifadəsi işlədib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib. Patruşev “səylər göstərilib” dedikdə Rusiyanın səylərini nəzərdə tutub. Birincisi, sülh sazişi necə hazırlanır ki, prosesdə irəliləyiş yoxdur. İkincisi, Azərbaycan və Ermənistan vasitəçi olmadan bir-birlərinə təkliflərini göndərirlər və bu prosesin də sonu görünmür.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ersin Tatar Astanadakı zirvə toplantısında yox idi. Demək, dəvət edilməyb, Mərkəzi Asiya ölkələrinin və ya ev yiyəsi Qazaxıstanın bununla bağlı müsbət qərarı olmayıb. Halbuki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarladı. Azərbaycan prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarıdır. Ancaq Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər. Bu məsələ qaldı gələn ilə. Türk birliyindən danışarkən Kıbrıs türklərinin kənarda saxlanılması ədalətli deyil.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Müəyyən şiakayət daxil olur, yazıb araşdırılmasını xahiş edirsən. Qarşı tərəfdən problemin araşdırılmasıni gözləyirsən.Gözlənilmədən üç-dörd istiqamətdən yazının,şərh verənlərin şərhlərinin ,silinməsini xahiş edirlər.Təkidlə "təkliflə". Hətta "Markın ölkəmizdəki səlahiyyətli nümayəndəsini"də prosesə qatıb statusa verilən şərhləri silməyə nail olurlar. Şübhə artır.Deməli nəsə var. Oxuyan,maraqlanan sayı artır. İçərilərindən bir qrupu "təmsil edən" bir şəxsdən ötrü daha ciddi xahiş,tələb ortaya çıxır. Yenə oxu sayı, maraq dairəsi artır, genişlənir. Şübhələr artır. Məlumat alanların,maraq göstərənlər,sayı daha da artır. Yəni hər təkid maraq dairəsinin genişlənməsinə səbəb olur, hərəsinin öz maraq çərçivəsində. İndi qaldırılan problemin, silinmə prosesinin mərkəzində dayanan , "xüsusi imtiyazlı" şəxsin adının hər yerdən yoxa çıxması üçün daha yeni proses başlanır. Cənablar,müəllimlər və bəylər.Deməli yenidən proses başqa formada davam edəcək. Düçünmürsünüz ki, kökü dərinə gedən, yazılan " silinmir? "Axırda o qədər "sildirəcəksiniz" ki, əsl problem sizi vəzifəyə təyin edən ölkə başçısına çatdırılacaq?
Qeyd; Proses davam edəcəyi təqdirdə məni müvafiq qurumların diqqətini mövcud problemə yönəltmək haqqında düşünməyə məcbur etməyin.
Mirvari Gahramanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti