Ardını oxu...
TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.

Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir.
Ardını oxu...
Prezident İlham Əliyev Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.
 
Ardını oxu...
Kolumbiyalılar ən çox iştirakçı ilə konsert keçirərək dünya rekordu qırıblar.

Boqotadakı Mərkəzi Parkda hər yaşdan olan 16.000 musiqiçi və xor ifaçısı toplaşıb.

Onlar Bethovenin 9 nömrəli simfoniyasından bir parça, argentinalı müəllifin “Sülh göyərçinləri” mahnısını və daha dörd musiqi parçasını ifa ediblər.

“Bu, inanılmaz təcrübədir. Özünü iynə üstündə hiss edirsən, çünki gözəl musiqiçilər görürsən. Bu qədər gözəl ifaçılar arasında olmaq və musiqiyə qarışmaq necə gözəldir”, - deyə iştirakçılardan biri hisslərini ifadə edib.

Konsertdə Boqota Filarmonik Orkestri də çıxış edib.

Tədbir yerli hakimiyyət orqanları, ölkənin Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib.

“Konsertdə iştirak edən uşaqların valideynləri hesab edirlər ki, musiqi dərsləri uşaqların davranışlarını və başqaları ilə ünsiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Cəmiyyətin bu şəkildə qurulması mümkündür” – deyə qeyd edilib.

Konsert Kolumbiyada uzun müddətdir davam edən hərbi münaqişə tərəfləri arasında barışığa həsr olunub.


Mənbə: NTD TV.ru
 
Ardını oxu...
Sosial şəbəkələrdə AzTV-də Nadir şahın və əfşarların fars kimi qələmə verilməsinə mənim cavab verməyimi istəyirlər. Qısa olaraq fikirlərimi bildirim:

Birincisi, Nadir şah Əfşar - “son fateh” kimi tarixə düşən dünyaca məşhur sərkərdədir. İşğalçıları qovan və yeni Azərbaycan imperiyasını yaradıb gücləndirən bir şah kimi Azərbaycanın qürur mənbəyidir.

Nadir şah Azərbaycan adı altında vahid inzibati bölgü yaradaraq onu imperatorluğun mərkəzinə çevirmişdi. Şöhrəti və parlaq hərbi yürüşləri o qədər məşhur idi ki, hətta Napoleon özünü Avropadakı "Yeni Nadir" hesab edir və ondan təsirlənirdi. Fransız imperatorunun Fətəli şah Qacara yazdığı məktublarında Nadir şahı düşmənlərini vahiməyə salan böyük döyüşçü adlandıraraq, heyranlığını dilə gətirirdi.

İkincisi, əfşarlar — 24 oğuz boyundan biridilər; qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divani Lüğət-it-Türk"dəki iyirmi iki oğuz boyundan altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.

Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Bəziləri iddia edirlər ki, əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışlar. Nadir şah öz soy-kökünün Azərbaycan torpaqlarında olduğuna əmin idi. Bununla bağlı “Tadhkirat al-mulūk. A manual of Ṣafavid administration, circa 1137/1725. Persian text in facsimile-B.M. Or. 9496. Translated and explained by V. Minorsky”, səh.164-də yazılır: “Əfşar tayfası bütöv İran üzrə səpələnib, lakin burada mətnimiz [Təzkirətülmülük] tayfanın Urmiya gölünün güney sahilində və Marağadan güneydə məskunlaşan hissəsini nəzərdə tutur. Nadir Şah 1730-cu ildə burada öz tayfasının "ana yurdunu" tapmağa şad olmuşdu".

Türkiyəli tədqiqatçı A.Kaya “Əfşar türkmənləri” əsərində də bu fikri təsdiq edir.

Nadir şah türkcə danışardı. Bütün ətrafı - hətta Türkiyə sultanı və Hindistan şahları ilə də. Amma fars dilini təmiz bilirdi. Ərəb dilini isə pis bilirdi.

Nadirin mənşəyindən söhbət açanlar onun "qılıncdan yarandığını” yazırlar. Sadə bir kəndli ailəsində dünyaya göz açmış, öz qabiliyyətləri sayəsində yüksəlmiş Nadir şah qətiyyən fars deyildi və farsa heç bir aidiyyəti də yoxdur. Onun “fars” kimi qələmə verilməsi tarixi tamamilə saxtalaşdırmaqdan başqa bir şey deyildir.

Bütövlükdə Nadir şahın Oğuz-türkmən soylu əfşar boyundan olmasını Mirzə Mehdi Astarabadi, Məhəmməd Kazım Mərvi, A.A.Bakıxanov, L.Lokkart, K.Bosvort, Stenli Len-Pul, V.Minorski, E.Şmidt, S.R.Kişmişev, Ə.Kəsrəvi, S.Nəfisi, M.R.Arunova, P.Q.Butkov, eyni zamanda, bir çox çağdaş tədqiqatçılar da yazıblar. İngilis müəllifi K.Bosvort, M.Aksvorti, L.Lokkart yazırlar ki, Nadir şahın təmsilçisi olduğu əfşar – Oğuz-türkmən soylu əfşar tayfasıdır.

Nadir şah özü Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda yazır:

“Mənim cəddim müqəddimə Çingiz xurucunda Ruma gedən ali-Osmanın cəddi Ərtoğrulun qarındaşı olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim İrana getmiş idi”.

Eyni zamanda Nadir şahın şəxsi səlnaməçisi Mirzə Mehdi xan da yazır ki, Nadir şah türkmənlərin əfşar boyundandır.

Bu barədə çox yazmaq olar, məncə kifayətdir.

Soruşurlar ki, bəs Nadir şahın niyə bu qədər qələbələri ola-ola, onlar farsın ayağına bağlanır?

Cavab sadədir: Nadir şah Əfşarın hərbi yürüşlərini erməni katalikosu Abram Tekirdağlı (Abram Kretasi) qələmə alıb və bunun özü də suala cavabdır.
axar.az
 
Ardını oxu...
Xalq artisti Sofa Bəsirzadə haqqında 10 maraqlı faktı təqdim edirik:

Sofiya Bəşir qızı Bəsirzadə 28 fevral 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb. Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi yazılıb. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət ediblər.

Gənclik illərində Sofa xanım daxili işlər orqanlarında çalışan Soltan Vəzirov adlı biri ilə tanış olur. Bir-birinə məhəbbəti yaranan cütlük bir müddət sonra ailə qururlar. Soltan bəy heç vaxt Sofa xanımın aktrisa olmağına qarşı çıxmır. Onların Camal və Kamal adlı iki oğlu dünyaya gəlir. Lakin, 1971-ci ildə Sofa xanımın həyat yoldaşı qəfil dünyasını dəyişir. Bundan sonra o, tez-tez övladlarına deyir ki, məni atanızın yanında dəfn edərsiniz.

Ardını oxu...

Sofa xanım dindar qadın olub, o, namaz qılıb, oruc tutub. Bir dəfə isə Kəbəni ziyarət edib.

***

Teatr səhnəsində 62 ildən çox çalışan aktrisa bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünüb və xarakterik obrazlar yaradıb. Yüzdən çox obraz ifa edib. “Lənkəran xanının vəziri”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş”, “Solğuri çiçəklər”, “Şeyx Sənan”, “Səyavuş”, “Canlı meyit”, Fedra (“Dəlilər”, “Təhminə və Zaur”, “Müfəttiş” kimi tamaşalarda maraqlı obrazlar yaradıb.

Ardını oxu...

1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbərliyi Həsənağa Turabov, Sofa Bəsirzadə də daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlardan Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın yaratdığı Bələdiyyə Teatrında işə düzəlirlər.



***
Xalq artisti Fuaf Poladov haqqında kinoşünas Aygün Aslanlının yazdığı “Skafandrlı adam” adlı kitabda nəql edir: “Hər dəfə premyera günü otağıma gələndə stolumun üstündə gül görürdüm. Kostumerdən içəri kimin girdiyini soruşurdum, demirdi. Otağın açarlarından biri də onda olurdu. Amma bir dəfə ağzından qaçırtdı. Sən demə, gülləri Sofa xanım, Sofa Bəsirzadə gətirirmiş”.

Ardını oxu...

Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyir: “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir. Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram”.

***

Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

Ardını oxu...

Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməmələri üçün deyib-gülüb zarafat edir, “bir gün gələn bir gün getməlidir” deyir.



Xalq artisti 2000-ci il yanvarın 4-də vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.(Kulis.az)
 
Ardını oxu...
İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Sfera.az xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.

“Allah rəhmət eləsin”, - səfir sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə dünən dünyasını dəyişib.
Ardını oxu...
 
 

 
Fransa və Avropanın məşhur telekanalı olan “Euronews” Azərbaycandan, o cümlədən Şəki şəhərindən və İsmayıllıdan maraqlı reportaj hazırlayıb.

 

Reportajda Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda araşdırmaq üçün bir çox maraqlı mətləblərin olduğu vurğulanır. Tanınmış reportyor Monika Pinna reportajda Qafqaz dağlarından Xəzər dənizinin sahillərinə qədər səyahəti zamanı Azərbaycanın zəngin ənənələri haqqında ətraflı məlumat verib.

“Euronews” və “Euronews.com”un “Azərbaycanı kəşf et” rubrikasının bu həftəki rubrikasında yolboyu Odlar Yurdunun gizli xəzinələrini kəşf edərək Qafqaz dağlarından Xəzər dənizinin sahillərinə səyahət edəcəyik”, - reportyor bildirib.

“Şəkinin memarlığı və tarixi o qədər unikaldır ki, Şəki YUNESKO-nun Ümumdünya İrsi siyahısına salınıb", - Böyük Qafqaz dağlarının ətəyində qədim dövrlərdən indiyə kimi alıcıların və tacirlərin qədim dayanacağı Şəki şəhərinə səfər edən Monika Pinna bildirib.

“İpək Yolunun qızıl dövründə Şəkidə ipəkçilik, barama ticarəti və xam ipəkçilik əsas iş idi. Bu gün də ipək və ticarət canlı şəhərin əsasını təşkil edir. Karvansaraylar səyyahlar və tacirlər üçün ənənəvi yol kənarındakı mehmanxanalar olub və bu günə qədər gəlib çatmış iki möhtəşəm nümunə var.

Şəkidə 1762-ci ildə tikilmiş gözəl Xan Sarayını mütləq ziyarət etməlisiniz. Sonra əsrlər boyu sənətkarlar şəhəri kimi tanınan Lahıc qəsəbəsinə səfər edirik. Amma onu məşhur edən kümçülər olub və biz nəsillər boyu mislə işləyən ailə biznesi ilə tanış oluruq”, - reportajda qeyd edilir.

 

XalqXeber.Az
Ardını oxu...
“O vaxt hamı bilirdi ki, “Qaraca qız” filmində Xədicə roluna çəkilmişəm. Digər məktəblərin oğlanları arxamca düşürdülər, oxuduğum 134 saylı məktəbin oğlanları onları döyürdülər (gülür). Filmə çəkilməyim də təsadüfən olmuşdu. Atamla anam məni bulvara gəzməyə aparmışdılar. Orada bir kişi valideynlərimə yaxınlaşıb dedi ki, “mən səhərdən fikir verirəm, biz kino istəyirik, orada bəyin qızına sizin qızınız çox bənzəyir. Filmin bir hissəsi Şamaxının Çuxuryurd kəndində lentə alındı. Həmin kişi də rejissor Şamil Mahmudbəyov idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi - Leyli Axundova deyib. O daha sonra əlavə edib.

“Evin yeganə, yağ-bal içərisində böyüyən qız övladı idim. Mən filmdə özümü oynayırdım. Anam mühafizəkar qadın idi, çox şeyə mənə icazə vermirdi. Atam deyirdi ki, bircə qızım var, nə istəyir etsin. Mən də çalışırdım ki, elə işlər görüm ki, heç vaxt atamın başını aşağı salmayım”, - deyə sənətçi bildirib.

Sənətçi bildirib ki, atası sonradan onun sənətdə olmasını istəməyib.

“Rəhmətlik Toğrul Nərimanbəyov atama dedi ki, “İsmət, Moskvada gedib danışmışam, Leylini imtahansız aktyorluq məktəbinə götürəcəklər. Çünki onun filmi var”. O vaxt bu kino “Qızıl fond”-a düşmüşdü. Toğrul Nərimanbəyov atamdan xahiş etdi ki, Leyli aktrisa olsun. İmtahan da verməyəcəkdim, bir monoloq deyəcəkdim. Atam dedi ki, yox ki, yox! İcazə vermədi. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında uşaqlara piano dərsi keçirəm. Bəzən düşünürəm ki, yaxşı ki, aktrisa olmamışam. Bu gün sanballı filmlər, layihələr görmürəm. Birincisi o vaxtın rejissorları yoxdur. İkincisi də nə uşaqlar üçün normal filmlər çəkilir, nə də böyüklər üçün. Kino sahəsi başlı-başına qalıb. Bu hal məni çox üzür”, - deyə sənətçi bildirib.
Ardını oxu...
Hollivud ulduzu Kianu Rivz yenə sadəliyi ilə gündəm olub. Belə ki, o, Nortemptonşirdə (İngiltərə) tanımadığı cütlüyün toy mərasiminə qatılıb.

Məlumata görə, tədbir aktyorun qaldığı hoteldə keçirilirmiş. Bunu görən Kianu rənarda qalmayıb və onlara yaxınlaşaraq təbrik edib.

“Keanu Rivz çox mehriban idi. O da bizi toyumuz münasibətilə təbrik etdi, bir neçə şəkil çəkdirdik. Sonra o, vaxt tapıb bəzi qonaqlarımızla söhbət etdi, onlarla da şəkil çəkdirdi”, - deyə gəlin bildirib.

Cütlüyün sosial şəbəkələrdə aktyorla bağlı paylaşımları ulduzun pərəstişkarları tərəfindən heyranlıqla qarşılanıb. Bəzi istifadəçilər özləri də həyatda belə təsadüf istədiklərini bildiriblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Daily Mail
 
Ardını oxu...
Naxçıvan MR-in rəsmi televiziya kanalı NTV-dən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətçinin yazdığına görə, NTV-də Azərbaycanın yox, TV-nin rəhbəri Sahil Tahirlinin qanunları keçir. S.Tahirli qanununa əsasən, NTV işçiləri əmək məzuniyyəti 1 ay yox, 15 gündür. İşçi məzuniyyətə çıxdıqdan 15 gün sonra işə qayıtmalı və qalan yarım ayı isə müftə işləməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci Maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Məzuniyyət haqqı isə orta əmək haqqının müəyyənləşdirilməsi yolu ilə müəyyənləşir. Yəni işçinin 12 ay ərzində aldığı məvacib toplanıb 12-yə bölünür. Daha sonra əldə olunan məbləğ 30.4-ə bölünərək işçinin 1 günlük əmək haqqı müəyyənləşdirilir. Daha sonra isə həmin məbləğ işçinin məzuniyyətdə keçirdiyi günə vurulur.
Üstəlik, işçilərə ödənişli məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
NTV-dən redaksiyamıza daxil olan şikayət məktubundan isə belə anlaşılır ki, Sahil Tahirli qanunvericiliyində işçilərə 15 təqdim günündən çox məzuniyyət verilmir. İşçinin 15 günlük müftə işlədilməsi isə heç Afrikanın cəngəllik qanunlarında da yolverilməz haldır. Bu kimi hallar ancaq və ancaq Vasif “xan” dərəbəyliyində baş verə bilər. Çünki bu diyarda hələ də quldarlıq quruluşu hökm sürür.
Heydər Oğuz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti