Ardını oxu...

Çilidə futbol matçının hakiminə qarşı zorakılıq edilib.

 

 “Club Real Deportivo 1 de Mayo” və “Club Salvador” arasında baş tutan oyunda qırmızı vərəqə verən hakim oyunçular tərəfindən dəyənəklə döyülüb.

 

Sakitləşə bilməyən futbolçular döydükləri hakimi əvvəlcə futbol meydançasının yaxınlığındakı dərəyə aparıb, daha sonra uçurumdan aşağı atıblar. Ağır yaralanan referi ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb.

 

Hadisə üzə çıxandan sonra futbol ictimaiyyəti ayağa qalxıb. Futbolsevərlər hakimə qarşı zorakılıq edən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.

 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasında beşinci turun son matçı keçirilib.

Bu mövsüm qələbəyə həsrət qalan “Lester” “Kinq Pauer” arenasında “Mançester Yunayted”i qəbul edib.

Çempionata uğursuz başlasa da, son iki matçda qalib gələn “qırmızı şeytanlar”ın heyətində ulduz futbolçu Ronaldunun ardıcıl üçüncü dəfə start heyətdə yer almaması diqqətdən yayınmayıb. Portuqaliyalı yalnız matçın 68-ci dəqiqəsində oyundakı yeganə qolun müəllifi Ceydon Sançonu əvəzləyib.

Qarşılaşmanın nəticəsinə gəlincə, mankunianlılar səfər matçından minimal üstünlüklə ayrılıblar - 0:1

 
Ardını oxu...
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo karyerasını İngiltərədə davam etdirəcək.

“Liverpul” rəsmi saytında 26 yaşlı braziliyalının gələn yaya qədər icarəyə götürüldüyünü açıqlayıb.
İcarə müqaviləsində müddət bitdikdən sonra oyunçunun alınması ilə bağlı bənd yoxdur. Məlumata görə, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp heyət çatışmazlığına görə yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Qeyd edək ki, A Seriyasının bu mövsümündə Artur heç bir oyun keçirməyib.

21:51

“Benfika” PSJ-nin yarımmüdafiəçisi Yulian Draksleri icarəyə götürdüyünü açıqlayıb.

Lissabon klubunun mətbuat xidmətindən verilən məlumata görə, 28 yaşlı almaniyalı ilə imzalanan icarə müqaviləsi 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Futbolçu komandada 93-cü nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Draksler ötən mövsüm Paris klubunda bütün turnirlərdə 24 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.
Mənbə: sport-express.ru

21:17

“Fulhem” yarımmüdafiəçi Villianla bir illik müqavilə imzalayıb.

Avqustun 12-də Villianın “Korintians”la müqaviləsi başa şatıb və o, azad agent statusu alıb. 34 yaşlı braziliyalı klub azarkeşləri ilə anlaşa bilməyib.

2013-cü ildən 2020-ci ilə qədər futbolçu “Çelsi”də oynayıb, bundan sonra daha bir ili “Arsenal”da keçirib, daha sonra isə “Korintians”a yollanıb.

Ötən mövsüm Villian “Korintians”ın heyətində 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Ardını oxu...
Mənbə: sport-express.ru

19:02

Artıq yay transfer pəncərəsin son günü olduğundan futbol aləmi bir-birindən maraqlı keçid xəbərlərilə çalxalanır.

AS nəşrinin məlumatına görə, “Çelsi” hücumçu Memfis Depay üçün “Barselona”ya təklif göndərib. 28 yaşlı niderlandlının London klubuna keçidi kifayət qədər real hesab olunur.

Bildirilib ki, katalon klubunun rəhbərliyi hücumçunun transferinə yaxın saatlarda qərar verəcək.

Qeyd edək ki, bu mövsüm Depay kataloniyalıların heyətində heç bir matçda iştirak etməyib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi sentyabrın 1-dən 2-nə keçən gecə Bakı vaxtı ilə saat 02.00-da bağlanacaq.

Jurnalist Marti Miras “Twitter” hesabında yazır ki, “Real”ın (Madrid) keçmiş müdafiəçisi Marselo “Lester Siti” ilə bir illik müqavilə imzalamağa yaxındır. Müdafiəçi Kral klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusundadır.

O, komandanın tarixində ən çox mükafat alan futbolçudur. Braziliyalı “Real”la 25 kubok qazanıb. Futbolçu 2007-2022-ci illərdə Madrid klubunda çıxış edib.

18:11

Hektor Bellerin Londonun “Arsenal” klubu ilə müqaviləsini ləğv etmək üçün razılığa gəlib. Tezliklə o, azad agent statusunda Kataloniyanın “Barselona” klubunun futbolçusu olacaq.

Bu barədə idman jurnalisti Fabrisio Romano məlumat verib.

Bildirilir ki, ispaniyalının hazırkı müqaviləsinin bitməsinə hələ bir il qalıb.

Qeyd edək ki, doğma klubu “Barselona” olan Hektor dünyanın ən sürətli atleti olan Useyn Boltu duelə çağırmışdı.
Bundan başqa “Barselona”nın hücumçusu Martin Breytueyt də klubunu dəyişəcək.

İnsayder Fabrisio Romanonun sözlərinə görə, 31 yaşlı danimarkalı futbolçu karyerasını “Espanyol”da davam etdirəcək.

Futbolçu artıq “Espanyol”da tibbi müayinədən uğurla keçib. İndi “Barça” ilə müqaviləni ləğv etməlidir, bundan sonra azad agent kimi yeni klubuna keçə biləcək.

Braytueyt “Barselona”ya 2020-ci ilin fevralında keçib. O vaxtdan bəri hücumçu 57 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barsa” bu gün Obameyanqla da yollarını ayırıb.
 
Ardını oxu...
Türkiyə Futbol Federasiyasının binasına atəş açan şəxslər yaxalanıb.

Bunu hadisənin baş verdiyi əraziyə gələn Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O, binaya hücum edən iki şübhəlinin saxlanıldığını açıqlayıb. Nazirin sözlərinə görə, ərazidən 11 giliz aşkar edilib. Güllələrdən beşi binaya dəyib.
 
Ardını oxu...
İstanbulun Ümraniye rayonunda minifutbol yarışı döyüş meydançasına çevrilib.

Futbol oynayan insanlar arasında mübahisə düşüb və yumruq davasına keçib. İki qrup təpik və yumruqlarla bir-birinə hücum edib. Meydanda olan digər insanlar onları ayırmaq üçün davaya qarışıblar. Dava edənləri çətinliklə ayırmaq mümkün olub.

Həmin anlar kameraya əks olunub.


Mənbə: Haber Global
Ardını oxu...
Türkiyə Futbol Federasiyasının inzibatı binasına edilən silahlı hücumun detalları açıqlanıb.

Bakupost.az xəbər verir ki, TFF binasındakı prezident ofisinə və aşağı mərtəbədə yerləşən idarə heyətinin otağına 7 güllə atılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisəni törədənlər avtomobillə oradan uzaqlaşıblar. Hazırda polis kamera görüntülərindən onların kimliyini müəyyən etməyə çalışır.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını bildirib.
***
19:43

Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı binasına silahlı basqın edilib.

Bakupost.az xəbər verir ki, bu barədə "Milliyet" yazıb.
Silahlı hücum TFF-nin İdarə Heyətinin iclası zamanı baş verib.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.
 
 
 
Ardını oxu...
Liqa 1-də V turun digər matçında PSJ “Tuluza”nı qəbul edib.

Messinin iki məhsuldar ötürmə verdiyi qaşılaşmada Neymar, Mbappe və Bernat fərqləniblər.


23:21

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa çempionatında növbəti matçını keçirib.

Oxu.Az xəbər verir ki, komanda V turda səfərdə “Strasburq”la qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, bu nəticədən sonra “Nant” Liqa 1-də 5 turda topladığı 6 xalla 9-cu sıradadır.
 
Ardını oxu...
Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib.

Turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.

Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.

44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub. Gülnar Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.
Ardını oxu...
Avropanın aparıcı futbol çempionatlarında növbəti oyunlar keçirilib.

İngiltərə premyer liqasının 5-ci turunda “Çelsi” səfərdə “Sauthempton”la üz-üzə gəlib. Oyunda hesabı “zadəganlar” açsalar da, sonra məğlubiyyətə uğrayıblar - 2:1.

Həmçinin, turun başa çatan “Fulhem” – “Brayton” qarşılaşmasında 2:1 hesabı qeydə alınıb. “Kristal Pelas” – “Brentford” görüşündə isə meydan sahibləri son dəqiqələrdə üstünlüyü əldən veriblər - 1:1.

İtaliya A Seriyasında da bir sıra maraqlı matçlar baş tutub. Artıq xəbər verdiyimiz kimi, dördüncü turun açılış matçında “Milan” səfərdə “Sassuolo” ilə bacara bilməyib – 0:0.

Turun digər oyunlarında “İnter” “Kremoneze”dən (3:1), “Roma” isə “Monza”dan (3:0) üstün olub. Matçda ilk iki qolun yeni komandasında top hesabını açan Dibala vurub.

İngiltərə Prmyer Liqası

V tur

“Fulhem” - “Brayton” 2:1

“Kristal Pelas” - “Brentford” 1:1

“Sauthempton” - “Çelsi” 2:1


İtaliya A Seriyası

IV tur

“Sassuolo” - “Milan” 0:0

“İnter” - “Kremoneze” 3:1


“Roma” - “Monza” 3:0

 
 
 
Ardını oxu...
Mahir Emreli yenidən “Qarabağ”da çıxış edə bilər.

Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda Ağdam klubunun təmsilçiləri futbolçunun müqavilə ilə məxsus olduğu “Dinamo” (Zaqreb) ilə danışıqlar aparır. Əgər müsbət nəticə əldə olunsa, Mahir Emreli mövsümün sonunadək icarə qaydasında sabiq komandasında oynayacaq.

Bu mövsüm zədə səbəbindən Xorvatiya təmsilçisinin əsas heyətində az oynayan millimizin üzvünün Türkiyə və başqa bir neçə ölkəyə bu mövsümün sonuna kimi icarəyə göndərilmək variantı var. Ancaq M.Emrelinin özü “Qarabağ”a qayıtmaq istəyir.

Ağdam təmsilçisində də İbrahima Vadjinin “Sent-Etyen”ə transferindən sonra hücumçu almağı zəruri edib. Bu səbəbdən "Qarabağ" Mahir üçün “Dinamo” ilə hazırda danışıqlar aparır.

Maksimum qarşıdakı 2 gündə transferin alınıb-alınmayacağı qətiləşəcək.

Qeyd edək ki, M.Emreli bu ilin fevralında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, M.Emreli 2015-2021-ci illərdə “Qarabağ”da oynayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti