Göyçay səhiyyəsi KİMLƏRİN ƏLİNDƏDİR?
DİA.AZ: - Göyçay rayonu Potu kənd sakini, ictimai fəal Səxavət Qafarov tərəfindən Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Baş Prokuror! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlil, eyni zamanda oranın Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyev isə işə götürüldüyü yerlə əmək müqaviləsi bağlamaq məqsədilə özünün DSMF-dən əldə etdiyi arayışa əsasən 2-ci qrup müddətsiz gözdən əlil olduğu qeyd olunmuşdur. Buna baxmayaraq adı çəkilən hər iki şəxs müəmmalı şəkildə sürücülük vəsiqəsi əldə etmək üçün "Sağlamlıq haqqında arayış"la təmin olunmuşdur. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı, 6.3.-cü madddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir. Həmin sənədlərdən biri də bu maddənin 4-cü bəndində göstərilən "Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış"dan ibarətdir. Həmin arayışın təqdim edilməsi zamanı vacib əsas şərtlərə daxil edilərək bu Qanunun 1.3.-cü maddəsində göstərilən "Sağlamlıq cəhətdən sürücülüyə yararlı" hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunda göstərildiyi kimi, yalnız sağlamlıq cəhətdən sürücülüyə yararlı şəxslər tibbi arayışdan yararlana bilərlər. Əminliklə deyə bilərəm ki, görmə qabiliyyəti müəyyən ölçüdə məhdud olan hər iki şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsi tərəfindən bilavasitə "Sağlamlıq haqqında arayış"ı yalnız saxtakarlıq yolu ilə əldə etmişdir. Bu, isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü madddəsinə əsaslanan "Vəzifə saxtakarlığı" hesab olunur. Bundan əlavə, həmin məsul şəxslər görmə qabiliyyəti məhdud və ya qismən məhdud olan vətəndaşlara "Sağlamlıq haqqında arayış" təqdim etməklə ətraf mühidin və insanların həyatı üçün təhlükə yaradan amillərin meydaya çıxmasına şərait yaradırlar. Belə hallarda saxta yollarla sürücülük vəsiqəsi alan şəxslər görmə qabiliyyətindən məhrum olduğuna görə tez-tez avtoqəzalar törədirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Hörmətli cənab Baş Prokuror! Nəzərinizə çatdırım ki, yuxarıda bildirdiyim faktların araşdırılması üçün aidiyyəti orqanlara müraciətlərlər etmişəm. Müraciətimə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə "Şikayətinizdə göstərdiyiniz Yaşar Əhmədovun əlilliyi tərəfimizdən yenicə ləğv edilib, Namiq Quliyev isə 1-ci qrup əlildir" bildirdilər. Lakin, adı çəkilən hər iki şəxsin şəxsi məlumat bazasından (Yəni, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və forma 88-in kodu) xəbərsiz olduğuma görə daha artıq məlumat əldə edə bilmədim.
Deməli belə çıxır ki, eyni nazirliyin nəznində olan iki fərqli sturuktur, yəni DTSERA Namiq Quliyevin 1-ci qrup əlil olduğunu bildirir, işəgötürənlə işəgötürülən arasında bağlanılan əmək müqaviləsində isə DSMF-dən aldığı "Arayış"da 2-ci qrup əlil olduğu göstərilmişdir.
Hörmətli cənab Baş Prokuror! Sizdən, Göyçay Rayon Mərkəzi Xəstəxanası tərfindən incidilən, hüquqları tapdanan sadə vətəndaş və bir ictimai fəal olaraq çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı məlumatlar mənim də yaxından iştirakımla obyektiv və qərəzsiz araşdırılaraq qanunlarımızın müvafiq maddələri ilə həmin şəxslər barəsində təsirli tədbirlər görülsün. Sizə öncədən öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti