Ardını oxu...
Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə məsələ bitəcək. Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verib: “Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”.
Paşinyanın üstürörtülü dediyi sözlərin mənası budur: 1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi; 2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi. Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib.
Paşinyan Qarabağ yükünü daşıya bilmir. Ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı “Qarabağ klanı” imtina edib. Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).
Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.

Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...
Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...

2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.

Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.
Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.

Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək(((

Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun!
Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?
Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun...
Əntiqə Rəşid
Teref.az
 
Ardını oxu...
Qarabağda separatçı-terrorçuların videomüşahidə kameraları sıradan çıxarıldı, eyni zamanda, sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayıldı.
Bu addımın atılması və faktın tirajlanması ilə rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin Azərbaycan suverenliyinə təhdid yaratdığını göstərir və onları məhvetmə hüququna sahib olduğu mesajını verir.
Və son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır.

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Ankarada “altılı masanın” – “Millət ittifaqının” liderlərinin Səadət Partiyasının binasında toplantısı davam edir. Bu toplantı “Millət ittifaqının” prezidentliyə vahid namizədini müəyyənləşdirməlidir.
Böyük ehtimalla prezidentliyə namizəd Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq. O parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək.
Prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaş Kamal Kılıçdaroğlu qədər iddialı deyillər. Bu iki bələdiyyə başçısı “altılı masanın” istənilən qərarını dəstəkləyəcəklər.
“Altılı masada” yer alan liderlərin əksəriyyəti Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır, sadəcə İyi Partiyasının lideri Meral Akşener qərar verməkdə çətinlik çəkir.
Meral Akşener qalib gələ biləcək siyasətçinin prezidentliyə namizəd olmasını istəyir. Görünür Akşener hesab edir ki, Əkrəm İmamoğlu və ya Mənsur Yavaş namizəd olarsa müxalifətin hazırki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üzərində qələbə çalmaq ehitmalı yüksələcək. Ancaq fikirmcə, Meral Akşener sonda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq.
Müxalifətin vaxtı daralır, namizəd məsələsini yubatması əleyhinə işləyəcək. Əgər seçki mayın 14-də keçiriləcəksə, seçki kampaniyası üçün 70 günə yaxın zaman qalacaq. Bu Türkiyənin tamamında seçki kampaniyası aparmaq üçün kifayət etməyə də bilər.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Xankəndindəki separatçı rejim Xocalıda keçirilən görüşlə bağlı aqressiv mövqe sərgiləyir: özlərini “tərəf” kimi göstərir, “müstəqillikdən” imtina etməyəcəklərini dilə gətirir və görüşdə “inteqrasiya prosesi”nin müzakirə edildiyini israrla təkzib edirlər;
Bu mənzərəyə müsbət tərəfdən də baxmaq olar. Çünki Bakı Qərbin (ABŞ) erməni əhalisi ilə təmasların qurulması təklifinə əvvəldən razıdır, lakin prosesin indi – separatçıların erməni əhalisi üzərində təsirinin qaldığı müddətdə başlanması risklər vəd edir. Belə bir vəziyyətdə Bakının təmaslarda maraqlı olduğunu separatçıların bu təmaslara maneələr törətdiyini, yaxud “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” çərçivəsində irəliləməsinə problemlər yaratdıqlarını göstərmək lazımdır.
Xocalıdakı görüş “biz erməni əhalisi ilə təmaslar qururuq” mesajını prosesin indi başlanmasını istəyən beynəlxalq ictimaiyyətə ünvanlamaq baxımından Bakıya sərf edir.
Beləliklə:
- Azərbaycan suverenliyi çərçivəsində “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” istiqamətində ilk addımı atır;
- Separatçıların iddiaları göstərməyə imkan verir ki, prosesi pozan və erməni əhalisi ilə təmaslar qurmağa maneələr törədən onlardır;
- Və növbəti mərhələdə suverenliyimizi təhdid edən, eləcə də erməni əhalisi ilə təmasların yaradılmasına imkan verməyənlərə qarşı praktiki addımların atılması legitimlik qazanır;
İstisna deyil ki, separatçılar “tərəf” kimi görünmək üçün təxribatlarla gərginlik yaradacaqlar. Artıq Azərbaycanı “kənd sakinlərinə güllə atmaqda” ittiham edirlər və bununla həm beynəlxalq ictimaiyyətə, həm də erməni əhalisinə “təmasların mümkünsüzlüyünü” göstərməyə çalışırlar.
Asif Nərimanlı - DİA.AZ
 
Ardını oxu...
Binəqədi rayon Süleyman Sani Axundov ünvanında yaşayanlar həmin ərazidə istirahət zonasının zəbt edilməsinə etiraz edirlər.

Sakinlər məhkəməyə müraciət etdiklərində aydın olub ki, Ulduz Quliyevanın çıxarışını aldığı torpaq sahəsi onların yaşadığı binanın ərazisinə daxil deyil.

Bina sakinlərindən Natəvan Əliyevanın əsas narahatlığı isə sözügedən torpaq sahəsində obyekt tikiləcəyi təqdirdə yaşıllığın məhv ediləcəyilə bağlıdır.

Bina sakinləri yaşıllığın məhvinə və yerində tikinti işinin aparılmasına icazə verməyəcəklərini bildirirlər.

Ulduz Quliyeva və Binəqədi rayon icra hakimiyyətindən isə mövqe almaq mümkün olmayıb.

Toplum TV

Ardını oxu...
"AZAL dövlət şirkətidir. Ordan gələn gəlir də dövlətin mənfəəti sayılır".
Teref.az "Kommersant.az"a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Akif Nəsirli dövlətin hava nəqliyyatına ayırdığı dotasiya haqqında danışarkən deyib. Ekspert bildirib ki, AZAL-ın gəlirləri kifayət qədərdir, amma mənimsənilir:

"AZAL-ın gəlirləri kifayət qədərdir. Lakin gəlirlər də korrupsiyaya məruz qalır. Bu, ölkənin yüksək səviyyəli məmurlarının qatıldığı korrupsiya əməliyyatlarıdır. Buna görə də həmin məmurlar AZAL-a təkrar dotasiyanın ayrılmasını təmin edirlər. Bir qrup məmur tərəfindən gəlirlər mənimsənilir, əvəzində dövlətdən AZAL-a dotasiya ayrılması təmin olunur".

Qeyd edək ki, yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 1 milyon 882,6 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
 
Ardını oxu...
Sergey Lavrov Bakıda deyib ki, Rusiya Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm verir.
Onun sözlərinə görə, mövqeləri üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırlar:
-“Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik”.
Ruben Vardanyanın bir neçə ay əvvəl Qarabağda peyda olması, Qarabağ separatçılarının təmsilçilərinin tez-tez Moskvaya çağrılmaları və separatçıların tərksilah olunmaması əsla dürüstlüyə və nüansların həllinə işarə etmir.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Azərbaycanda həm deyirlər ki, Ruben Vardanyan Rusiyanın layihəsidir, həm də deyirlər, separatçı rejim onu vəzifədən qovub. Məntiq yaxşı şeydir.
Ruben Vardanyan Qarabağa göndərilənə qədər “dövlət naziri” vəzifəsi var idi? Rusiya Rubenin şərəfinə Qarabağda vəzifə də icad etmişdi.
Rusiyanın separatçı rejimlərlə bağlı layihələrinin, demək olar ki, hamısı uğursuzluğa düçar olur. Geniş baxanda Ruben Vardanyanın taleyi Abxaziya, Osetiya, Donetsk, Luqansk, ümumilikdə, Rusiyanın separatçı rejimlərin başına qoyduğu şəxslərin taleyindən fərqlənmədi. Rusiya çalışdı ki, Abxaziya, Osetiyanın separatçı rəhbərləri Gürcüstanla danışsın, rəsmi Tiflis bunu qəbul etmədi. Eləcə də Donetsk, Luqansk rəhbərlərilə Ukrayna Prezidenti Paroşenko və Zelenskinin danışmadığı kimi. Rusiya Vardanyanı Qarabağa göndərməklə düşünürdü ki, rəsmi Bakı onunla danışacaq. Rəsmi Bakı digərləri kimi eyni davrandı və danışmayacağını bəyan etdi. Adına məcburiyyət də, jest də deyə bilərik, ya zəlzələdən, ya vəlvələdən, Rusiya Vardanyanı geri çəkməli oldu.
Rəsmi Bakı müharibədən dərhal sonra Qarabağda istər daxildəki agentləri, istərsə də ələ ala bildikləri ilə danışıqlar aparırdı. Düzdür, həmin şəxslər lap yüksək postlar tutmasa da, proses başlamışdı. Rusiya bunu hiss edən kimi dərhal öz nümayəndəsini əraziyə göndərməyə qərar vermişdi. Rusiya üçün, elə Qərb üçün də ən arzuolunmaz şey Bakının Xankəndi ilə vasitəçisiz dil tapması olardı. Çünki Bakı şəbəkəni genişləndirib Qarabağda yaşayan ermənilərlə dil tapsaydı, moderatora da gərək qalmayacaqdı. Belə olan halda, regionda maraqları olan ölkələr də, futbol dili ilə desək, oyundan kənar vəziyyətdə qalacaqdılar.
Rusiyanın Azərbaycanda hərbi bazası yoxdur. Yalnız sülhməramlı adı altında Qarabağda qüvvəsi mövcuddur. Rusiyanın Azərbaycana təzyiq və təhdid rıçaqı sülhməramlılardır. Rusiya rəsmi Bakıya Ruben jestini etməklə sülhməramlıların gələcək 5 il ərzində qalmasını istəyəcək. Lavrovun Bakı səfərində, ehtimal ki, bu mövzu müzakirə ediləcək.
Rusiya buna nail ola bilməsə, Cənubi Qafqazı Ukraynaya çevirməkdən başqa, əlində, demək olar, heç nə qalmır. Çünki Rusiyanın Qərb, Çin, Türkiyə kimi iqtisadi, humanitar yollarla nəyisə əldə etməsinin tarixində analogiyası yoxdur. Ona görə də ən son variantı yazmalı oldum.
Rubenin gedişi hər şeyin müsbətə doğru dəyişəcəyi anlamına gəlir demək sadəlövhlük olardı. Hesab edirəm ki, Rusiya vəziyyəti gərginləşdirmək üçün başqa variantlardan da istifadə edəcək.
Azərbaycan, Ermənistan, Gürcüstan müstəqil dövlətlər olsa da, böyük güclər bu regiona vahid baxır. Ermənistanın Qərbə üz tutub Azərbaycanın müstəqil siyasət yürüdərək Gürcüstanın Rusiyaya meyil etməsi imkansızdır. Bu üçlük Bermud üçbucağı kimi bir şeydir. Ya üçünə də təsir etməlisən, ya da heç birinə. Lap İranı götürək, Ermənistanla dostluq içərisindədir, Gürcüstanın azərbaycanlılar yaşadığı hissəsinə dinlə girir, Azərbaycanı isə təhdid edir.
Bu üç ölkə vahid mövqedən çıxış etməyənə qədər bu regionda rahatlıq olmayacaq. Ancaq hər üç ölkənin uzun illər bir-birinə elə vurdurublar ki, ortaq məxrəcə gəlmək, demək olar ki, imkansızdır.
Səxavət Məmməd
Teref.az
 
 
 
Ardını oxu...
Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Qərbin ən böyük hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır.
Buna görə Qərbdə İrandakı rejimə alternativlərin axtarışları intensivləşib. ABŞ-da yaşayan Rza Pəhləvi bu səbəbdən fəallaşıb. O əvvəlcə Vaşinqtonda forum keçirdi, bir neçə gün sonra Münhen Təhlükəsizlik Konfransına dəvət olundu.
Pəhləvi Qərbə özünü İran rejiminə alternativ kimi sırımağa çalışır. Güney azərbaycanlılar və İrandakı digər etnik qrupların təmsilçiləri şah rejiminin də zorakılıqlarını unutmayıblar. İndiki rejim kimi Pəhləvilər də qatı fars millətçi kəsimini təmsil edirlər.
Güneydə bizdən narahat olmasınlar ki, Azərbaycanda Pəhləvilər haqqında məqalələrin sayı artıb. Oxuduğum yazılarda Pəhləvi haqqında heç bir müsbət fikir tapmadım.
Ancaq orası da var ki, Rza Pəhləvi real fiqurdur və onunla Qərbdə hesablaşırlar, İranda şah rejiminin nostalgiyasıyla yaşayanları da unutmayaq.
Elxan Şahinoğlu
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti