Ardını oxu...
Bəzi dostlarımız iddia edir ki, İsrail ABŞ-la əl-ələ verib Azərbaycanla İran arasında müharibə törətmək istəyir. Mən bu ehtimalı ciddi qəbul etmirəm. İlham Əliyev az qala 20 ildir ki, prezidentdir. Siyasi prosesləri, xüsusən beynəlxalq siyasətin cikinə-bikinə bələd olan adamdır. O, yaşının bu çağında bu boyda səhvə yol verə bilməz...
Kimsə deyə bilər ki, Putin də siyasətdə bişmiş adam idi. Ancaq Ukrayna məsələsində ciddi xətaya yol verdi. Putin düşünrdü ki, Qərb Ukrayna məsələsində parçalanacaq. Xüsusən, Almaniya və Fransa ABŞ-a tabe olmayacaq. Ancaq belə olmadı...
Putinin səhvi Rusiyanı bitirdi. İlham Əliyev də belə bir səhv etsə, Azərbaycanı bitirər. Lakin mən İlham Əliyevin hansısa dövlətlərin təhriki ilə İrana qarşı müharibəyə başlayacağına qətiyyən inanmıram...
Hə, nəzəri baxımdan Azərbaycan İrana qarşı müharibəyə başlaya bilər. Bunun üçün öncə ABŞ və İsrail, bütövlükdə NATO İranı şumlamalıdır. Ən əsası isə Türkiyə bu alyansda rəsmən yer almalıdır. Yəni İran məğlubiyyətin astanasında olanda Türkiyə ilə razılıq əsasında Azərbaycan “mən də varam”, deyibən müharibəyə qoşula bilər. Əslində qoşulmalıdır da. Çünki Güney Azərbaycanın maraqlarını əldə silahla qorumaq lazım gələcək...
Ancaq mən İrana qarşı müharibə düşüncəsi ilə beynəlxalq alyansın yaranacağına inanmıram. İranı nöqtə zərbələr endiməklə tərk-silah edəcəklər. İranın daxilində baş verən ixtisaslar molla rejimini bitirə bilər. Bunun fərqində olan Qərb İrandakı bu inqilabi prosesə dəstək verməklə daha az itki ilə bu savaşdan qalib çıxmağa çalışacaq...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Tel-Əviv arqumentini iki amillə izah edir.
Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib.
İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır.
Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadüf edib. Böyük ehtimalla bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.
İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərinfəki hərbi təhcizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq.
İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Azərbaycan səfirliyinə qarşı törədilən Tehran teraktında açıq qalan suallar var və bu suallara cavab axtarışı baş verənlərin arxasındakı məqamlara dair ehtimalları ön plana çıxarır.
1. Kadrlar təsdiq edir ki, terrorçu səfirliyə gün ərzində dəfələrlə hücum edib, qapısını sındırmağa çalışıb, avtomatla atəş açıb, “molotov kokteyli” atıb: İran polisi niyə əvvəldən müdaxilə etməyib?
2. Hücumdan sonra Tehranın davranışı – Bakıya edilən zənglər, yaralıların ziyarəti, Azərbaycanla münasibətlərin pozulmasını istəmədikləri görüntüsü yaratmaları, xüsusilə “bu hücum iki ölkənin münasibətlərini pozmağa hesablanıb” kimi açıqlamaları nədən qaynaqlanır?
Birinci məqam, eləcə də terrorçunun kalaşnikovla binaya girişinə İran polisinin sakit reaksiyası teaktın arxasında Tehran rejiminin dayandığının ispatıdır.
İkinci məqam – İran hakimiyyətinin sərgilədiyi mövqe teraktın təşkili, yaxud şəraitin yaradılması faktı fonunda diqqət çəkir və əlavə suallar yaradır:
- Tehran rejimi terakt planı tam icra edilmədiyi üçünmü “dost mövqe” görüntüsü yaradır?
- Hazırlanan hücum planının bütöv ssenarisi nə ola bilərdi?
- Niyə terakt gizli yox, bu qədər açıq formada (üzü açıq və binaya bir neçə dəfə nümayişkəranə hücum) həyata keçirilib?
- Şahçıraq terror aktındakı “Bakı iddiası” ilə bu terakt arasında bağlantı nədir?
- Və nəhayət terrorçu Yasin Hüseynzadə əslində hansı qrupa bağlı ola bilər?
Birinci versiya: İran rejimi daxilində parçalanma;
Teraktın baş verdiyi ilk saatlarda da yazmışdıq və rəsmi Tehranın “dost mövqeyi” bu ehtimalı müəyyən qədər qüvvətləndirir də: son dövrlər Ankara Bakı-Tehran xəttində təmasların yaradılması, gərginliyin yumşalması istiqamətində müəyyən addımlar atırdı; bu təmasların yaranmasında maraqlı olmayan tərəf SEPAH-dır, onlara bağlı media şəbəkəsinin sərt reaksiyası da bundan qaynaqlanırdı və teraktın SEPAH tərəfindən təşkil edildiyi, təmasların “baltalanması” məqsədi daşıdığı, rəsmi Tehranın “təlaş dolu dost mövqeyi”nin də bundan qaynaqlandığı versiyası mümkün görünür;
Hərçənd, iki məqam bu versiyanı şübhə altında salır: terrorçu səfirliyə dəfələrlə hücum edib, hücumda maraqlı olmayanlar (rəsmi Tehran deyək) bundan xəbərsiz deyildilər və böhran yaradacaq hadisəyə öncədən müdaxilə etməli idilər; terrorçu özünü gizlətmir və teraktı nümayişkaranə formada həyata keçirir;
Bu məqamlar teraktda İranın təkcə hərbi yox, siyasi rəhbərliyinin də maraqlı olduğunu göstərir.
İkinci versiya: terakt planı istənilən kimi baş tutmayıb;
İstisna deyil ki, teraktın bütöv ssenarisi fərqli olub: Yasin Hüseynzadə səfirliyə hücumda kütləvi qətliam törədir, İran polisi yalnız qətliam başa çatdıqdan, yaxud çoxsaylı ölümdən sonra müdaxilə edir, ya terrorçunu zərərsizləşdirirlər, yaxud həbs edirlər (polisin hücum başlayanda müdaxilə etməməsi, səfirlik binasında baş verənlərə laqeyd davranışı da bunu deməyə əsas verir). Və bundan sonra Şahçıraq ssenarisinin davamı təşkil edilir.
Şahçıraq ziyarətgahında törədilən terror aktının SEPAH tərəfindən təşkilinə dair ciddi şübhələr var, hətta terrorçunun İran rejiminin rəhbər şəxsləri ilə fotolarının olduğu haqda məlumatlar ortaya çıxdı. Bu terror aktının iki hədəfi var idi:
- Etirazların yaşandığı vaxt “xarici təhlükə”nin mövcudluğunu, “xarici düşmən”lərin hədəfinin rejim yox, məhz din olduğu, arxasında da “sionistlərin” dayandığını nümayiş etdirmək;
- “Xarici düşmən”in (sionistlərin) İrana Azərbaycandan daxil olduğunu və inanclı insanları, şiələrin müqəddəs məkanlarını hədəfə aldığını ispatlamaq;
Şahçıraq terrorunundan dərhal sonra “baş koordinator”unun Azərbaycan vətəndaşı olması və Bakı hava limanından İmam Xomeyni aeroportuna uçduğu iddiası buna hesablanmışdı. Və bunun Arazdan “terrorçuların” keçməsi uydurmalarından sonra baş verməsi də hələ 44 günlük müharibədə ortaya atılan Azərbaycanın regiona “terror ixracı” iddiasını gücləndirmək məqsədi daşıyırdı. İran mediası bu iddiaları hələ də gündəmdə saxlayır.
İstisna deyil ki, səfirlik binasında terakt ssenarisi bütöv şəkildə baş tutsaydı – Yasin Hüseynzadə girişdə saxlanılmasaydı – “terrorçu Azərbaycandan gəlib”, yaxud “arxasında Azərbaycan var” kimi iddialar irəli sürüləcək, “sionistlər Azərbaycan və İran xalqını düşmən etmək istəyirlər”, “məqsədərinə çatmaq üçün Azərbaycan səfirliyinə hücum edilib və İranı düşmən göstərməyə çalışırlar” kimi versiyalar tirajlanacaq, Şahçıraq terrorundakı “Bakı iddiası” da buna əsas kimi göstəriləcəkdi. Teraktın Şahrıçaqda olduğu kimi “nümayişkəranə formada” edilməsi də bundan qaynaqlana bilər. Və Yasin Hüseynzadənin iddia etdikləri “azərbaycanlı xanımı” burada əsas bağlantı nöqtəsi olacaqdı.
Teraktdan sonra İran tərəfinin ziddiyyətli açıqlamaları – misal üçün, övladlarının yanında olması və s. –, “məişət hadisəsi” üzərində israr etməsi, eləcə də Azərbaycana “dost davranışı” da yarımçıq qalan ssenaridə tələsik təşkil olunan müdafiə addımları kimi görünür.
Və bütün bunların fonunda bir məqama xüsusi olaraq diqqət edilməlidir: Yasin Hüseynzadə kimdir, hansı qruplaşmaya bağlı ola bilər, “azərbaycanlı xanımla evli olması” bu teraktda hansı əhəmiyyəti daşıyır?
Y.Hüseynzadənin öncədən hazırlanmış terrorçu olduğu şübhəsizdir: “Kalaşnikov”la gəlməsi, silahdan istifadə bacarığı, hücumdan sonra sərgilədiyi soyuqqanlılıq;
Və İran tərəfinin iddiasına inansaq, Yasin Hüseynzadə “azərbaycanlı xanımla” evli olub (bu məsələ hələ tam təsdiqini tapımayıb).
Bu məqam onun “Hüseyniyyun” terror qruplaşmasının üzvü olduğu, yaxud “ailədaxili problemi olan şəxs” kimi seçildiyi və terakt öncəsi hazırlandığı versiyasını önə çıxarır. Bu versiyanı gücləndirən iki məqam da var:
Birincisi, İran vətəndaşları ilə Azərbaycanda dini meylli vətəndaşların ailə qurmasında bu qruplaşmanın vasitəçilik etdiyi istisna deyil: məqsəd həm İranda, həm Azərbaycanda “tərəfdarlarını” artırmaqdır;
İkincisi, teraktdan günlər öncə qruplaşma “Azərbaycana zərbə vurulacaq” kimi mesajlar vermişdi;
Və hətta Yasin Hüseynzadənin iddia etdikləri kimi “azərbaycanlı həyat yoldaşı” ilə problemləri varsa belə, İran rejiminin hadisələri idarə etdiyi, səfirliyə qarşı teraktı məhz “ailədaxili məsələ” üzərindən təşkil etdikləri aydın görünür. Tehranın teraktı “məişət hadisəsi” kimi göstərmək cəhdi də təkcə məsuliyyətdən yayınmaq yox, həm də baş verənlərdə Azərbaycanı günahkar göstərmək planıdır.
Asif bNərimanlı
 
Ardını oxu...
Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib.
Misal kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın İsrailə səfərlərini göstəriblər.
Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib.
Bu Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi.
Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
"Terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır. Terrorçu özünə arxayındır, ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək “Sənlik bir iş yoxdur” deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəminində” baş verən basqındır, yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır".
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
İbrahim Rəisi Azərbaycan səfirliyinə hücumu araşdırmağı tapşırıb, lakin bu “araşdırmanın” nəticəsi əvvəldən bəllidir: terror aktı yox, “məişət zəminində” baş vermiş hücum olaraq müəyyən edəcəklər;
Tehranın hücumun ilk saatından sərgilədiyi münasibət, terrorçudan alınan müsahibə, İran mediasının “məişət hadisəsi” üzərindən apardığı kampaniya və s. nətəcəni də öncədən göstərir.
Azərbaycan istintaq prosesində iştirak tələbini irəli sürməlidir. Türkiyədə Rusiya səfiri qətlə yetiriləndə istintaqı Ankara və Moskvanın birgə qrupu həyata keçirmişdi. Tehran həqiqətən də hücumun arxasında deyilsə, o zaman, Bakıdan göndərilən istintaq qrupunun iştirakına şərait yaratmalıdır. Ki, buna razı olacaqları ehtimalı da zəifdir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb.
Bildirib ki, “Bakının növbəti planı” ilə bağlı onlarda informasiya var: “Bu plan Qarabağda iqtisadi və psixoloji vəziyyəti kluminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir. Sonra yolu yenidən bağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar”.
Erməni baş nazir bunu Bakını ittiham etmək və beynəlxalq diqqəti bölgəyə çəkmək üçün deyir.
Hərçənd, burada səslənən iddianın əks-effekt perspektivi də görünür: Nikolun bu sözlərindən sonra indiyə qədər İrəvanı qarant kimi görən Qarabağdakı ermənilər arasında bölgəni tərk etmək istəkləri arta bilər; aksiyanın başlanmasından sonra “yol açılan kimi çıxmaq” meylləri artıb, Paşinyanın sözlərindən də ermənilər üçün belə bir nəticə çıxır ki, yol açılsa belə, hər an yenidən bağlana bilər; bu baxımdan, köçmək istəyənlər yolun ilk açılacağı vaxtda bölgəni tərk etməyə çalışacaqlar;
Bu kontekstdə Paşinyanın “Bakının planı” dediyi iddiası ermənilərə “imkan yaranan kimi qaçın” mesajı kimi də səslənir.
Asif Nərimanlı
Teref.az
Sivilizasiyalar arasında kəskin toqquşmalar baş verərsə, Rusiyaya qarşı beynəlxalq koalisiya da parçalanmağa məhkum olar, NATO-nun daha bir münaqişə təhlükəsi ilə üzləşməsi qaçılmaz xarakter daşıyar… Türkiyənin dini zəmində qarşıdurmada NATO-nu dəstəkləməyəcəyi şübhə doğurmadığından prosesin bu hərbi-siyasi alyansın parçalanıb, süquta uğramasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil…

NATO beynəlqalq qarşıdurmanın “düyün nöqtəsi”nə çevrilir. Belə ki, bu hərbi-siyasi alyansın genişlənmə hədəfləri kifayət qədər ciddi əngəllərə tuş gəlib. Ona görə də hazırda Qərb siyasi dairələrində müəyyən ziddiyyətlərin olduğu müşahidə edilir. Xüsusilə də, NATO-ya üzv dövlətlərin parçalanma meyilləri artmağa başlayıb.

Məsələ ondadır ki, hazırda NATO-nun qarşısında iki əsas hədəf mövcuddur. Onlardan birincisi, Ukrayna savaşını Rusiyanın hərbi-siyasi məğlubiyyət alətinə çevirməkdən ibarətdir. Şimali Atlantika Bloku bu istiqamətdə müəyyən uğurlara nail ola bilib. Hər halda, Rusiya Ukraynanı qısamüddət ərzində məğlub edə bilməyib. Üstəlik, Ukrayna savaşında Rusiyanın məğlub ola biləcəyi də inandırıcı görüntülər almağa başlayıb.

Ancaq əsas problem ondan ibarətdir ki, Ukrayna savaşı uzandıqca, Rusiya zəifləsə də, buna paralel olaraq, NATO ölkələri arasında da narazılıq artır. Çünki Ukrayna savaşının xərcləri çoxalır, Rusiyaya qarşı sanksiyaların əks təsirləri Qərb ölkələrini də əldən salır. Ən əsasısa NATO ölkələrinin Ukraynaya hərbi dəstək resursları da tükənir. Bu ölkələr öz hərbi ehtiyatlarını Ukraynaya göndərdikdən sonra öz ordularının hərbi texnikasını da savaşa sərf edib, daha da zəifləməkdən narahatdırlar. Və bu səbəbdən də, son vaxtlar Ukraynaya hərbi texnika göndərməkdən imtina etməyə yönəlik açıqlamalara daha tez-tez rast gəlinir.

NATO-nun digər və hələ tam reallaşdırılmamış hədəfi isə İsveç və Finlandiyanın bu hərbi-siyasi alyansa üzv qəbul edilməsi ilə bağlıdır. Hazırda İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü cəmisi iki dövlət – Türkiyə və Macarıstan parlamentləri təsdiqləməyib. Türkiyənin isə ümumiyyətlə, yaxın vaxtlarda belə bir addım atması o qədər də yüksək ehtimal deyil.

Düzdür, rəsmi Ankara Finlandiyaya elə bir ciddi iradının olmadığını vurğulayır. Yəni, Türkiyə Finlandiyanın təkbaşına NATO-ya üzv olmasına qarşı çıxmır. Ancaq NATO bu iki ölkəni eyni vaxtda öz sıralarına qəbul etmək niyyətində israrlı olduğundan hələlik bu hədəfin reallaşması mümkün görünmür. Çünki İsveç hazırda beynəlxalq terrorizmin əsas siyasi sığınacaq məkanına çevrilib. Rəsmi Ankara Madrid anlaşması çərçivəsində İsveçdən Türkiyəyə qarşı fəaliyyət göstərən PKK/PYD terror təşkilatının zərərsizləşdirilməsini tələb edir.

Ancaq hələlik İsveç hakimiyyət dairələri Türkiyə qarşçısında götürülən öhdəliklərin icrasında elə bir ciddi uğurlar qazana bilməyiblər. Əksinə, son vaxtlar İsveçdə törədilən təxribatlar rəsmi Ankaranın səbrini daşırıb. Çünki əvvəlcə PKK/PYD terror təşkilatının təmsilçiləri İsveç paytaxtı Stokholmda Türkiyə əleyhinə aksiya keçirərək, prezident Rəcəb Tayyib Ərdoğana bənzədilmiş manekeni yandırıblar. Ardıncasa, Türkiyənin İsveçdəki səfirliyi qarşısında ardıcıl olaraq, İslam dünyasının təhqir edən davranışlara yol verilib.

Təbii ki, bütün bunlardan sonra rəsmi Ankara İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı müzakirələrdən çəkildiyini bəyan edib. Çünki Türkiyə dünyanın önəmli müsəlman dövlətlərindən biridir. Üstəlik, İslam dünyanına yönəlik təhqiramiz aksiyanın məhz Türkiyə səfirliyi qarşısında keçirilməsi də bu təxribatların arxasında xüsusi niyyətlərin olduğunu sezdirir.

Maraqlıdır ki, hətta Finlandiya belə, İsveçdə baş verənlərdən narahatlığını qətiyyən gizlətməyib. Bu ölkənin rəsmi dairələri son hadisələrdən sonra İsveç və Finlandiyanın eyni vaxtda NATO-ya üzv olmasının çox çətinləşdiyini bildiriblər. Ona görə də, Finlandiya rəsmi dairələri ölkənin təhlükəsizlik maraqlarını nəzərə alaraq, İsveçsiz NATO-ya üzvlük variantı barədə düşünmək məcburiyyətində olduqlarını vurğulayıblar. Halbuki, ABŞ və Qərb bu varianta müsbət yanaşmadığını qətiyyən gizlətmir.

İsveç rəsmi dairələri də baş verən hadisələri ölkənin NATO-ya üzvlüyünü əngəlləmək məqsədi daşıyan təxribat olduğunu etiraf edib. Ancaq rəsmi Stokholm nə qədər qəribə də olsa, sərbəst toplaşma və fikir azadlığını əsas gətirərək, bu təxribatların qarşısını ala bilmədiyini də vurğulayır. Yəni belə anlaşılır ki, İsveç üçün Türkiyənin və İslam dünyasının təhqir olunması fikir azadlığı deməkdir. Və təbii ki, rəsmi Ankara bu məntiqsiz izahla razı olmadığından İsveçin NATO üzvlüyünü bloklamaq qərarında prinsipial davranır.

Maraqlıdır ki, rəsmi Stokholm bütün bu baş verənləri İsveçin NATO üzvlüyünə müqavimət göstərən ölkədaxili və xarici qüvvələrin fəaliyyətinə də bağlayır. Hesab edilir ki, belə davam edərsə, İsveç NATO-nun “təhlükəsizlik çətiri”ndən kənarda qala bilər. Ona görə də, İsveç hökuməti öz qanunvericiliyini sürətlə dəyişərək, Türkiyə ilə anlaşmanın icrasına hüquqi baza yaratmağa cəhd göstərir.

Ancaq bu prosesdə əngəlləyici daxili və xarici güclərin olması kifayət qədər maraqlı və ciddi faktordur. Üstəlik, bu iki əngəlləyici gücün bir-biriylə əlaqəsinin olma ehtimalı da mövcuddur. Ona görə də, İsveçdə Türkiyəyə qarşı təxribatların məqsədli və planlı şəkildə təşkil olunduğu qətiyyən istisna deyil. Və bu səbəbdən də hər iki variantın təsirlərinə, hədəflərinə diqqət yetirməyə ehtiyac var.

Bəzi ehtimallara görə, İsveç dövlətinin daxilində NATO-ya üzvlük prosesinə müqavimət göstərən dairələr mövcuddur. Həmin dairələrin sırasında İsveç xüsusi xidmət servislərinin də yer aldığı iddia edilir. Əsas arqumentlər isə ondan ibarətdir ki, İsveçdə bəzi dairələr NATO-ya üzvlük üçün külli miqdarda maliyyə vəsaiti ödənməsini yersiz hesab edirlər. Eyni zamanda, hesab edirlər ki, NATO-ya üzvlük ölkənin siyasi sistemini dəyişəcək, bu qurumdan asılılığı artıracaq. Ona görə də, bu mövqedə olanlar məlum biabırçı aksiyanı planlaşdıraraq, reallaşdırıblar ki, Türkiyənin vetosu sayəsində İsveç NATO-ya üzv ola bilməsin.

Digər önəmli iddia ondan ibarətdir ki, İsveçdəki əngəlləyici dairələr bu məsələdə bəzi xarici güclərlə ortaq hərəkət edirlər. İsveç və Finlandiyanın NATO üzvlüyünə müqavimət göstərən Rusiyanın xüsusi xidmət servislərinin bu məsələdə rolu ola biləcəyi qətiyyən istisna olunmur. Hər halda, indiki proseslər və mövcud situasiya hamıdan çox Rusiyanın maraqlarına cavab verir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələri bütün bu baş verənlərdən məmnunluğunu qətiyyən gizlətmir. Əksinə, İsveç ətrafında yaranmış vəziyyətin daha da gərginləşdirilməsinə yönəlik iddialar irəli sürürlər. Hər halda, Kremlə yaxın siyasi dairələrin Rusiyanı müsəlman dövləti elan edərək, bütün İslam dünyasını ayağa qalxmağa çağırması qətiyyən təsadüfi deyil. Çünki dini zəmində beynəlxalq qarşıdurmaların ön plana keçməsi Rusiyaya Ukrayna savaşında situasiyanı öz xeyrinə dəyişmək şansı da verə bilər.

Məsələ ondadır ki, sivilizasiyalar arasında kəskin toqquşmalar baş verərsə, bu halda, Rusiyaya qarşı beynəlxalq koalisiya da parçalanmağa məhkum olacaq. Bu halda, NATO-nun daha bir münaqişə təhlükəsi ilə üzləşməsi qaçılmaz xarakter daşıyar. Türkiyənin dini zəmində qarşıdurmada NATO-nu dəstəkləməyəcəyi şübhə doğurmadığından prosesin bu hərbi-siyasi alyansın dağılıb, süquta uğramasına qədər inkişaf edə biləcəyi də istisna deyil. Bu baxımdan, İsveç təxribatlarının arxasında bu ölkənin daxili qüvvələri ilə yanaşı, Rusiyanın da ola biləcəyi tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ
 
 
 

Ardını oxu...
“Bax, bu evin yiyəsi ayın 27-də rəhmətə gedib. Hüzrə bir nəfər də gələn olmadı palçıqdan, qardan... Meyiti burdan yuxarı güclə çıxardılar”.

DİA.AZ bildirir ki, Müşfiqabad qəsəbəsində 40 ailə yaşayır. Deyirlər ki, yağış, qar yağanda az qala şəhərlə əlaqələri kəsilir:

“İnsanlara kömək olmurlar. Heç bir məmur adama baxmır. Ancaq yeyirlər. Yeyinti nə qədərdir. O yeyintini bir az azaldın, camaatın da şikayətinə baxın”.

Daha ətraflı aşağıdakı videoda:


Ardını oxu...
Qələbədən sonra Ukraynanı necə qurmaq olar: nümunələr

2023-cü il bizim qələbəmiz ili olmalıdır və biz artıq başa düşürük ki, bu qələbəni möhkəmləndirmək lazım olacaq. Xəyallarımızdakı Ukraynanı qurmaq müharibədən sonrakı Avropa tarixində görünməmiş miqyasda vaxt, resurslar və səy tələb edəcək. Dünyanın bir çox ölkələrinin ötən əsrin dağıdıcı və qanlı müharibələrinin xarabalıqlarından yaranan təcrübəsi bizə hələ getməli olduğumuz yolu dəyərləndirməyə imkan verir.

Biz artıq müharibədən sonrakı Avropa üçün “Marşal planı”nın nə olduğunu yaxşı bilirik və hətta Ukrayna üçün də analoji plandan danışırıq. “Marşal planı”nın konteksti, məzmunu və məqsədləri tamamilə fərqli bir tarixi dövrdə formalaşdırılıb həyata keçirilsə də, ideya eynidir - biz Ukraynanın iqtisadiyyatının, sənaye və sosial infrastrukturunun bərpası və modernləşdirilməsində demokratik cəmiyyətin köməyinə ümid edirik. Bu proses ideal olaraq, siyasi vəzifələrin həllini - Avropa İttifaqı və NATO-ya üzvlük məsələsini də əhatə etməlidir.

“Marşal planı” uğurlu hesab edilir, baxmayaraq ki, bu uğurun bəzi elementləri onilliklər sonra Almaniyanın birləşməsi, SSRİ-nin dağılması və keçmiş sovet bloku ölkələrinin Aİ və NATO-ya daxil olması ilə reallaşdı. Müharibədən sonrakı Avropanın yüksəlişi proseslərinə yaxşı bələd olduğumuz, lakin sonralar müxtəlif “iqtisadi möcüzələr” adlandırılan proseslərin Şərqi Asiyada - Yaponiyada, Koreyada, Vyetnamda baş verdiyini düşünmək adi haldır. On il əvvəl Darom Acemoğlu və Ceyms Robinson tərəfindən yazılan “Millətlər Niyə Uğursuzdur: Gücün, Rifahın və Yoxsulluğun Mənşəyi” kitabında biz bütün dövlətlərin niyə zəngin və uğurlu ola bilmədiyini öyrəndik. Ancaq bu gün başqa bir aspektə diqqət yetirmək olduqca maraqlıdır - millətlərin niyə ev tapşırıqlarını yerinə yetirmədiyinə deyil, necə yenidən doğulduğuna və uzun illər dağıdıcı müharibələrdən sonra ən yoxsullar liqasından keçmiş dövlətlərin uğurunun əsasında nə dayanır? Və artıq bunun bir neçə belə nümunə var.

Şərqi Asiya ölkələrini bir çox tarixi, mədəni, sosial və siyasi amillər ayırır. Yalnız ilk baxışdan belə görünür ki, bu region homogendir və dövlət quruluşuna və ideoloji üstünlüklərinə görə fərqli olsa da, sülhsevər və köklü icmadır, amma yenə də dost dövlətlərdir. Əslində bir yerli müşahidəçinin düzgün qeyd etdiyi kimi, Avropa qitəsinə demək olar ki, bütün dövlətlərinin öz problemləri və iddiaları ilə birlikdə səliqəli şəkildə “qatlanmış” və “uyğunlaşdırıldığı” bir növ “qutu” kimi baxmaq olar. AB və NATO möhürləri ilə möhürlənmişdir. Asiyada belə bir şey görünmür. Hətta bir-biri ilə həmsərhəd olan və min illər ərzində dostluq və ya çox da dost olmayan münasibətlərdə olan dövlətlər öz orijinallığını qoruyub saxlayır (məsələn, Yaponiyada koreyalıları və çinliləri “bir xalq” adlandırmaq və ya Çini müdafiə etmək heç kimin ağlına gəlməzdi). Yaponiya öz dini üstünlüklərinə malikdir və qonşularına qarşı kin saxlayır. Amma onlar birlikdə yaşamağı, əməkdaşlıq yollarını axtarmağı və tapmağı öyrəniblər. Gəlin Seuldan axan “Hanqanq çayı üzərində möcüzə”yə səbəb olan ən mühüm amillərdən bəzilərini, Vyetnamın “domi” strategiyasının uğurunu və Yaponiyanın faciəli hadisələrindən sonra dəfələrlə nümayiş etdirdiyi dirçəliş iradəsini nəzərdən keçirək. Ötən əsrdə Tokioda görünməmiş maqnitudalı zəlzələ (1923) və İkinci Dünya müharibəsində son dərəcə ağrılı məğlubiyyət yaşandı.

Vyetnam təxminən yüz il, 1954-cü ilə qədər Fransanın müstəmləkəsi olub. Birinci Hind-Çin müharibəsindən sonra müstəmləkəçilikdən qurtuluş (məhz o vaxt ABŞ-da “Marşal planı” yaradılırdı) Şimal və Cənuba bölünməklə başa çatdı. Onlar arasında müharibə 1965-ci ildə başlayıb və on il davam edib. Sonuncu Amerika əsgəri Cənubi Vyetnamı 30 aprel 1975-ci ildə tərk etdi. Ölkənin infrastrukturu demək olar ki, tamamilə dağıdılmış, torpaqlar zəhərlənmiş və ya napalmla yandırılaraq minalanmış, iki milyon insan, o cümlədən 700 mini dinc sakin həlak olmuşdur. Belə görünürdü ki, onsuz da kasıb bir ölkənin dirçəliş şansı yoxdur. Hələ 1986-cı ildə bu ölkədə inflyasiya 378% təşkil edirdi və əhalinin 70%-i yoxsulluq həddinin altında yaşayırdı. O vaxtdan bəri birbaşa xarici investisiyalar 200 dəfədən çox, adambaşına düşən ÜDM 10 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi 5%-ə enmişdir. “Apple” daxil olmaqla bütün böyük texnologiya şirkətləri üçün ən böyük elektronika istehsalçısı olan “Foxconn” Vyetnamın şimalındakı yeni zavoda 300 milyon dollar sərmayə qoyur və “Google” və “Microsoft” məhsul istehsalının böyük hissəsini Vyetnama köçürməyi planlaşdırır. Koronavirusun tüğyan etdiyi vaxt bu ölkəyə birbaşa investisiyalar artmağa davam etdi və 9% artdı.

Bu proses 1990-cı illərdə Vyetnamda özəl sahibkarlığı təşviq edən strategiyanı qəbul etdikdən sonra başladı. Torpağa xüsusi mülkiyyət tanındı, kolxozçuluq ləğv edildi. Vyetnamda ixracyönümlü sənaye sahələrinin yaradılması üçün lazımi infrastruktur yaradılmış və kifayət qədər ixtisaslı, lakin yenə də ucuz işçi qüvvəsinin hazırlanması təmin edilmişdir. Vyetnam əvvəlcə ASEAN, sonra ABŞ ilə azad ticarət zonaları sisteminə daxil oldu, xarici ticarətin əhəmiyyətli dərəcədə liberallaşmasına nail oldu və biznesin tənzimlənməsini ləğv etdi. Xarici sərmayələri qorumaq üçün qanunlar qəbul edildi, bürokratik təzyiqlər azaldıldı, əhəmiyyətli vəsaitlər təhsil və kadr hazırlığına yönəldildi.

Onu da nəzərə almaq lazımdır ki, Vyetnamın cəlbediciliyi Çinin yaxınlığında olması ilə təmin edilir, buradan son illərdə xarici şirkətlər xaricə axın edir (təkcə 2021-ci ildə Çini 11 min “əcnəbi” tərk edib). Onların əhəmiyyətli bir hissəsi Asiya bazarına diqqətini dəyişmədən istehsalını Vyetnama köçürdü. Hələ 2017-ci ildə Vyetnam regionun ən böyük geyim və elektronika ixracatçısı oldu və bu tendensiya güclənir.

Hanqanq çayında Cənubi Koreya möcüzəsi vyetnamlılardan daha tez baş verdi və daha uzun sürdü. Çox az adam bilir ki, üç illik Koreya müharibəsinin (1950-1953) başa çatmasından sonra səkkiz il ərzində məhz Şimal güclü iqtisadi artım nümayiş etdirdi, Cənubi isə daimi siyasi böhran, iqtisadi durğunluq vəziyyətində idi. Ölkə, demək olar ki, tamamilə ABŞ-ın köməyinə arxalandı və yerliləşdirmə və idxalı əvəzləmə siyasətini həyata keçirdi (bu, daxili bazarın aşağı tutumuna görə uğursuz oldu). 1961-ci il hərbi çevrilişi hər şeyi dəyişdi. Ölkədə ixracın artırılması siyasəti aparılmağa başlandı, torpaqlar onu becərənlərə verildi, keçmiş latifundistlər yığılan vəsaiti təhsilə sərf etməyə başladılar. Məhz hər kəs və hər şey üçün təhsil, şəhərlərdə və kəndlərdə eyni dərəcədə dəstəklənən məktəblərdə yüksək standartlar ölkənin simasını dəyişməyə imkan verən alətə çevrildi. Köhnə sübut edilmiş, lakin korrupsioner kadrların yerinə gənc sahibkarlar və menecerlər gəldilər, ABŞ-da təhsil alıb və Cənubi Koreyanı dünyanın ən kasıb ölkələri arasından böyük liqalara - əvvəlcə regional, sonra isə qlobal miqyasda çıxarmağa həvəsləndilər.

Qeyd etmək vacibdir ki, dövlət institutlarının faydasızlığı ilə bağlı dərin köklü təsəvvürümüzə zidd olaraq, həm Koreyada, həm də Vyetnamda onlar böyük rol oynadılar. Sadəcə onlara həvalə edilmiş funksiyalar - dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə şərait yaradılması, dövlət qulluqçularının ixtisası və dövlətlə sahibkarlar arasında yaranmış etimad digər ölkələrdəki vəziyyətdən fərqlənirdi. Koreya Respublikası 1998-ci ildə maliyyə böhranı nəticəsində BVF-dən yardım istədikdə və sonra borcun ödənilməsinə davam edə bilməyəndə, ölkə vətəndaşlarının 3,5 milyonu (əhalinin dörddə biri) könüllü olaraq ailələrinin qızıllarını qaytarmağa başladılar. İki ayda 2,2 milyard dollar dəyərində 226 ton qızıl toplandı. Məşhurlar və biznes tərəfindən dəstəklənən bu populyar kampaniya Cənubi Koreyaya BVF-yə olan 56 milyard dollarlıq borcunun hamısını üç il vaxtından əvvəl ödəməyə və iqtisadi sabitlik zonasına qayıtmağa imkan verdi.

Vyetnam və Cənubi Koreyanın iqtisadi inkişafının uğurlarından danışarkən, aşkar olanı, daha doğrusu, islahatların demokratiya ideallarından uzaq şəraitdə aparıldığını inkar etmək mümkün deyil. Eyni zamanda, hakimiyyət və cəmiyyət kritik dövrlərdə ümumi məqsədlər naminə qarşılıqlı dəstək haqqında müəyyən sosial müqavilə üzərində razılığa gələ bildilər. Belə görünür ki, toplanmış təcrübə yeni münaqişələrin qarşısını almağa imkan verir. Bununla belə, Şərqi Asiyada vəziyyətin sabit olduğunu və böhranlardan immunitet əldə edildiyini söyləmək mübaliğə olardı. KXDR-dən artan aqressiv ritorika ətrafında vəziyyət, Çin iqtisadiyyatında kəskin yavaşlama və Tayvan ətrafında böhran təhlükəsi, Rusiya Federasiyasının beynəlxalq təhlükəyə çevrilməsi ilə nəticələnən sabitliyin pozulması, sürətlə deqradasiyası fonunda Moskvaya qarşı sanksiyalar fonunda dünya enerji və ərzaq bazarları yalnız başqa bir güclü oyunçu hesabına sabitləşə bilər və görünür, bu güc Yaponiyadır.

Ötən əsrdə Yaponiya dağıdıcı təbii və qeyri-təbii hadisələrdən sonra bir neçə dəfə xarabalıqlardan qalxıb. 1923-cü ildə Tokio və Yokohama bölgəsində baş verən zəlzələ 100 mindən çox insanın həyatına son qoydu, 370 min ev dağıldı, yanğınlar ölkənin ən inkişaf etmiş bölgəsinin infrastrukturunu məhv etdi. Yaponlar dağılanları bərpa etməyə başlamadılar. Onlar sadəcə olaraq öz şəhərlərini bərpa etdilər. Eyni zamanda, xüsusi mülkiyyətdə olan torpaqların bütün şəhər icmasının maraqları naminə yenidən bölüşdürülməsinə imkan verən qanunlar və hökumət qərarları qəbul edildi. Yeni yollar, parklar, sosial infrastruktur belə layihələndirildi. Şəhərin hər bir rayonunda, indi deyəcəkləri kimi, ictimai-dövlət pariteti əsasında yaradılmış xüsusi komitələr torpaq mülkiyyətçiləri ilə mübahisələrin diqqətlə planlaşdırılması və həlli ilə məşğul olan tərəfdaşlıqlar yaradıldı. Hökumət yerli hakimiyyət orqanlarının mərkəzi büdcədən tələb etdiyi vəsaiti ayırmaqdan imtina etdiyi üçün onlar yaradıcılıqla məşğul olmalı oldular.

İkinci Dünya Müharibəsindən sonra Tokio, Xirosima, Naqasaki, Okinava və bombardmanlar nəticəsində tamamilə dağıdılmış, praktiki olaraq yer üzündən silinmiş bir çox yerləri bərpa etmək işi xeyli çətinləşdi. Yaponiya 2,5 milyondan çox insanı itirdi, müharibədə təslim oldu, ÜDM demək olar ki, yarıya qədər azaldı. Eyni zamanda, ölkəni yenidən qurmaq, məğlubiyyətin və Amerika işğalının nəticələrini aradan qaldırmaq arzusunda olan yüz minlərlə əsgər müharibədən qayıtdı. Yaponiya San Fransisko müqaviləsinin şərtlərini qəbul etdi və iqtisadiyyatı modernləşdirməyə başladı.

ABŞ təzminat tələb etməkdən imtina edərək hökuməti enerji obyektlərinin tikintisinə, gübrələrin və polad istehsalına əhəmiyyətli resursları (bunların bəziləri ABŞ yardımı vasitəsilə) investisiya etməkdə sərbəst buraxdı. Əsas ideya ondan ibarət idi ki, yeni sənaye bazasının yaradılması ən müasir texnologiyalar və avadanlıqlar əsasında aparılmalıdır. Zamanla ağır mühəndislik və elektronika inkişaf etməyə başladı. Müasirləşmə təhsil sisteminin inkişafı, kadrların hazırlanması və yenidən hazırlanması ilə müşayiət olundu. Mühüm amil hərbi-sənaye kompleksinin iqtisadiyyata təzyiqinin aradan qaldırılması idi - demək olar ki, bütün sənaye bazası mülki ehtiyaclara yönəldilmişdir. Nəticədə 1953-1965-ci illər arasında Yaponiyanın ÜDM-i ildə orta hesabla 9% artdı. 1965-ci ildə əhalinin 40%-dən çoxu sənayedə işləyirdi ki, bu da ənənəvi aqrar strukturla müqayisədə iqtisadiyyatın yeni strukturunun - sənayenin formalaşması demək idi.

Və Yaponiya təkcə müharibədən qalxmadı, o, digər ölkələrə, o cümlədən Vyetnam və Koreya Respublikasına kömək etməkdə böyük rol oynadı. Təsadüfi deyil ki, artıq bu il Vyetnam Yaponiyaya yüksəksürətli dəmir yolu sisteminin - 65 milyard dollarlıq layihənin tikintisi xahişi ilə müraciət edib. Yaponiya bunu necə edəcəyini bilir. 2022-ci ilin mart ayına qədər Yaponiya Çinə yardımı dayandırdı. Yaponiya 42 il ərzində ÇXR-ə 3 trilyon 660 milyard yen məbləğində yardım edib ki, bu da ən mühafizəkar hesablamalara görə, təxminən 30 milyard dollar təşkil edir.

Şərqi Asiya ölkələrinin dirçəliş təcrübəsi bizə müəyyən nəticələr çıxarmağa imkan verir. Bütün hallarda bütün cəmiyyətin mənafeyinə uyğun müxtəlif proqramları əlaqələndirən, ixracyönümlü biznes üçün əlverişli iqtisadi və təşkilati şərait yaradan dövlət institutlarının rolu son dərəcə mühümdür. Xalqla hökumət arasında qarşılıqlı etimad, insan kapitalına sərmayə qoyulması, sosial nemətlərin cəmiyyət üzvləri arasında ədalətli bölüşdürülməsi olmadan islahatların həyata keçirilməsi qeyri-mümkün olardı. Məlum olduğu kimi, uğur qazanmaq üçün təkcə strateji hədəflərə malik olmaq deyil, həm də onları ifadə etməyi bacarmaq, əsl vətənpərvərlik və onlara nail olmaq iradəsi nümayiş etdirmək vacibdir.

Heç bir ölkə yalnız öz gücünə arxalanaraq təkbaşına ayağa qalxmadı. Etibarlı müttəfiqlərin kritik kütləsinə malik olmaq, əlverişli xarici şərait yaratmaq, beynəlxalq bazarlarda müsbət mövqe tutmaq üçün regional və sənaye şəraitindən istifadə etmək son dərəcə vacibdir. Nəhayət, cəmiyyətdə məsuliyyət daşımağa, həm cəmiyyətin müxtəlif təbəqələri arasında, həm də xarici tərəfdaşlarla səmərəli qarşılıqlı əlaqə qurmağa, yüksək sosial məsuliyyət standartına malik olmağa hazır olan kritik lider kütləsi olmalıdır. Bizdən əvvəl bu yolu ən yaxşı başlanğıc şəraitindən uzaq olan ölkələr keçib. Onlar bunu etdilər, biz də edə bilərik. Əsas odur ki, məqsədi gör, özünə inan və nəhayət, əlavə maneələr yaratmamağı öyrən.

Müəllif: Sergey Korsunski - Ukraynanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri.

Mənbə: ZN.UA

Qeyd: tərcümə AYNA-ya məxsusdur.
 
 
 

Dünyapress TV

Xəbər lenti