Ardını oxu...
İranın adı yenə də xəyanətdə, təxribatda hallanır... Söhbət SEPAH-la Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı hərbi hücum tədarükündən gedir. Belə bir iddia var. Hətta bu iddia doğru çıxmasa belə, burada diqqətçəkəni İranın adının belə işlərdə hallanması və hər kəsin də bunu təbii qarşılamasıdır.
Yəni bu zatıqırıq fars-molla rejiminin Azərbaycanla bağlı hansısa mübarək planı mövcud deyil, olmayıb, ola da bilməz. Onların ağıllarında olanı odur ki, qardaş Türkiyənin başı özünə qarışıb və fürsətdir, meydanda tək qalacaq Azərbaycanı təkləyib, haldan slasınlar...
Daha düşünmürlər ki, nə qardaş Türkiyə haldan düşməyib, nə də Azərbaycan təkbaşına belə olsa hələm-hələm yeniləcək güc deyil və bu xüsusən də İranla Ermənistanın başbilənlərinin BAŞLARI ÜÇÜN DEYİL...
İrandakı fars-molla rejimi o qədər idbar mahiyyətdədir ki, hətta qardaş Türkiyədə baş verən zəlzələnin acılarının dəf olunmasında Türkiyə ilə hətta düşmənçiliyi belə şübhə doğurmayan Yunanstan qədərində KİŞİLİK ORTAYA QOYA BİLMƏDİLƏR... Əslində, İrandan belə bir kişiliyi gözləyən də yox idi... Kişidən kişilik gözlənilər... Yuxaırda da qeyd etdim ki, irandan ancaq şərəfsizlik gözləyirik ki, gözləntilərimizdə də yanılmırıq...
Hə, indi də guya meydanı boş görüb hücum edəcəklərmiş... Gəlsinlər... Elə bu təkcə Ermənistanın yox, elə İranın özünün sonunu tezləşdirən bir prosesə təkan vermiş olacaq. Onsuz da bu aqibət İranı gözləyir və bizim hər zaman özünü doğruldan gözləntilərimiz də bu dəfə məhz bundan yanadır...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
Ardını oxu...
Bu zavallıların xoşbəxt olması üçün çox şeyə ehtiyac yoxdur – yetər ki, türklərin başına faciələr gəlsin…

Fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub-şərqində, Qaziantep şəhəri yaxınlığında zəlzələ baş verib. Bunun ardınca Türkiyənin Kahramanmaraş bölgəsində ikinci zəlzələ baş verib. Yeraltı təkanlar Ankara və Türkiyənin digər şəhərlərində, eləcə də ətraf regionlarda - Kipr, Livan, İsrail, İran, İraq, Gürcüstan, Ermənistan və Suriyada hiss olunub.

London Universitet Kollecinin seysmoloqu Stiven Hiks “Twitter” səhifəsində yazıb: “İnstrumental qeydlərin başlanmasından bəri (təxminən 1900-cü ildən) 7 və daha yuxarı maqnitudalı zəlzələlərin paylanmasına baxsanız, bugünkü hadisə bu regionda indiyə qədər qeydə alınan ən böyük zəlzələdir”.

Bu material hazırlanarkən Türkiyədə zəlzələ qurbanlarının sayı 4 min nəfərə yaxınlaşırdı, qonşu Suriyada isə min nəfər civarında idi. Belə bir güclü təbii fəlakət dünya liderlərini dəstək və başsağlığı verməklə yanaşı, axtarış-xilasetmə qrupları və avadanlıqları fəlakət zonasına göndərməyə sövq etdi. Hətta, Türkiyənin qızğın rəqibi olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris Türkiyə və Suriyaya təcili yardım göstərməyə hazırdır: "Fikirlərimiz həlak olanların ailələri ilədir".

Ermənistanın Baş naziri Nikol Paşinyan da eyni mövqedən çıxış edib: “Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”.

Lakin Baş nazirlərindən fərqli olaraq, sosial şəbəkələrin erməni seqmenti sözün əsl mənasında, Türkiyədə baş verən faciədən dolayı sevinc hissləri ilə dolub-daşır. Erməni istifadəçilər üçün Türkiyə xalqının iztirab və kədəri sonsuz sevinc vəsiləsinə çevrilib.

Onlar Türkiyədə baş verən zəlzələlərlə bağlı hər xəbəri məmnuniyyətlə dilləndirir, yaxınlarını itirənlərin kədərini sevinclə dilə gətirirlər. Heç düşünmürlər ki, Ermənistan Türkiyə yaxınlığında yerləşir və həm də seysmik təhlükəli zonadadır. Onlar elementar insan mərhəmətini tamamilə kənara ataraq, eyni fəlakətin Ermənistanın özünə də gələ biləcəyini düşünməkdən belə, imtina edirlər.

Biz hələ Türkiyədə on minlərlə erməninin yaşadığını demirik. Sözsüz ki, belə dağıdıcı zəlzələnin nəticələrini Türkiyədə yaşayan ermənilər də hiss ediblər. Amma sosial şəbəkələrin erməni istifadəçiləri Türkiyəyə zooloji nifrətləri ilə bu həqiqəti dərk etməyə imkan vermirlər. Onlar türk xalqının faciəsini it balası sümük yeyirmiş kimi ləzzət ilə dadır, mərhəmət əvəzinə Türkiyəyə lənətlər yağdırırlar. Türkiyənin bir neçə şəhərini yerlə-yeksan edən təbii fəlakəti “Allahın cəzası” adlandırırlar...

Erməni istifadəçilərin şərhlərini oxuyanda istər-istəməz ağlına gəlir ki, onlar doğrudandamı xristianlığı - əsas sütunu mərhəmət və qonşuya sevgi olan dini dövlət səviyyəsində ilk qəbul etdiklərini bəyan etməyə cəsarət edən insanlardır?

Sosial şəbəkələrin erməni seqmentində oxşar mənzərə 2021-ci ilin yayında Türkiyədə meşə yanğınları zamanı da müşahidə olunurdu. Erməni istifadəçiləri Türkiyənin başına gələn bəladan açıq nifrətlə zövq aldılar, unudurdular ki, Ermənistan da belə faciədən sığortalanmayıb. Bu nifrət axınlarını oxuyanda belə qənaətə gəlirsən ki, erməni istifadəçilərinin xoşbəxt olması üçün o qədər də çox şeyə ehtiyac yoxdur – yetər ki, türklərin başına faciələr gəlsin və o zaman bütün Ermənistan sevinc göz yaşlarına bürünəcək.

İnsaf naminə qeyd etmək lazımdır ki, erməni istifadəçiləri arasında ağıllı düşünənlər və öz sürülərinin sevinməsinin absurdluğunu başa düşənlər də var. Belə ki, Arman Martirosyan adlı istifadəçi yazır: “Unutmaq olmaz ki, Türkiyədə çoxlu sayda erməni yaşayır və erməni xalqı dağıdıcı zəlzələnin nə olduğunu bilməlidir və bu səbəbdən də bu mövzuda sevinmək olmaz – hətta, söhbət düşmən dövlətlə olan münasibətdən gedirsə belə”.

Amma təəssüf ki, Martirosyan kimi düşünənlər onların cəmiyyətində mütləq azlıqdadır, qalan erməni istifadəçiləri isə zəlzələlərin çoxsaylı qurbanlarına sevinməkdə davam edirlər. Burada məntiqli sual yaranır: ermənilərin özündə türklərə genetik xarakterli zooloji nifrət varsa, Türkiyə və Azərbaycan münasibətlərinin normallaşmasından danışmaq olarmı? Hətta adekvat Martirosyan belə, Türkiyəni “düşmən dövlət” hesab edirsə, onda bu sual ritorik suala çevrilir.

Onlar özlərini xristian hesab etdikləri üçün “Bibliya” həqiqətini bilməlidirlər: insan nə əkirsə, onu da biçəcək. Tarixə baxsaq, "ən qədim" insanlar həmişə gec-tez əkdiklərini biçiblər. Və yenə də biçəcəklər...

Müəllif: Asif Aydınlı
ayna.az
 
Ardını oxu...
Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar. Guya bu zəlzələ tektonik silahla edilib, Amerika edib, Rusiya edib. Guya bu silahın yaradıcısı Azərbaycanlı İkram Kərimovdu. SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib. Sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından qaçmaq üçün Afrikaya qaçıb. Mən də bu nağıllara inanıb bir neçə il öncə oxşar status yazmış idim. Amma xaricdə olduğum müəyyən yerlərdə araşdırmalardan sonra nə qədər yanıldığımı anladım.
SSRİ dövründə Amerika və Rusiya arasında çox sahədə rəqabət gedirdi, kosmosu fəth etmək, başqa planetlərə uçmaqdan tutmuş, mifik görünən hansısa dağıdıcı silahların ixtirasına qədər. Hətta Yuri Qaqarin və Nil Armstronqun kosmosa getmələri mifi o qədər güclü idi ki, o dövrdə iki super dövlətin vətəndaşları artıq Ayda torpaq alıb ev tikmək barədə düşünürdü.
Doğrudur İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək üçün yox. Sadəcə zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün . Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Vəssalam. Nə silah icadı barədə məlumatlar var, nə də bu silahı işə salacaq enerji Sovetlərdə və indi Rusiyada yoxdur.
O zaman Sovet kəşfiyyatı Amerika və qərb dövlətlərinə guya gizlin informasiya sızdırır. "1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir sovetlər".
Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sızdırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticə: Amerikalılar həqiqəti üzə çıxarırlar. Bu sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar.
"Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar".
Gülməlidir eləmi ?
Hazırda İkram Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram müəllim əgər belə silahın müəllifidirsə hazırda dünyanın ən güclü dövlətləri onu çoxdan dəvət edib milyonlarla pul xərcləyib bu silaha sahib olardılar. Belə silah barədə mif doğru olsa idi İkram müəllim indi AMEA-dan ayda 900 manat maaş yox, Amerika Müdaifə Nazirliyində ilinə 9 milyon dollar maaş alardı.
Bəs tektonik silah nədir ?
Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür. Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Nə İkram Kərimov, nə də Amerikanın alimləri kəşf edib. Rus alimi belə ideya sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjilər sadə dillə desək yerin damarına neçə milyon vottluq enerji lazımdır ki, ötürüslün ki, yeraltı təkan baş versin. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin peyğəmbəri Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də Rotşild ailəsi, Rokfeller ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər yüzlərlə böyük elmi işlər aparan fiziklər məhv edilib. Bu barədə də yazacam.
Amerikalılar isə 2000-ci ilin əvvələrində tektonik silah olan HAARP yaratdıqlarını elan etsələr də onun gücü çox zəifdir. Şəxsən özüm bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma onu Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox.
Ona görə tektonik silahlar barədə miflərə inanmayın
Dosent Zaur Əliyev
Teref.az
 
Ardını oxu...
Rusiyanın Ukraynaya qarşı təcavüzünü Kreml dünyaya və əsasən də öz ictimayyətinə bir neçə “arqumentlə” əsaslandırmağa çalışır:
- Kreml deyir Ukraynaya ona görə soxulub ki, bu ölkədə yaşayan milyonlarla rusları, və ya rusdilləri qorusun. Elə həmən də, məsələn, Baltikyanı ölkələrdə yaşayan rus və rusdillərin də diskriminasiyaya uğradıqlarını deyir, amma ora soxula bilmədiyini də həmin ölkələrin NATO üzvü olduğu ilə əsaslandırır – çıxan nəticə nədir? Bəli, NATO üzvlüyü 3 Baltikyanı ölkələrə Kreml təcavücündən qoruma qalxanı verib. Bundan çıxan nəticə nədir? Rusiya təcavüzündən yeganə çıxış yolu NATO üzvlüyüdür. Deməli məhz elə Kreml siyasəti post-sovet və post-sosialist ölkələrini NATO üzvlüyünə tərəf itələyir. Ukraynanın NATO-ya üzv olmaq həvəsi məhz elə Kremldən qorunmaq üçün olduğunu Kreml elə öz təbliğatı ilə sübut edir, haqq qazandırır,
- Moskva deyir ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün ona görə təhlükədir ki, Ukrayna sərhədlərindən Moskvaya cəmi 740 km-dir. Yenə öz əhalisini aldadır: NATO üzvü olan Latviya sərhəddində elə nöqtələr var ki, oradan Moskvaya daha yaxındır, deməli NATO Moskvanı vurmaq istəsəydi Ukraynadan niyə vururdu ki, elə Latviya ərazisindən vurar, bununla da öz hədəflərinə çatardı,
- Kreml Ukraynaya hücum etmədən öncə bəyan edirdi ki, Moskvanın əsas hədəfi NATO güclərini, infrastrukturunu Rusiya sərhədlərindən uzaqlaşdırmaq istəyir. Yaxşı, son 1 ildə NATO Rusiyadan uzaqlaşdımı?! Tam tərsi, İsveçin və Finlandiyanın NATO üzvlüyünə namizədliyi Baltik dənizini az qala NATO-nun daxili dənizinə çevirir, NATO ilə Rusiyanın 1200 km-lik quru sərhədi, Finlandiyanın üzvlüyündən sonra 2 dəfə artaraq 2400 km-ə yaxın olur. Deməli Ukraynaya təcavüz NATO-nu Rusiya sərhədlərinə daha da yaxınlaşdırdı, Finlandiyadan isə, məsələn, Sankt-Peterburqa 148 km-dır,
- Moskva deyir ki, Donbasda rus-rusdilliləri qorumaq üçün hərbi əməliyyata əl atdı. 2014-2022-ci illər arası Donbasda ilə ortalama cəmi 7-8 nəfər vətəndaş həlak olurdu, indi isə son 1 ildə Ukraynaya məxsus Donbasda müharibə və Rusiyanın təcavüzünə görə 30 minə yaxın dinc sakin həlak olub, bir tək Mariupolda 20 mindən çox dinc sakinin həlak olduğu bilinir – budur vətəndaşları qorumaq?!
Rusiya təbliğatı iflasa uğrayır, daxili auditoriyanı da itirir, məhz buna görə son həftələr Kreml təbliğat “bülbülləri” şezofrenik həddə danışmağa başlayıblar, çünki arqumentlər çürüyüb, indi ancaq vətəndaşların müqəddəs hisslərinin istismarı üzərinə oynamağa çalışırlar. Bundan başqa Rusiya təbliğatının strateji məğlubiyyti nəsil dəyişimi ilə bağlıdır, Kremlin təbliğat “bülbülləri” 50+ yaş qrupuna xitab edir, o qrupda əks-səda doğurur, amma 30 illik pis-yaxşı müstəqil Rusiya dönəmində başqa nəsil yetişib-yetişir, onlar üçün isə Kreml təbliğatının heç bir önəmi yoxdur. Avtoritar rejimlərin ən böyük səhvi odur ki, hər şeyə nəzarət etdiklərini düşünüb-davranırlar, amma heç bir avtoritar rejim nəsil dəyişiminin qarşısını ala, və ya bu faktoru öz lehinə çevirə bilməz...
Natiq Cəfərli
Teref.az
 
 


 

12 saylı məktəbin müəllimləri dünən Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar.

TEREF.AZ yazır ki, üəllimlərin Ovqat.com-a verdiyi məlumata görə, Fuad Nəcəfli onları diqqətlə dinləyib və eşitdiklərinə təəccüblənib.

Direktor müəllimədən yarıçılpaq dərs keçməyi tələb edib

Fuad Nəcəflinin ən çox diqqətini cəlb edən məsələlərdən biri bütün müəllimlərin eyni cür geyinməsi olub. Bunun bir uniforma olub-olmadığı ilə maraqlanıb. Müəllimlər uzun illərdir bu uniforma ilə dərsə girdiklərini bildiriblər. Onlardan biri hətta deyib ki, kasıb olduğundan məktəb forması ala bilmir. Məcburən uniformadakı ağ köynək əvəzinə ağ sviter geyinir. 12 saylı məktəbə direktor təyin olunan Turan müəllimə işə başlayar-başlamaz onun dərs dediyi sinifə daxil olub və müəlliməyə geyimini irad tutub. Ondan dərhal, uşaqların yayında sviterini çıxarmağı və çılpaq dərs keçməyi tələb edib. Müəllim bu tələbi rədd edəndə isə onu işdən çıxarmaqla hədələyib.
Ardını oxu...
Fuad Nəcəflinin müəllim uniforması barədə düşüncələri

Fuad Nəcəfli bu şikayəti eşidəndə təəccübünü gizlədə bilməyib və Təhsil naziri Rəhman Məmmədovdan müəllimlərin niyə və nə zamandan uniforma geyindiklərini soruşub. Nazir isə bildirib ki, 15 ildir Naxçıvan müəllimləri uniforma geyinirlər. Xüsusi nümayəndə bu qərarın anormal olduğunu bildirib və müəllimlərə qul kimi davranmaq kimi xarakterizə edib. O deyib ki, əksinə müasir məktəb xalqın gələcəyi olan yeni nəslə azad vətəndaş kimi yetişməyi təlqin etməlidir. Bunu isə müəllimlər öz sərbəstliyi ilə şagirdlərinə nümayiş etdirməli və nümunə olmalıdırlar. Fuad Nəcəflinin fikrincə, şagirdlər üçün xüsusi uniformaların tələb edilməsi onlarda bir şəxsiyyət kimi intizamlı olmaq xüsusiyyəti yaratdığı üçün lazımdır. Müəllimlər isə artıq şəxsiyyətdirlər və onlar bəlli çərçivə daxilində istədikləri kimi geyinə bilərlər.

Turan Məmmədli necə xüsusi nümayəndənin adamıdır?

Müəllimlərin dediyinə görə, Turan Məmmədli onlara bu vəzifəyə Fuad Nəcəfli tərəfindən təyin edildiyini və heç kimi ona bata bilməyəcəklərini bildirib. Fuad Nəcəfli bu məlumata da təəccüblənib və Turan xanımın “onun necə adamı” olması barədə də danışıb. Deyib ki, 12 saylı məktəbin direktoru olmadığını eşidib və Naxçıvanın köhnə rəhbərliyindən ora uyğun bir namizəd verilməsini tələb edib. Rəhbərlik isə Turan Məmmədlini məsləhət biliblər. Namizədin şəxsi işi ilə tanış olan xüsusi nümayəndə onun elmlər namizədi olduğunu, uzun illər müxtəlif məktəblərdə işlədiyini, hətta Payız kənd məktəbində direktorluq etdiyini öyrənib və onun həqiqətən də uyğun namizəd ola biləcəyinə qərar verib. Əgər o, Turan Məmmədlinin direktorluğunun ilk günündə özünü kobud aparacağını bilsəydi, təbii ki, bu namizəd üzərində dayanmazdı. Müəllimlərlə söhbətində Fuad Nəcəfli məktəbin direkorunu onların özləri tərəfindən seçilməsini təklif edib. Bildirib ki, direktoru özünüz seçin, mən onu bu vəzifəyə təyin edim. Müəllimlər bazarertəsi günü direktoru seçəcəklərinə söz veriblər.
Ardını oxu...
Turan Məmmədlinin iş yükü

Mənbəmizin iddiasına görə, Turan Məmmədli heç də 12 saylı məktəbdə “ölü canlar” ovu ilə məşğul olmayıb. Əksinə, digər biologiya müəllimlərinin dərs yükünü azaltmaqla özünə dərs saatı toplamaq istəyib. Müəllimlər indi də onun bu “acgözlüyünü” anlaya bilmirlər. Bildirirlər ki, Turan Məmmədli həm deputatdır, həm Payız məktəbinin direktoru, həm Ali Məclisdə bir komissiyanın üzvü, həm Naxçıvan Dövlət Universitetində müəllim, həm də “Sevil” Qadınlar Cəmiyyətinin Muxtar Respublika üzrə nümayəndəsi. “Üstəlik, 12 saylı məktəbə də direktor təyin olunub. Bu da azmış kimi, bir də 12 saylı məktəbdə biologiya müəllimlərinin dərsinə göz dikib. Bir insan hətta əjdəha olsa bu qədər işi necə çatdıra bilər?”, - müəllimlər belə deyib.
Ardını oxu...
Sabiq Təhsil nazirinin münasibəti

Naxçıvanın sabiq Təhsil naziri Nazim Əkbərov paylaşımlarımızdan birinin altında yazdığı rəydə bu suala belə cavab verir:

“Heydər bəy, yayılan məlumatda hansı müəllimin nə qədər dərs yükü var və onun nə qədəri ondan alınır, bu barədə məlumat verilmir.

Qanuna görə, bir oklad dərs yükü bir məmurun həftədə 41 saat iş gününə bərabərdir. Yəni həftədə 18 saat dərs deyən bir muəllim hər gün 3-4 saat dərsdən əlavə sinif iclaslarinda, fənn birləşmə iclaslarinda, direktor yanında müşavirədə iştirak etməklə yanaşı şagirdlərlə fərdi və qrup işi aparmalı, valideynlərlə işləməli, şagirdlərin dərsi mənimsəmə faizini müəyyən etməli və qüsurları aradan qaldırmaq üçün tədbirlər görməlidir.

Bizdə müəllim tarixən o qədər boş buraxılıb ki, bu gün hansı müəllimə bunları desən, gözləri təpəsinə çıxar. Bizim müəllimlər obyektiv və subyektiv səbəblərdən dərs deyib evə getməyə vərdiş ediblər. Halbuki onlar dünyanın ən məsul vəzifəsini - yarım əsr sonra üçun adam yetişdirmək vəzifəsini yerinə yetirməlidirlər”.

Nazim müəllimin rəyini əlavə şərh etməyə ehtiyac duymuruq.

“Turan xanım “xanzadə” Seymurun 1 nömrəli adamıdır”

12 saylı məktəbin müəllimləri 2 günlük direktorunun onlara qarşı kobud davranışından da narazıdırlar. Dediklərinə görə, məktəbə gələr-gəlməz “fironluğa” başlayan Turan müəllimə onları qadın adına yaraşmaz sözlərlə təhqir edib.

O ki qaldı Turan müəlliməyə, Təhsil naziri Rəhman Məmmədov və Ali Məclisin sədr əvəzi Azər Zeynalov tərəfindən təxribat qurulmasına, həmsöhbətlərimiz bu iddia ilə razılaşmırlar. Müəllimlərin dediklərinə görə, əksinə, 12 saylı məktəbdə məlum insident çıxanda Təhsil naziri onları sakitləşdirməyə çalışırdı ki, hay-küy gedib Fuad Nəcəflinin qulağına çatmasın: “Turan xanım əslində Azər Zeynalovun və Rəhman Məmmədovun adamıdır. Bunu onun Ali Məclisin deputatı olması da təsdiqləyir. Sizcə, bu qadın “xan” rejiminin ən yaxın adamı olmasaydı, onu deputat seçərdilərmi? Naxçıvan Ali Məclisinin indiki tərkibi “xanzadə” Seymur Talıbov tərəfindən müəyyənləşdirilib. Onun ən aparıcı kadrlarından biri də Turan Məmmədli olub. Təsadüfi deyil ki, Turan Məmmədli eyni anda 4-5 yerdə işləyərək faktiki həmin həmin qurumlara nəzarət edib”.

Müəllimlər o fikirlə razılaşırlar ki, Turan Məmmədli üzərində həqiqətən də bir təxribat qurulub. Və bu təxribatı quran Naxçıvanın Təhsili naziri Rəhman Məmmədov və Azər Zeynalov ola bilər. Məqsəd təbii ki, Fuad Nəcəflinin ayağının altını qazmaq, onun fəaliyyətinə kölgə salmaq və Prezidentin Naxçıvanla bağlı islahatlarını sabotaj etməkdir. Həmsöhbətlərimiz bizim vasitəmizlə Fuad Nəcəfliyə də öz məsləhətlərini əsirgəmədilər: “Cənab Fuad müəllim, çalışın, bir yerə gedəndə Azər Zeynalovu öz yanınıza salıb aparmayasınız. Əmin olun ki, o, sizə dizgün informasiya vermir və sizi əks istiqamətlərə yönləndirir”.
 
 
 
Ardını oxu...
İrəvanda erməni və rusiyalı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Erməni saytlarında bəzi çıxışları izlədim. Rusiyalı ekspertlərin ümumi fikri bu oldu ki, Ermənistan hakimiyyəti Rusiyanın əvəzinə Qərbi seçərsə, Kreml bu dövlətə kömək edə bilməyəcək. Erməni ekspertlər isə əksini bildiriblər: “Bizi Azərbaycanın əlindən ala bilməsəz, Ermənistanı itirəcəksiniz”. Erməni ekspertlər həm də ondan narahatlıqlarini dilə gətiriblər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Cənubi Qafqaza nəzarəti azalıb və Kreml Azərbaycana mane olmur.

İrəvandakı dəyirmi masadakı müzakirələrdən çıxan qənaət budur ki, Rusiya Ermənistanın itirilməsindən narahat deyil. Kreml İrəvana seçim imkanı verir. İrəvanın Qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazasını oradan çıxartması olacaq. Ermənistandakı həmin hərbi baza Rusiyaya yükdən başqa bir şey deyil. Bunun əvəzinə Rusiya qazın qiymətini Ermənistana artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Qərbə qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin. Əksinə Rusiya Ermənistan adlı ballastdan imtina etsə, bu hamının xeyrinə olacaq. Əlbəttə, bu ideal variantdır.
Elxan Şahinoğlu
 
Ardını oxu...
"The Washington Post" Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı geniş məqalə təqdim edib. Əslində məqaləni "Bloomberg" agentliyi yayıb…
Məqalədə bir məqam diqqətmi xüsusi ilə cəlb etdi. Qəzet yazır: "Fransa prezidenti Emmanuel Makron Ermənistana rəğbətini ifadə edir, lakin onun Azərbaycana qarşı təsir rıçaqları məhdud görünür". Mən də bu barədə dəfələrlə demişəm. Fransanın Azərbaycana demək olar ki, elə bir təzyiq imkanı yoxdur. Reallıq belədir. Təəssüf ki, bəzi siyasi analitiklərimiz Fransanın Azərbaycana təzyiq imkanları haqqında əfsanələr uydururlar. Qərb mətbuatı da vurğulayır ki, bu, belə deyil...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib. Doğrusu bunu Lavrovun dilindən ilk dəfədir eşidirəm. Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər. Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib.
Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb. Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək.
atlassam.org
 
Ardını oxu...
Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir:
- İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib;
- Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür;
- Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığına” haqda uydurmalar ortaya atılır;
İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır.

Asif Nərimanlı
DİA.AZ
Ardını oxu...
Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Bunlar yanvarın 29-da Macarıstana rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniştərkibli görüşlərində xüsusi olaraq qeyd edilib.
Qeyd edilməlidir ki, iki xalq arasındakı əlaqələrin dərin tarixi köklərə malikdir. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəniyyətinin ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi bağlara söykənir.
Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir.
Məlum olduğu kimi Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir.
Ölkə başçısı Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında qeyd edib ki, “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. Ötən ay imzalanan sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılması məsələləri bir daha müzakirə edilib. Fevralın 3-də Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə iştirak edən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar. Bu işlər Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.
Görüşlər zamanı macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır.
Həmçinin bildirilib ki, bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.
Görüş zamanı əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”.
Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ümidvarıq ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
İrandakı Azərbaycan səfirliyinə qarşı terror aktı törədildi. Yayılmış videolar bunu deməyə əsas verir ki, hazırlığı olmayan, planlamayan şəxs qapının içəridən necə açılacağını bilməzdi. Şəxs hesablayıb. Lap deyək ki, əsəbi olub, onda sual olunur, məlum aktı niyə çöldə törətməyib? Səfirliyin maşınlarını atəşə tutmaq içəri daxil olmaqdan daha asan deyil?

Demək ki, məsələ məkandır. Həm də məkandakı diplomatik korpusun bütün əməkdaşları.

Başqa bir məsələ – məlum terrorçu zərərsizləşdirilib İran hüquq mühafizə orqanlarına təhvil verilir. İsti-isti istintaq aparmaq əvəzinə, TV kanala müsahibə verir. Özü də Azərbaycan əleyhinə hədyanlar yağdıran “Səhər” kanalına. İran bu qədərmi demokratik ölkədir? Bəlkə, İranda cinayətkarın müsahibə vermək kimi bir hüququ var, xəbərimiz yoxdur? Düzü, bu məsələ ilə İran özünü “yandırmış” oldu.

İran o ölkələrdəndir ki, terrora, terror təşkilatına açıq şəkildə dəstək verir.

İranın Azərbaycandakı ruporları iddia edirlər ki, bunu başqa ölkələr edə bilər. İran normal ölkə olsaydı, bunu bilərdi və əraziyə diri mühafizəçi qoyardı. Təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə qaldırardı. Məlum, bunlar edilməyib. Mühafizəçi daha çox müşahidəçi vəzifəsini yerinə yetirirdi.

Məsələyə bir az da başqa yöndən baxmaq lazımdır. Digər regionlarda olduğu kimi, bizim regionda da Rusiya-Ukrayna müharibəsinin nəticəsi hesablanaraq siyasət həyata keçirilir. Ermənistan qopmaq istəyir, Azərbaycan sülhməramlıları ərazidən çıxarmaq niyyətini ortaya qoyub, ehtimal ki, Gürcüstan da Abxaziya və Osetiya ilə bağlı hesabını aparır.

Bəs İran?

Bir az tarixə nəzər salsaq, görərik ki, İranla Rusiya indiki kimi bir-birinin dəstəkçisi olmayıb. Uzun illər müharibə şəraitində yaşayıblar. İndiki adla İran ərazisinin bu qədər kiçilməsinin səbəbkarı məhz Rusiyadır. Rusiya İranı nəinki Cənubi Qafqazdan sıxışdırıb çıxarıb, hətta SSRİ zamanında bir neçə dəfə inqilab etməyə cəhd edib. İranın tarixdən gələn Rusiya adlı, türkiyəlilər demiş, quyruq acısı var.

İran da hesab içindədir. Rusiyanın mümkün məğlubiyyəti, zəifləməsi fonunda Cənubi Qafqazı təsir dairəsinə almaq yarışına girəcək. Yeri gəlmişkən, İran son illərdə təsir dairəsini ən çox artıran ölkələrdəndir.

İran Cənubi Qafqaz üçün nə edib?

İki xristian, bir müsəlman ölkə. Əvvəla, Azərbaycanda uzun illərdir casus şəbəkəsini qurub, din pərdəsi altında ağla gələn və gəlməyən işlər həyata keçirib.

Bu yaxınlarda Gəncədən bir nəfər mesaj yazıb ki, burada elə yerlər var, orada Azərbaycan dövlətinə söysən, əl çalarlar, İran haqqında mənfi fikir deyib 10 metr getmək olmaz. Azərbaycanda insanlar elə düşünürlər ki, ancaq cənub zonamız İranın təsiri altındadır. Lakin bir qədər araşdıranda məlum olur ki, Gəncəbasar cənubdan daha çox İranın təsiri altındadır. Təsir altındadır deyəndə, söhbət din, daha dəqiq, siyasiləşdirilmiş dindən gedir.

Gürcüstanda da İran son dərəcə möhkəmlənib. Gürcüstanda Azərbaycanın elm, təhsil, siyasi və digər formalarda görmədiyi, görə bilmədiyi işləri İran dinlə edib. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələr Gürcüstan və Azərbaycan şəhərlərindən daha çox, İran şəhərlərinə bənzəyir. Hər halda, bu məsələlər təkcə ideologiya ilə edilməyib. İran, bəlkə də, məsələnin bu həddə çatması üçün milyardlarla pul xərcləyib.

Hətta sözü gedən ərazilərdəki məscidlərə axundları belə İran təyin edir.

İran hesablamalar aparanda, təbii ki, bu amilləri nəzərə alır. Azərbaycan və Gürcüstanın qarşısında bu və digər məsələlərə görə müsbət işarə qoyur.

Bəs Ermənistan? Ermənistanla İranı bağlayan çox amil var. Hətta fərqli din amili belə iki ölkənin eyni yöndən çıxış etməsinə mane olmur. Əksinə, ideologiya dindən daha ön plana çıxır. Misal üçün, Qarabağ işğalda olarkən məscidlərin, demək olar, hamısında heyvan saxlanıb. İran bunu bilmədiyini deyə bilməz. Çünki işğaldakı evlərin çoxu sökülmək üçün məhz iranlılara satılıb. Görüb, etiraz ediblərmi? Qətiyyən. Yəni təkcə İran dövləti üçün yox, elə iranlılar üçün də din sadəcə olaraq vasitədir.

Azərbaycan özü də bəzi məsələlərdə laqeyd olub. İrandakı Azərbaycan səfirliyində terror törədiləndən sonra cənubdakı soydaşlarımızın etiraz aksiyası keçirdiyini görmədik. Bu həm də o anlama gəlir ki, xaricdə mühacirlik həyatı yaşayanların dedikləri, bildirdikləri pafosdan, gəlişinə deyilmiş gözəl sözlərdən başqa bir şey deyilmiş. Keşikçidağ məsələsi uzaq tarix deyil. Hətta sərhədçimizin əlindən silahını belə almışdılar. Gürcüstanda yaşayan azərbaycanlıların etiraz aksiyasını, Keşikçidağa yürüş keçirdiyini gördük? İranda yaşayan soydaşlarımız necə, elə gürcüstandakılar da elə davrandılar.

İndi düşünmək lazımdır. Niyə soydaşlarımız Azərbaycan dövlətini dəstəkləmir, bir neçə sutkalıq həbsi gözünün qarşısına alıb hərəkət etmir? Demək ki, Azərbaycan ya nələrsə etmir, ya yalnış edir, ya da iş tapşırdığı adamlar yarıtmırlar.

Səxavət Məmməd
 

Dünyapress TV

Xəbər lenti