Ardını oxu...
ABŞ-a bağlı “eurasiareview” saytında gedən “Why The UN Has Got It Wrong On Genocide” (BMT niyə soyqırımla bağlı səhv edir) adlı məqalədə tanınmış siyasi təhlilçi Taras Kuzio maraqlı məqamlara toxunur.
O, Azərbaycanda və Ukraynada baş verən prosesləri müqayisə edir. Biz daha çox Azərbaycanla bağlı hissələrə xüsusi diqqət ayırdıq.
Taras Kuzio yazır ki, Ermənistanın “genosid” terminindən sui-istifadə etməsi istehza doğurur, çünki I Qarabağ müharibəsində erməni silahlıları çoxsaylı hərbi cinayətlər törədiblər, kütləvi şəkildə insan haqları pozuntularına yol veriblər. Bu, Beynəlxalq Cinayət Məhkəməsi yaranandan daha əvvəl baş verdiyinə görə bu hərbi cinayətlər BCM tərəfindən araşdırılmır. Erməni qüvvələri 750 mindən 1 milyona qədər azərbaycanlını Ermənistandan qovub və 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində etnik təmizləməyə məruz qoyub. 4 min Azərbaycan əsgəri və mülki vətəndaş itkin düşüb, ehtimal ki, I Qarabağ müharibəsi zamanı öldürülüb. Erməni işğalçı qüvvələri təhqiramiz şəkildə Azərbaycan ərazisinə yüz minlərlə mina qoyub, çoxsaylı mədəni, tarixi və dini tikililəri, qəbiristanlıqları dağıdıb. Azərbaycan və Ukrayna dünyada ən çox minalanan ölkələrdir.
Qarabağdakı kiçik erməni azlığı Qarabağ bölgəsinin Azərbaycanın suveren ərazisi olduğunu qəbul etməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalıb. Qarabağdakı 50 min erməni İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamasına razılıq verməkdən imtina edərək 3 milyon ermənini və 10 milyon azərbaycanlını girov saxlayır.
Qarabağ erməniləri 2020-ci ilin noyabrında II Qarabağ müharibəsinin sonunda imzalanmış atəşkəs sazişini yerinə yetirməkdən imtina edirlər. Atəşkəs sazişində açıq-aydın göstərilib ki, Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə eyni vaxtda nizami və yarımhərbi birləşmələr Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Bu, heç vaxt baş vermədi və İrəvan qeyri-qanuni yollarla və Rusiya sülhməramlı qüvvələrinin gizli dəstəyi ilə Qarabağa hərbi texnika və yeni qüvvələr göndərməkdə davam etdi.
Nikol Paşinyan 5 ildir ki, Ermənistanın baş naziridir və buna görə də Ermənistanın Qarabağda qeyri-qanuni hərbiləşdirilmiş qüvvələri saxlamaqla atəşkəs razılaşmasının yerinə yetirməməsinə görə birbaşa məsuliyyət daşıyır. Qarabağda qeyri-qanuni hərbiləşdirilmiş qüvvələri silah-sursatla təmin etdiyinə görə Paşinyanı sülh müqaviləsinə sadiq qaldığını iddia etmək olmaz.
Taras Kuzio Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo-nun 7 avqust tarixli “soyqırım iddiaları”ına da toxunur. “Temple Garden Chambers” hüquq firmasının nümayəndəsi Rodney Dixonun irəli sürülən bu ittihamların əsassız olduğunu faktlarla sübut edən fikirlərinə istinad edir. Luis Moreno Okamponu məqsədli şəkildə faktları təhrif etməkdə suçlayır.
Müəllif məqalənin sonunda vurğulayır ki, BMT Qarabağ ermənilərinə qarşı genosid olduğunu iddia etməklə səhvə yol verir və ukraynalılara qarşı soyqırım olduğunu inkar etdiyinə görə də onu haqlı saymaq olmaz. Bu kimi yanaşmalar BMT-ni peşəkar və hörmətli beynəlxalq təşkilat kimi nüfuzdan salır.
Elbəyi Həsənli, Sürix
Teref.az
 
Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı kimi biz də əmək hüquqları ilə bərabər, istehlakçı hüquqlarının qorunmasını təbliğ edir və bu sahədə hüquqi yardım da göstərməyə çalışırıq. Lakin, real vəziyyət elədir ki, bir çox hallarda bu kimi halların qarşısının almaq da mümkün olmur. Səbəbləri isə çox sadədir:
Su, qaz, elektrik, rabitə, kanalizasiya və sair istehlakçı müəssisələrin əksəriyyəti - dövlət müəssisələridir və bu müəssisələrdə vəzifə tutanlar bir çox hallarda bu imtiyazdan sui istifadə edir və ya düzgün istifadə etmirlər.
Bu xidmətlərdə çalışan, məsuliyyət daşıyan məsul vəzifəli şəxslər istehlakçılar qarşısında hər hansı bir: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşımırlar.
İstehsalçı müəssisələr - istədikləri vaxt və istədikləri məbləğdə istehlakçıya borc yaza bilir, əksər hallarda isə qanunsuz, şişirdilmiş və ya böyük məbləğlərdə. İstədikləri vaxt istehlakçılara göstərilən xidmətləri dayandıra və onları çətin vəziyyətə qoya bilirlər.
Əlbəttə, qanunsuz borc yazılan istehlakçılar buna görə olduqca çətin vəziyyətı düşürlər, kommunal xidmətlər olmadan da yaşamaq çətin olur. İstehlakçı, ya bu borcu ödəməli ya da məhkəməyə müraciət etməlidirlər. Lakin, nəzərə almaq lazımdır ki, hər bir şəxsin də qanunsuz yazılan borcları ödəmək imkanı olmur və ya öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etməyə vaxtı və ya maddi imkanı.
Məhkəməyə müraciət etdikdə isə, məhkəmə qərarı ilə yalnız onların borcu silinir. Əslində isə əgər istehlakçılara bu qədər borc yazılırsa və sübut olunmursa, vətəndaş əziyyət çəkib vəkil tutursa, sənədlər hazırlayırsa, maddi ziyana düşürsə və 8- 12 ay məhkəmələrdə əsəbləri pozulursa və digər əziyyətlərə düçar olursa, bu yalnız onun borcunun silinməsi ilə məhdudlaşdırılmamalıdlr, işə baxan hakim həm də ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul etməli, həm də bunu yazan müəssisənin vəzifəli şəxs və şəxsləri barədə xüsusi qərardad qəbul edib, qanunla nəzərdə tutulan qaydada araşdırma üçün prokurorluq orqanlarına göndərməlidir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə də istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsiniməhkəmə həyata keçirir.
Eyni zamanda qanunvericiliyimiz nəzərdə tutur ki, İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəyən maddi mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsi barədə də qərar qəbul etməlidir.
Bu münasibətlərlə bağlı ən müsbət cəhət- istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilmədir.
Azər Quliyev.
Teref.az
 
Ardını oxu...
Ermənistanın baş naziri Paşinyanın ABŞ-ın “Politico” nəşrinə müsahibəsində “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz” cümləsi bugünə qədər onun Rusiyanın siyasəti barədə tənqidi fikirlərinin ən vacibi sayıla bilər. Paşinyan bu cümlə ilə Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib. Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, o Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini bildirib. Paşinyan mövcud vəziyyəti Ukrayna müharibəsi ilə əlaqələndirib: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərib”. Nikol Paşinyanın həm Azərbaycan, həm də Türkiyənin Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələr olduğu fikri də maraqlıdır: “Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”. Yəni Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək.
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir alətini saxlayacaq. Məntiqlə Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərqi İqtisadi Forumun (EEF) kuluarlarında jurnalistlərə bildirib ki, Transqafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin “Ermənistan və Azərbaycan arasında gərginlik bu fəaliyyətə mənfi təsir göstərir”.

“Təbii ki, münasibətlərdə hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir, vaxt keçir, biz yenidən qayıdıb oturub işə başlayaq”.

Overçukun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair növbəti görüşü bunun üçün şərait yetişəndə baş tutacaq.

Qeyd edək ki, bu ilin iyununda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun hərtərəfli sənəd formalaşdırdığı elan olunmuşdu. Bildirilirdi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu (Zəngəzur dəhlizi) ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq. Bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Overçuk isə demişdi ki, sənəd layihəsi baş nazirlərin müavinləri səviyyəsində demək olar tamamilə razılaşdırılıb, amma hələ də əlavə müzakirə tələb edən məsələlər var.

“Kilidin açılması nə vaxt olacaq deyə soruşsanız, bu suala hələ heç kim dəqiq cavab verməyəcək”, - deyə Overçuk bildirmişdi. Cəmi iki ay əvvəl verilmiş bu optimist bəyanata baxmayaraq, görünən budur ki, kommunikasiyaların açılması haqda bundan əvvəlki razılaşmalar da müvəqqəti olsa da rəfə qaldırılıb.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında yaranan gərginliyin həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına mənfi təsir göstərdiyini etiraf edib: “Hazırda biz nə sərhədlərin delimitasiyası, nə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, nə də sülh müqaviləsi ilə bağlı bir irəliləyişi müşahidə etmirik. Əksinə, gərginlik, həyəcan, eskalasiya riskləri, separatizmin təşfiq olunması, sərhədlərimizə Ermənistan tərəfindən hərbi qüvvələrin cəmləşdirilməsi və ard-arası kəsilməyən təxribatlar, TIR şousu, Ermənistanın Azərbaycandan şikayətlər etməsi kimi danışıqları sıfırlayan addımları görürük. Nikol Paşinyan sanki öz verdiyi vədlərin girovuna çevrilib. Həm danışıqlar kontekstində, həm 10 noyabr üçtərəfli bəyanat müstəvisində, həm də daxili auditoriya qarşısında. Daxili və xarici siyasətdə Paşinyan çıxılmaz durma düşüb. Amma bizə nəticə maraqlıdır. Bizə sülhün dayanıqlılığının artırılması önəmlidir, Ağdam-Xankəndi marşrutu ilə yüklərin daşınması prioritet daşıyır”.

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra nəqliyyat-kommunikasiyaların qurulması istiqamətində Azərbaycan atdığı addımlara, təşəbbüslərə mane olan qüvvələr var. Bu qüvvələrdən biri Ermənistandır. Ermənistan danışıqlar görüntüsü yaratmaq üçün ara-sıra danışıqlara qatılsa da nəqliyyat-kommunikasiyaların qurulması istiqamətində heç bir praktiki addım atmayıb: “Bu addımları atmamaq üçün isə ən müxtəlif pozucu, qeyri-konstruktiv təkliflər irəli sürüb, hərbi təxribatlara gedib. Nəticədə bugünkü vəziyyət yaranıb. Əldə olunmuş müəyyən razılaşmalar həyata keçirilməmiş qalır, danışıqlar dayanıb. Ermənistan bu vəziyyəti qəsdən yaradıb. Məqsəd Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. Rusiya tərəfi danışıqlarda ilk baxışda maraqlı görünür. Ancaq bəzi hallarda prosesin məhz onlar tərəfindən də gecikdirilməsinin şahidi oluruq. Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bu yaxınlarda yüksək səviyyədə bəyan etdi. Lakin dəhlizin açılması üçün Ermənistana lazımi səviyyədə təsir etmir. Azərbaycan isə mümkün qədər qısa müddət ərzində nəqliyyat-kommunikasiyaların bərpasını istəyir, buna çalışır. Azərbaycan bunun üçün beynəlxalq standartlara cavab verən yüzlərlə kilometr yollar, həmçinin dəmiryolları inşa edib, bu proses davam etdirilir. Artıq Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü işlər həyata keçirilib yekunlaşmaq üzrədir. Amma Ermənistan tərəfi heç bir praktiki iş görməyib, öhdəliyini yerinə yetirmir. Rusiya Ermənistana təsir göstərmək imkanındadır. Əgər Rusiya danışıqların bərpa olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını həqiqətən istəyirsə, İrəvana təsir göstərməlidir. Rusiya isə bunu etmir. Ancaq Rusiya və Ermənistan istəsə də, istəməsə də gec-tez Zəngəzur dəhlizi açılacaq. Bunun qarşısını uzun müddət almaq mümkün olmayacaq”.
“Yeni Müsavat”
Ardını oxu...
Ermənistan baş naziri Nikol Paşinyan son iki gündə kiminlə mümkündürsə telefonla danışdıqdan sonra Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla da telefonla danışıb. Erməni xəbər agentlikləri liderlərin Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə etdiklərini bildiriblər. Ərdoğanın Paşinyanı Azərbaycana qarşı təxribatlardan çəkinməyə çağırdığı aşkardır.
Türkiyə Cumhurbaşqanı bir neçə gün əvvəl hökumətin iclasından sonra xalqa müraciətində belə bir cümlə işlətmişdi: “Ermənistanın təxribat xarakterli hərəkətləri cənub regionlarımızın sabitliyi və təhlükəsizliyini ön plana çıxarır”. Ərdoğanın “Ermənistanın təxribat xarakterli hərəkətləri” dedikdə bu ölkənin Azərbaycana yönəlik təxribatlarının Türkiyənin cənub regionları üçün də təhlükəsizlik problemi yaratdığına işarə etmişdik.
Ərdoğan Paşinyana bunları anlatmağa çalışıb. Böyük ehtimalla Paşinyana o da izah edilib ki, Ermənistan təxribatçı siyasətindən əl çəkməzsə İrəvan-Ankara dialoqunda irəliləyiş olmayacaq. Maraqlıdır Nikol Paşinyan liderlərə dediyi eyni “Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram” cümləsini Ərdoğanla telefon danışığında da səsləndiribmi? Azərbaycan və Ermənistan liderlərinin danışıqlar aparmaq üçün ən uğurlu məkan hələ istifadə edilməyən İstanbul və ya Tiflisdir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Kızlar, kızlar!!
Kalp damarlarımdan biri yüzde 50 tıkalı. Sizin maçınızın tamamını seyretmeye benim yüreğim dayanmadı. Aldım başımı çıktım gittim dışarı...
Tekrar geldiğimde son set oynanıyordu.
Korka korka, göz ucuyla baktım ekranın sol üst köşesindeki sayı tabelasına...
Öndeydiniz, seyrettim son setinizi her sayıda havaya fırlayarak.
Yendiniz! Yendik İtalya' yı!
Döndüm bir daha seyrettim bütün maçı... Hiç bir şey keyif veremezdi bana bu kadar..
Ebrar'ın 6 yaşındaki çocuk heyecanıyla dil çıkarışını izlerken,
Bizden biri olmuş Vargas' ın roket misali topa 105 km/saat hız verişine bakarken;
Bandanalı, saç jölesi bozulmayan milli(!) futbolcular da aklıma gelmedi değil hani..
Voleybol topuna sadece bileklerinizle değil, yüreklerinizle de vurduğunuzu hissettim.
O toplar bende;
Arjantin kalecisinin cinsel içerikli şov ile kaldırdığı dünya kupasında Messi'nin imzaladığı futbol toplarından birinin, Katar Şeyhi tarafından Cumhurbaşkanımıza hediye edilişini çağrıştırdı.
Biz, başka ülkelerin oynadığı dünya kupası için Katar' a kadar gideriz ama Avrupa' ya gidemiyoruz kusura bakmayın kızlar!!
Kızlar!
Elinizin değdiği, terinizin boca edildiği, yılların emeğini temsil eden, Türk kızının neler yapabileceğinin sembolü olan, imzalı o voleybol toplarından biraz getirmenizi bekliyoruz. Bizim için o toplar Messi imzalı toplardan çok, ama çok daha değerlidir.
Devlet büyüklerimize hediye için değil;
Kurtuluşları için sizi rol model kabul etmiş kızlarımız için getirin.
Siz kimi yeniyorsunuz biliyor musunuz?
Ne Almanya'yı, ne Belçika' yı
Ne Polonya' yı, Ne de İtalya' yı...
Onları nasıl olsa yenersiniz...
Yeter ki, yeterli fırsat verilsin size...
Bizi futbolla uyutanları yeniyorsunuz!
"Fenerbahçe'den Galatasaray'a çalım, Galatasaray'dan Beşiktaş'a çalım," borazanlığı ile ülkeyi; Avrupa' da pazarı olmayan, yaşlanmış topçularla doldurup dövizimizi oluk oluk dışarı akıtanları yeniyorsunuz!
Transferde perde önünde görünüp, sempati toplayan her türlü iş bitiriciyi(!) de yeniyorsunuz...
Nasıl mı?
Yüzlerce futbol kulübümüzün dünyada gösteremediği başarıyı siz sahadaki 6 kız başarıyorsunuz!
Onlar sahada oynayacak 3 Türk futbolcuyu bulup yetiştirmekte, sahaya sürüp vitrine çıkarmaktan acizken siz;
5-6 yaşındaki kızların yüreklerini kuşlar gibi,"pır pır" çarptırarak koltuk altlarına birer naylon topu şimdiden sokup vitrine çıkardınız bile....
Servetleri milyarlarla ifade edilen tarikatları,
"Deve sidiği faydalıdır,''
" Namaz kılmayanlar öldürülebilir,"
"Birden fazla kadınla evlenilebilir," diyen profesör leri(!) de yeniyorsunuz....
Tacizcileri, tecavüzcüleri, ve bunlara ceza indirimi yaparak, infaz kanununundan yararlandıranları yeniyorsunuz..
6 yaşında kız çocukları dokunan elleri de kırıyorsunuz.
Siz kimsiniz, biliyor musunuz?
Muhalefetin beceremediğini beceren kızlarsınız.
Siyasete girerek değil ama;
Siyaset dışında halkı arkanızdan sürükleyerek yapıyorsunuz muhalefet görevini.
Farkında mısınız; adalete, dürüstlüğü, yoksulluğa isyan eden sessiz anaların gönlünde kızlarının sizin gibi olması yatıyor... Her kız voleybolcu olmayacak ama; beyinlerde kızların neler basaracağının kıvılcımını çaktırıyorsunuz..
Siz başardıkça, o kıvılcımlar harlayan bir ateşe dönüşüyor.
O ateş bütün yurdu saracaktır.
Siz;
Sizi çocuk doğurma makinasi gibi gören bir zihniyete;
" Hayır, ben her işi sen den daha iyi yaparım!" Diye haykırarak;
Köhnemiş bu zihniyetleri tarihin çöplüğüne smaçlayan cengaverlersiniz!
Sizler;
Birilerinin dediği gibi;
" Burnunu göstermeyen anaların kızları" değil;
Kurtuluş Savaşı'nda tebdili kıyafetle savaşan, günümüzün
" Halime Çavuşları,
"Kara Fatmaları",
"Çete Emir Ayşe"lerisiniz.
Atatürk'ün kurduğu Diyanet örgütünde, O' nun adını ağzına almaya korkulduğu, yasaklandığı, bir dönemde sizler; tek başınıza "Atatürk" diye haykıracak kadar cesaretli yüreklersiniz...
Ekonomik gücünü eline almış, kendi ayakları üstünde durabilen kadının neler yapabileceğini gösteriyorsunuz.
Bu, bir voleybol maçından çok daha fazlasıdır. Kadının varlığına bile tahammül edilmeyen bir coğrafya ve inanışa meydan okumadır!
Kazandığınız her maç, yasak duvarlarından açılan koca bir gediktir. Sizlerin sayesinde bu duvarlar yerle bir edilecektir.
İşte; bir top, bir ip, iki direk ve Türk kızı!
Neler yapıyor görün!
Zaferimize, zafer ekleyen yürekler!
Yüreklerimizden öpüldünüz!
Emeği geçen herkese sonsuz teşekkürler...
Hasan Akgün
Teref.az
Ardını oxu...
Məlumata görə, İran prezidenti İbrahim Rəisiyə zəng edib tutu quşu kimi eyni sözləri təkrarlayan Paşinyana İran lideri belə cavab verib:
“3+3 formatından kənar ünsiyyət, əcnəbilərlə əməkdaşlıq, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir”.
Xatırladım ki, Rəisinin bəhs etdiyi 3+3 formatı regionun Türkiyə, Rusiya, İran kimi böyük dövlətləri ilə Azərbaycan, Gürcüstan və Ermənistan kimi kiçik ölkələrinin iqtisadi-siyasi əməkdaşlığını nəzərdə tutur. Region ölkələrindən Ermənistan bu formatdan kənar ölkə ilə - ABŞ-la hərbi təlimlərə hazırlaşır. "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri 2 gündən sonra - 11 senyabrda Ermənistanda başlayacaq və ayın 20-də başa çatacaq. Təlimlərə ABŞ-dan 85, Ermənistandan isə 175 əsgər qatılacaq.
Yalnız yüngül silahların istifadə olunacağı təlimlərin əslində hərbi əhəmiyyəti yoxdur və daha çox siyasi mesaj verməyə hesablanıb. Görünür, İran prezidenti də məhz bu mesajı yaxaladığından erməni həmsöhbətinə "özünü yaxşı aparmırsan" iradını çatdırmaq istəyib.
Heyder Oguz
Teref.az
Ardını oxu...
Bir il əvvəl Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyan son açıqlamasında ilk dəfə deyib ki, Ermənistan hakimiyyəti dəyişdirilməlidir.
Vardanyan baş nazir Nikol Paşiyanın adını çəkmədən onu bacarıqsızlıqda və qeyri-peşəkarlıqda ittiham edib. Vardanyan Paşinyanın hakimiyyətdə olduğu 5 ildə ermənilərə verdiyi heç bir vədi yerinə yetirmədini söyləyib.
Vardanyan buna görə Paşinyanı devirmək istəyən bütün qüvvələrə dəstək verəcəyini ilk dəfə bəyan edib.
Bu o deməkdir ki, Ruben Vardanyan Qarabağda istədiyinə nail olmadıqdan sonra gözünü Ermənistana dikib, qonşu dövlətdə hakimiyyət dəyişikliyində iştirak etmək istəyir. Elə Kremlin bir il əvvəlki planı beləydi ki, Ruben Vardanyanı Qarabağa göndərirlər, o burada Araik Arutunyanı əvəz edir, mövqeyini möhkəmlətdikdən sonra Ermənistana keçir və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırır. Vardanyan Moskvanın ümidlərini doğrultmadı. Kremlin və Vardanyanın planlarını Bakı pozdu. Buna baxmayaraq, Ruben Vardanyan Ermənistanda hakimiyyətə yiyələnmək hikkəsindən əl çəkməyib.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
“Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərdəki nöqsanlardan xəbəri yoxdur. Bu nöqsanları ona çatdırmağa isə Nazirliyin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu mane olur. Vəfa Yaqublu bizimlə Elm və Təhsil Nazirliyi arasında divardır. O imkan vermir ki, dərslikdəki çatışmazlıqlardan, nöqsanlardan nazirin xəbəri olsun”.
DİA.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ötən həftə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxıda keçirilən “Azərbaycan Dili Və Ədəbiyyatı” forumunda dərslikdəki problemlər barədə nazir Emin Əmrullayevə iradlar bildirən Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə söyləyib.
Şair dərslikdəki qüsurları nazirin üzünə dedi
Qeyd edək ki, Q. Nəcəfzadə forumda iştirak edən Elm və təhsil naziri Emin Əmrullayevə dərsliklərlə bağlı iradlarını bildirərək salınan şeirlərin biyabırçı vəziyyətdə olduğunu söyləyib. Onun bu fikri tədbirdə müəyyən narazılığa səbəb olub. Bəzi deputat və məmurlar onun çıxışına müdaxilə edərək nöqsanları Emin Əmrullayevin iştirak etdiyi tədbirdə açıq şəkildə səsləndirməsinə mane olmağa cəhd edib.

Dərsliklərə salınan şeirləri kim quraşdırır?
Q.Nəcəfzadə müsahibəsində bildirib ki, dərsliklərdə ədəbi mətn və şeirlər gülməli vəziyyətdədir. Mətnlər şagirdlərə heç bir bilik vermir, şeirlərdə qafiyə yoxdur. Bir sözlə, dərsliklərdə çox ciddi nöqsanlar var:
“Mən bu iradları söyləyəndə, dərslikləri çapa qəbul edənlərin, nəşriyyat rəhbərlərinin xoşuna gəlmir. Onlar tapşırıqlara uyğun şeirlər verildiyini, mətnlər salındığını söyləyirlər. Düzdür, dərsliyə salınan şeirlər tapşırıqlara uyğun olmalıdır. Amma bu o demək deyil ki, dərsliklərə məzmunsuz şeirlər və mətnlər salınmalıdır. Tapşırığa uyğun şeir yüz şeirin içərisindən seçilməlidir. Amma dərslik çap edənlər özlərindən cavaba uyğun şeir quraşdırırlar".
Q.Nəcəfzadənin sözlərinə görə, “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovun nəşriyyatının hazırladığı 1-ci sinifdən 9-cu sinfədək dərsliklərdə belə qondarma imzalarla şeirlər verilir. Halbuki, Azərbaycanın şifahi xalq ədəbiyyatı zəngindir. Oradan yüz şeir tapmaq olar. Dərslik yazanlar isə bu zəhməti çəkmək istəmirlər. Əziyyət çəkib uyğun şeir axtarmaqdansa, özlərindən cavablara uyğun şeir quraşdırırlar. Nəticədə belə bərbad dərsliklər ortaya çıxır.
"Mənim bu nöqsanlarımı nazirə deməyim çoxunun xoşuna gəlmir”- Q.Nəcəfzadə söyləyib.

Nazirliyin nümayəndəsi susur
Həmsöhbətimiz bildirib ki, V.Yaqublu dərsliklərdəki bu cür qüsurlara göz yumur:
“Yaxşı ki, belə tədbirlər var, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən forumda mən bu problemləri nazirə çatdırdım. Deputat Nizami Cəfərov isə bu problemləri səsləndirməyimə narazılıq etdi, nazirdə heç bir günah olmadığını söylədi. Amma Nazirliyin o dərsliklərdə möhürü var. Elm və Təhsil Nazirliyi bu dərsliklərin hazırlanması üçün pul ayırır. Bilmir ki, aldığı məhsulun keyfiyyəti necədir?”.
Sputnik Azərbaycan şairin səsləndirdiyi ittihamlara cavab vermək üçün V.Yaqubluya müraciət etsə də, o, susmağı üstün tutub.

"Onun iddiası əsassızdır"
“Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov isə iddialarla razılaşmır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərə salınan şeirlər uşaqların yaş qrupuna uyğun seçilir:
"Bizim klassik uşaq ədəbiyyatında uşaqlara uyğun şeirlər yoxdur. Çoxsaylı arxaik sözlər olduğundan, uşağa həmin şeirləri təqdim etmək olmur. Biz isə onları dəyişə bilmərik. Ona görə də məcburuq elə şeirlər seçək ki, müəllif az tanınmış şəxs olsa da, uşağın başa düşəcəyi şeir və mətn nümunəsi olsun. Qəşəm Nəcəfzadə istəyir ki, dərsliyə onun şeirləri salınsın. Mən bir dəfə Hüseyn Cavidin “Ana” şerində türk dilində olan sözləri dəyişdiyim üçün tənqidlərə məruz qalmışdım. Hamı üstümə gəldi ki, Cavidi redaktə edir, onun yazdığı şeiri dəyişirsən. Amma o formada uşağa vermək mümkün deyildi".
R.İsmayılın dediyinə görə, dərsliklər Elm və Təhsil Nazirliyində çoxsaylı “süzgəclərdən” keçirilir:
"Orada elə yüksək səviyyəli ekspertlər iştirak edir ki, onlar Qəşəm Nəcəfzadəni təhsil məsələsində “suya aparıb, susuz gətirər”. Görünür, bu tənqidlərdə şəxsi qərəz var".
R.İsmayılov bildirib ki, dərsliklər hazırlanaraq əvvəlcə sınağa təqdim olunur, ondan sonra ikinci sınağa verilir. İki ildən sonra ümumtəhsil müəssisələri üçün dərslik formasında kütləvi çap olunaraq məktəblərə paylanılır.

Ədəbiyyat dərsliklərindəki biabırçılıq
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov isə Sputnik Azərbaycan-a açıqlamasında Q.Nəcəfzadənin dərsliklərlə bağlı səsləndirdiyi iradların haqlı olduğunu söyləyib. O, bildirib ki, 5-9 sinif ədəbiyyat dərsliklərinə salınan bütün mətnlərin hamısı ixtisarla təqdim olunub.
"İstər şeir parçaları, istərsə də bədii nəsr və dramaturgiya əsərləri ixtisarla verilir. Bunu bəhanə edirlər ki, dərsliyin həcmi 202 səhifə ilə məhdudlaşır deyə bədii mətnlər ixtisarla verilir. Bədii mətnləri ixtisarla verdikdə onun ideyasına çox ciddi zərbələr vurur. Müəllim üçün vəsaitə daxil olan metodiki göstərişlər dərsliyə daxil edilir. Ədəbiyyat dərsliyində yarım səhifə şeirə dörd səhifə metodik göstəriş verilir. Bəs onda müəllim üçün vəsait nəyə lazımdır?" - deyə F.Yusifov söyləyib.
Onun sözlərinə görə, qələm təcrübəsi olmayan şəxslərin əsərlərini dərsliyə daxil edirlər. Həmsöhbətimiz deyir ki, ali məktəbdə keçirilən ədiblərin əsərləri orta məktəb dərsliyinə salınmalıdır:
"İndi orta məktəbdə keçməyə böyük əsər tapılmır. Mətnlərin sadədən mürəkkəbə doğru getməsində sistem tamamilə pozulub. Müəlliflərin ixtiyarına buraxılan dərsliklər belə biabırçı vəziyyətə gəlib çatıb. Dərsliklərin hazırlanmasında koordinasiya olmalıdır. Hansı əsərlərin, nə həcmdə dərsliyə salınmasına geniş müzakirə olunduqdan sonra qərar verilməlidir. Ədəbiyyat dərsliyi belə tərtib olunmamalıdır. Mətnlərdə eyni fikirlər təkrar olunur, qruplara eyni tapşırıqlar verilir. Bu, dərsliklərdə də, müəllim üçün vəsaitlərdə də təkrarlanır".
Mütəxəssis söyləyir ki, müəllim üçün metodiki vəsiatlərdə irəli sürülən bütün təkliflər yanlış və qüsurludur. Həmçinin metodiki vəsaitlərdə tədqiqat suallarının qoyulması qətiyyən məzmunla uyğun deyil.

Mətn seçimini müəlliflərin ixtiyarına buraxmaq olmaz!
"Əsərin təhlili ilə bağlı motivasiya sualları məzmun dərslərinə qoyulub. Əsərin məzmununu bilməyən şagird təhlil sualına cavab verə bilərmi? Şagirdlərin təfəkkürünü məhdudlaşdırmaq üçün dərsliklərin içərisində müəyyən çərçivədən çıxmamaq üçün tələb qoyulur. Bu sərbəst düşüncəni məhdudlaşdırmaqdır. Bu zaman uşaqlar əsərləri necə təhlil etsinlər? Dərslik siyasəti dəyişməlidir. Bədii mətnlərin seçilib dərsliklərə salınmasına xüsusi işçi qrupu baxmalıdır. Bunu müəlliflərin ixtiyarına buraxmaq olmaz! Bədii mətnləri qətiyyən ixtisarla vermək olmaz. Uşaq beş mətn öyrənsin, amma tam öyrənsin, nəinki ixtisarla. İxtisarla təqdim olunan mətnlərin mövzusu və ideyası təhrif olunur" - F.Yusifov deyib.
O vurğulayıb ki, isbat etmək çətin olsa da, dərsliklərə şeirlərin, mətnlərin “tapşırıqla” salınması halları mövcuddur.

Kimin adamı var, o dərslik yazır?
F.Yusifovun sözlərinə görə, dərsliyə salınan şeirlərin bədii sənətkarlıq baxımından zəif olması bunun sübutudur. Məsələn, milli mənəvi dəyərlər başlığı altında verilən təmsillərin milli mənəvi dəyərlərlə qəti bağlılığı yoxdur.
Həmsöhbətimiz iddia edir ki, dərsliklərin ictimai müzakirəsi formal aparılır:
"Mən universitetdə rəy hazırlamaq istəyəndə çoxsaylı hücumlara məruz qaldım. İndi dərsliklərlə bağlı sizə dediyim nöqsanların çoxunu rəylərimdə yazıb göndərmişdim. Nazirlik tapşırıq əsasında bəzi müəlliflərin üzünə qapılar açır, onlara şərait yaradır. Bunu isbat etmək çətin olsa da, reallıqdır. Nə qədər ki, dərslik çapında tanışlıq, tapşırıq rol oynayacaq, dərsliklər belə biabırçı vəziyyətdə də çap olunacaq".
Xatırladaq ki, Təhsil İnstitutunun baza­sında Dərsliklərin Müstəqil Moni­torinq Mərkəzi yaradılıb, çapdan əvvəl dərsliklər ictimai müzakirəyə çıxarılır.
Ardını oxu...
Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib ki, Rusiya ilə sadəcə fikir ayrılıqları var, bunu gərginlik adlandırmaq olmaz və guya bu işgüzar əlaqələrin xarakterindən irəli gəlir.
Bir neçə gündür bir-birlərinin ünvanlarına demədikləri ağır ifadələr qalmayıb, bu da deyir ki guya bu normaldır. Erməni diplomat mövcud durumu malalamağa çalışır.
Uzun onilliklərdir bu prosesləri izləyən birisi kimi əminlikə deyə bilərəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə indiki gərginliyin bənzərini xatırlamıram. Görünür, Ermənistan hakimiyyəti özü üçün bu nəticəyə gəlib ki, Rusiya Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsinə mane olmayacaq.
Ona görə indidən ağasını dəyişmək üçün zəmin hazırlayır.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti