İstehlakçıların hüquqları necə qorunur və ümumiyyətlə qorumaq mümkündürmü?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı kimi biz də əmək hüquqları ilə bərabər, istehlakçı hüquqlarının qorunmasını təbliğ edir və bu sahədə hüquqi yardım da göstərməyə çalışırıq. Lakin, real vəziyyət elədir ki, bir çox hallarda bu kimi halların qarşısının almaq da mümkün olmur. Səbəbləri isə çox sadədir:
Su, qaz, elektrik, rabitə, kanalizasiya və sair istehlakçı müəssisələrin əksəriyyəti - dövlət müəssisələridir və bu müəssisələrdə vəzifə tutanlar bir çox hallarda bu imtiyazdan sui istifadə edir və ya düzgün istifadə etmirlər.
Bu xidmətlərdə çalışan, məsuliyyət daşıyan məsul vəzifəli şəxslər istehlakçılar qarşısında hər hansı bir: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşımırlar.
İstehsalçı müəssisələr - istədikləri vaxt və istədikləri məbləğdə istehlakçıya borc yaza bilir, əksər hallarda isə qanunsuz, şişirdilmiş və ya böyük məbləğlərdə. İstədikləri vaxt istehlakçılara göstərilən xidmətləri dayandıra və onları çətin vəziyyətə qoya bilirlər.
Əlbəttə, qanunsuz borc yazılan istehlakçılar buna görə olduqca çətin vəziyyətı düşürlər, kommunal xidmətlər olmadan da yaşamaq çətin olur. İstehlakçı, ya bu borcu ödəməli ya da məhkəməyə müraciət etməlidirlər. Lakin, nəzərə almaq lazımdır ki, hər bir şəxsin də qanunsuz yazılan borcları ödəmək imkanı olmur və ya öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etməyə vaxtı və ya maddi imkanı.
Məhkəməyə müraciət etdikdə isə, məhkəmə qərarı ilə yalnız onların borcu silinir. Əslində isə əgər istehlakçılara bu qədər borc yazılırsa və sübut olunmursa, vətəndaş əziyyət çəkib vəkil tutursa, sənədlər hazırlayırsa, maddi ziyana düşürsə və 8- 12 ay məhkəmələrdə əsəbləri pozulursa və digər əziyyətlərə düçar olursa, bu yalnız onun borcunun silinməsi ilə məhdudlaşdırılmamalıdlr, işə baxan hakim həm də ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul etməli, həm də bunu yazan müəssisənin vəzifəli şəxs və şəxsləri barədə xüsusi qərardad qəbul edib, qanunla nəzərdə tutulan qaydada araşdırma üçün prokurorluq orqanlarına göndərməlidir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə də istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsiniməhkəmə həyata keçirir.
Eyni zamanda qanunvericiliyimiz nəzərdə tutur ki, İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəyən maddi mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsi barədə də qərar qəbul etməlidir.
Bu münasibətlərlə bağlı ən müsbət cəhət- istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilmədir.
Azər Quliyev.
Teref.az
 

Dünyapress TV

Xəbər lenti