Xəlilovlar ailəsinin qaranlıq keçmişi və müəmmalı karyera yüksəlişi...
LGTB-FETÖ xətti Azərbaycanda yenidən revanş götürüb

ATV-nin rəhbəri Azər Xəlilovun qardaşı "CBC” kanalının baş direktorudur. Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı ola-ola 7 ildir Azərbaycanda telekanala rəhbərlik edir.

V.Xəlilov 12 aprel 2010-cu ildə Qırğızıstanda qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilmişdi. Avropadan yönələn hansısa "güclü əl”in hesabına V.Xəlilov həmin ilin avqust ayının 10-da azadlığa buraxılıb. 2009-cu ilə qədər Londonda yaşayan, "Azadlıq radiosu”nda və "BBC”-də işləyən V.Xəlilovun Qırğızıstana köç edib orada Avropa modelli piar şirkəti açması hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmiş və nəticədə həbs olunmuşdu.

Amma ittiham təkcə qanunsuz pulların leqallaşdırılmasından ibarət deyildi. O, xarici ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıqda da ittiham olunurdu. Bakiyevlər ailəsinin ən sevimli dostlarından olan V.Xəlilov həm də bu ailənin çirkli pullarının yuyulması ittihamı ilə də üz-üzə qalmışdı.

Qanunsuz pul leqallaşdırılması ilə məşğul olan, uzun illər "Azadlıq radiosu”nda antiAzərbaycan materialların əsas müəlliflərindən olan Vüqar Xəlilov "CBC”yə kim və necə baş direktor təyin edib?

2010-2015-ci illərdə istintaq orqanlarının əlində yumağa çevrilən V.Xəlilov 2015-ci ildə Azərbaycanda peyda olur və cəmi 2 il sonra "CBC”yə baş direktor təyin edilir. Bu həngamənin bir izahı olmamalıdır?!

Azər Xəlilov keçmiş həyat yoldaşı Sevinc Osmanqızı ilə atışmalarında (saytlarda var) Böyük Britaniyada daimi yaşamaq hüququnun olduğunu bildirir.

Bu Xəlilovlar ailəsi kimdir?

2017-ci ildə Vüqar Xəlilovu "CBC”-nin kollektivinə "SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov təqdim etmişdi. X.Məmmədovun adı isə "Nurçuluq”da hallanırdı. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Samir Feyruzov
icmal.az
 

Bölmənin digər xəbərləri

29 Sentyabr 2024 Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
29 Sentyabr 2024 Afət Qazıyeva terrorçu Vardanyana pulsuz vəkillik edir, qaziyə yox?
29 Sentyabr 2024 Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
29 Sentyabr 2024 Biz arxasızıq deyə bunu edirlər - AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR
29 Sentyabr 2024 Xəlilovlar ailəsinin qaranlıq keçmişi və müəmmalı karyera yüksəlişi...
28 Sentyabr 2024 SOCAR Geofizika və Geologiya idarəsində təhlükəli qanunsuzluqlar - Partlayıcı maddələr olan anbara
28 Sentyabr 2024 İcra başçısı geyim şirkətinə yol təmir etdirir?
28 Sentyabr 2024 Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?
28 Sentyabr 2024 Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...
27 Sentyabr 2024 Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır - VİDEO
27 Sentyabr 2024 Deputat hakimiyyətin SİRRİNİ AÇDI - Onu hansı CƏZA GÖZLƏYİR?
27 Sentyabr 2024 Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
27 Sentyabr 2024 Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?
27 Sentyabr 2024 Abdin Fərzəliyev Xırdalanda piyadalar üçün səki saxlamadı-Fotofaktlar
27 Sentyabr 2024 Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
26 Sentyabr 2024 min Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO
26 Sentyabr 2024 Qarabağ qazisi: Elmar Vəliyevin oğlu mənim torpaq sahəmi zəbt edib……
26 Sentyabr 2024 Əmrullayevin nazirliyindən ŞOK ÖZBAŞINALIQ: Rusiya şirkəti ilə... - Dövlətin qanunları OYUNCAQDIRMI?
25 Sentyabr 2024 Yoldaş Əhmədovun öz işçisindən XƏBƏRİ VARMI? - RƏSMƏN QOÇULUQ EDİR...
25 Sentyabr 2024 "Məmur müəllimləri TƏHQİR ETMƏKLƏ xalqa XİDMƏT EDİR?"- AĞCABƏDİDƏ MÜƏLLİMLƏR ETİRAZ EDİR

Dünyapress TV

Xəbər lenti