Ardını oxu...
Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Aydın məsələdir ki, bu işi təkbaşına görmür. Qərbdəki havadarlarından dəstək alan İrəvan Qarabağdakı erməni əhalinin guya blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır və bu istiqamətdə fəaliyyətə başlayıblar.
Ermənistanın məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla nail olmaq istədiyi hədəflər var:
Birincisi, İrəvan qərbli havadarlarına arxalanaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək istəyirlər. Bununla həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının mümkün olmadığı, öz müqəddəratlarını təyin etmələrinin zəruri olduğu tezisini qəbul etdirmək məqsədi güdürlər.
İkincisi, rəsmi İrəvan Azərbaycana qarşı konkret bəyanatın qəbul edilməsinə çalışır. Hansı ki, bu bəyanat fonunda iddia etdikləri “humanitar fəlakətə” hüquqi baza yaratmaq istəyirlər.
Üçüncüsü, İrəvan Azərbaycan əleyhinə bəyanat qəbul ediləcəyi təqdirdə bunu qətnaməyə çevirməyi və Laçın yolunun açılmasına nail olmağı düşünür.
Mümkündür ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclas çağırışı qəbul ediləcək. Lakin bu, nəticəni dəyişməyəcək.
Məsələ ondadır ki, Azərbaycan erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb.
Ərazidə sərhəd-keçid məntəqəsi qurması suveren hüquqlarından istifadədir. Belə bir zərurət Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurmasına görə yarandı. Son iki il ərzində Ermənistan SQ-yə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib, işğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub.
Ermənistan ilk dəfə deyil ki, BMT TŞ-də sənəd qəbuluna cəhd edir. Belə ki, 2022-ci il dekabrında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından Parisin irəli sürdüyü bəyanat layihəsi havada qaldı. Çox güman ki, bu dəfə də dəyişən bir şey olmayacaq.
Əvvəla, ona görə ki, rəsmi Bakı Ermənistanın bu və bu kimi cəhdlərinə hazırlıqlıdır. Misal üçün, bundan öncə Fransanın təşəbbüsünə BMT TŞ-nin daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərindən BƏƏ və Albaniyanın qarşı çıxdı.
Əgər Ermənistanın iddiası bəyanat kimi qəbul edilərsə, bunun qətnaməyə çevrilməsi real deyil. Çünki ilk veto qoyacaq ölkə Rusiya olacaq. BMT TŞ illərdir vahid qərar verməkdə acizdir. Daimi üzvlər bir-birinin əleyhinə veto hüququndan istifadə edirlər. Ehtimal ki, bu dəfə də belə olacaq.
Müəllif: Politoloq Turan Rzayev
Teref.az
 
Ardını oxu...
Əmək münasibətlərində bu mövzu da daha çox mübahisə yaradan mövzulardan biridir:
Qeyd olunan əmək münasibəti və ya əmək mübahisəsinin yaranmaması üçün tərəflər, yəni, İşəgötürən və İşçi - əsasən aşağıdakı tələblərə əməl etməlidirlər:
1. İlk olaraq onu qeyd etmək istəyirəm ki, 8 saatlıq iş normasından fərqli olaraq, növbəli iş rejimində işləmək daha mürəkkəb və sual yaradan əmək münasibətləridir.
2. 8 saatlıq iş normasında iş vaxtının rejimi daha çox AR Əmək Məcəlləsi ilə tənzimlənir, növbəli iş rejimində bu əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənsədə, daha çox ümumi xarakter daşıyır və daha çox tərəflər arasında olan razılaşmalarla müəyyən edilir.
3.Əmək Məcəlləsinə əsasən, növbəli iş vaxtı rejiminin qaydaları — gündəlik və ya aylıq iş vaxtının müddəti, başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, artıq işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, həftəlik iş günlərinin sayı əsasən 3 sənədlə müəyyən olunur:
3.1. Müəssisədaxili intizam qaydaları və ya müəssisənin digər normativ xarakterli aktlar.
3.2. Tərəflər, yəni, İşəgötürənlə İşçi arasında bağlanmış Əmək müqaviləsi əsasında.
3.3. İşəgötürənlı Əmək kollektivi və ya onu təmsil edən Həmkarlar ittifaqları Təşkilatı arasında bağlanmış Kollektiv müqavilə ilə.
3.4. Fikirimcə: növbə üsulu ilə iş rejimində işləyən işçilərin iş rejiminin, İşəgötürənlə-İşçi arasında bağlanmış Əmək müqaviləsi ilə tənzimlənməsi daha düzgün,ədalətli, qanuni və məntiqlidir.
4. Qeyd olunan bu sənədlərdə yuxarıda göstərilən hallar, eyni zamanda: müəyyən səbəblərdən normadan az və ya çox işləyən iş vaxtlarına görə əmək haqqınln ödənilməsi, hava şəraiti və ya qəza ilə əlaqədar və digər səbəblərlə əlaqədar iş rejimi, əmək haqqının ödənilməsi, güzəşt və təminatlarla təmin və sair hallar əvvəlcədən tənzimlənməlidir.
5. Növbə üsulu iş rejimində işləyən işçilərin bu barədə olan sənədlərlə və onun şərtləri ilə əvvəlcədən tanış olmaq imkanı olmalıdlr: müəssisədaxili intizam qaydaları, idarə və ya müəssisənin digər normativ xarakterli aktları, İşəgötürənlə Əmək kollektivi və ya onu təmsil edən Həmkarlar Təşkilatı arasında bağlanmış Kollektiv müqavilə ilə.
7. Növbə üsulu ilə işləyən işçilərin - iş rejimi norması, normadan artıq işə görə işçilərin əmək haqqının ödənilməsi, əlavə saatlar, əlavə ödənişlər, güzəşt və şərtlər və digər təminatkar-AR Əmək Məcəlləsində nəzərdə tutulan təminatlardan aşağı olmamalıdlr.
8. Növbə üsulu ilə işləyən işçilərin iş vaxtının ümumi vaxtı - 12 saatdan çox olmamalıdlr.
9. Növbə üsulu ilə işləyən işçilərdə aylıq iş rejiminin ümumi müddəti - AR-nın Əmək Məcəlləsində nəzərdə tutulan aylıq iş normasından artıq olmamalıdlr. Müstəsna hallarda normadan artıq olduqda isə - ikiqat məbləğdə ödənilməlifir.
10. Növbə üsulu ilə işləyən işçilərin iş vaxtı - bayram, istirahət və digər qeyri iş günlərinə (şənbə - bazar günləri istisna olmaqla) ikiqat məbləğdə ödənilir.
11.Növbə üsulu ilə işləyən işçilərdə bir növbə ilə - digər növbə arasında ən azı 12 saat istirahət vaxtı olmalıdır.
12. Növbə üsulu ilə işləyən işçilərə: nahar və çay fasilələri verilməsi məcburidir
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl etməyənlər üçün: maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur.
Azər Quliyev.
Teref.az
 
Ardını oxu...
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (hazırda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi) keçmiş sədri Akim Bədəlovun başı yenidən dərddədir.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, Akim Bədəlovun Direktorlar Şurasının sədri olduğu "Xəzər” Elmi və Texnoloji Mərkəzinə daxil olan "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi barəsində inzibati iş başlanıb.

Mərkəz İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatında verilib.

528.1-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

2020-ci ildə isə "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi 50 000 ABŞ dollar məbləğində cərimə edilmişdi. Ehtimal olunur ki, Mərkəz barəsində inzibati iş başlanmasının səbəbi hələ də həmin məbləğin ödənilməməsi ilə bağlıdır.

Akim Bədəlov 2013-2019-cu illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olub. 2019-cu ildə agentlik ləğv edilib və Energetika Nazirliyinin tərkibində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Həmin vaxt Akim Bədəlovun həbs oluna biləcəyi iddialar irəli sürülmüşdü. Səbəb kimi isə onun fəaliyyətində ciddi nöqsanların olması, xüsusilə, Milli Sağlamlıq Mərkəzinin inşasında ortaya çıxan problemlərin ortaya çıxması göstərilirdi.

Yeri gəlmişkən, Milli Sağlamlıq Mərkəzinin tikintisini də "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi həyata keçirib.

"Xəzər” şirkəti ilə bağlı başqa bir problem də var. Şirkət mərhum akademik Tofiq İsmayılov yaradıb. Onun övladları mediaya açıqlamalarında bildiriblər ki, Akim Bədəlov sonradan şirkəti ələ keçirib. Tofiq İsmayılovun övladları ilə Akim Bədəlov arasında bu şirkətlə bağlı uzun illər mübahisə olub. Lakin Bədəlov vəzifədə olduğundan Tofiq İsmayılovun övladları istəklərinə çata bilməyiblər.
 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Azərsu" ASC-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Asəf Sadıqov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Xətai rayonu Daşqın Səfərov küçəsi bina 7 sakinləri(64 mənzil=64 ailə) illərdir sudan istifadə üçün şəxsi su nasoslarından istifadə edir.Su evlərə normal təzyiqlə ancaq səhər və axşam saat 7-10 aralığında gəlir.24 saatın yalnız 6 saatı su olur qalan 18 saat su nasos vasitəsi ilə gəlir və bu əlavə xərc deməkdir.10 metr ara məsafəsi olan bina 2-də isə su daimi və yüksək təzyiqlə gəlir.Bina 2 və 7-nin su xəttləri ayrı ayrıdır.

İllərdir 955 qaynar xəttinə edilən şikayətlər, elektron ünvana yazılan şikayətlər həll olunmamış qalır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Ermənistan bir tərəfdən Azərbaycandan BMT-yə şikayət edib, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirəsində israrlıdır, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırıb. Keçmiş illərdə biz işğalçı Ermənistandan BMT-yə şikayət edərdik, bu təşkilat hər dəfə “mənlik deyil” deyib topu ATƏT-ə atardı, o da ki mənasız danışıqlar aparardı. İkinci Qarabağ müharibəsindən sonra rollar dəyişib, hazırda müharibədə məğlub olmuş Ermənistan Azərbaycandan şikayət etməklə məşğuldur.
BMT Təhlükəsizlik Şurasında Ermənistanın şikayətinə baxıla bilərmi? Təhlükəslzik Şurasının daimi üzvü olan Fransa müzakirə təşəbbüsü ilə çıxış edə bilər. ABŞ və Böyük Britaniya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etsələr də, müzakirənin keçirilməsinə razılıq verə bilərlər. Təhlükəsizlik Şurasının dördüncü daimi üzvü Çin müzakirənin nə “lehinə”, nə də “əleyhinə” olacaq. Yerdə qalır Rusiya. Ukrayna müharibəsi fonunda Qərb-Rusiya münasibətləri gərgindir. Müharibədən əvvəl də BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin “hə”sinə Rusiya “yox”, Rusiyanın “hə”sinə Qərb dövlətləri “yox” deyirdi. Rusiya böyük ehtimalla bu dəfə də Qərb ölkələrindən birinin təşəbbüsünü dəstəkləməyəcək. Rusiya bunu həm də ona görə etməyəcək ki,
1)Cənubi Qafqaz mövzusu beynəlləşməsin;
2)Azərbaycanla sözdə olan tərəfdaşlığı zədələnməsin. Rusiya Fransanın təşəbbüsünü neytrallaşdırdığı halda İrəvan-Moskva münasibətlərində növbəti gərginlik yaşanacaq, Qarabağ separatçıları da narazı qalacaqlar. Bu isə bizim işimizə yarayacaq.
Bəs Ermənistan Laçın yolunun yaxınlığına niyə hərbi texnika cəmləşdirib? Aydındır ki, Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq.
Bu sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Bir neçə gün öncə Paytaxtın Təzəpir məscidində nəzir qutusundan 13 min manata yaxın vəsaitin oğurlanması ilə bağlı xəbər yayılmışdı.
Hadisənin təfərrüatını araşdırmaq üçün Baku TV sözügedən məsciddə olub.
Baku TV məscidin axunduna nəzir qutularında toplanan vəsaitlərin necə və hansı istiqamətdə xərcləndiyi sualını ünvanlasa da, axund jurnalistə qarşı aqressiya nümayiş etdirərək sualı cavablandırmaqdan qaçınıb.
Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri nəzir qutusuna pul atanları qınayıb:
“Nəzir qutusuna pul atmaqdansa, imkanı olmayan insanlara yardım göstərmək daha savabdır. Nəzir qutuları din biznesidir. Bundan da din biznesmenləri məharətlə istifadə edirlər”.

 
Ardını oxu...
Avqustun 9-da Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Kreml məlumat yayıb ki:

- Prezidentlər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafını müzakirə ediblər,

- Putinlə Mirziyoyev müxtəlif səviyyələrdə ikitərəfli təmasların intensivləşdirilməsini razılaşdırıblar.

Rusiya və Özbəkistan prezidentlərinin müzakirələri ortaq narahatlıqlar və asılılıq məsələləri ilə xarakterizə oluna bilən paradiqmaların əhatəsində aydınlaşa bilər.

Danışıqlar Rusiyanın Mərkəzi Asiyada yüksək titul qazanmaq səylərinin bir hissəsidir, çünki Ukraynadakı münaqişə səbəbindən bəzi boşluqlara düşən Moskva Mərkəzi Asiyadakı mövqelərinin ABŞ və Çin tərəfindən qamarlanacağından çəkinir.

Bu mənada Özbəkistan Mərkəzi Asiya dövlətləri içərisində Rusiya üçün bir neçə səbəbdən əhəmiyyətli amil kimi qeyd oluna bilər.

Birincisi, Rusiyanın Avropaya satdığı qazın həcminin azalması ilə o, enerji sahəsində boşluqlara düşür. Rusiya üçün bu vakuumu doldura biləcək ölkələrdən biri də Özbəkistandır.

Rusiyanın alternativ qaz nəqli üçün ixrac infrastrukturunun mövcud olduğu Özbəkistan kimi ölkələrə üz tutması Moskva-Daşkənd əlaqələri üçün həm səmərəli, həm də problematikdir.

Kreml Rusiyanın təbii qaz ixracını Özbəkistan vasitəsilə artırmaqla Daşkəndi həvəsləndirir. Bu, ikitərəfli münasibətlərdə gurultulu şövq yaratsa da, Özbəkistan Rusiyanın peyki olmaqdan qaçır, müstəqil siyasətlə beynəlxalq siyasətdə öz mövqelərini bərkidir.

Lakin Özbəkistan bilir ki, o, Rusiyanın hədəfindədir, çünki Moskva öz imperiya nəfəsini postsovet məkanında, o cümlədən Mərkəzi Asiyada hiss etdirir.

Özbəkistan-Qırğızıstan, Özbəkistan-Tacikistan münasibətlərindəki soyuq nöqtələr, Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında üzləşdiyi çətinliklər Rusiyanın münaqişələr üzərindən regiona təsirlərini çoxaldır. Ona görə də Daşkənd maksimal dərəcədə ehtiyatlı davranaraq həm Kremlin oyununa gəlməməyə çalışır, həm də onunla səmərəli əməkdaşlığa önəm verir.

Rusiya isə ənənəvi geosiyasi məntiqinin dövriyyədə qalması üçün:

- Avropada itirilmiş qazanclarını kompensasiya etməyə çalışır;

- Öz təbii qazını Özbəkistan trayektoriyasında saxlamağa cəhd edərək, həmin enerji marşrutuna təzyiq göstərir;

- Bu məsələləri Mərkəzi Asiya regionuna baxışı ilə dərindən əlaqələndirir.
Beləliklə, Kremlin Özbəkistanla bağlı enerji siyasətinin iki böyük aspekti üzə çıxır.

1. Rusiya Özbəkistana qaz satışından regionda rəqibləri qarşısında muxtariyyət qazanmaq üçün istifadə edir.

2. Rusiya özünü bölgənin sülh və təhlükəsizlik təminatçısı kimi təmsil olunan aktor qismində təbliğ etməyə çalışır.

Özbəkistan ölkədə yaşanan qaz qıtlığı səbəbilə Rusiyadan əlavə enerji idxalını alqışlayır, ancaq bunun formalaşdırdığı geosiyasi təhdidləri də nəzərə alır.

Bu təhlükə, yəni qaz çatışmazlığı çox zaman regionda sosial iğtişaşların və qeyri-sabitliyin müjdəçisi olur.

Lakin Özbəkistan Rusiya qazının tədarükü mövzusunda səmərəli razılaşma əldə etmək üçün Moskva qarşısındakı kartlarını oynaya bilər.

O mənada ki, Daşkənd Moskvanın alternativ bazar axtarmasından istifadə edib özünü “zəmanətli alıcı” kimi qiymətə mindirib Kremlin təhdidləri önündə manevr qazana bilər.

İkincisi, Özbəkistan ölkədə neft və qaz yataqlarının kəşfini sürətləndirib yeni baza tapsa, bu, Rusiyadan asılılıqlara son qoya bilər.

İstənilən halda, Putinlə Mirziyoyev danışıqları energetika sahəsində Rusiya-Özbəkistan əməkdaşlığı üçün stimulverici siqnaldır və yaxın zamanlarda yeni məlumatlar üzə çıxacaq. Rusiya Özbəkistanı öz çətiri altına salmağa cəhdlər edəcək. Putinlə Mirziyoyevin telefon diplomatiyasında, yəqin ki, Rusiya ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində sənədlərin imzalanması planı da nəzərdən keçirilib.

Moskva enerji sahəsindəki əməkdaşlığı regionda böyük strategiyasının bir parçası kimi üstün mövqelərə çıxarmağa səy göstərəcək.

Rusiya Mərkəzi Asiyadakı maraqlarından dolayı Özbəkistanın Türk Dövlətləri Təşkilatındakı iştirakına da diqqət yetirir ki, bu da Azərbaycan və Türkiyə üçün siqnaldır.

TDT-nin fonundakı iqtisadi potensial onun hərbi potensialla paralel şəkildə qurulmasını şərtləndirir, Rusiya isə Çin və Qərb kimi TDT-nin fəaliyyətindən pay qoparmağa çalışır.

Ona görə də TDT-dəki iki strateji müttəfiq - Azərbaycan və Türkiyə - Rusiya ilə Özbəkistanın münasibətlərindəki yeni tendensiyaları diqqətdə saxlayacaq.

Aqşin Kərimov - DİA.AZ
 

Ardını oxu...
DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi şikayətini təqdim edib. "Neft Daşları NQÇİ-dən yazdılar" deyən M.Qəhrəmanlı narazı neftçilərin kollektivdə haqq-ədalət, bərabərlik istədiklərini də vurğulayıb. DİA.AZ həmin işçi gileyini olduğu kimi təqdim edir:

"Neft Daşlari NQÇİ-də formal olaraq eyni idarenin eyni huquqa malik olan işciləri realda tam ayri- ayri güzəştli hüquqa malikdirlər. Belə ki, biz adamı olmayan işcilərə digər "ağ adamlar" kimi ,7/8 günlük iş qrafiki ilə işləməyə icazə vermirlər . Sahə rəislərinə müraciət edən kimi deyir deyir get Asim məllimin qəbuluna. Asim məllimin qəbuluna gedənlərlə maraqlanırıq gedənlər deyir ki qulaq asdı sonra dedi ki, sahə rəhbərinlə danışaram. Sahə rəhbəri də deyir ki, mən səni 7/8 gün iş qrafiki ilə işlədə bilmərəm. Yəqin ki bu müraciəti hazirda 7/8 günlük iş qrafiki ilə işləyən yoldaşlar da oxuyacaq və fikirləşəcəklər ki, kiminsə bizləri gözü götürmür. Yox qardaşlar, bu heç də elə deyil. Axi siz də əmək şəraiti ağır olduğu üçün 7/8 günlük iş qrafikininə keçirilmisiniz. Bəs biz də insanıq axı. Biz də dözə bilmirik bu cür ağır iş şəraitinə. Niyə birinə olar o birinə yox? Rəislərin demək olar ki əksəriyyəti həftəlik iş qrafiki ilə işləyir. Ona gorə də Mirvari xanım sizdən çox- çox xahiş edirik bu məsələni qaldırın, gəlsin SOCAR-n insan resurslari, ictimai əlaqələr və tədbirlər idarəsi yerində məsələni araşdırsınlar ki,niyə bizə həftəlik qrafiklə işləməyə icazə vermirlər? Özü də burda şirkətin daxili maliyyə siyasəti ilə heç cür düz gəlməyən bir maqam da var . Bir tərəfdən işçiləri “ağ və qara” adamlara böldükləri üçün çox ciddi narazılıq var, digər tərəfdən isə axı şirkət həmişə çalışır ki,xərcləri azaltsın , qənaət etsin xerclere qenaet elesin, Bəs onda idarənin əmək haqqının hesablanması şöbəsi hara baxır? Hər işçiyə həftəlik işlədiyinə görə 2 dəfə yol xərci ödənilir? Üst üstə yığılanda bu da müəyyən məbləğ edir.
Sonda: Biz kollektivdə haqq ədalət,bərabərlik istəyirik. Başqa heç nə istəmirik"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) konsulluq açacaq. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Moskvanın bu barədə müraciət ediyini açıqlayıb.
Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb.
ŞKTC-nin müstəqilliyi tanınır?
Moskva faktiki olaraq Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini bəyan edib. Bu qərar başda Prezident Ersin Tatar olmaqla, ŞKTC rəsmiləri tərəfindən müsbət qarşılanıb.
Bu qərar ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilir.
Rusiya isə bu addımının siyasi məzmun daşımadığını, sadəcə, həmin bölgədə yaşayan ruslar üçün vacibliyi baxımdan belə bir qərarın verildiyini deyir.
Ardını oxu...
Prinsip etibarilə Moskvanın ŞKTC-də konsulluq açması müstəqilliyini tanımaq mənasına gəlmir. Bunu anlamaq üçün ilk növbədə konsulluğun nə olduğunu başa düşmək lazımdır. Konsulluq mahiyyət etibarilə səfirliyin kiçik formasıdır. Konsulluq təmsil olunan ölkə vətəndaşlarının pasportları və konsulluğun ölkəsinə səyahət etmək istəyən xarici vətəndaşların vizaları ilə əlaqəli məsələlərlə məşğul olur. Həm də vətənə aid olan vətəndaşların doğum, nikah, boşanma və ölüm qeydlərini aparır.
Rusiya ilk ölkə deyil ki, ŞKTC-də konsulluq açır. Bu gün ABŞ, İngiltərə, Almaniya, İtaliya ve Fransanın da ŞKTC-də konsulluğu var. Lakin bu o demək deyil ki, həmin ölkələr ŞKTC-nin müstəqilliyini tanıyır.
Lefkoşadan sonra sıra Xankəndidədir?
Əslində, Moskvanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmaq qərarı başda Azərbaycan olmaqla bütün türk respublikalarını sevindirəcək bir addım olmalıdır. Lakin burada bizi narahat edən məqamlar da var.
Kreml ŞKTC-də konsulluq açmasının Türkiyə və digər türk cümhuriyyətləri tərəfindən müsbət qarşılanacağını bilir. Nəticə etibarilə ŞKTC yekdilliklə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi də seçilib.
Rusiyanın konsulluq açmaq arqumenti diqqət çəkir: həmin bölgədə yaşayan ruslar üçün vaciblik baxımdan belə bir qərar verilib. Bu gün ŞKTC-də 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. Yəni konsulluq onlar üçün açılıb.
Ardını oxu...
Narahatlıq yaradan məqam Rusiyanın bənzər arqumenti əsas gətirərək Xankəndidə də konsulluq açmaq ehtimalıdır. Düzdür, indiyə qədər Kremlin belə təşəbbüsü olmasa da, bu, heç olmayacağı mənasına da gəlmir.
Birincisi, bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin əksəriyyəti ya Ermənistan, ya da Rusiya pasportu daşıyır. Çox az qismi qondarma qurumun verdiyi “pasportu” daşıyır. Bunu Laçın buraxılış məntəqəsi ilə gedib-gələn ermənilərin siyahısından da görmək olar.
İkincisi, 10 noyabr bəyanatının müvafiq bəndinə görə, Xankəndi və ətraf ərazilərdə 1960 sülhməramlı fəaliyyət göstərir. Biz bu sayın süni şəkildə artdığını və hazırda qeyd olunan rəqəmdən çox olduğunu bilirik. Paralel olaraq sülhməramlıların bir çoxunun ailə üzvünü də Xankəndi və ətraf ərazilərdə yerləşdiyi bəllidir. Bu o mənaya gəlir ki, Qarabağda düşünüləndən çox Rusiya vətəndaşı yaşayır.
Rusiya təkcə bu iki arqumenti əsas gərtirib Xankəndidə konsulluq aça bilər. Rəsmi Bakı buna etiraz etdiyi halda Xankəndinin Azərbaycan ərazisi olduğu və konsulluğun Azərbaycanda açılacağını deyə bilərlər.
Nəticə etibarilə bunlar ehtimal olsa da, qabaqlayıcı addımların atılmasında fayda var.
Müəllif: Politoloq Turan Rzayev
Teref.az
 
Ardını oxu...
Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpgili açıqlama yayımlayan Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar.
Erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməyib. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff facebook səhifəsində “Ağ Evin Arsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendes dayanır.
Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə zamansa heç olmazsa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik? Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti