Ardını oxu...
Bir qrup millət müdriki ortaya çıxıb yazdıqlarımızda hər dəfə bir qüsur axtarmağa çalışır. Son müsahibəmdə söyləmişəm ki, millətimiz naminə dəyərli xidmətləri olmuş Zeynəlabdin Tağıyevin mürtəce bir axundun qəbrinin ayaq hissəsində dəfn olunması barədə vəsiyyətini fəxarət menyunuzdan çıxarmanız lazım. Adam desəydi ki, Həsən bəy Zərdabinin və ya Mirzə Fətəlinin ayaqları altında basdırın, bunun dəyəri daha fərqli olmazdımı? Bu müdriklərimiz oturub mənə cahilliyin, dinçi geriçiliyin lideri olmuş Abu Turabın böyük fəzilət sahibi olmasından bəhs edən mənbəyi məchul nağıllardan danışırlar. Mən isə onlara Əhməd Ağaoğlunun xatirələrindən bir epizodu oxumağa dəvət edirəm. Bu mənbədən sonra buyurub birər-birər hərəniz bir axundun, bir mollanın ayaqları altında, bir ziyarətgahın küncündə dəfn olunmanızı vəsiyyət edərsiniz! 21-ci əsrin savadlı cahilləri!

Böyük mütəfəkkirimiz Əhməd Ağaoğlunun "Xatirələri"ndən:

"Bakının baş axundu Hacı Mirzə Əbu Turab da orada idi. 70 yaşlı bu ixtiyar Bakının ən öndə gələni, ən nüfuzlu axundu idi. Özünə inanmış elə müridləri vardı ki, bir işarəsi ilə tərəddüdsüz adam öldürərdilər və bu hərəkətləri ilə cənnətin tam ortasında ən gözəl bir köşklə ən nəfis huri və qılmanlara sahib olacaqlarına dərindən inanırdılar. Buna görə də axunda qarşı söz söylənməz, hər nə desə, "bəli, cənab ağa, buyruğunuzdur" deyilərdi.

Cövdət proqramı oxumağa başladı. Dərslər, dərslərin saatları bir-bir zikr edildi: hesab, tarix, coğrafiya, kimya, fizika...

Axund yatırdı, nəhayət, Cövdət oxudu: Türk səhv və nəhvi!

Axund gözlərini açdı və üzərindəki əbanı geri ataraq:

- Nəmənə?

- Türk səhv və nəhvi!

Xeyr! Belə bir şey yoxdur. Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi yoxdur. Türkcə nəmənədir ki, sərf və nəhvi olsun? Xeyr!

Zavallı Cövdət qələm əlində dayandı və ətrafa baxdı. Hər kəs başını aşağı salmış, kimsədə nəfəs almaq qüdrəti qalmamışdı. Axundun müridləri isə qəzəbli-qəzəbli ətrafa baxırdılar. Bir neçə dəqiqə bu öldürücü sükut içində keçdi. Nəhayət, mən dözə bilmədim və büzülə-büzülə, kiçilə-kiçilə (Ah bu büzülmələr, bu küçülmələr!): "Cənab Axund! Hər dilin özünə görə bir sərf və nəhvi vardır", - dedim və misal kimi öz adımı götürərək, - Əhməd, Əhməddən, Əhmədə...", - deyə tərif etməyə başladım.

Axund qəzəbləndi:

- Sus! Cahil! Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi olmaz!

Müridlər gözlərini mənə doğru dikmişdilər. Fəqət mən dözə bilmədim:

-Cənab Axund, məsələn, rus dilinin sərf və nəhvi vardır. Rus məktəblərində tədris edilir.

Türk dilinin qrammatikası

Axund tamam hirsləndi və bir söyüş də söydü:

- Demək, sən bizi rus etmək istəyirsən! Kafir!"

Heyrət içində qaldım. Milli məktəblərin təsisi üçün milli bir darülmuallimin açmaq, İstanbuldan bunun üçün adamlar gətirtmək rus etmək üçün imiş!

Cavab vermək istədim. Fəqət müridlərdən biri ayağa qalxaraq belindəki tapançaya əl uzatdı və mənə xitabən: "Sus! Yoxsa, indicə leşin ortada qalar!” – deyə bağırdı.

Ətrafdan da mənə göz ağartdılar, susdum.

Cövdət proqramdan türkcə sərf və nəhvi çıxartdı və bu şəkildə 30 il əvvəl Bakıda türk dilinin sərf və nəhvi olmadığına qərar verildi!

Təbii ki, bu qərar uzun müddət yürümədi. Məktəb açıldı, Cövdət türkcə sərf və nəhv dərslərini də müntəzəm verdirdi". ("Əhməd Ağaoğlunun Peterburq və Paris xatirələri" s. 103 – 105 )

Fazil MUSTAFA,

millət vəkili
Ardını oxu...
Problem öz aktuallığını saxlasa da, rəsmilərin “tədbirləri” boş vədlərdən o yana keçmir
Bakı sürətlə genişlənməyə davam edir ki, bu da həm yeni problemlər yaradır, həm də köhnə problemləri dərinləşdirir. Bakıda ən aktual problemlərdən biri hələ də ictimai nəqliyyatda vəziyyətin acınacaqlı olmasıdır. Fəaliyyəti dayandırılmış Bakı Nəqliyyat Agentliyinin (BNA) səyləri sayəsində bu vəziyyət daha da pisləşdi. “Optimallaşdırma” adlı BNA təcrübəsi sərnişinlərə baha başa gəldi, nəticədə onlarla avtobus marşrutu bağlandı və ya azaldı. Bu səbəbdən sərnişinlər iki, bəzən də üç nəqliyyat vasitəsi ilə istədikləri yerə çatmalı olurlar. Bu da öz növbəsində avtobuslarda sərnişinlərin sayının artmasına, cibinizə zərər vurması bir yana qalsın, sıxlıq və basabasa səbəb olur.
Bakıda ictimai nəqliyyat sektoru tamamilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) veriləndən sonra vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidlər az idi. Xüsusən də AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin yerli telekanalın efirində ölkənin ictimai nəqliyyat şəbəkəsində dəyişikliklərin olacağını açıqlamasından sonra.
“Bakının yeni marşrut şəbəkəsi artıq hazırdır. Marşrut xətlərinin sayını azaldıb, marşrutlarda avtobusların sayını artıracağıq. Dublikat (bir-birini təkrarlayan) xətlər dəyişəcək. Məqsəd vətəndaşları şəxsi nəqliyyatdan avtobuslara köçürmək və tıxacları azaltmaqdır. Bakının avtomobildən daha çox piyadalar üçün əlverişli şəhər olması üçün addımlar atılır”, - deyə o bildirmişdi.
Bu açıqlamalara baxmayaraq, AYNA BNA-dan ona miras qalmış və əksər hallarda bu strukturun səmərəsiz, bəzən də ziddiyyətli fəaliyyəti nəticəsində yaranmış bir çox problemləri hələ də həll etmək məcburiyyətindədir. BNA avtobus sürücülərinə sürücülük mədəniyyətini aşılaya bilməyib. Sərnişin avtobuslarının sürücülərinin necə yarışdığını, yollarda fövqəladə vəziyyətlər yaratdığını, siqaret çəkmələrinin, salonda yüksək səsli musiqinin, kobud rəftarın sərnişinləri də narahat etdiyini indi də görmək olar. Taksi sürücülərinin avtobus dayanacaqlarında, bəzən iki cərgədə saxlaması avtobus gözləyən sərnişinlər üçün narahatlıq yaradır. Yollarda əsas asayişi bərpa etmək nəqliyyat rəsmiləri üçün qeyri-mümkün bir missiya olaraq qalır.
Bundan əlavə, BNA nümayəndələri yüksək səslə və bütün televiziya ekranlarında avtobusların qapısı açıq sürülməsi kimi neqativ halla daim mübarizə apardıqlarını bəyan etsələr də, ötən günlərdə Bakının Sabunçu rayonunda baş verən faciəvi hadisə bu söhbətlərin heç bir faydası olmadığını açıq şəkildə göstərir.
Belə ki, Babək küçəsi, 157 ünvanında yerləşən dayanacaqda sərnişin, 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova avtobusun açıq qapısından yıxılıb. Bu zaman avtobus hərəkətə keçərkən avtobusun qabaq təkəri qadını tapdalayıb və o, aldığı xəsarətlərdən yerindəcə keçinib. Yəni avtobus sürücüsünün qapıları bağlamaq üçün zəhmət belə, çəkmədən dayanacağı tərk etməsi qadının faciəli şəkildə ölümünə səbəb olub.
Azərbaycan mətbuatı avtobus sürücülərinin qapıları açıq sürməyə meylli olması barədə saysız-hesabsız yazıb. Amma BNA qapıları açıq avtobusların şəhərdə necə hərəkət etməsinə göz yumurdu. Məsələ Bakı avtobus sürücülərinin cəzalandırılması ilə bağlı boş vədlərdən o yana getməyib. Və hamımızın gördüyümüz kimi, nəqliyyat işçilərinin belə səhlənkarlığı bir qadının faciəli ölümünə səbəb olub.
Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, mart ayında mətbuatda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Qobu kəndi istiqamətində hərəkət edən 567 saylı avtobusun, sərnişinlərin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yüksək sürətlə və qapıları açıq hərəkət etməsi barədə məlumatlar yayılmışdı.
Tezliklə Bakıya yay gələcək. Adətən ilin bu vaxtında soyutma sistemi ilə təchiz olunmayan Bakı avtobuslarının sürücüləri nəqliyyat rəsmilərinin “xəbərdarlıqları”na baxmayaraq, salonu havalandırmaq üçün qapıları açıq şəkildə getməyə üstünlük verirlər. Bu, o deməkdir ki, hər dəqiqə Bakı avtobuslarının sərnişinlərinin həyat və sağlamlığı üzərindən “Domokl qılıncı” asılacaq, xüsusən də pik saatlarda, salonların açıq qapıdan asılan adamlarla dolu olduğu vaxtlarda...
Müəllif: Asif Aydınlı
 
Ardını oxu...
"Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib".

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır" -deyə, ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır.

"Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirib" - deyə, o, əlavə edib.

E.Şahinoğlu gesab edir ki, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil:"Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəmsadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu Azərbaycanda etiraz doğurmasın".
Ardını oxu...
Elə şeylər var ki, bəzən biz ciddiyə almırıq, bəsit hesab edirik. Cəmiyyətdə, hətta telekanallarda müzakirəsini görəndə, anlayırsan ki, görüləcək çox iş, deyiləcək çox şey var.
Qazaxın 4 kəndi Azərbaycanın nəzarətinə keçdi. Hər iki ölkənin Sərhəd qoşunları üz-üzə, göz-gözə xidmət aparacaq. Yəni, sərhədin mühafizəsini təşkil edəcəklər.
Sual yaranır bəs ordu nə olacaq? Hər kəsin anlayacağı dildə deyim. Ordu posta çıxmayacaq. Səngərdə xidmət aparmayacaq. Ordu dislokasiya yerində xidmət aparacaq. İldə iki dəfə müdafiə zolağına çıxacaq, həmin istiqamətdən təhlükə yaranarsa, müharibə olarsa necə davranacağının təlimlərini keçəcək. Ermənistan da eynən bunu edəcək. Hesab edək ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, bütün sərhəd boyu mühafizəni Sərhəd qoşunları götürdü. Onda ordu lazım olmayacaq?
Xidmət etdiyim hərbi hissənin iki müdafiə rayonunu əsgər olsam da bilirdim. Qarabağ müharibəsi olarsa Beyləqandan Laçın dəhlizinə qədər, Rusiya ilə müharibə olarsa SDK istiqaməti. Ölkələrlə dost münasibəti olsa belə, ordular xəritə üzərində həmişə ən pis varianta hazır olur, bir manqanın belə harda duracağı dəqiq bilinir. Ermənistanı boş verin, Gürcüstan, İran, Rusiya, dənizdəkilər. Lap loru dildə yazım. Misal üçün şimal rayonundakı hərbi hissə təkcə şimala yox, bütün istiqamətlər üzrə çıxacağı istiqaməti xəritələrdə var. Təkcə Ermənistan yox, "X" bir ölkə ilə müharibə olarsa, hansı manqanın harda duracağı, tapşırığının nə olacağı bəllidir.
Pafos, populiz siyasətlə sevgilidir, hərblə günüdür, düşməndir.
Ermənistanı necə istəyirsiniz aşağılayın, ancaq qoyub qaçırdılar deməyin. Ən azı şəhidlərə hörmətsizlikdir. Kimin döyüşüb, döyüşmədiyini müəyyən etməyin ən asan yolunu deyim sizə. Kim deyirsə ki, ermənilər qaçırdı, biz də qovalayırdıq, bilin o adam müharibə görməyib...
Səxavət Məmməd
TEREF

 
 
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinə son dövrlərdə edilən əlavə və dəyişikliklərlə bağlı qəribə bir vəziyyət yaranıb. Bu əlavə və ya dəyişikliklərdən biri də: "Saatlıq minimum əmək haqqına keçidlə bağlı"olan müzakirələr və yəqinki bu istiqamətdə hər hansı bir əlavə və ya dəyişikliyin olmasıdlr.
AR-nın Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan bu əlavə və dəyişikliklərlə bağlı son dövrlərdə televiziya və dövlət orqanlarında da təbliğatlar aparılır.
Sanki kimlərsə: Azərbaycan Respublikasının Əmək Məcəlləsində olan və daha vacib olan problemlərdən yayındırmağa çalışır. Görüntü xatirinə olan, formal və ya digər səbəblərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinı əlavə və ya dəyişikliklər təklif edirlər.
Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində: müddətli əmək müqaviləsi, növbə üsulu, işsizlik sığortası, bayram və ya istirahət günlərinində əmək haqqının ödənilməsi, əmək qanunvericiliyinə ictimai və dövlət nəzarəti, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq və sair sahələrdə kifayət qədər problem, əlavə və dəyişikliyə ehtiyac vardır.
Qaldı ki, "Saatlıq minimum əmək haqqına keçidlə bağlı". Hal hazırda Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin əmək haqqının həm işəmuzd və saatlıq həm də aylıq ödəniş növlərini tənzimləyir. Eyni zamanda Əmək Məcəlləsində işçiyə: Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ də vardlr.
Hesab edirəm ki, heç bir zərurət olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsində belı bir dəyişikliyin olması yaxşı hal deyildir, belə əlavə və ya dəyişikliklər sonda işçilərin əmək haqqının azalması ilə nəticələnəcək, bu əlavə və dəyişikliklərdən istifadə etməklə.
Sadə bir misal: By gün aylıq əmək haqqı alan işçilərin aylardakı Bayram və qeyri iş günləri üçün əmək haqqı dəyişmir. Lakin, gözlənilən bu əlavə və dəyişikliklərdən sonra bu aylarda işçilərin əmək haqları azala bilər, saat hesabı ilə ödənişə görə.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
SSRİ tarixində tətbiqinin genişliyinə görə ən böyük amnistiya aktı 27 mart 1953-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov tərəfindən imzalanıb. Bu fərmanla 1 milyon 300 minə yaxın məhbus azadlığa çıxıb. Amnistiya aktına görə 551500 nəfər 5 ilə qədər cəza müddətləri olanlar, 49745 nəfər 5 ildən artıq cəza alan təsərrüfat rəhbərləri və hərbi xidmətdə cinayət törədənlər, 57132 nəfər himayəsində 10 yaşa qədər uşaqları olan cinayət törətmiş qadınlar, 6013 nəfər cinayət törətmiş hamilə qadınlar, 5684 nəfər yetkinlik yaşına çatmayanlar, 42210 nəfər 55 yaşdan yuxarı olan kişilər, 18044 nəfər 50 yaşdan yuxarı olan qadınlar, 43411 nəfər ağır xəstəliyi olan məhbuslar, 300 mindən artıq istintaqı davam edən və cəza gözləyənlər cəzalarından azad olunublar. Bu akt tarixə “Voroşilov amnistisiyası” kimi düşüb. Əslində isə məhbusların kütləvi şəkildə azadlığa buraxılması heç də Voroşilovun təşəbbüsü olmayıb.

Kütləvi amnistiyanın tətbiq edilməsi təklifi ilk olaraq Lavrenti Beriya tərəfindən irəli sürülüb. 1953-cü ilin martın 15-də, İosif Stalinin dəfnindən sonra Lavrenti Beriya yeni strukturda daxili işlər naziri vəzifəsini tutanda, mövqelərini möhkəmlətmək, ölkənin əsas söz sahiblərindən biri olmaq üçün bütün vasitələrə əl atıb. Məhz həmin ərəfədə yüksəkçinli dövlət məmurları arasında ən iddialı, ən təhlükəli və həm də ən qəzəbli şəxs sayılan Beriyanın yeni vəzifəsindəki amnistiya təklifi həm Kremldə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ardını oxu...
Beriya SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkova məxfi məktub göndərərək kütləvi amnistiyanın tətbiq edilməsini vacib sayıb. O, həbsxanalarda və düşərgələrdə 3 milyona yaxın məhbusun olduğunu, cəzaların təsnifatını, yaşa, cinsə, cinayət maddələrinə görə cəza müddətlərini geniş təhlil edərək, dövlətin cinayət-hüquq sahəsində islahatlara ehtiyac olduğunu məktubda xüsusilə qeyd edib.

Zamanında yüz milyonlarla insanın həbs olunmasına imza atan Beriyanın belə “mərhəmət” sahibi olması qəribə və qeyri-adi görünüb. Bütün siyasi fəaliyyəti dövründə Beriya ilə dostluq münasibətləri olan, onu dəstəkləyən və ondan çəkinən Malenkov daxili işlər naziri tərəfindən ona ünvanlanan məktuba müsbət reaksiya verib və amnistiya ilə bağlı fərman imzalanmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovla bu məsələni müzakirə edərək ortaq razılığa gəliblər.

Maraqlıdır, Beriya amnistiya tətbiq etməkdə hansı məqsədi güdüb? O, bu amnistiyadan sonra ölkədə cinayət hadisələrinin artacağını nəzərə almayıbmı? Ümumiyyətlə, Stalindən sonrakı mövcud mürəkkəb şəraitdə bu amnistiyaya zərurət olubmu?
Ardını oxu...
Dövrün hüquq ekspertlərinin qənaətinə görə amnistiya haqqında fərmanın imzalanmasına nail olan Beriya hər şeyi əvvəlcədən planlaşdırıb. Beriya özü də yaxşı bilib ki, eyni vaxtda bir milyondan artıq məhbusun azadlığa çıxmasının ciddi fəsadları olacaq. O, bununla ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə, cinayət hadisələrinin kəskin artmasına nail olmaq istəyib. Və o, yaxşı anlayıb ki, ölkədə ictimai sabitlik pozulduqdan sonra Kreml Daxili İşlər Nazirliyinin səlahiyyətlərini artıracaq, nazir kimi o, özü də müstəsna səlahiyyətlərə sahib olacaq.

Beriyanın əvvəlcədən düşündüyü bu planın birinci mərhələsi “uğurla” alınıb. Amnistiyadan sonra 1952-ci illə müqayisədə soyğunçuluq 146 faiz, kiçik oğurluq 143 faiz, zorlama 54 faiz, qəsdən adamöldürmə 43 faiz, qanunsuz silah gəzdirmə 135 faiz, digər cinayət hadisələri 70-80 faiz artıb.

Müharibədən sonrakı SSRİ-də vətəndaşların sosial və maddi vəziyyətinin aşağı olması, azadlığa çıxan məhbusların işsizlik problemi cinayət hadisələrinin artmasına daha da rəvac verib.

Təbii ki, ölkəni bürüyən cinayət hadisələri Kremli narahat edib. Bu da öz növbəsində daxili işlər orqanlarında yeni strukturların yaradılması, şəxsi heyətin sayının artırılması, DİN-ə yeni səlahiyyətlərin verilməsi zərurətini yaradıb.

Beriya qısa müddətdə bu vəziyyətdən yararlanıb, kadr islahatlarına başlayıb, müttəfiq respublikalara, diyar və vilayətlərə öz adamlarını yerləşdirib. Onun bu fəallığı diqqətdən yayınmayıb. Malenkovu zərərsizləşdirərək hakimiyyəti əlinə alan Nikita Xruşşov Beriyanın “islahat”larının nə ilə nəticələnə biləcəyini yaxşı anlayıb. Güc strukturunda Beriyanın varlığı Xruşşov üçün ən böyük təhlükəyə çevrilib və o, çox tezliklə Beriyanı aradan götürməyə nail olub.
Ardını oxu...
“Voroşilov amnistiyası” sonralar dəfələrlə Kremldə müzakirə mövzusuna çevrilib. Xruşşov bu amnistiya fərmanını imzaladığına görə Voroşilovu Siyasi Büronun iclasında sərt tənqid edib. O, 1953-cü ildə noyabr plenumunda da növbəti dəfə bu məsələyə özünəməxsus reaksiya verib:

“Voroşilov bu fərmana imza atanda “harası” ilə düşündüyü mənə indiyə qədər də məlum deyil. Əgər başı ilə düşünsəydi, buna yol verməzdi. Yəqin ki, yoldaş Voroşilov Beriyanın “mərhəmətinə” inanıb. Milyondan artıq cinayətkarı azadlığa buraxaraq özünü onların və Beriya kimi cinayətkarın mühasirəsinə salıb. İndi isə buna görə biz daha çox əziyyət çəkirik, cinayət hadisələrinin statistikası dəhşətli fakt kimi hər gün bizi narahat edir. Bu cinayətkarlarla kommunizmə doğru getmək bizim üçün yetərincə problemlər yaradır. Amma biz bunun da öhdəsindən gələcəyik…”

Beləliklə, “Voroşilov amnistiyası”, yaxud da “Beriya amnistiyası” tarixə dövlətin humanist siyasət tədbiri kimi deyil, Beriyanın şəxsi maraqlarına xidmət edən bir hadisə kimi düşüb.

İlham Cəmiloğlu
 
Ardını oxu...
Xaricdə yaşayan bloggerlər Tural Sadıqlı və Əfqan Muxtarlının bir-birilərinə qarşı ittihamlarını izləyirəm. Müşahidə edirəm ki, hər iki şəxs arasındakı qarşılıqlı ittihamlar açıq müstəviyə daxil olub. Bir neçə gün əvvəl T.Sadıqlı özünün "Facebook" hesabında Azərbaycan hakimiyyətinə qarşı xarici mediaya müsahibə vermək istəmədiyini yazmışdı: "Şəxsən mən utanıram, bir əcnəbiyə Əliyev haqqında şikayətlənim...".
Məhz hər şey bu statusdan sonra başladı.
Ardınca Ə.Muxtarlı T.Sadıqlının ünvanına sərt ittihamlar səsləndirmiş oldu: "Tural, sən Avropada hansı Azərbaycan məmuru ilə dərdləşirsən?".
Detallara varmaq istəmirəm, ittiamlar bu gün də qarşılıqlı şəkildə davam edir.
Ə.Muxtarlının bu iddiası - T.Sadıqlını hakimiyyətlə işbirliyində ittiham etməsi kifayət qədər ciddi iddiadır. Şəxsən mənim üçün də maraqlıdır. Uzun müddətdir Azərbaycan hakimiyyətini sərt tənqid edən T.Sadıqlının statusundan sonra Ə.Muxtarlının açıq ittiham səsləndirməsinin tədqiqi aparılmalı, araşdırılmalıdır.
Belə çıxır ki, T.Sadıqlıya hakimiyyətin əsas vitrinində təmsil olunan məmurları təndiq və təhqir etdirən elə hakimiyyətin özündə təmsil olunan məmurlardır?!
Hər iki şəxsin statuslarının skrinlərini bura yerləşdirirəm.
Amma iki mühüm məqamı da açıq şəkildə ifadə edirəm:
Birincisi, Ə.Muxtarlıdan xahiş edirəm, iddia etdiyi kimi, əgər T.Sadıqlı Azərbaycan hakimiyyətində təmsil olunan hansı məmurla görüşürsə, adını mənə desin və mən bunu açıq şəkildə yazım. Vəzifəsindən asılı olmayaraq yazmağa hazıram.
İkincisi, mən uzun illərdir informasiya işləyirəm və hər hansı tənqidin mənbəyini, hədəfini, məqsədini müəyyənləşdirməkdə çətinlik çəkmirəm.
Heç şübhəsiz ki, T Sadıqlının iddiaları hakimiyyətin içindən qaynaqlanır. Hansısa klan hökumətin ən üst eşalonunda təmsil olunan şəxsləri hədəfə alır. Bakıdan Avropaya pullar məhz bu məqsədlə sel kimi axır. Hakimiyyətin içərisindəki savaş xaricdəki bloggerlərə informasiyalar ötürməklə aparılır.
Sahibi gizlədilən xarici domenlər alınır, sayt halına gətirilir, yeni sosial səhifələr yaradılır və eksklüziv araşdırma materiallar dərc edilir. Təbii ki, bloggerlər bu tənqidləri külli miqdarda pulun müqabilində edirlər. Məmurların xalqdan və büdcədən "aldıqları" pulları digər məmurları "vurmaq" üçün xərclədiyi şübhə doğurmur.
Əslində bu üsuldan vaxtilə R.Mehdiyev və komandası da istifadə edirdi. Onlardan "ideoloji" miras kimi qalan üsul - "hakimiyyətdaxili savaşı mediaya daşımaq" texnologiyası yenidən start götür? Bu üsulu yenidən bərpa etməkdə hədəf nədir?
Əvvəllər ölkədə azad media var idi, bütün klanlar yerli medianın səhifələrində "döyüşürdülər". İndi situasiya və çox şey dəyişib.
Samir Feyruzov
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu, proksi müharibə, birbaşa toqquşmalar, çox çətin diplomatik münaqişə və yeni silah növlərinin sınaqdan keçirilməsidir

Rusiyanın Yaxın Şərq siyasətində ilk dönüş 2008-ci il, ikincisi isə 2023-cü ilin oktyabrı oldu. Rusiya son altı ayda neytrallığı bir kənara qoyub, İranın strateji müttəfiqinə çevrilib. Postmodern dövrün Üçüncü Dünya müharibəsi artıq Yaxın Şərqdə gedir və Rusiya öz maraqları və rəğbətləri kimin tərəfində olduğunu seçib.

2000-2010-cu illərin əvvəlində belə görünürdü ki, Rusiya SSRİ-nin fələstinli, livanlı və suriyalı dostlarına ənənəvi dəstəyindən əl çəkib. Həm Yeltsinin, həm də Putinin dövründə - müəyyən nöqtəyə qədər - Rusiyanın Yaxın Şərqdəki kursu İsrailyönlü idi. İndi Rusiya yenidən İsrailin düşmənlərini dəstəkləyir. Niyə?

"Müqavilələrin pozulması"

Dönüş nöqtəsi 2007-ci il, Vladimir Putinin Münhen çıxışı oldu. Sonra o, ilk dəfə açıq şəkildə bildirdi ki, Rusiya periferik dövlət və hətta regional supergüc rolu ilə kifayətlənməyə hazır deyil. Putinin sözlərinə görə, Qərb tərəfdaşları əvvəlcə Qorbaçov, sonra isə Yeltsinlə yeni Rusiyanın “öz təsirinin təbii zonasına”, yəni Baltikyanı ölkələr istisna olmaqla, keçmiş SSRİ ərazisinə nəzarət edəcəyi barədə əldə edilmiş razılaşmalara əməl etməyiblər. NATO-nun şərqə doğru genişlənməsi, Gürcüstan, Ukrayna, Moldova ilə onların Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar Putin tərəfindən oyun qaydalarının pozulması kimi qəbul edilib. Bu, Moskvaya xoş deyil.

Ancaq daha da geriyə baxa bilərsiniz: 2001-ci ilə. Rusiyanın yeni Prezidenti, o zaman şərti olaraq hələ də mötədil, qərbyönlü liberal olan Vladimir Putin özünü Avropa ölkələrindən birinin Prezidenti, “Qərb liderlər klubu”nun üzvü kimi görürdü. 2001-ci il sentyabrın 11-dən sonra Putin ABŞ-ı yarı yolda qoydu. O, “Valday” Forumunda, müsahibələrində və xarici liderlərlə görüşlərdə ABŞ-la tərəfdaşlıq əlaqələri yaratmaq üçün hər cür səy göstərdiyini dəfələrlə xatırladıb. O, ABŞ-ın Əfqanıstandakı antiterror əməliyyatını dəstəkləyib və postsovet Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını ABŞ-la əməkdaşlığa inandırmaq üçün öz səlahiyyətlərindən istifadə etməyə razılaşıb. Amerika ordusuna hərbi bazalar və logistika mərkəzləri üçün ərazi verildi.

Ehtimal edilirdi ki, bu, “Əl-Qaidə”yə qarşı əməliyyatın sonuna qədər müvəqqəti tədbirdir. Lakin əməliyyat başa çatdıqdan sonra da bir çox hərbi bazalar boşaldılmadı. Qərb qoşunları, müşavirlər, məsləhətçilər orada qalmaq üçün bölgəyə gəldilər. Putinin nöqteyi-nəzərindən bu, razılaşmaların pozulması idi.

Sonra Münhen Təhlükəsizlik Konfransında biz ilk dəfə eşitdik ki, Moskva Qərb ölkələri ilə mövcud tərəfdaşlıq səviyyəsindən narazıdır və Rusiyanın öz prioritetləri və hüquqlarında israr etməkdən başqa çarəsi yoxdur.

İki stulda oturmaq

Sonra məlum oldu ki, Qərb ideyası Rusiya cəmiyyətinin özündə kök salmayıb. Ölkə bu və ya digər Qərb modelini – nə etnik, dini, mədəni və digər azlıqların hüquqlarına zəmanət verən azad etno-milli qurumlar federasiyası, nə də vətəndaş milləti qura bildi (hətta cəhd etsələr də). İmperator ideyasına qayıtmaq qalırdı. Amma imperiya böyüdükcə və gücləndikcə mövcuddur. O böyüməyi dayandırdıqda, insanlar ona qulaq asmağı dayandırır və bu, onun çürüməsinin başlanğıcıdır. Bundan sonra nə baş verdiyini bilirik. Gürcü müharibəsi var idi, Putin bundan tamamilə xilas oldu. Və bundan sonra demək olar ki, bütün qaydalar birtərəfli qaydada dəyişdirilməyə başladı. O cümlədən Yaxın Şərqdə.

Kreml uzun illər bu bölgədə şərti neytrallığı qoruyub saxlamağa, sünnilərlə, şiələrlə, İranla, Türkiyə ilə, Fəthlə, HƏMAS-la, eyni zamanda, İsraillə danışa bilən dürüst bir dəllal mövqeyi tutmağa çalışıb. Bu onun üçün vacib idi: müasir Rusiya qüdrətli Sovet İttifaqı deyil, o, Yaxın Şərqdə bir ərəb ayağında dayana bilməz. Uzun müddət ona ikinciyə - İsrailə ehtiyac duydu.

Putin yeni anti-Qərb bloku qurmağa başlayanda belə, iki kresloda oturmağa çalışdı. Moskvada o vaxtlar kifayət qədər yüksək səviyyədə Rusiyanın Yaxın Şərqdə iki ən yaxın müttəfiqi olduğunu tez-tez eşidirdilər: İran və İsrail. İki ölkə arasında uzun illər davam edən gərginlik fonunda bu, Qüdsdə xeyli təəccüblə qarşılandı. Amma nə qədər ki, İsraillə Rusiya arasında (Suriya istisna olmaqla) ciddi fikir ayrılıqları olmayıb, mövcud uyğunsuzluqlar münasibətlərin mötərizəsindən kənarda qalıb. Bu mötərizələrin içərisində siyasət, diplomatiya və ticarət üçün çox yer var idi.

Və sonra 7 oktyabr 2023-cü ildə fəlakət baş verdi. Putin HƏMAS hücumunu rəsmi olaraq pislədi, lakin eyni zamanda, HƏMAS-ı dəstəklədi. Yeni böyük Yaxın Şərq müharibəsi başladı. Putin üçün bu, Amerikanın regionda uzunmüddətli strategiyasının tamamilə uğursuz olduğunu bir daha söyləmək üçün əla fürsət idi.

Bu tabloda Rusiyanın yeri yox idi

Oktyabrın 7-də baş verən hadisələr və onların nəticələri Putin üçün daha bir qalibiyyət məqamı oldu: HƏMAS hücumu olmasaydı, biz indi Səudiyyə Ərəbistanının kralı və ya vəliəhdi, İsrailin Baş naziri və dövlət başçısına baxacaqdıq. ABŞ İsrail və Səudiyyə Ərəbistanı arasında tam diplomatik əlaqələr quran müqavilənin imzalanmasından sonra Ağ Evin qazonlarında bir-birinin əlini sıxırdı.

Bundan əlavə, Səudiyyə blokunun mötədil ölkələrindən olan digər ölkələr də bu sazişə qoşulmağa başlayacaqlardı. Və bu, yüz ildir davam edən Ərəb-İsrail münaqişəsinə faktiki son qoyacaqdı. Qeyri-ərəb müsəlman ölkələri onların ardınca gedəcəkdi - Pakistan və ya məsələn, Malayziya. Yaxşı, müsəlman əhalisi olan ən böyük ölkə İndoneziyadır. Oktyabrın 7-si olmasaydı, hər şey təxminən belə olacaqdı. Bu tabloda Rusiyanın yeri yox idi.

Amma baş verənlər baş verdi. Yaxın Şərq münaqişəsi öz xarakterini dəyişdi. Ərəb-İsrail münaqişəsindən o, “Qlobal Şimal”ın yerli versiyası ilə “Qlobal Cənub” arasında münaqişəyə çevrilib. “Qlobal Şimal” İsrailin aid olduğu ABŞ-ın rəhbərlik etdiyi Qərb demokratiya klubudur. Onun periferiyasında amerikapərəst sünni rejimləri var. Qarşı tərəfdə isə, xüsusilə Qətər, Oman və Küveytin daxil olduğu qlobal Cənubun nümayəndəsi kimi İran bloku var. “Subyektivliyi azalmış ölkələr” də var – İraq (əslində onun böyük hissəsi İranın əyalətinə çevrilir), Suriya (orada təsir dairələri İran, Türkiyə, Rusiya və qismən ABŞ tərəfindən bölünüb).

Real tərəfdaşlar

İsrail Suriya hekayəsində iştirak etmir, istisna olmaqla, İsrail və Rusiya arasında Rusiya hərbi kosmik qüvvələrinin və xüsusi təyinatlıların hərəkətləri əlaqələndirmək üçün orada görünməsindən sonra razılaşmalar əldə edildi. İsrail rus qoşunlarına toxunmur və Rusiyanın hava hücumundan müdafiə sistemini sınaqdan keçirmir ki, bu da Kreml üçün kifayət qədər ağrılı olacaq. Lakin o, İranın etibarlı qüvvələrinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edir və Rusiya komandanlığı buna mane olmur.

Suriyada tonu Rusiya müəyyən edir, lakin İran bunu daha çox edir. Əslində onun qolu husilərdir - bu, dövlət statusu olmayan və terrorçu qrupların nəzarətində olan kvazi dövlətlərdən biridir. Onlar Tehran tərəfindən dəstəklənir və idarə olunur. Husilər Şimali Yəməndə belə bir kvazi dövlət yaradıblar. Rusiyanın Qəzza zolağında olduğu kimi orada da çox mötədil iştirakı var.

Moskva Əsəd rejimini xilas etməkdən aldığı dividentlərin böyüklüyündən həmişə məmnun qalmayıb. Minnətdarlıq olaraq, Rusiya hərbi bazalarının yaradılması üçün ərazi verildi. Amma ruslar müəyyən problemi həll edib ərazini İŞİD-dən azad edən kimi orada İran bayrağı görünür. Görünür, Rusiya ikinci dərəcəli rol oynayır və bu, onu qıcıqlandırır.

Amma İran və Rusiyanın bir-birinə ehtiyacı var. Bunlar tərəfdaşlardır. 24 fevral 2022-ci ildən sonra, xüsusən də 7 oktyabr 2023-cü ildən sonra onlar strateji tərəfdaş oldular. İrana nüvə proqramında və geosiyasi problemlərin həllində tərəfdaş kimi Rusiya lazımdır. Rusiyaya Ukrayna cəbhəsində İran pilotsuz təyyarələri lazımdır. İran Moskvanı silah, sursat və təyyarə mühərrikləri ilə təmin edir - Rusiyanın indi Qərb bazarında ala bilmədiyi şeylərlə.

Kreml Cənubi Qafqazdakı müttəfiqlərindən (Ermənistan da daxil olmaqla) əvvəllər Qərbdə alınmış sıradan çıxmış sistemləri əvəz etmək üçün lazım olan zəruri avadanlıq və ikili təyinatlı texnologiyaların tədarükünü təmin etmək üçün istifadə edir. Bundan əlavə, Rusiya özünü “Qlobal Cənub”un bir hissəsi deyil, bu blokda liderlik uğrunda Çin və Hindistanla rəqabət aparır. Onun regionda güclü müttəfiqlərə ehtiyacı var və İran onların ən güclüsüdür.

Üçüncü Dünya müharibəsi

Rusiyanın Yaxın Şərqdə bir çox məqsədləri var. Rusiyanın HƏMAS tərəfindən kifayət qədər effektiv şəkildə həyata keçirdiyi terror əməliyyatının inkişafında iştirak etməsi ehtimalı azdır. Həqiqətən də, HƏMAS-ın hərbi qanadı belə bir əməliyyat planlaşdırmaq qabiliyyətinə malik deyil. İlk növbədə İrandan olan məsləhətçilər və tərəfdaşlar var idi. İnformasiya ictimaiyyətində guya “böyük şimal imperiyasından” müəyyən bir ekspert qrupunun olması ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır, lakin hələlik bunun faktiki sübutu yoxdur.

Qəzzada “Kalaşnikov” avtomatları sursat lisenziya əsasında istehsal olunur. HƏMAS pulların yuyulması üçün Rusiya birjalarından istifadə edir. Amma bütün bunlar mümkün əlaqələrin dolayı sübutudur. HƏMAS-ın İsrailə hücumunun arxasında Rusiyanın dayandığını sübutlarla deyə bilmərik. Amma istənilən halda Rusiya vəziyyətdən maksimum yararlandı. İsraillə Səudiyyə Ərəbistanı arasında uğursuz razılaşmaya görə bölgədəki mövcudluğunun təsirini nümayiş etdirdi və imici qazandı.

İsrail açıq şəkildə Rusiya ilə münasibətlərini dəyişmir. O, birbaşa Ukraynanı dəstəkləyirdi - o vaxtkı İsrailin hər iki Baş naziri Rusiyanın işğalını pisləyirdi. Bu, Moskvanın xoşuna gəlmədi. Amma heç kim münasibətləri pozmaqda, qarşıdurmaya keçməkdə maraqlı deyil. Rusiya güclüdür. İsrail hərbi-siyasi isteblişmenti hesab edir ki, Rusiyanın Yaxın Şərqdə regionu alovlandırmaq üçün kifayət qədər resursları qalıb. İsrail faktiki olaraq döyüşdüyü dörd cəbhədən başqa başqa bir cəbhə əldə etməyi qətiyyən istəmir. İsrail Rusiyanın iqtisadi boykotuna qoşulmayıb, lakin o, həm də ərazisinin, banklarının və ticarət şəbəkələrinin Qərbin sanksiyalarından yan keçmək üçün istifadəsinə icazə vermir.

Əslində Yaxın Şərqdə artıq Üçüncü Dünya müharibəsi gedir. İsraildə olarkən bunu görməmək mümkün deyil. Bu, proksi müharibə, birbaşa toqquşmalar, çox çətin diplomatik münaqişə və yeni silah növlərinin sınaqdan keçirilməsidir. Bu, hamının hamı ilə vuruşduğu və eyni zamanda hamı ilə ünsiyyətdə olduğu böyük bir müharibədir. Bir-biri ilə müharibə edən ölkələr hələ də diplomatik münasibətləri saxlayır: 20-ci əsrdə bu, ağlasığmaz idi. Postmodern dövrdə dünya müharibəsi belə görünür.

Müəllif: Zeev Hanin – “Beqin-Sadat” Strateji Araşdırmalar Mərkəzinin professoru, israilin “Bar-İlan” Universitetinin elmi işçisi.

Mənbə: “The Moscow Times”

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
İqtisadçı ekspert: “Daxili bazarda un və çörək məhsullarının qiyməti dünya bazarındakı qiymətlərindəki dalğalanmalardan asılıdır”

Ötən həftə yerli informasiya məkanı unun ucuzlaşması səbəbindən çörəyin qiymətində mümkün ucuzlaşma ilə bağlı xəbərlərlə dolu idi. Amma bir neçə gün ərzində onun qiymətləri yenidən artdı. Əgər ötən ay 50 kiloqramlıq bir kisə unun qiyməti 25,05 manat idisə, may ayında bu rəqəm 27,35 manata çatıb. Ötən həftə eyni mənbələr may ayında unun qiymətinin 6 faiz ucuzlaşdığını bildirərək, ucuzlaşmanın sosial çörəyin qiymətində əks olunmamasından şikayətlənirdilər. Yerli praktikada “zavod” və ya “dəyirmi” çörəyi belə adlandırırlar, görünür, beləliklə, qiymətlərin düşməsini yalnız çörək məhsullarının bu seqmentində izah edirlər. Həqiqətən də, xarici təcrübədə “sosial” çörək bişirmək adətən digər çörək növlərinə nisbətən daha ucuz başa gəlir, lakin bu fərq rəqabətli bazarda istehsalçıların dövlət dəstəyi ilə əldə edilir.

“Zavod istehsalı” çörəyin qiymətinin nisbətən aşağı saxlanılması mexanizmləri yerli təcrübədə qeyri-müəyyəndir, lakin unun ucuzlaşması məhz bu seqmentdə ucuzlaşma ilə müşayiət olunur. Son bir ildə “yumru” çörəyin qiyməti 20 faiz ucuzlaşıb və hazırda 55 qəpikdir.

Ekspert dairələri bu məntiqdən çıxış edərək unun ucuzlaşması fonunda “zavod” çörəklərinin qiymətinin daha 5 qəpik ucuzlaşacağını gözləyirdilər. Bununla belə, unun qiymətləri yenidən artıb. Yerli ekspert dairələrində buna səbəb daxili inhisarda olan bazarın xüsusiyyətləri və Rusiya buğdasının bahalaşması göstərilir.

“Son günlər mətbuatda unun bahalaşması ilə bağlı məlumatlar yayılır”. Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib: “Yazırlar ki, apreldə 50 kiloqramlıq kisənin qiyməti 25 manat 5 qəpik idisə, bu ay 27 manat 35 qəpik oldu. Bunun əsas səbəbi Rusiya buğdasının ixrac qiymətlərinin artması olmalıdır. Qonşu ölkənin müvafiq idarələri Rusiyanın cənubunda yağıntıların azalması və quraqlıq səbəbindən bu kənd təsərrüfatı ilində taxıl istehsalının azalacağını gözləyirlər”.

Məhərrəmov deyir ki, Rusiyanın ölkəmizə taxıl idxalında əsas bazarının olması məlumdur: “Proqnozlara əsasən, Rusiya Federasiyasında bu kənd təsərrüfatı ilində taxıl məhsulu keçən illə müqayisədə aşağı olacaq. Bu arada, rusiyalı ekspertlər və qonşu ölkənin hökumət rəsmiləri artıq bu il buğda istehsalı ilə bağlı proqnozlarını aşağı salırlar. Əsas səbəb bütün dənli bitkilərin 40 faizdən çoxunun istehsal olunduğu ölkənin cənubunda quru hava şəraitinin hökm sürməsidir. Rusiya Federasiyasının analitik mərkəzləri Krasnodar diyarında taxıl və paxlalı bitkilərin məhsulunun azalacağını proqnozlaşdırırdılar. Bunun da səbəbi var, çünki yazda cənub bölgələrində, xüsusən Kubanda çox az yağış yağır. Bunun fonunda Rusiya Kənd Təsərrüfatı Nazirliyi də taxıl istehsalı ilə bağlı gözləntiləri azaldıb - onlar hesab edirlər ki, taxıl yığımı keçən ilki 144,9 milyon tondan 132 milyon tona düşə bilər”.

Ekspertin sözlərinə görə, bu il mayın əvvəlində Rusiya buğdasının ixrac qiyməti 6 faiz artıb: “Ayın ortalarında onun bir tonunun qiyməti 199 dollar idisə, indi 211 dollara qalxıb. Azərbaycan ərzaq buğdasına olan tələbatının 70 faizindən çoxunu idxal hesabına ödəyir. Ona görə də daxili bazarda un və çörək məhsullarının qiyməti dünya bazarındakı qiymətlərindəki dalğalanmalardan asılıdır”.

Rusiyada “may şaxtası” bir neçə yüz min hektar taxıl sahəsinə ziyan vurdu ki, bu da Rusiyada nisbi yeni məhsul haqqında proqnozlara mənfi təsir etdi və dünya qiymətlərinə təsir etdi - Amerika və Avropa birjalarında buğda fyuçersləri qalxdı. Ancaq havanın ən ağır bədəlini taxıl məhsulları çəkdi.

“Aqrospeaker” analitik şirkətinin baş direktoru Vitali Şamayevin sözlərinə görə, Mərkəzi Federal Dairənin cənub-şərqinə, Cənub Federal Dairəsinin şimalına və Volqa bölgəsinin cənub-qərbinə təsir edən şaxtalar yazlıq əkinlərə və payızlıq buğdaya düzəlməz ziyan vurub.

Mövcud məlumatlara görə, Azərbaycan Rusiyadan əsasən dördüncü sort buğda alır, “sosial çörək” isə yemlik taxıldan müxtəlif zərərsiz olmayan kimyəvi maddələrdən istifadə edilməklə bişirilir. Son illər bu cür çörəyin qiymətinin ucuzlaşması ilə yanaşı, alıcılar onun keyfiyyətinin aşağı düşməsi, dadının pisləşməsi və digər arzuolunmaz metamorfozalardan daha çox şikayət edirlər.

Müəllif: Emma Rzayeva
 
 

 


Ardını oxu...
Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəldi. Onun Azərbaycan Prezident İlham Əliyevlə apardığı müzakirələrin kifayət qədər geniş və məhsuldar gündəliyə söykəndiyini qeyd edə bilərik.
Tacikistanın xarici siyasətinə ümumi baxış
Emoməli Rəhmonun Azərbaycana səfərinin alt qatını Tacikistanın xarici siyasətindəki ştrixlərə baxmaqla daha yaxşı başa düşmək olar.
Tacikistan mürəkkəb coğrafiyada yerləşir. Ölkə dünya güclərinin iti baxışları altında olan Mərkəzi Asiya regionunda yerləşdiyindən münaqişələrdən yayınmaqda, bunun əvəzinə qonşuluq, dostluq münasibətləri axtarmaqdadır.
Çin ilə mehriban qonşuluq və dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi Tacikistanın Asiya sektorundakı xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bununla belə, Tacikistan Rusiya ilə əlaqələrə də xüsusi diqqət ayırır və ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Tacikistan Qərblə münasibətlər qurarkən Çin və Rusiyanın iradəsini nəzərə almaq məcburiyyəti ilə üzləşir, buna görə də daha incə balans ipi üzərində manevrlər etmək çağırışı ilə qarşı-qarşıyadır.
Azərbaycan Tacikistan üçün cəlbedici görünür
Tacikistan Respublikasının Xarici Siyasət Konsepsiyasına əsasən, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığın genişləndirilməsi xarici siyasətin ən mühüm məqsədlərindən biridir. Ancaq Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan və bundan sonra Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Tacikistanın məqsədlərində Azərbaycanın çəkisi artmaqdadır. Çünki Tacikistanın qarşılıqlı fəaliyyət və geniş regional inteqrasiyası, Mərkəzi Asiyada davamlı sülh, həqiqi sabitlik yaratmaq üçün axtardığı alətlər həm də Azərbaycanın əlində mövcuddur. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Rusiya, Qərb və Çinlə genişlənən əlaqələri, o cümlədən təhlükəsizlik münasibətlərində yeni mərhələnin başladılması Tacikistan kimi ölkə üçün cəlbedici görünür.
"Orta Dəhliz"in artan əhəmiyyəti
Üstəlik, Azərbaycanın Transxəzər nəqliyyat dəhlizindəki ("Orta Dəhliz") rolu artır ki, bu da Çindən Avropaya uzanan ticari koridorların şaxələndirilməsini prioritetləşdirir. Tacikistan da həmin şaxələndirmə xəttində yer alaraq Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edən ölkə ola bilər. Bu mənada İlham Əliyevin Emoməli Rəhmon ilə geniş tərkibdə görüşündəki bu mövqeyi diqqət çəkir. Sitat: “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.
Təhlükəsizlik üçün reseptlər
Deməli, Tacikistanın indi beynəlxalq əlaqələrini şaxələndirmək xətti həm də Azərbaycanın Mərkəzi Asiyanın geosiyasi mənzərəsində böyüyə biləcək rolları ilə uzlaşdırılır. Emoməli Rəhmonun Bakıya səfərinin bu amillər fonunda strateji mənalandırılmasını qeyd etmək mümkündür.
Səfər zamanı iki dövlət arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən digər sənədlərin də imzalanması Azərbaycan-Tacikistan əlaqələrinin inkişafına töhfə verir.
Regional problemlər, geosiyasi dəyişikliklər
Təbii ki, səfər zamanı təkcə ikitərəfli əlaqələrin məzmunu deyil, eyni zamanda regional problemlər, geosiyasi dəyişikliklər, dünyadakı vəziyyətə də diqqət yetirilib. Prezident İlham Əliyev həmkarı ilə mətbuata birgə bəyanat zamanı deyib: “Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.
Emoməli Rəhmon da birgə bəyanat zamanı oxşar mövqe səsləndirib: “Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk”.
Düşənbə Bakının təcrübəsindən yararlanmaq istəyir
Deməli, Tacikistan özünü Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə yaranan post-müharibə reallıqlarına transformasiya etməklə məşğul olur. Burada məqsəd Tacikistanın mümkün təhdidlərlə üzləşdiyi zaman Azərbaycanın təhlükəsizlik və müdafiə qüdrəti ilə əlaqədar təcrübələrini öyrənməkdir.
Çünki Azərbaycanın regionda tutduğu mövqeyi nəzərə alaraq, bu ölkə ilə ənənəvi dostluq münasibətlərinin, strateji tərəfdaşlığın intensivləşdirilməsi və möhkəmləndirilməsi Tacikistan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da Tacikistanın siyasi cəhətdən stabil qalmasının və ölkənin ümumilikdə təhlükəsizlik mühitinin gücləndirilməsinin tərəfdarıdır.
Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ilk olaraq iki ölkənin müasir dünyanın geosiyasi mənzərəsində baş verən dərin siyasi və iqtisadi dəyişikliklərdə əməkdaşlıq modellərini qurmağa hesablanıb.
Aqşin Kərimov,
"Kaspi" qəzeti üçün
 

Dünyapress TV

Xəbər lenti