Ardını oxu...
Boris Conson baş nazirlik uğrunda keçiriləcək seçkidə namizəd olmayacağını açıqlayıb.

APA-nın “Sky News“a istinadən xəbərinə görə, o bildirib ki, yetərli sayda deputatların dəstəyinə sahib olsa da parlamentdə vahid partiya olmadan səmərəli idarəçilik mümkün deyil.

Conson buna görə, nazmizədliyinin irəli sürülməsini düzgün hesab etməyib.
 
Ardını oxu...
Amerika Birləşmiş Ştatları administrasiyası lazım gəldikdə Rusiya hakimiyyəti ilə dialoq aparacaq.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində keçirdiyi mətbuat konfransında deyib.

Ondan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Karib böhranının ildönümündə 1962-ci ildə münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsinin qarşısını almağa kömək edən “sakit diplomatiya” haqqında sözlərini şərh etməsi xahiş olunub.

“Biz açıq şəkildə bildirdik ki, nə vaxt Rusiya ilə əlaqə saxlamaq üçün vacib olan bir şey varsa, biz bunu edəcəyik. Və biz bunu etdik. Mənim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla öz təhlükəsizliyimiz üçün vacib olan konkret məsələləri müzakirə etmək imkanım oldu. Digər həmkarlarım, o cümlədən müdafiə naziri, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi rusiyalı həmkarları ilə danışıblar”- deyə, o bildirib.

Ukraynadakı vəziyyətə gəlikdə, Blinken bildirib ki, hər şey Rusiyanın mənalı diplomatiya ilə məşğul olmaq istəmədiyini, əksinə, əks istiqamətdə fəaliyyət göstərməkdə davam etdiyini göstərir.
 
Ardını oxu...
Boris Conson Baş nazirlik seçiminə qatılacaq.

Bu barədə Boris Consonun dostu, deputat Ceyms Dadric “Sky News“a açıqlamasında bildirib.

Boris Conson Ceyms Dadric ilə telefon danışığında liderlik yarışına hazır olduğunu və bunu edəcəyini bildirib.

Millət vəkili əlavə edib ki, Boris Conson hazırda Karib dənizindəki tətilindən Böyük Britaniyaya qayıdır.

Boris Conson kabinetin dörd nazirinin dəstəyini qazanıb. Onun liderlik yarışına qatıla bilməyi üçün, Mühafəzakarlar Partiyasının 100 deputatının dəstəyi lazımdır.
Hazırda partiyada 357 deputat var. Onlardan 148-i bir neçə ay əvvəl etimad səsverməsində Boris Consonun əleyhinə səs verib.

Əgər onlar yenidən Boris Consonu dəstəkləməkdən imtina edərlərsə, səs verə biləcək 209 deputat qalır.
Geriyə qalan səslər B.Consonun rəqiblərinə də gedə bilər.
 
Ardını oxu...
İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdi
İran hökuməti Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunu açmağa hazırdır.

Bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Nazir, həmçinin əlavə edib ki, İran hökumətinin Qafanda Baş konsulluq açmaq qərarı İran və Ermənistan xalqları arasında "çoxillik və tarixi əlaqələrin" dərinliyini göstərir. \\Bakupost.az
 
Ardını oxu...
“Hər halda, ictimai dinləməyə qatılacaq hakimiyyət nümayəndələri də öz mövqelərini ifadə edəcəklər”.

Bu fikirləri Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə əlaqədar oktyabrın 24-nə təyin edilmiş ictimai dinləmənin mümkün nəticələrini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin ehtimalına görə, sözügedən layihə çox da ciddi dəyişikliyə məruz qalmayacaq:

“Bildiyiniz kimi, siyasi partiyalar haqqında qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Aldığımız dəvətə əsasən, deyə bilərəm ki, ayın 24-də Milli Məclisdə baş tutacaq dinləmələr yəqin ki ümumi müzakirə şəraitində keçəcək.

Adətən, ictimai müzakirələrdə bu və başqa bir layihə haqqında ümumi fikirlər səsləndirilir. Bu müzakirələrin açıqlanan qanun layihəsinə hansı formada təsiri olacağını indidən söyləmək doğru olmazdı.

Hər halda, ictimai dinləməyə qatılacaq hakimiyyət nümayəndələri də öz mövqelərini ifadə edəcəklər. Ancaq şəxsi fikrim bundan ibarətdir ki, layihə çox da ciddi dəyişikliyə məruz qalmayacaq. Lakin müəyyən korrektələrin olacağı gözləniləndir.

Siyasi partiyaların həmin layihəyə yönəlik irəli sürdükləri təkliflərdən belə görünür ki, əslində, qanun layihəsində siyasi partiyaları daha çox narahat edən dörd-beş amil var. Ehtimalıma görə, o amillərlə əlaqədar müəyyən yumşalmaya gedilə bilər”.
 
Ardını oxu...
Britaniyanın növbəti Baş nazirinin kim olacağı haqqında yeni məlumatlar dərc edilib.

"DogruXeber.az" "Sky News"a istinadən xəbər verir ki, keçmiş kansler və Tory liderliyinin finalçısı Rişi Sunak bu iş üçün hazır olduğunu bildirib.

Bundan əlavə, Ümumilər Palatasının lideri Penni Mordaunt da "ictimai çıxışlarında Baş nazirliyə hazır olduğunu açıq şəkildə ifadə edib.

Dünən daxili işlər naziri vəzifəsindən istefa verən Suella Braverman da Britaniya liderliyi üçün təklif edilib.

Bundan əlavə, xalq isə keçmiş Baş nazir Boris Consonun yenidən hakimiyyətə gəlməsini istəyir.

Britaniyanın hazırkı müdafiə naziri Ben Uolles də Baş nazirliyə nazmizədlər sırasında göstərilib.
 
Ardını oxu...
İsrailin müdafiə naziri Benni Qantz gələn həftə Türkiyəyə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qantz Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

Nazirlik qeyd edib ki, səfər İsrail və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yenilənməsi çərçivəsində həyata keçirilir.
 
Ardını oxu...
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Liz Trassın istefasından sonra Mühafizəkarlar Partiyasının liderlik yarışında iştirak edəcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə "Times" nəşri yazıb.

Nəşrin məlumatına görə, artıq Mühafizəkarlar Partiyasının bir neçə deputatı Consonun Trassı əvəz edə biləcəyini təklif edib.

"O, (Boris Conson) insanların fikrini öyrənməyə çalışır, lakin eyni zamanda bunun milli maraq məsələsi olduğuna inanır", - deyə "Times"-in siyasi xəbərlər üzrə redaktoru Steven Svinford bildirib.

 
 
 
Ardını oxu...
Ərdoğan bu gün Azərbaycana gəlir: Əliyevlə birlikdə Zəngilanın işğaldan azad edildiyi gündə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edəcəklər;
Səfər sərhədimizdə hərbi təlimlər keçirən və Bakıya qarşı müxtəlif kanallarla təhdid irəli sürən İrana Ankara və Bakının birlik mesajının verilməsi baxımından da yerinə düşür.
Ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə hərbi təlimlərlə “güc nümayişi” sərgiləmişdi və həmin ərəfədə Ərdoğan Füzuli Hava Limanını açılışı məqsədilə işğaldan azad edilən ərazilərə gəlmişdi. Bir il sonra yenə eyni ssenari təkrarlanır: Türkiyənin Azərbaycanda, ümumiyyətlə bölgədə olmasına qarşı çıxan Tehran hərbi təlimlərlə nələrisə nümayiş etdirməyə çalışır və öz hərbçilərinə bir-iki güllə atıb gedirlər.
Əliyevlə Ərdoğanın Arazın sahilində verəcəkləri mesajlar da maraqlı olacaq.
Asif Nəqimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Sülhəddin Əkbər: “Azərbaycan İranla münasibətlərin kəskinləşməsində maraqlı deyil”

İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqların azad edilməsi faktı ilə bağlı rəsmi Bakını sözdə təbrik etsə də, ötən iki il ərzində Tehranın praktiki addımlarında bu faktdan heç də məmnun qalmadığını sezmək olar.
Azərbaycanın müharibədən sonra özü üçün prioritet elan etdiyi Zəngəzur dəhlizi layihəsinin əleyhinə atılan addımlar və bəyanatlardan tutmuş SEPAH-ın Azərbaycan sərhədlərində təlimlər keçməsini azərbaycanlı ekspertlər açıq təhdid kimi qəbul edirlər.

Meydan.tv xəbər verir ki, Azərbaycan və İran prezidentlərinin Astanadakı görüşündə tərəflər arasında mübahisə olub. İlham Əliyev mübahisə zamanı İranı işğalçı Ermənistanı silahlandırmaqda və ona dəstək verməkdə, İbrahim Rəisi isə Azərbaycanın İsraillə münasibətlərinə diqqət çəkib. Görüşdən dərhal sonra İran Azərbaycanla sərhədə qoşun yığmağa başlayıb.

SEPAH-ın bundan əvvəlki təlimlərinə Azərbaycan rəsmilərindən, o cümlədən prezident İlham Əliyevdən etiraz reaksiyası gəlmişdisə, hazırda sərhədlərdə keçirilən təlimlərlə bağlı rəsmi Bakı susmağa üstünlük verir.
Təlimlər zaman etibarilə də işğal altında olan torpaqların azad edilməsinin ikinci ilinə təsadüf edir. İran bununla kifayətlənməyib, Xudafərin körpüsünə Azərbaycan bayrağının taxıldığının ikinci ildönümü günündə (18 oktyabr) təlimlərin bir hissəsini məhz həmin sərhəd ərazisində keçirib. SEPAH bir az da dərinə gedərək, Xudafərin körpüsünün fonunda Azərbaycana təhdid olan videoçarx hazırlayıb.

Bundan başqa, iranlı jurnalistlər öz “Telegram” kanallarında bu təlimlərin Azərbaycana bir xəbərdarlıq olduğunu bəyan edirlər.

Təlimlərin bir qismi ordunun çayı keçmək üçün ponton körpülərin tikilməsinə həsr edilib. Çayın digər sahilinin Azərbaycan olduğunu nəzərə alsaq, təlimlərin məqsədinin çayı keçib, ölkə ərazisinə daxil olma planlarının mövcudluğunu təxmin etmək olar.

Hazırda hadisələri izləyən bir çox ekspertin bir sualı var – İran nəyə hazırlaşır?

“İran tərəfdən Azərbaycana təhlükə hər zaman var”

Məsələni Meydan TV üçün şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, İran İslam Respublikası istəyini gizlətmir, bunu Ali dini rəhbər, prezident, xarici işlər naziri, ayrı-ayrı hərbçilər səviyyəsində də zaman-zaman bildirib.

“Tehranın istəyi konkretdir, Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Çünki bu açılım Azərbaycanın güclənməsinə, Bakı-Ankara əlaqələrinin sıxlaşmasına və Türk Dövlətləri Təşkilatının daha da fəallaşmasına səbəb olacaq. Həmçinin, İran türkləri üçün güclü nümunə ortaya çıxacaq. Bu baxımdan İran Zəngəzur dəhlizinin açılmasını dövlət birliyi üçün təhlükə sayır”, – o deyib.

O hesab edir ki, dəhlizin açılacağı halda Azərbaycanın, Mərkəzi Asiya dövlətlərinin, Türkiyə və Çinin İrana olan ehtiyacı azalacaq.

Sülhəddin Əkbərin fikrincə, Tehran Ermənistanı sanksiyalardan yan keçmək üçün istifadə edir ki, bura qaçaqmalçılıq, narkoticarət və digərləri daxildir.

“Xüsusən də İnqilab Keşikçiləri narkoticarətə rəhbərlik etdiklərindən bu məsələdə daha aqressivdirlər. Çünki əraziyə beynəlxalq nəzarət olduğundan əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcəklər”, – Sülhəddin Əkbər deyib.

O hesab edir ki, İran tərəfdən Azərbaycana təhlükə hər zaman var.

“Ümumiyyətlə, Azərbaycan dövlətinin varlığını İran öz dövlət varlığı üçün təhdid hesab edir. Əvvəla, İran Azərbaycanın mövcudluğunu özünə təhdid sayır. İkincisi, dünyəvi dövləti teokratik rejimi üçün təhlükə sayır. Həm də demokratik seçim də xarici vektor inkişafı baxımından Tehrana təhlükədir”, – partiya sədri deyib.

Onun fikrincə, Azərbaycan açıq siyasət apardığından Türkiyənin, ABŞ-nın, İsrailin və Avropa Birliyinin bu regionda inkişafı Tehran üçün müəyyən risklər yaradır. Sülhəddin Əkbər hesab edir ki, bu faktorlara görə narahatlıq tədricən artacaq.

“Amma Azərbaycan hələ Rusiyanın geopolitik sferasında yerləşdiyindən İran kəskin hərəkətə getməyəcək. Bundan başqa, Azərbaycanın NATO-da Türkiyə kimi güclü müttəfiqi var. Həmçinin Azərbaycan özü də hərbi təhlükəsizlik baxımından xeyli güclənib, 90-cı illərdəki Azərbaycan deyil. Yəni potensial təhlükə var və bu, aktuallaşmağa meyllidir. Bununla bərabər Çinin, İsrailin, Böyük Britaniyanın və Avropa Birliyinin orta dəhlizlə bağlı marağı var. Bu amillər İran təhlükəsini əsasən neytrallaşdırır, amma tam ortadan qaldırmır”, – o deyib.

Azərbaycan rəsmilərinin bu təhdidlərə reaksiya verməməsinə gəlincə, Sülhəddin Əkbər düşünür ki, rəsmi Bakı İranla münasibətlərin kəskinləşməsində maraqlı olmadığına görə, susmağa üstünlük verir.

“Rəsmi açıqlamanın verilməsi rəsmi addımın atılmasını da tələb edir. Bu da münasibətlərin gərginləşməsinə, kəskinləşməsinə gətirəcək. İndiki halda Azərbaycan bunda maraqlı deyil”, – Sülhəddin Əkbər hesab edir.

“Azərbaycan rəhbərliyi bilir ki, İran özünü böyük təhlükəyə düçar edib hərbi əməliyyat başlamaz”

Mövzuya münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, rəsmi Bakı da anlayır ki, Tehran hər hansı güc tətbiq etsə, başı çox ağrıyar, ona görə də Azərbaycan İranın bu hərəkətlərinə çox etinasız yanaşır.

“İran hazırda elə bir vəziyyətdədir ki, ona özünü çox ehtiyatlı aparmağın lazım olduğunu bilir. Bir çox qüvvə İrana “diş qıcayır” və bu rejimdən “zəncir çeynəyir”. Ona görə də İran İslam Respublikası özünü ehtiyatlı aparmalıdır. Hesab edirlər ki, Azərbaycan rəhbərliyinin əsəbləri zəifdir, yaxud qorxur. Əksinə Azərbaycan rəhbərliyi qorxmur. Azərbaycan bilir ki, İran özünü böyük təhlükəyə düçar edib hərbi əməliyyata başlamaz. İranın Azərbaycana qarşı güc işlətməyinin qarşısını alan iki çox ciddi amil var: birincisi İrandakı azərbaycanlılar, ikincisi İsrail”, – politoloq deyib.

Zərdüşt Əlizadə əmindir ki, Azərbaycanı İran tərəfindən real təhlükə gözləmir. Ölkə rəsmilərinin də İrana qarşı bəyanat verməməyini, politoloq onların təcrübəli siyasətçi olmaları ilə əlaqələndirir.

“Əgər yüngül çəkili siyasətçilər olsaydılar, mütləq mənasız bəyanat verib “suyu bulandırardılar”. Amma hökumət başa düşür ki, bəyanat verməyin yeri deyil”, – Zərdüşt Əlizadə qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti