Ardını oxu...
Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını hələ də müzakirə etməyib. Bu, onunla bağlıdır ki, Nümayəndələr Palatasının spikeri Laslo Köver bu məsələyə yer verməyib. Ümumiyyətlə isə ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansın 30 üzvü arasında yalnız Macarıstan və Türkiyə İsveç ilə Finlandiyanın NATO-ya üzv olmasına qarşıdır.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.

"Macarıstan hökuməti müvafiq qanun layihəsini 2,5 ay əvvəl parlamentə təqdim edib. Üstəlik, sosialistlər qərarların qəbulu prosesini sürətləndirmək istəyiblər, lakin spiker bundan imtina edib. Sosialistlər bu məsələ ilə bağlı səsvermə təşəbbüsü ilə çıxış edəndə hökumət partiyalarından olan deputatlar “yox” deyiblər.

Bu arada Finlandiya prezidenti vurğulayıb ki, onların NATO-ya daxil olması əsasən Türkiyədən asılıdır. Macarıstanla bağlı o, yalnız Budapeştin AB ilə fikir ayrılıqlarının olduğunu bildirib", - məlumatda deyilir.

İsveçin ən nüfuzlu qəzetlərindən biri olan "Dagens Nyheter" "Momentum" partiyasının siyasətçisi Marton Tomposun sözlərinə əsaslanaraq Macarıstanın üzvlük prosesini ləngidə biləcəyini yazıb. Siyasətçi hesab edir ki, Orban Finlandiya və İsveçin NATO-ya daxil olmasından Brüsselə təsir üçün istifadə edir.
 
Ardını oxu...
ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

"Dövlət katibinin köməkçisi səfər zamanı ABŞ konsulluq əməliyyatlarına nəzar salacaq və xaricdəki ABŞ vətəndaşlarını qorumaq və ABŞ-a qanuni səyahəti asanlaşdırmaq üçün dərin və davamlı öhdəliyimizi vurğulamaq üçün xarici hökumətlərdən olan həmkarları ilə görüşəcək", - deyə bəyanatda bildirilir.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.
Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The National” nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb.
Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq.
“Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil”, – diplomat bildirib.
Gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.
 
Ardını oxu...
İsveçin Baş naziri səlahiyyətlərini icra edən Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlüklə bağlı memorandumun icrasını müzakirə edib.

"Haber Global" xəbər verir ki, liderlər Fransa Prezidentinin təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılmış yeni siyasi platforma olan Avropa Siyasi Birliyinin (AQS) birinci sammiti çərçivəsində görüşüb.

Andersson isveçli jurnalistlərə bildirib ki, ölkəsi İsveç Madriddə əldə olunmuş razılaşmaya uyğun hərəkət edir.

İsveçli nazir onu da qeyd edib ki, bu görüşdən əvvəl hökumət başçısı postunda onun yerinə keçəcəyi gözlənilən Ulf Kristerssonla danışıb və Ərdoğana hökumət dəyişikliyindən sonra vəziyyətin necə inkişaf edəcəyi barədə məlumat verib.

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokollar bu il iyulun 5-də alyans ölkələrinin nümayəndələri tərəfindən imzalanıb. Üzvlük müraciəti təşkilatın 28 ölkəsi tərəfindən təsdiqlənib.
Ardını oxu...
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”-deyə, bəyanatda qeyd olunub.
Ardını oxu...
“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

Ardını oxu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırıb. A.Mirzoyan rəsmi İrəvanın Azərbayacının sülh müqaviləsi ilə bağlı yeni təkliflərini nəzərdən keçirdiyini deyib. Nazir diqqətə çatdırıb ki,rəsmi Bakının təklif etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.
DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsip BMT nizamnaməsinin əvvəlcədən qəbul olunan on əsas prinsipinin birinci beşliyinə daxildir:

“Ölkələrin ərazi bütövlüyü, sərhədlərin tanınması, dövlətlərin bir-birinin daxili işinə qarışmaması, bir-birinə qarşı zor tətbiq etməməsi məsələsi də dünya tərəfindən qəbul edilən prinsiplərdir. Paşinyan bunu Mirzoyandan öncə qəbul edib. Təbii ki, bu təklif olunan beş bənddə Azərbaycan üçün olan ən əsas məsələ ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Beynəlxalq hüquq da bunu dəstəklədiyi üçün Ermənistanın qəbul etməkdən başqa yolu yoxdur.

Digər tərəfdən rəsmi İrəvan indi elə bir vəziyyətdədir ki, Azərbaycana şərt qoya bilmir. Bütün müzakirələrdə şərtləri həmişə qalib tərəf müəyyənləşdirir. Məğlub tərəfin həmin şərtlərlə razılaşır ya yox bu, onun problemidir. Ermənistan tərəfi razılaşmamaq variantını bir neçə dəfə yoxlasa da, bir şey alınmadı”.

Ekspertin sözlərinə görə, hadisələrin gedişi artıq Ermənistan çıxılmaz bir dalana girdiyini göstərir və rəsmi İrəvan sülh müqaviləsini imzalamasa, həmin dalandan çıxa bilməz:

“Azərbaycan tərəfi onu siyasi bir çıxmaza salıb. Sülh müqaviləsində təbii ki, ölkələrin ərazi bütövlüyü, sərhədlərin delimitasiyası və demarkasiyası gündəmə gəlir.

Ermənistan siyasi rəhbərliyi digər dövlətlərlə münasibətlərində vahid mövqeyə malik olmadığına görə, indi Avropa İttifaqı onu bu məsələni yekunlaşdırmağa məcbur edir. İndiki halda sülh müqaviləsinin ilkin variantının ilin sonuna qədər hazırlanması gözləniləndir".
Ardını oxu...
Paşinyanın Ermənistanı yeniyetmə kapitanın yöndəmsiz əmrlərinə tabe olan gəmiyə bənzəyir. O artıq batmaq üzrədir. Bunun qarşısını almaq üçün Ermənistanın baş nazirinin komandası son vaxtlar ölkənin xarici siyasət oriyentasiyasını dəyişmək istəyir.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Caliber.Az”-ın diplomatik dairələrdəki etibarlı mənbəsinin verdiyi məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xüsusən də oktyabrın 3-də NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə İrəvanın varlı və güclü Sem dayıya meyllənmək istəyindən danışıb. O, Qərb siyasətçiləri ilə söhbətlərində ciddi rezonans doğuran bir sıra açıqlamalar verib. Qriqoryan Azərbaycanın Ermənistana qarşı “təcavüz”ünü və Rusiya-Ukrayna müharibəsini müqayisə edərək, ikisi arasında əlaqənin olduğunu deyib. TŞ-nin katibi bəyan edib ki, Qərb Ukraynada demokratik dünyanın dəyərləri uğrunda mübarizə apardığı kimi, bu mənada Azərbaycanla Ermənistan arasındakı münaqişə də əslində “demokratiya və avtokratiya qarşıdurmasıdır”, - deyə videomaterialda bildirilir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 
Ardını oxu...
4 oktyabr 2022-ci il tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqust tarixli görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə 2 oktyabr tarixində iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb. Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.

Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
 
Ardını oxu...
“Bizdə olan məlumata görə, noyabrın birinci ongünlüyündə Brüsseldə Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanacaq"

Bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.

Qəzetin yazdığına görə, guya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşün təfərrüatlarını bildirmək üçün Brüsselə gedib.

Məlumatda həmçinin bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanı sazişin yekun variantını oktyabrın sonunadək Bakıya təqdim etməyə çağırıb. (Teleqraf.com)
 

Dünyapress TV

Xəbər lenti