Ardını oxu...
Odlar yurdu Azərbaycan zaman-zaman bir çox kənar təsirlərə məruz qalıb.

Bunu tarix dərsliyindən öyrənmiş, yaxın keçmişdə bir sıra hadisələrin canlı şahidi olmuşuq. Başımıza gətirilən müsibətlərdən dolayı,yəqin ki, çoxlarınızı bir sual düşündürüb. Azərbaycana qonşu olan bədnam ermənilərin və dostluq münasibətində olduğumuz gürcülərin əlifbası niyə hələ də qorunub saxlanılır, amma Azərbaycan əlifbasını 20-ci əsrin əvvəllərində kiril əlifbasına dəyişdirilib? Nə üçün 90-cı illərin əvvəllərinə-yəni müstəqilliyimizi qurana qədər, məhz kiril əlifbası ilə yazmağa və oxumağa məcbur qaldıq?

Cebhe.info bizim üçün bu ağrılı proseslə bağlı Rusiya mətbuatının iddia dolu məqaləsini təqdim edir.

Məqalədə çox mühüm səbəblərdən biri ermənilərin və gürcülərin Rusiya imperiyasının tərkibinə Azərbaycandan daha əvvəl -18-ci əsrin ortalarında daxil olması göstərilir. Buna görə də SSRİ yarananda onlar dövlətin ictimai həyatına daha güclü şəkildə daxil olmuşdular. Onların Bolşevik Partiyasında təsiri inanılmaz dərəcədə əhəmiyyətli idi. Cuqaşvili, Orconikidze, Mikoyan, Beriya kimi soyadlar hamıya tanışdır. Amma bu xalqların arasından bir çox başqa, az tanınan partiya üzvləri də çıxıb. Sovet hökuməti sadəcə olaraq, belə bir islahata getməyə cəsarət etməyib, çünki bolşeviklər çoxlu sayda silahdaşlarının müqaviməti ilə üzləşməkdən qorxurdular.

Rusiya mətbuatı iddia edir ki, bundan əlavə, həm ermənilər, həm də gürcülər bizim eramızdan çox əvvəl yaranmış qədim xalqlardır. Erkən orta əsrlərdə onlarda öz yazı sistemləri yaranıb və iddia edilir ki, onların bir müəllifi olub- Erməni Apostol Kilsəsinin müqəddəsi Mesrop Maştots. Bu iddia onu göstərir ki, ruslar yenə də tarixi olduqca qədim olan Azərbaycana qarşı qərəzli mövqedə dayanır, eyni zamanda gürcülərin də tarixini kölgə altına salmaq istəyir.

Mənbə yazır ki, Sovetlər Birliyi yarananda artıq bu dillərdə inkişaf etmiş ədəbiyyat, məktəblər var idi, dövri nəşrlər dərc olunurdu:

“Moskvada mərkəzi hökumətin dəstəyinə müraciət etmədən öz əlifbasından istifadə edərək ən yüksək sovet savad standartlarına cavab verə biləcək kifayət qədər savadlı insanlar və ziyalılar vardı”.

Rusiya mətbuatı həmçinin iddia edir ki, azərbaycanlılarla, taciklərlə, özbəklərlə, qazaxlarla, türkmənlərlə, qırğızlarla vəziyyət daha çətin idi:

“Bir tərəfdən, ilk üç xalqın ərəb əlifbası ilə yazılmış kifayət qədər inkişaf etmiş orta əsr ədəbiyyatı var idi. Digər tərəfdən, şərqdə əsas İslam məktəbləri istisna olmaqla, heç bir təhsil sistemi yox idi”.

Qeyd edilir ki, o dövrün standartlarına uyğun olaraq ümumbəşəri savadlılığın təmin edilməsi tələb olunurdu:

“Üstəlik, bunu tez və hətta RSFSR-də hamının oxuyub yaza bilmədiyi şəraitdə etmək lazım idi. Kiril əlifbasının tətbiqi məhz Birinci Dünya müharibəsindən sonrakı viran olmuş ölkədə bu problemi həll etməyin ən asan və ən ucuz yolu idi. Lakin 1920-ci illərdə sovetlər türk xalqlarını savadlandırmaq üçün ərəb əlifbasından istifadə etməyə davam etsə də, sonralar iqtisadi səbəblərdən bundan imtina etdilər. Bundan əlavə, ərəb qrafikası türk dillərinə çox yaxşı uyğunlaşdırılmamışdı. Əvvəlcə bu xalqların əlifbasını latın dilinə, o cümlədən rus dilinə çevirmək istəyirdilər. Lakin dünya inqilabının iflasa uğradığı bəlli olanda bundan imtina edildi”.

Ancaq yeganə səbəb bu deyildi. Rusiya mətbuatı həddini aşaraq iddia edir ki, azərbaycanlılar, özbəklər və taciklər İran dünyasına meyil etmiş və qədim zamanlardan insanın mənşəyinə əhəmiyyət verilməyən ölkələrdə yaşamışlar:

“Bu xalqların öz şüurları çox qeyri-səlis idi və türklər, ərəblər və ya farslar kimi daha böyük millətlərə yönəlmişdi”.

Rus mətbuatının iddiasına görə, buna görə də sovet hökuməti qarşısında kifayət qədər dəqiq etnik sərhədlər çəkmək və faktiki olaraq yeni xalqları yenidən formalaşdırmaq vəzifəsi dururdu:

“Bunun üçün ümumdünya savadını tətbiq etmək, ittifaq respublikalarında təhsili yalnız vahid milli dildə aparmaq, ümumiyyətlə, vahid tacik, özbək, Azərbaycan xalqının mövcudluğunu hər cür təbliğ etmək lazım idi. Həmin vaxt Azərbaycan da daxil olmaqla bu xalqlar qonşuları olan erməni və gürcülərdən geridə qalaraq fərqlənib”.

Qeyd edilir ki, dillər, əsasən, əvvəllər yazıda istifadə olunmayan bir dəstə ləhcənin yaranışından formalaşıb, çünki savadlı müsəlmanlar adətən ərəb dilinə üstünlük verirdilər. Müxtəlif ləhcələri bütövlükdə birləşdirən vasitələrdən biri də yazı sistemindəki dəyişiklik idi. Diqqəti çəkən budur ki, Rusiya mətbuatının etirafına görə, 1920-1930-cu illərin bolşeviklərini rus mədəniyyətini hər kəsə sırımağa çalışmaqda qınamaq olmaz:

"Onlar yeni xalqlar yaratmaq və hər kəsin oxuyub-yaza bilməsini təmin etmək istəyirdilər. Bunun üçün yeganə mövcud vasitə kiril əlifbasına keçid idi".

Məqalədən də görünür ki, rusların bu iddiası boşdur. Çünki sovetlərin istədiyi əslində xalqları öz qədim kökündən, soyundan ayırmaq idi...

Sevinc Tapdıqqızı
Cebhe.info
 
Ardını oxu...
Mirzə AĞ

Uzaq tarixə baş vurmağa ehtiyac da yoxdur, təxminən son 200 ilin acı təcrübəsi sübut edir ki, erməni (azərbaycanlı tarixçi alim Qiyasəddin Qeybullayevə görə «friq») imkan düşdükcə əlindən gələn bütün pislikləri bizə edib və indi də etməkdədir.

Fəqət, bizim təhərsiz unutqanlığımız gerçək isteza dolu təəccüb doğurur. Nədən ki, Azərbaycanın Rusiya imperiyası tərəfindən ikiyə bölünməsi və ölkəmizin şimalının Rusiyanın tərkibinə qatılmasından üzübəri rusa arxalaraq, erməni bizlərə olmazın pisliklərini etdikcə, biz onlara məşhur uşaq nağılındakı kimi reaksiya vermişik: «Əlini mənə bəsdərəcik». Nakor erməni də hər zaman «Yox, yox, mən səndən küsdərəcik» cavabını verib və öz naqis əməlləri ilə məşğul olub…

«Gülüstan sülhü» tarixindən başlayaraq, ruslar qonşu Qacar(Azərbaycan) - indiki İran və Osmanlı dövlətlərinin ərazilərindən «friqlə»ri məqsədli şəkildə Rusiyanın əsarəti altında olan Cənubi Qafqaza (əsasən Azərbaycana!) köçürməyə başlayıb. Bu anti-Azərbaycan siyasətin gözlənilən nəticəsi olaraq, ermənilər bizim dədə-baba torpaqlarımızda yerləşərək, çörəyimizi yeyib də ayaqlarımızın altını qazıyıblar. Bəs, bunun qarşılığında bizlər neyləmişik? Düz tapdınız, biz də axmaqcasına «Əlini mənə bəsdərəcik» deyib də, özümüzü aldatmaqla məşğul olmuşuq…

Bizim unutqanlığımız və təhərsiz laqeydliyimiz erməniləri yeni-yeni əməllərə ruhlandırıb və… günlərin birində (1918-ci il) avropalı imperialistlərin və Rusiyanın yaxından köməyi ilə onlar qədim Azərbaycan torpaqlarında (Qərbi Azərbaycan) tarixdə heç vaxt olmamış bir «oyuncaq» dövlət qurublar. Bu zaman da biz binəvalar üsyan etmək əvəzinə, «Əlini mənə bəsdərəcik» deyib də sülhpərvər olduğumuzla «fəxr etmişik»…

Bunu görən nankor və həyasız tayfa az müddətdən sonra tarixi torpaqlarımız olan Qarabağın dağlıq hissəsinə, qədim Naxçıvana ərazi iddiası irəli sürməyə baylayıb.

Fikir verin, tarix boyu dünyanı qaraçı köçü kimi dolaşmış friqlərə heç bir ölkədə «üz verməyiblər» - onlar heç bir məkanda özlərinə dövlət qura bilməyiblər, Azərbaycandan başqa. Bunun qarşılığında ermənilər yeni-yeni iddialarla çıxış ediblər, sovetlərin dönəmində də rus bolşeviklərinin dəstəyi ilə torpaqlarımızı qarış-qarış ələ keçiriblər və indi, bu ərazilərin tarixi adlarını dəyişdirib ermənicə adlandırıraq, dünyaya erməni vətəni kimi elan etməkdən çəkinmirlər, çünki bu tayfanın həyasızlığı və nankorluğu belə naqislik üçün yetərlidir…

Sovetlərin dönəmində Qərbi Azərbaycanda yerini möhkəmlədən gəzəyəntə friqlər rus bolşeviklərinin köməyi ilə dəfələrlə heç bir tarixi-coğrafi-iqtisadi səbəb olmadan, yerli əhalinin (Azərbaycan türklərinin) kütləvi deportasiyasına nail olublar. Bu siyasətin nəticəsidir ki, təxminən, 2 əsr bundan əvvəl əhalisinin böyük əksəriyyətinin türklərdən ibarət olduğu qərbi Azərbaycan (Zəngəzur, Göyçə, İrəvan və s.) indi murdar friqlərin tapdağına çevrilib, ərazinin qədim toponimlərinin adları da dəyişdirilib, tarixi təhrif olunub. Görün, iş nə yerə çatıb ki, indi Ermənistan adlandırılan ərazini bir kənara qoyaraq, ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, hətta Azərbaycan SSR adlanan «müttəfiq» respublikada kəndlərin, şəhərlərin, küçələrin adları ermənilərin adı ilə adlandırılıb. Məsələn, rəhmətlik Pənah xanın kəndini bu murdarlar Stepanın (türk düşməni Şaumyanın) adı ilə adlandırıblar, Ağdərə Mardaket olub, Xocavənd Martuniyə çevrilib, paytaxt Bakının küçələrinə Əmiryan, Avakyan, Spandaryan… ityan adları verilib. Bütün bu sitəmin qarşılığıqda bizlər yenə də «Əlini mənə bəsdərəcik» deyib də «Qardaş olub Hayastan, Azərbaycan» oxuyaraq, murdar düşmənə əl uzamışıq.
Ətraflı

Nəhayət, ötən əsrin 80-ci illərinin sonlarında friqlər bizə «Yox, yox, mən səndən küsdərəcik» deyib də cənnət Qarabağımızı istədilər - bizi əliyalın bilib də kəndlərimizi, rayonlarımızı qətliama məruz qoydular: qısa müddətdə, bir-birinin ardınca Xocalı, Qaradağlı, Daşaltı, Ağdaban, Ballıqaya və s. qətliamları baş verdi. Azğınlaşmış düşmən rus ordusunun köməyi ilə Kəlbəcəri, Lasını, Şuşanı, Qubadlını, Zəngilanı, Füzulini, Ağdamı… işğal etdi və 30 il işğal altında saxladı, zaman-zaman danışıqlar adı altında ATƏT adlı «qonaqötürən»in vasitəsilə vaxt uzadıb, başımızın altına yastıq qoydular…

Nəhayət, Azərbaycanın səbri tükəndi, xalqımız vətən müharibəsinə qalxdı və cəmi 44 günün ərzində Azərbaycan ordusu erməniləri diz üstə çökdürdü, Rusiyanın təşəbbüsü ilə erməni tərəf tam məhv olmaqdan yayınmaq üçün 10 noyabr kapitulyasiya aktını imzalamağa məcbur oldu. Nəticədə, 30 il işğal altında olmuş ərazilərimizdə suverenliyimiz böyük nisbətdə, bərpa olundu. Nə yazıq ki, itkilərimiz də oldu. Fəqət 30 illik işğal dövründəki itkilərimiz hesaba gələsi deyil. Hər zaman naqis əməllər sahibi olmuş ermənilər 30 illik işğal dövründə kəndlərimizi, şəhərlərimizi xarabazara çevirdilər. İndi biz, alt-üst edilmiş yaşayış məntəqələrimizi yenidən dirçəltməyə başlamışıq - indiki çətin dövrdə bu işlərə külli miqdarda xərc məsrəf edirik və edəcəyik.

İndi özünüz fikirləşin, atamız, babamız ömürləri boyunca ev qurub, yol çəkib, bağ salandan sonra günlərin birində, qudurmuş Vartanlar gəlib hamısını dağıtdılır, bizlər də çöllərə səpələndik. İndi Azərbaycan nə qədər vəsait sərf etməlidir ki, köçkün insanlara yeni məskənlər yaratsın, yollar çəksin, iş yerləri açsın və s?

Qısası, ermənilərin xalqımıza vurduğu ziyan ölçüyə gəlməzdir - bunu dünya bilir, amma «kozyolluq» edib də susur…

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşadakı iclasda deyib: «Azərbaycan ordusu Vətən müharibəsi günlərində Xankəndiyə girməyə çox yaxın idi. Amma biz, bunu etmədik - bu, itki, insani məsələ idi, humanistlik məsələsi idi və s». Yenə «Əlini mənə bəsdərəcik»?...

Daha bu, lap ağ oldu ki. Diqət edin, təcavüzə mərz qalmış, ərazisinin 20 fazi işğal olunmuş və xarabazara çevrilmiş, dinc insanları qətliama məruz qoyulmuş Azərbaycan olduğu halda, erməni yenə də bizə «naz atır», sülhə gəlmək istəmir, imzaladığı bəyannamə ilə boynuna götürdüyü öhdəlikləri müxtəlif bəhanələ yerinə yetirməkdən yayınır, gah Moskvaya, gah da Brüsselə yalan vədlər verir, sanki nə zamansa siyasi mühitin dəyişəcəyinə ümid etməklə, statusdan, danışıqlardan və s. cəfəng işlərdən dəm vurur. Amma unudur ki, necə deyərlər, «həvəsdir - bəsdir», daha səbr etməyə Azərbaycanın vaxtı qalmayıb və barmaqla sayılası günlərdən sonra, «Küsdərəcik? Onda mən də bu daşı sənin başına əndərəcik» deyib də erməni problemini birdəfəlik həll edəcək, necə deyərlər, erməni yoxdur - problem də yoxdur, vəssalam!

Tarixin acı təcrübəsi göstərir ki, erməni Allah yoluna gələsi deyil, əbəsdir, nədən ki, onun qanı it qanından da murdardır. Daha bəsdir, başımıza gətirdikləri bu qədər müsibətdən sonra murdar erməninin müqəddəs torpaqlarımızda qalıb yaşaması, Vətənin təmiz havasını çirkləndirməsi heç insafdan deyil. Qoy, öz xoşları ilə çıxıb hansı cəhənnəmə istəsələr, getsinlər - onlardan bizə «vətəndaş» olmayacaq.

Artıq vaxtdır, erməniyə demək lazımdır: «Ay gədə, kamançanı da götür, rədd ol burdan…»
azpolitika
 
 
 
Ardını oxu...
Hüquq ədəbiyyatlarında bu anlayış tarixi zərurətdən doğan bir termin olmaqla "hakimiyyətin qəsbi", "səlahiyyətlərin mənimsənilməsi" və digər aspektlərdə nəzərdən keçirilir. Ümumi mənada isə "hakimiyyətin mənimsənilməsi" dövlət əhəmiyyətli siyasi, strateji və s. gücün əxzini və yaxud belə bir gücün dövlət səlahiyyətinin ziddinə istifadəsini özündə ehtiva edir. Müxtəlif formasiyalardan asılı olaraq bu proses hər dövrdə fərqli modellərdə həyata keçirilmişdir. Birinci olaraq, bu tendensiya bizim eradan əvvəl 4-cü minillikdə, ilk dəfə siyasi vahid kimi dövlət parametrlərinə uyğun olan qədim Misirdən başlamış və keçmiş fironun adından kəsilən pul sikkələrinin və digər atributiv nəsnələrin yeni fironun adına dəyişdirilməsində ifadə olunmuşdur.

Bu gün müasir anlamda, rusca «узурпация власти», ingiliscə “usurpation of power” kimi istifadə olunan bu termin, öz etimologiyasını qədim latın dilindən "usurpare" sözündən almışdır. İlk vaxtlar mənası "istifadə etmək" olsa da, sonradan Roma imperiyasında "hakimiyyətin mənimsənilməsi", "hakimiyyətin ələ keçirilməsi" kimi fərqli kontekstlərdə öz əksini tapmışdır. "Hakimiyyətin qəsbi" istilahı isə o dövr üçün siyasi rəhbərliyi zor gücünə devirməkdə ifadə olunaraq b.e. 4-cü əsrin ikinci yarısında Böyük Roma İmperiyasının ciddi siyasi böhran keçirdiyi və dağılma ərəfəsində olduğu vaxtda aktual olmuşdur. Belə ki, o dönəm eyni zamanda siyasi gücləri olan və adətən hərbi çevriliş və yaxud vətəndaş müharibəsi yolu ilə iqtidarı ələ keçirən şəxsin hərəkəti "məşru hakimiyyət", məğlub şəxsin (usrpator) hərəkəti isə "hakimiyyətə qəsb" kimi qiymətləndirilirdi.
Bu gün hakimiyyətin mənimsənilməsi termininin ifadə etdiyi məna isə tam fərqli kontekstdə olmaqla demokratik siyasi rejimin normativ tələblərindən biri kimi çıxış edir və müxtəlif dövlətlərin ana qanununda müxtəlif formada ifadə olunub (Türkiyə Anayasasında "Türk xalqının hakimiyyəti heç bir şəxs, zümrə və ya sinfə həvalə edilə bilməz", Rusiya Federasiyasının Konstitusiyasında "hakimiyyətin ələ keçirilməsi və ya mənimsənilməsi federal qanunlarla məsuliyyət yaradır" və s.).

Əksər dövlətlər kimi, Azərbaycan Respublikası da bu məsələni öz ali qanunvericilik aktında nəzərdə tutmuşdur. AR Konstitusiyasının 6-cı maddəsinə əsasən Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı ən ağır cinayətdir.
Ancaq respublikanın cinayət qanununda "hakimiyyətin mənimsənilməsi" deyə bir cinayət əməli nəzərdə tutulmamışdır. Bildiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır.

Yəni, Cinayət Məcəlləsində nəzərdə tutulmamış heç bir əməl cinayət deyil.

Bəs bu norma nəyi ifadə edir?

"Mənimsəmək" sözü leksik mənasına görə "hazır olan, formalaşan bir şeyə sahiblənmək" mənasını verir. Sözügedən maddənin "Xalq Hakimiyyəti" fəslində əks olunması onu bildirir ki, hakimiyyəti formalaşdıran, onun mənbəyi xalqdır, yəni hakimiyyət xalqındır və xalq öz hakimiyyətini müxtəlif dövlət orqanları vasitəsilə həyata keçirir. Onun qeyri bir yolla əxzi anti-konstitusiondur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan, eyni zamanda bir neçə, müxtəlif obyektləri olan cinayət əməlləri hakimiyyətin mənimsənilməsi ilə müşayiət oluna bilər, yəni Konstitusiyanın bu normasında bir az məcaziliyə yol verilməklə sözügedən "cinayət"in obyekti qismində xalq hakimiyyəti, zərərçəkmişi qismində isə xalq göstərilir. Obyektiv olaraq isə, "hakimiyyətin mənimsənilməsi" aşağıdakı halları özündə ehtiva edir:

1. Dövlət hakimiyyəti səlahiyyətlərinin hər hansı bir yolla ələ keçirilməsi;
2. Konstitusiyadan irəli gəlməyən dövlət səlahiyyətlərinin həyata keçirilməsi;
3. Hakimiyyətin bölgüsü mexanizminə zidd olaraq bir dövlət orqanının səlahiyyətlərinin digər dövlət orqanı tərəfindən mənimsənilməsi;
4. Dövlətin verdiyi səlahiyyəti şəxsi güc kimi istifadə etmək (adətən, güc strukturları)
5. Vəzifə səlahiyyətlərini aşmaqla müxtəlif hərəkətlərin edilməsi;
6. Konstitusion quruluşa zidd olaraq iqtidarı ələ keçirmə və ya buna cəhd etmə.
BDU məzunu hüquqşünas
Elvin Hüseynov
 
Ardını oxu...
Boş platformalar həmişə belə olur: yayda isti, qışda soyuq...

Təsəvvür edə bilmədiyiniz bəxtəvərliyin nə vaxtsa sizə də qucaq açacağınıza inanırsınız hələ? Xəyallarınızın taleyinizə yazıldığına necə də əminsiniz, bilirəm. Bütün insanlar belədir: mən də, sən də, axtardığımız “O” da.

Doğulandan bəri arzuladığımız xoşbəxliyə bir gün qovuşacağımıza uşaq kimi ümidlər böyüdürük. “Bəlkə də, həmin gün yaxındadır”, - deyirik. Həftəsonu, ya da elə sabah yuxudan oyananda üz-üzə gələcəyimizə o qədər əminik ki.

Bu şəhər kasıblarla doludur, hamısının da arzuları bitib-tükənmir. Ancaq onlar bu arzuların bəzilərini yola çıxarkən itiriblər, bəzilərini də əllərindən alıblar. Kasıblar insanların malını, varlılar isə haqqını oğurlayırlar.

Bitməsini istəmədiyimiz oyunun son dəqiqələri kimi maraqlıdır həyat. Hərçənd, ölənə kimi cavabını tapmağa çalışdığın bircə sual olur və hər gün həmin cavabı axtarmaq üçün oyanırsan yuxudan. Başlayırsan daşlı-kəsəkli küçələrlə vağzala doğru qaçmağa ki, axırıncı qatarı buraxmayasan.

Yuxudan vaxtsız qalxmağın işgəncələri ayağına dolaşır, addımlaya bilmirsən. Gah bütün uğursuzluqlarına görə kasıblığını daş-qalaq edirsən, gah da yarımçıq qalan yuxunu xatırlamaq üçün yaddaşınla güləşirsən.

Boğazın quruyub, axşamdan siqaretin qurtarıb. Evdən çıxanda heç çay da içməmisən. Tək yaşayırsansa, həyatda bəzi şeylərdən vaz keçməlisən, məsələn, səhər yeməyindən. Bəzi şeyləri isə heç vaxt unutmamalısan - saatın zəngi kimi. Özümüz seçdiyimiz şeylər məhv edir bizi.

Dükana girib siqaret alas an, bəlkə? Ancaq vaxtın az qalıb, bir az da büdrəsən, sonuncu vaqon da küsüb gedəcək. Axı bu qatar əvvəlkilərə bənzəmir, çox sürətlidir, ömür kimi tez ötüb-keçir stansiyadan. Cəmi bircə dəfə şans verir ki, əyləşəsən. Yoxsa gecikmiş məhəbbətlərin kimi arxasınca baxıb heyfislənməkdən başqa qazancın qalmır.

“Sabahın xeyir, balaca” deyib, səkidə səndən pul istəyən qaraçı uşağı ilə salamlaşır, yoluna davam edirsən. “Nə qəşəngdir, elə deyilmi? Bir azca saçını darasaydı, üzünü yuyub o da məktəbə getsəydi, daha gözəl görünməzdimi? Ancaq o, belə daha xoşbəxtdir, bəlkə də. Nə itirdiyi, nə də axtardığı kimsə olacaq ömrünün sonuna qədər. Səkilərdə doğulub, səkilərdə böyüyəcək, elə burada da öləcək”.

Stansiyaya yaxınlaşanda saçını, sonuncu dəfə geydiyi paltarı xatırlayırsan. Axırıncı eşitdiyin addım səslərini yada salırsan. Mülkədarlar bahalı restoranlarda, konsert zallarında ömür boyu gözlədikləri o səsi, simanı axtarırlar, kasıblar isə avtobuslarda, qatarda, metro vaqonlarında.

Evdən düz vağzala kimi gördüyün üzlər hər gün təkrarlanır: dəyişməyən xarakterlər, eyni vaxtda küçələrə axışan işçilər və eyni saatın zənginə oyanan kasıblar. Təkcə geyimlər dəyişir. Dünən qara qısa ətək geyinən rus qızı bu gün topuğuna qədər paltarlarla silahlanıb. Qarşında oturan ortayaşlı qadın da yenə yarımçıq qalan yuxusunu qucağına alıb mürgüləyir.

İndi sonuncu sərnişini gözləyirlər. Birazdan paravozun fiti çalınacaq, qapıları kasıbların üzünə bağlayacaqlar. Sən isə hələ də qaçırsan stansiya boyunca. İnanırsan ki, platformanın sonunda O da səni gözləyir. Ancaq yanılırsan, dostum. Boş platformalar həmişə belə olur: yayda isti, qışda soyuq...

Xəzər Əlizadə,

AYNA üçün

Müəllif: Ayna.az
 
 
 
Ardını oxu...
“Naxçıvan bizim “axilles dabanımızdır”, tamamilə İrana birləşdirilməlidir”.
İranın nüvə danışıqları üzrə nümayəndə heyətinin keçmiş üzvü, İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zuhtəvənd belə deyir.
Bir neçə gün öncə Ə.Zuhtəvəndə aid olduğu deyilən səs yazısı yayılıb. Səs yazısında Zuhtəvəndin Azərbaycan və Türkiyəyə aid kifayət qədər açıq, həm də İranın gerçək niyyətini ortaya qoyan fikirləri yer alır.
Zuhtəvəndi deyir:
- Türkiyə ilə strateji müttəfiqliyi, hətta strateji ortaqlığı düşünə bilmərik;
- Cənubi Qafqaz bizim “təsir dairəmizdir”;
- Azərbaycan qorxulu fenomendir və bizim üçün potensial təhdiddir;
- Naxçıvan tamamilə İrana ilhaq edilməkidir, Naxçıvan bizim “axilles dabanımız”dır;
- Türklər Zəngəzuru almaq, bizim Ermənistanla olan bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər, bu məsələdə Xamneyi xəbərdarlıq etdi, lakin türklər belə xəbərdarlıqları çox da diqqətə almazlar;
- Ermənilər İranın müttəfiqidir, tarix boyunca belə olub;
- Azərbaycan deyə bir yer yoxdur, azərbaycanlılar İran azəriləridir (burada “azəri” kəlməsi Kəsvərinin “farsdan dönmə” iddiasının davamı olaraq səslənir);
- Azərbaycan yenidən İrana birləşdirilməlidir, ilhaq edilmədiyi müddətdə xərçəng kimi İranın başına bəla olacaq;
Zuhtəvəndinin dediklərini şəxsi fikri kimi təqdim edə bilərlər, yaxud İran çətinə düşəndə “rəsmi mövqeyimiz deyil” iddiasından çıxış edə bilər, hərçənd, Tehranın Azərbaycan siyasəti fonunda cənub qonşumuzun gerçək niyyətinin məhz bu olduğu şübhəsizdir. Hələ 90-cı illərdə Xomneyi “kiçik böyüyə birləşməlidir” tezisindən çıxış edir, Azərbaycanın İrana birləşdirilməsi iddiasını aktuallaşdırırdı. Cənubdan Azərbaycana qarşı həyata keçirilən siyasətin təməlində də həmişə bu dayanıb.
Zuhtəvənd adi diplomat deyil, Xamneyinin siyasi müşavirlərindən biridir, həmçinin, Qüds birliyində düşüncə mərkəzində çalışır və İranın siyasətinin müəyyənləşməsində iştirak edir. Onun fikirləri əslində İran rejiminin Azərbaycana qarşı məkrli siyasətinin gerçəklərini göstərir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
İranda Xamaneinin siyasi varisi məsələsi müzakirə olunur. Hətta iddialara görə, dini rəhbərin vəziyyəti o qədər ağırdır ki, onun əvəzinə oxşarı çıxıb rəsmi toplantılara vəz söyləyir.
İddiaların nə qədər doğru olduğunu deyə bilmərəm. Amma gələcək varis məsələsinin tez-tez gündəmə gətirilməsi torbada pişiyin olmasına dəlalət edir. Atalar demişkən, "od yanmasa tüstü də çıxmaz".
Açığını deyim ki, mən şəxsən Xamaneinin tezliklə dünyaya əlvida deyəcəyi ehtimalına sevinmirəm. Əksinə, buna çox üzülürəm. Ona görə yox ki, hər ağzını açanda erməniləri müdafiə edən bu ayətullahi-uzmanın fiziki yoxluğunu böyük faciə olaraq görürəm. Hər birimiz insan olduğumuzdan bir gün mütləq Haqq dərgahına da yürüyəcəyik. Qurani-Kərimdə deyildiyi kimi, “Ondan gəlmişik, Ona da dönəcəyik”. Mütləq zərurətə, təbii ki, nə sevinmək, nə də üzülmək doğrudur. Mən ona görə üzülərəm ki, özü Azərbaycan Türkü olan və özünü dünya şiələrinin lideri sayan bu adam Haqq dərgahına ermənilərin ayətullahı kimi gedəcək. Bəs o sima ilə Allah onu dərgahına qəbul edəcəkmi? Bax, bunu bilmirəm. Allahın işinə də qarışmaq istəmirəm. Özü bilən məsləhətdir.
Heydər Oğuz
Teref.az

 
Ardını oxu...
Alıcılar maraqlı paraleldən danışırlar: “Heç vaxt olmayıb ki, tərəvəz ucuzlaşın, amma yumurta bahalaşmasın”

Adətən olduğu kimi, yayın sonlarına doğru yerli pərakəndə satış şəbəkəsində yumurtanın qiyməti qalxdı. Alıcılar bahalaşmaya təəccüblənmirlər – “bizdə yumurtanın qiymətlərinin bahalaşması pomidorun ucuzlaşmasına paralel gedir”, - deyə bazarlarda insanlar danışırlar.

Müvafiq qurum isə qeyd edir ki, hazırda bu məhsulun kifayət qədər ehtiyatı var və qiymətlər indiki səviyyədən sonra artmayacaq. Baxmayaraq ki, daha da artım gözləmək qəribə olardı - bazarlarda ağ süfrə yumurtasının qiyməti 17 qəpiyə, mağazalarda isə 18-19 qəpiyə qalxıb. Hələ iyul ayında paytaxt mağazalarında süfrə yumurtasının qiyməti 13-14 qəpiyi ötmürdü.

Məlum olub ki, cəmi bir ay yarım ərzində yumurtalar demək olar ki, 40 faiz bahalaşıb. Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli buna səbəb kimi xaricdən gətirilən yem və əlavələrin bahalaşmasını göstərir.

Onun sözlərinə görə, fevral ayından bu yana yumurta dünya bazarlarında 30-40 faiz bahalaşıb və buna görə də bir süfrə yumurtasının istehsalının maya dəyəri 16-17 qəpiyə qalxıb. Bizdə istehsal tələbi üstələyir, qiymətlər bazar tərəfindən tənzimlənir. Yeri gəlmişkən, bir qədər əvvəl - bu ilin may ayında mütəxəssis Azərbaycanda yumurtanın sayının tələbatı 20-30 faiz üstələdiyini, ixrac etməyə çalışdıqları anbarlarda isə tələb olunmamış məhsulların qaldığını da bildirmişdi.

Beləliklə, sual yaranır: Həddindən artıq istehsal şəraitində qiymətlər niyə qalxır? Həqiqətən, nəzəri olaraq, bu vəziyyətdə yumurtalar ucuzlaşmalı idi axı...

Və sonra, yazın sonuna doğru, hökumət idxal olunan yem və yem əlavələrinin qiymətinin artdığını əsas gətirərək, ƏDV üçün vergi tətilləri tətbiq etdi. Vergi moratoriumunun yerli istehsalın maya dəyərini azaltması və bununla da daxili qiymətləri saxlaması nəzərdə tutulurdu. Ümidlər bu qərara bağlanmışdı, lakin M.Həsənlinin bu yaxınlarda verdiyi açıqlamada sensasiyalı təşəbbüsün nəticələri barədə bir kəlmə də yoxdur. Bütün aksent yemin bahalaşmasına edilir.

O deyir ki, yemi qabaqcadan alan iri istehsalçılar itkiləri azaldıb: “Eyni zamanda, bir çox kiçik və orta fermer təsərrüfatları itkiyə yol verməmək üçün öz damazlıq mal-qarasını ixtisar etməli oldular və məhsul istehsalı azaldı. Nəticədə avqustun ortalarından süfrə yumurtasının topdansatış qiyməti 14-15 qəpiyə qalxıb”.

“İndi əksər pərakəndə satış şəbəkələrində yumurtanın pərakəndə satış qiyməti 16 qəpikdir və bu, ötən ilki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu (360 ədəd) 58 manata satılırdı. İndi qarğıdalı 84-85 qəpiyə, buğda 65 qəpiyə alınır, amma süfrə yumurtasının topdansatış qiyməti (1 qutusu 54 manata) keçən illə müqayisədə aşağıdır. Əgər fiziki şəxslər 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırlarsa, bu, istehsalçıların günahı deyil”, - deyə Assasiasiya rəhbəri AYNA-ya açıqlamasında bildirib.

Taxıl idxalının qiymətinin artırılması bu gün Azərbaycanda təkcə quş əti məhsullarının deyil, həm də son vaxtlar unun və çörəyin bahalaşmasına haqq qazandırmaq üçün istifadə edilən əsas arqumentdir. Lakin Rusiyanın özündə (Azərbaycana taxıl tədarükü üçün əsas bazar) taxıl və buğdanın ixrac qiymətləri nəinki aşağı düşdü, əksinə, çökdü. Dünyada taxılın qiyməti də son yeddi ayın ən aşağı səviyyəsinə düşüb.

Süfrə yumurtasının qiymətlərinin uzunmüddətli dinamikasına daha yaxından nəzər salsanız, hazırkı qiymət artımı adi qiymət tendensiyalarından kənara çıxmır.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin sözlərinə görə, Adətən aprel, may, iyun aylarında süfrə yumurtasının qiyməti aşağı düşür, çünki istehsal artır: “Avqustun sonunda qiymətlər qalxır, təklif azalır. Bütün bunlar mövsümi faktorla bağlıdır. İsti mövsümdə, xüsusən yayda quşlar daha yaxşı yumurta verir. Payız və qışda daha zəif olur. Yayın sonundan mart ayına kimi təklif azalır, qiymətlər isə iki dəfə artır”.

AYNA-ya danışan alıcılar da qiymət artımının əhəmiyyətli dərəcədə hiss edildiyini söyləyiblər.

“Bu il xüsusi heç nə baş verməyib. Yumurtalarımız məhz mövsümi meyvə-tərəvəzin qiymətinin aşağı düşməsi ilə paralel bahalaşır. Heç vaxt olmayıb ki, tərəvəz ucuzlaşın, amma yumurta bahalaşmasın”, - deyə evdar xanım Samirə Vəliyeva bildirib.

Başqa bir həmsöhbətimizin sözlərinə görə, ucuz olan mövsümi tərəvəzlər - pomidor, göyərti, yaşıl lobya ilə yumurtanın qiymətinin artması arasında əlaqəni belə izah edib: “Bu zaman yumurta həmişə bahalaşır. Mən uzun müddətdir ki, bir əlaqəni müşahidə edirəm - pomidorun qiyməti ucuzlaşan kimi yumurta bahalaşmağa başlayır. Ola bilsin ki, daha çox alırlar və biznes qiymətləri pozmağa başlayır. Axı bizim əsas yay yeməklərimiz pomidor, lobya və göyərti ilə bişmiş yumurtadır. Tərəvəz ucuzlaşır, insanlar yumurtaya üstünlük verirlər, buna görə də qiymətlər qalxır”.

Doğrudan da, yayın sonunda Bakıda mövsümi tərəvəzlərin qiymətləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb, pomidorun qiyməti isə 4 dəfə - maydakı iki manatdan iyulun ortalarından avqustda 50 qəpiyə düşüb. Eyni zamanda bizim piştaxtalarda süfrə yumurtasının qiyməti təxminən 40 faiz bahalaşıb.

Müəllif: Tanya Samsonova
 
Ardını oxu...
"Köhlənlər"ə uğurlar! Və yaxşı şans arzulayaq: həm püşkatmada, həm də meydanda. Şans heç zaman artıq artıq olmur

Cavab oyununda Çexiyanın “Viktoriya”sına 1:2 hesabı ilə uduzan (Bakıdakı görüş qolsuz bərabərliklə başa çatmışdı) “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədi və indi də mübarizəni Avropa Liqasında davam etdirəcək. Təbii ki, azarkeşlər məyusdur, biz hələ futbolçuların özlərini demirik.

Ağdamlılar Çempionlar Liqasının qrupuna düşə bildiyi 5 il əvvəlki tarixi uğurunu təkrarlamağa yaxın idi. Amma təəssüf ki, birinci hissədən sonra 1:0 hesabı ilə öndə olduğumuz matçı qələbə ilə başa vurmaq mümkün olmadı...

Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”ın yolunda yenə “Viktoriya” ilə pley-offun gözlənildiyi məlum olanda, 2016-cı ildə bu duelin xeyrimizə bitmədiyi çoxlarının yadına düşdü. O zaman ağdamlıların ümumi uğuru üçün cəmi beş dəqiqə kifayət etmədi: çexlər hesabı bərabərləşdirdilər və Bakıda qonaq qolu sayəsində çempionumuzu turnirdən kənarlaşdırdılar. Biz qisas almaq istəyirdik. Amma heyif. Evdə qol vura bilməyərək, səfərdə uduzduq. Baxmayaraq ki, hər şey başqa cür ola bilərdi.

Arxa cəbhə etibarlı olmalıdır

Hesabı Ozobiç açdı və bununla da bizim ürəyimizdə və beynimizdə ən parlaq perspektivləri canlandırdı. Amma qələbəni saxlamaq mümkün olmadı. Qapıçımızın iki kobud səhvi və komandanın bütün zəhməti hədər getdi.
Təbii ki, hər şeydə qapıçını günahlandırmaq düzgün olmazdı. Ancaq bu səviyyədə və intensivlikdə olan matçlarda bəzən hər şeyi həll edən yalnız bir kontrol olur - dünənki oyunda gördüyümüz kimi.

Şahruddin Məhəmmədəliyev bizi təəccübləndirdimi? Əsla yox. İstər ölkədaxili çempionatda, istərsə də beynəlxalq görüşlərdə onun çıxışında buna bənzər hadisələr çox olub. Yayda gürcü qapıçı Quqeşaşvili “Qarabağ”ın sıralarına qoşulanda hamı rahat nəfəs aldı: yaxşı, nəhayət, indi arxa cəbhədən arxayın ola bilərik.

Amma Qurban Qurbanovun öz fikri var idi. Ağdam təmsilçisinin baş məşqçisi hesab edir ki, legioner hələ məsuliyyətli oyunlara yetişməyib və onu ölkə Premyer Liqasında oynadır. Beləliklə, yalnız özünü günahlandıra bilər.

Axı uzun illər toru inamla qoruyan həmin İbrahim Şehiç qapıda olsaydı, onun ifasında belə bir kuryozu çətin ki, müşahidə edə bilərdik.

Avropa turnirlərində zirvələri fəth etməyi qarşısına məqsəd qoyan komanda bütün xətlərdə yaxşı təchiz olunmalıdır. Və daha çox etibarlı qapıçıya sahib olmalıdır. Hər kəs səhv edir, hətta öz sahəsində ən yaxşısı belə. Amma qapıçının etibarlılığı onun “seyv”ləri ilə deyil, daha çox taleyüklü səhvlərin nisbəti ilə müəyyən edilir. Şahruddin bir matçda komandanı bir-iki dəfə xilas edə bilər, hə. Ancaq qapıdan ən uğrusuz çıxışları və mənasız riskli hərəkətləri ilə dərhal etdiklərini unutdura da bilər. Ona görə də Qurbanov Məhəmmədəliyevə bütün simpatiyasına baxmayaraq, arxa cəbhəni gücləndirmək barədə ciddi düşünməlidir.

Problem təkcə Məhəmmədəliyevdə deyil

Amma artıq qeyd etdiyimiz kimi, bütün ölümcül günahlarda yalnız qolkiperi günahlandırmaq ədalətsizlik olardı. “Qarabağ”ın legionerlərinin fonunda yerli futbolçularımızın sadəcə depressiv göründüyünü etiraf etmək nə qədər üzücüdür. Səviyyə fərqi çox böyükdür. Baxmayaraq ki, Azərbaycan millisinin bir çox üzvləri bu gün “köhlən atlar”ın formasında oynayırlar.

Qurbanov nə etməlidir? Komandanı yalnız əcnəbilərdən qurmalıdır? Fikirləşək: azərbaycanlı futbolçulardan hansı Ağdam komandasının oyununu xeyli gücləndirə bilərdi? Faktiki olaraq heç kim. Bəli, Mahir Əmrəlini (“Dinamo Zaqreb”), Namiq Ələsgərovu (“Sabah”), Emin Mahmudovu (“Neftçi”) unutmuruq.

Amma düzünü desək, onlar vəziyyətin tələb etdiyi qədər güclüdürlərmi? Dəyməz. Və milli futbolumuz hələ də aqoniya içində, dəyərli çempionat olmadığı halda, futbol təsərrüfatımızda diletantlar hökm sürdüyü bir vaxtda “Qarabağ”ın bütün uğurlarını belə dəyərləndirəcəyik: bütün bu nöqsanlara baxmayaraq, müəyyən uğurlar qazana bilir.

Şans heç vaxt artıq olmur

Amma nə olursa olsun, bu Avropa mövsümündə keçdiyi yola görə “Qarabağ”a təşəkkür etmək kifayətdir. Zalım tale ağdamlılar üçün ən güclü rəqiblər seçdi.

Qurbanovun yetirmələri yolda Polşa, İsveçrə, Macarıstan çempionlarını bir-bir mübarizədən kənarlaşdırdı. Bunlar daxili çempionatların səviyyəsi bizdən qat-qat yüksək olan ölkələrdir.

Bəli, rəqiblər daha yaxşı təchiz olunmuşdu. Bununla belə, ağdamlılar adını Avropa Liqasının qrup mərhələsinə yazdırdı. Necə deyərlər, xeyirlisi. “Qarabağ” Çempionlar Liqasının qrupunda olsaydı, böyük ehtimalla, çempionumuzun iştirakı ilə daha 6 matça şahidlik edəcəkdik: simpatiyamız nə qədər güclü olsa da, ağdamlılar obyektiv olaraq qrupdan çıxa bilməyəcəkdi.

Amma Avropa Liqasında rəqiblər daha aşağı səviyyədə olacaq. Və kim bilir, püşkatma necə qərar verəcək. Və ola bilsin ki, “Qarabağ” bu il Azərbaycan klublarının Avropa turnirlərində əldə etdiyi ən yaxşı nəticəsini yeniləyə, mümkün qədər daha çox ayaqda qala bilər. Yaxşı, "Köhlənlər"ə uğurlar!

Və yaxşı şans arzulayaq: həm püşkatmada, həm də meydanda. Şans heç zaman artıq artıq olmur.

Müəllif: Vüsal Əliyev
ayna.az
 
Ardını oxu...
...1828-ci ildə rusarlarla Qacarlar arasında bağlanan "Türkmənçay Müqaviləsi"ndən sonra I Nikolay fərman verdi ki, bütün yazışmalarda, bütün sənədlərdə, hətta şifahı nitqdə İrəvan və Naxçıvan, eləcə də İğdır erməni vilayətləri adlanmalıdır. O tarixdən bu yana yazılan bütün rus sənədlərində belə yazıldı. Və rusların işğalçı kopyası olan avropalılar da bizim torpaqları belə yazdılar. İndi dünya arxivləri 200 il əvvəl əsası qoyulmuş bu yalanla, bu kimi həyasızlıqlarla doludur.
İrəvan qalasının erməniləşdirilməsində, bizim ağaların varidatının müsadirə olunmasında, sürgün edilməsində gürcülər rusa və erməniyə xidmət etdilər. Rusu Qafqaza dəvət etmiş gürcülər işğala qapı açdılar və oğruya bələdçilik etdilər.
Bu, tarixdir... sənədlər saysızdır... danılmaz gerçəkdir...
Mən də bu tarixə əsaslanan bədii bir yazı üzərində işləyirəm...
Biri gəlib oxuyur və öyüd verir, deyir "yeni cəbhə açırsan"
A kişi, Allaha bax, Peyğəmbərə bax, adam olan öz tarixindən qorxmaz... tarixindən qorxmaq kölgəsindən hürkmək kimi bir xəstəlikdir. Get, özünü müalicə et... öz tarixini bilməyən adamın ağlı, fikri yerində olmaz... ağlı olan bilmədiyini öyrənər, soruşar. Tarix od deyil, yandırmır, təcrübə verir... səni sənə tanıdır... nədən qorxursan? Özünü tanımaqdanmı qorxursan? Kimliyindənmi hürkürsən?
Bu "tövsiyələr" məni düşündürdü... açıb ensiklopediyaya baxdım ki axı bu qorxu nədir? Birinci cümlə belə yazılmışdı: qorxu məlumatsızlıqdan doğur. Mübahisəli olsa da çox maraqlı rəydi: demək, qorxu həm də məlumatsızlıqdan doğur.
Məsələn, məlumatsız adam qaranlıq otaqda təhlükə görər və qorxar. Lakin biz evimizin qaranlıq otaqlarında rahat dolaşa bilirik və əlimizi əminliklə işığın düyməsinə basırıq. Çünkü bu qaranlıqdan qorxmuruq... bu qaranlığı tanıyırıq... bu qaranlıq bizə aydındır...
Avropa xalqları yüzillərlə bir-biri ilə savaşmışlar. Bu gün dostdurlar, ən azı bir ittifaqdadırlar. Bunu bilməyən.... qorxar. Bu savaşlar haqqında yüzlərlə kitab yazıldığını, bu gün də nəşr edildiyini, filmlər çəkildiyini, dərsliklərə salındığını və bu mövzuda daima yeni əsərlərin yazıldığını bilməyən... qorxar.
Özgə tarixini və öz tarixini bilməyən tarixdən qorxar.
"Yazıçı ölkənin siyasətini müəyyən etmir" kimi bir gerçəyi bilməyən... yazıdan qorxar. Gürcü fikir adamlarının "biz o vaxt səhv etdik, rusu özümüzə düşmən gətirdik" etiraflarını bilməyən... qorxar.
Azərbaycan insanı arasında hər şeydən qorxan bir təbəqə var. Bu təbəqə xalqın xəstə əzasıdı. Bunlar fikir bildirməkdən, hətta fikir dinləməkdən, başqasının fikrini oxumaqdan belə qorxurlar.
Bu təbəqə səsini qaldırmaqdan, avtobusda siqaret çəkən sürücüyə etiraz etməkdən qorxur. Bahalıqdı, deməkdən qorxur, quru sərhədlər niyə bağlıdı, deməkdən qorxur, maaşım azdı deməkdən qorxur, acam deməkdən qorxur. Təşkilat üzvü olmaqdan qorxur, bu yerdə hətta tük salır... amma müxalifəti tənqid edir ki... elə demə, belə de...
Hətta yazıçıya öyüd verir ki, filan mövzuda yazma... qonşu ilə aramız pozular, yeni cəbhə açırsan... filan...
Adam, sənin, mənim yazdığımı oxumaqdan qorxur. Və utanmadan, öz halını anlamadan ona, buna nəsihət verir.
Bunlar xalqın bütöv orqanizmində qorxudan ölmüş, bitmiş hüceyrələrdir. Ölü hüceyrələr orqanizmi əldən salar, xəstə edər, yorğun, taqətsiz edər... ki gözlə görünməkdədir...
Adam, sən yazma, tarixini oxuma, qorx, ölü cansan, zatən. Yazana öyüd vermə, get, qorxunla uğraş... və get başımdan... səni o günə salanın böyrünə qısıl...
Tarixindən qorxmaq isə deyim ki, bəlkə insanlığın ən böyük müsibətidir. Bax, biz hazırda o müsibətin içindəyik...
s.a. Gözünün odu alınmış bu təbəqədə kişilərin sayca çox olması da bir ayrı dərddir...
 
 
 
Ardını oxu...
Rusiyada tanınmış ultrasağçı filosof və Ukrayna ilə müharibənın ideoloqu Aleksandr Duqinin qızı, təbliğatçı Darya Duqinanın məhz kim tərəfindən öldürülməsi mövzusunda spekulyasiyalar davam edir. Həmçinin sui-qəsdin əsas hədəfinin kim – Daryanın özü, yoxsa atasının olmasına dair müxtəlif versiyalar var. Bazar ertəsi səhər FTX-nin rəsmi versiyasına görə, hədəf məhz Duqinin qızı olub və “cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib”. Çekistlərin versiyasına görə, onun icraçısı Ukrayna vətəndaşı Natalya Vovkdur, o, qətldən sonra Estoniyada gizlənib.

Versiya bolluğu

FTX-nin versiyasına görə, qadın iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya daxil olub. Moskvada Daryanın yaşadığı binada mənzil kirayələyib və qətl günü qızı ilə birlikdə “Ənənə” festivalına gedib. Bundan sonra sui-qəsd baş verib. Sonra qadın tələsik Rusiyanı tərk edib. Rusiya mətbuatı da iddia edir ki, Vovk Ukrayna Silahlı Qüvvələrində, hətta “Azov” alayında xidmət edib. “Azov” özü bu iddiaları təkzib edir.

Krımın anneksiyasından keçən 8 il ərzində Rusiya güc qurumlarının işğala qarşı çıxan Krım tatarlarına və yarımadanın digər dinc sakinlərinə qarşı repressiyalara haqq qazandırmaq üçün “Krım təxribatçıları” haqqında miflər yaratdığını nəzərə alsaq, FTX-nin hər hansı məlumatna nə dərəcədə inanmaq olar? Lakin indiki halda söhbət uydurma yox, real qətldən gedir.

Maraqlıdır ki, rəsmi versiyanın ortaya çıxdığı ərəfədə Duqinə qarşı sui-qəsdə və onun qızının ölümünə görə məsuliyyəti özünü Rusiyanın yeni partizan hərəkatı elan edən Milli Respublika Ordusu öz üzərinə götürüb. Hərəkat Vladimir Putini “hakimiyyətin qəsbkarı və hərbi cinayətkar”, rusiyalı məmurları və onlarla əlaqəli olan biznesmenləri, güc qüvvələrini məhv edilməli olan qəsbkarın əlaltıları elan edib. Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryov bildirib ki, bu partizan təşkilatının fəalları sui-qəsddən öncə onunla əlaqə saxlayıblar.

Eyni zamanda, bir sıra ukraynalı və rusiyalı şərhçilər konspiroloji versiya irəli sürüblər ki, FTX Rusiyada repressiyaları əsaslandırmaq, ya da əksinə, terror yolu ilə ölkədə çevriliş təşkil etmək üçün özü Duqini aradan götürməyə çalışıb. Bu versiya ilə Rusiya təbliğatçıları da çıxış edirlər. Belə ki, keçmiş casus Andrey Bezrukov bildirir ki, Duqinanın qətlinin arxasında Britaniya xüsusi xidmət orqanları dayanır və onların razılığı olmadan “ukraynalılar” Podmoskovyedə terror aktını təşkil etməyə heç vaxt cəsarət etməzdilər. Bununla əlaqədar o, Şimali Koreyadan nümunə götürərək nüvə şantajını gücləndirməyə çağırır.

FTX üçün problem

Əslində, Darya Duqinanın ölümündə kimin əlinin olmasını demək kifayət qədər çətindir – xüsusilə nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna təkcə birbaşa silahlı qarşıdurmaya yox, həm də amansız informasiya müharibəsinə cəlb olunublar. Ancaq mənə elə gəlir ki, “FTX-nin yaratdığı müqəddəs qurban” haqqında versiya az ağlabatandır.

Əvvəla, repressiyaya bəraət qazandırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının bu cür əməliyyat keçirməsinə ehtiyac yoxdur. Rusiyada “feyklər” haqda yeni qanunların əsasında rus ordusuna qarşı repressiyalar həyata keçirilir və görünür, sosial şəbəkələrin monitorinqi texnologiyaları təkmilləşdikcə onlar daha da kütləvi hal alacaq. Bundan əlavə, artıq qeyd edildiyi kimi, tammiqyaslı hərbi təcavüzün başlanmasından xeyli əvvəl “ukraynalı diversantlar” haqqında ortaya çıxan çoxsaylı “feyklər” göstərir ki, FTX-ya repressiyalar üçün bəhanə yaratmaq lazım olduğunda, son illər o, terror aktlarının qarşısının uğurla alınması illüziyasını yaratmağa üstünlük verir.

İndiki halda, qətlin Podmoskovyedə, rusiyalı məmurların iqamətgahlarına yaxın baş verməsi faktının özü FTX-nin uğursuzluğundan başqa bir şey deyil. Uğurlu sui-qəsd onların gücsüzlüyünün göstəricisi oldu, deməli, qaçılmaz olaraq cəmiyyətdə panik əhval-ruhiyyənin artmasına gətirib çıxaracaq ki, bu da hakimiyyətə qətiyyən lazım deyil. Bundan əlavə, düşmənin istənilən uğurlu əməliyyatı dərhal təqlidçi kütləsi yaradır və digər adamları da mübarizəyə ruhlandırır. Ən azı son 10 ildə xüsusi xidmət orqanlarının terrorla mübarizə bölməsinin əsasən fərqli düşünənlərlə haqq-hesab çəkməklə məşğul olduğunu və əsl terrora qarşı mübarizə vərdişlərini itirdiyini nəzərə alsaq, belə versiya FTX üçün arzuolunmazdır.

Müharibə Rusiya ərazisinə keçir

Rusiya hakimiyyəti daxilində gizli qrupun bu şəkildə fəaliyyət göstərməsinə dair versiyanı da inandırıcı hesab etmirəm. Əvvəla, Rusiya güc strukturları Putin rejiminin iflasını şəxsən özləri üçün təhlükə hesab edirlər. Çünki belə olduğu halda, öz cinayətlərinə görə cavab verməli olacaqlar. İkincisi, əgər hakimiyyət daxilində belə bir qrup olsaydı, o, daha ciddi fiqurların aradan götürülməsilə məşğul olardı. Darya Duqinanın və atasının məhv edilməsi üçün belə bir qrupun heç bir mənası yoxdur. Bundan əlavə, bu sui-qəsddən sonra həyata keçiriləcək əks-terror tədbirləri daha ciddi aksiyaları qeyri-mümkün edəcək.

“Ukrayna izi”nə gəlincə, aydındır ki, müharibə şəraitində heç nəyi istisna etmək olmaz. Həm Darya, həm də atası Ukraynaya hücumun fəal təbliğatçıları və ideoloqları olublar. Tamamilə mümkündür ki, məhz onların “öldürmək” çağırışları öz təcəssümünü bu cür tapıb.

Lakin mənim fikrimcə, bu cür peşəkar işi yerlərdə yaxşı agentura şəbəkəsi olmadan kənardan gələn adamlar həyata keçirə bizməzdi. Odur ki, yeni yaranan partizan hərəkatı haqda versiyanı tamamilə real hesab edirəm.

Bu yerdə rusiyalılar tərəfindən hərbi komissarlıqların və çağırış məntəqələrinin yandırılmasını yada salmaq olar. Dolayı məlumatlara görə, Rusiyada kifayət qədər çox sayda adam əslində müharibəyə qarşı çıxır, rusiyalıların əsas kütləsi müharibəni görməməyə və “əvvəlki kimi” yaşamağa çalışır, konformizmdən irəli gələrək hakimiyyəti dəstəkləyir. Belə atmosferdə bu cür qorxutma aksiyaları təbliğatçıların arzuladığı kimi “əhalinin birliyi”nə yox, indiki vəziyyətdə Kremlin əleyhinə işləyən təşvişin səviyyəsinin artmasına gətirib çıxaracaq.

Kseniya Kirillova
Center for European Policy Analysis (CEPA) və Jamestown Foundation eksperti, ABŞ

Mənbə: Turan.az
 

Dünyapress TV

Xəbər lenti