AVRO-2024: D və E qrupunda gərgin mübarizə vəd edən görüşlər - AFİŞA
Bu gün AVRO-2024-ün D və E qruplarında mübarizə aparan komandalar meydana çıxacaqlar.

Oxu.Az xəbər verir ki, günün böyük maraqla gözlənilən görüşündə Niderland Fransanı qəbul edəcək. Digər oyunlarda isə Polşa Avstriya ilə, Slovakiya isə Ukrayna ilə üz-üzə gələcək.

Hazırda aktivində hərəyə 3 xalı olan Niderland və Fransa milliləri liderlik postunu ələ keçirmək və növbəti mərhələyə yüksəlmə şansını artırmaq üçün bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar. Nominal meydan sahiblərinin üstünlüyü isə Fransanın hücum xəttində Kilian Mbappenin yoxluğu olacaq. Təcrübəli futbolçu burnundan aldığı xəsarət üzündən görüşü buraxmalı olacaq. Niderlandlılar isə fürsətdən layiqincə yararlanmağa çalışacaqlar.

D qrupunun digər görüşündə isə xalsız olan Polşa və Avstriya milliləri qarşılaşacaqlar. Hər iki komanda xal ehtiyatını artıraraq növbəti mərhələyə yüksəlmək niyyətindədir.

E qrupunda isə Slovakiya ilə Ukrayna milliləri üz-üzə gələcəklər. Belçika ilə görüşdə inamlı təsir bağışlayaraq qalib gələn slovakiyalılar Ukrayna ilə görüşdə də etimadı doğrultmağa çalışacaqlar. Rumıniya ilə matçda gözlənilmədən böyük hesabla məğlub olan ukraynalılar isə bu dəfə azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar.

21 iyun

Slovakiya - Ukrayna

Saat 17:00, "Merkur Spiel-Arena"


Polşa - Avstriya

Saat 20:00, "Olympiastadion"


Niderland - Fransa

Saat 23:00, "Red Bull Arena"
 

Bölmənin digər xəbərləri

28 İyun 2024 Türkiyə millisi AÇ-2024-də nə qədər gəlir əldə edib?
28 İyun 2024 Yeni mövsümün ilk "El-Klasiko"sunun vaxtı bəlli oldu
27 İyun 2024 Güləşçilərimiz erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular
27 İyun 2024 AVRO-2024: 1/8 final cütləri bəlli oldu
27 İyun 2024 AVRO-2024:Türkiyə Çexiyanı məğlub edərək 1/8 final mərhələsinə yüksəlib
27 İyun 2024 AVRO-2024:Gürcüstan Portuqaliyanı məğlub edib
27 İyun 2024 Ukrayna qrupda qaldı –AVRO-24
26 İyun 2024 AVRO - 2024: İngiltərə qrup lideri oldu
25 İyun 2024 AVRO-2024: İspaniya B qrupunda maksimum nəticə göstərib
24 İyun 2024 AVRO-2024: Almaniya qrup lideri olaraq, İsveçrə isə ikinci pillədən 1/8 finala yüksəldi
24 İyun 2024 Amerika Kuboku: ABŞ Boliviyanı, Uruqvay isə Panamanı məğlub edib VİDEO
22 İyun 2024 Fransa bayrağı Kilian Mbappenin xüsusi maskasına mane olub
22 İyun 2024 AÇ-2024: Avstriya Polşadan üstün oldu
21 İyun 2024 AVRO-2024: İspaniya 1/8 finala yüksəlib
21 İyun 2024 İdmançımız Avropa çempionu oldu (FOTO)
20 İyun 2024 Traktor klubunun sahibi İran dövlət televiziyasında kluba qarşı ayrı-seçkiliyinə son qoyulmasını tələb edib
20 İyun 2024 Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib
20 İyun 2024 AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç bitdi
20 İyun 2024 AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb
19 İyun 2024 Ermənistan millisi azərbaycanlı hakimə görə yarışdan imtina etdi

Dünyapress TV

Xəbər lenti