Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb.

Karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi kitaba əlavə olunub.

Xatırladaq ki, o, 2006-2016-cı illərdə fərdi karate (Kumite) üzrə 5 dəfə dünya çempionu olub.

Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), iki dəfə -75 (2010 və 2016) və bir açıq çempionluq (2008) qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə doqquz dünya çempionatı medalı qazanıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirib. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb, qızıl medala sahib olub. \\Bakupost.az
 

Bölmənin digər xəbərləri

24 İyun 2024 AVRO-2024: Almaniya qrup lideri olaraq, İsveçrə isə ikinci pillədən 1/8 finala yüksəldi
24 İyun 2024 Amerika Kuboku: ABŞ Boliviyanı, Uruqvay isə Panamanı məğlub edib VİDEO
22 İyun 2024 Fransa bayrağı Kilian Mbappenin xüsusi maskasına mane olub
22 İyun 2024 AÇ-2024: Avstriya Polşadan üstün oldu
21 İyun 2024 AVRO-2024: D və E qrupunda gərgin mübarizə vəd edən görüşlər - AFİŞA
21 İyun 2024 AVRO-2024: İspaniya 1/8 finala yüksəlib
21 İyun 2024 İdmançımız Avropa çempionu oldu (FOTO)
20 İyun 2024 Traktor klubunun sahibi İran dövlət televiziyasında kluba qarşı ayrı-seçkiliyinə son qoyulmasını tələb edib
20 İyun 2024 Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib
20 İyun 2024 AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç bitdi
20 İyun 2024 AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb
19 İyun 2024 Ermənistan millisi azərbaycanlı hakimə görə yarışdan imtina etdi
19 İyun 2024 AVRO-2024: Türkiyədən möhtəşəm qələbə
19 İyun 2024 Arda Gülərdən fantastik qol - Video
19 İyun 2024 Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər dava edib
18 İyun 2024 AVRO-2024: Ukrayna böyük hesabla uduzdu
18 İyun 2024 ABŞ çempionatında 157 km/saat sürətlə uçan top rəqibin qolunu sındırdı
17 İyun 2024 Matç öncəsi İngiltərə azarkeşləri serblərə hücum ediblər
17 İyun 2024 AVRO-2024: İngiltərə millisi turnirə qələbə ilə start verib
17 İyun 2024 Niderlandlı qolkiper 60 illik rekordu yenilədi

Dünyapress TV

Xəbər lenti