“Qurtuluş 93”də ağacları kəsib obyekt tikirlər, sakinlər narazıdır – Fotolar
“Qurtuluş 93”də ağacları kəsib obyekt tikirlər, sakinlər narazıdır –Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik. May ayının 27-də Yeniavaz.com-da dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunurdu ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, - deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunurdu.

Sözügedən ərazidə yaşayan sakinlər bir daha Yeniavaz.com-a müraciət ediblər.

Onların sözlərinə görə, nəinki daha əvvəl quraşdırılan dəmir dirəklər sökülüb, hətta obyektin tikintisi daha da sürətlənib.
Sakinlər sözügedən ərazidən lentə aldıqları görüntüləri və fotoları da redaksiyamıza təqdim ediblər.
Kadrlarda tikintinin davam etdiyi açıq-aydın görünür. Həmin görüntüləri və fotoları təqdim edirik:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718889376_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718889376_3.jpg
Məsələ ilə bağlı yenidən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Seymur Qasımbəyli Yeniavaz.com-a bildirib ki, sözügedən əraziyə iyunun 19-u səhər saatlarında baxış keçirilib və qeyri-qanuni tikinti dayandırılıb:
“Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”.
S. Qasımbəyli qeyri-qanuni tikintinin sökülməsi işinin İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718889376_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718889376_5.jpg
 

Bölmənin digər xəbərləri

28 İyun 2024 Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...
28 İyun 2024 “Azərpoçt”da töhmət almış Rövşən Rüstəmov ADY-ni düzəldəcək? – Araşdırma
28 İyun 2024 Biləsuvarda Prezidentin tövsiyyələrindən hələ də bir nəticə çıxara bilməyiblər
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?..
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?.. - İDDİA
27 İyun 2024 Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB... - HƏQİQƏTƏN DƏ...
27 İyun 2024  Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - ŞOK FAKTLAR
27 İyun 2024 Nizami rayonunda TAM YİYƏSİZLİKDİR... - BU NƏDİ BELƏ?!
27 İyun 2024 İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?
27 İyun 2024 Xətai Tib Mərkəzində nə baş verib? – 30 ilin müəlliməsi həkimdən şikayətçidir
27 İyun 2024 Kriminalı “yemləyən” məmur-sahibkarlar Rüstəm Şahbazov və “klinker canavarı” Cavidanla bağlı şok faktlar....
27 İyun 2024 Maliyyə Nazirliyində kadr müəmması - İLGİNC FAKTLAR
27 İyun 2024 "Respublikanski"də həkimlərin hüquqları pozulur: Həmkarlar İttifaqının sədri vəzifəsini direktor əvəz edir
26 İyun 2024 Burda hər an HƏKİM ÜSYANI ÇIXA BİLƏR... - NƏ BAŞ VERİR?
26 İyun 2024 GemZA-nın rəhbərinə cinayət işi açılıb – Avropa bankını aldadıb?
26 İyun 2024 Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - Rəsmi AÇIQLAMA
26 İyun 2024 Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ... - Mətləb Hüseynov NƏZARƏTSİZ QALIB?
26 İyun 2024 “Bank of Baku” necə tələyə salır?.. - İLGİNC FAKTLAR
26 İyun 2024 İcra başçısı 1 ildə 1 milyondan çox pul xərclədi... -
25 İyun 2024 Bələdiyyə sədri vətəndaşın torpağın ələ keçirərək SATIB... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti