Qazaxıstanın Türküstan şəhərində «Voice of Turan-2024» (Turanın səsi - 2024) mahnı müsabiqəsi keçirilib, yarışın qalibi Ermənistandan olan müğənni Suzanna Melkonyan olub. Ermənistanı təmsil edən Suzanna Melkonyan «Voice of Turan» musiqi müsabiqəsində Qazaxıstanın beynəlxalq mahnı festivalı çərçivəsində qalib gəlib. Bu barədə müğənni Instaqramda məlumat verib. Festivalın təşkilatçıları Qazaxıstan müəlliflərinin əsərlərinin populyarlaşdırılmasını və «müqəddəs Türküstanı türk dünyasının mənəvi paytaxtı kimi tanıtmağı» adlandırıblar. Müsabiqə iştirakçıları qazaxıstanlı sənətçilərlə duet ifa etdilər, sonra qazax mahnısı ilə çıxış etdilər. Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Indoneziya, Ispaniya, Kuba, Venesuela, Qırğızıstan, Özbəkistan, Rusiya, Belarus, Kipr, Bolqarıstan və Kosovonun nümayəndələri də iştirak edib. Qazaxıstanda 15-16 oktyabr Ermənistan mədəniyyət günləri keçirilib.