YENƏ QIŞ, YENƏ QAZ LİMİTİ –
Deputat Azər Badamov bu günlərdə dağ rayonlarında təbii qaza qoyulan limitə yenidən baxılmalı olduğunu deyib. Onun dediyinə görə, bu rayonlarda yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar və bu, onların maddi vəziyyətinə daha çox təsir edir.

Ümumiyyətlə, büdcə oğurluğunun, saxtakarlığın, məddahlığın, talançılığın, yalanın və s. limiti olmayan neft-qaz ölkəsində qaza, işığa limit qoyulması əlbəttə ki, izahı çətin olan mövzudur. Lakin belə mövzulara girmədən onu qeyd edə bilərik ki, bizim Tarif Şurası hər dəfə qiymət artımı ilə bağlı qərarlarına sınıq-salxaq izahlar verdiyi kimi, zamanında qaza və işığa limit tətbiqini də müxtəlif bəhanə xarakterli səbəblərlə əsaslandırmağa çalışmışdı. Bunlardan biri də dünya bazarındakı qiymət artımı ilə bağlı idi. Baxmayaraq ki, biz nə elektrik enerjisini, nə də təbii qazı idxal edən ölkə deyilik. Əksinə, Avropa bizdən qaz alır və hasilatımızın, satışımızın artmasını gözləyir. Daxili istehlakımızın isə dünya bazarında baş verənlərdən asılılığı yoxdur.

Yeri gəlmişkən, dünya bazarında nədəsə ucuzlaşma olanda Tarif Şurası bunu görmür və Azərbaycan istehlakçısı da bunu hiss etmir, ancaq artım olanda mütləq hiss etməlidir…

Məlum olduğu kimi, hazırda əhalinin illik qaz istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpikdir (2021-ci ilə qədər 10 qəpik olub). 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpikdir. Ümumiyyətlə, bu hesablamalar necə aparılıb, qiymətlər necə təyin olunub – anlamaq çətindir. Əslində, orta statistik ailənin xronometraj olaraq istifadə etdiyi elektrik enerjisi və qazı ortalama götürmək qətiyyən düzgün deyil. Onu da qeyd edək ki, Azərbaycanda rəsmi statistikanın özü kifayət qədər qüsurludur və bu ortalama göstəricilər də mübahisəlidir…

Heç kimə sirr deyil ki, əgər Azərbaycanda qaz sayğacları kart sistemi ilə quraşdırılmasaydı, yəni, vətəndaş yalnız pulunu əvvəlcədən ödədiyi qazı işlətməyə məcbur olmasaydı, insanların “Azəriqaz”a çox böyük qaz borcları yaranacaqdı. Çünki xüsusilə də qış aylarında indiki qiymətlərlə qaz pulunu ödəmək əhalinin böyük hissəsi üçün müşkül məsələdir.

“Azəriqaz” özü etiraf edir ki, abonentlərin yarıdan çoxu qış aylarında aşağı qaz limitini keçir. Bu isə o deməkdir ki, qazın kubmetrini 20-25 qəpiyə alır. Çoxları 1200 kubluq limiti az qala iki həftəyə işlədib bitirir. Özü də bu, təkcə Badamovun dediyi kimi, dağ rayonlarına aid deyil. Bakının ətraf qəsəbələri demək olar ki, əsasən həyət evlərindən ibarətdir. Burada heç də paytaxtın, yumşaq desək, varlı kəsimi yaşamır. Hələ kirayədə yaşayanları demirik. Bu evlərin hamısı qazla qızdırılır. Belə aşağı gəlirli insanlar üçün kubu 25 qəpiyə qaz almağın nə demək olduğunu anlamaq çətin deyil. Həmin ərazilərdə elə ailələr var ki, aylıq kommunal xərcləri xüsusilə də qazın qiymətinə görə 300-400 manata çatır. Minimum əmək haqqı və pensiyaların 200 dollar olduğu ölkədə kommunal xərclərin bu qədər yüksək olmasını həmin Tarif Şurası necə izah edə bilər görəsən?

Tarif Şurası deyiləndə insanlar konkret vəzifəli şəxsləri yox, daha çox hansısa əlahiddə bir şuranı təsəvvür edir. Reallıqda isə Tarif Şurası faktiki olaraq Nazirlər Kabinetinin bir hissəsidir. Burada iqtisadi və sosial istiqamətlərə məsul olan şəxslər yer alır. Bu artım qərarları isə onların beyninin məhsulundan daha çox ümumilikdə hökumətin apardığı iqtisadi siyasətin - qiymət, cərimə, vergi, rüsum və s. artımı üzərində qurulan və heç bir parlaq iqtisadi gələcək vəd etməyən siyasətin nəticəsidir. Bu siyasət ona gətirib çıxarıb ki, neft-qaz ölkəsi olan Azərbaycanın hökumətinin gözü qışda soyuqdan ölməmək üçün neçəyə də olsa qaz pulu ödəməyə məcbur olan kasıb vətəndaşın cibinə dikilib…

Azərbaycanda deputatların əhalinin real problemlərini səsləndirməsi nadir görünən hadisə olduğundan, Badamovun bu açıqlaması təqdirəlayiqdir. Demək olar, hər il bu mövzu qış ərəfəsində aktuallaşır. Lakin təcrübədən çıxış etsək, çətin ki, Tarif Şurası, yəni hökumət belə çağırışlara, əhalinin narazılılğına və s. məhəl qoya. Çünki indiyə qədər Tarif Şurasının xalqla, əhalinin kasıb təbəqəsi ilə hesablaşdığını görməmişik…

C.Məmmədov

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...” VİDEO
05 Noyabr 2024 Əmək müqaviləsi bağlanılarkən bu şəxslərə sınaq müddəti təyin edilmir
04 Noyabr 2024 Həftədə 5 gün işləyək, yoxsa 4 gün?
04 Noyabr 2024 Kirayə bazarında ağlasığmaz bahalaşmanın səbəbi nədir? - ŞƏRH
04 Noyabr 2024 MTK-lar əhalini soyur: “Onlara pul vermək lazım deyil"
03 Noyabr 2024 Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar - Video
03 Noyabr 2024 Dünya tarihindeki en eski bankacılık sistemi!
02 Noyabr 2024 Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür - Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
01 Noyabr 2024 Zəfər günü əfv olacaq? - AÇIQLAMA
31 Oktyabr 2024 Minimum əməkhaqqı neçə manat olacaq? - Maaşlar artırılacaq
31 Oktyabr 2024 "Mazarina"da işçilərin hüquqları pozulur? - Şirkətin rəhbəri inzibati məsuliyyətə cəlb edildi
30 Oktyabr 2024 Uğur qazanan insanların sirri - BUNLARI ETSƏNİZ...
29 Oktyabr 2024 AÇIQLANDl! Minimum əməkhaqqı və pensiyalar bu qədər ARTIRILACAQ
28 Oktyabr 2024 Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ
28 Oktyabr 2024 Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
27 Oktyabr 2024 15-19 yaş arasında 2596 abort... - Dəhşətli statistika
26 Oktyabr 2024 Qəbul planının artırılması keçid ballarına necə təsir edəcək? — 2026-cı ilə kimi ...
25 Oktyabr 2024 "Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın
25 Oktyabr 2024 Səfər Mehdiyev DGK əməkdaşlarının pensiya hüququnu necə pozub?
25 Oktyabr 2024 Rusiyada "iPhone" sahibləri daha çox borclanır

Dünyapress TV

Xəbər lenti