Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”
“Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə-belə verməmişik”.

Bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin nikah yaşı ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb:

“Bu gün real vəziyyəti nəzərə alaraq təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın və nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına vüsət yaradır. Buna görə də, biz nikah yaşının bir yaş aşağı 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki, bu, müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”.

B.Muradova onu da əlavə edib ki, 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu, xoşagələn hal deyil:

“Bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir. Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma, öyrənmə, savad, bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”.
 

Bölmənin digər xəbərləri

25 İyun 2024  “Cavabdeh YAŞAT Fondu deyil, TƏBİB-dir” - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
25 İyun 2024 Evlərə niyə “kupça” verilmir? - HƏQİQƏTƏN DƏ..
24 İyun 2024 Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR: Gələn aydan çıxarış ala biləcəklər
24 İyun 2024 “Pensiya məmurları” işləyən pensiyaçıların pullarını yeyirlər
22 İyun 2024 Sertifikatlaşdırma imtahanı: əməkhaqqısı artırılanların sayı 55 000-ə çatacaq?
21 İyun 2024 Pensiyaların artımı ilə bağlı deputatdan açıqlama
21 İyun 2024 Taksi bahalaşdı, marşrutların intervalı isə 40 dəqiqə oldu… - BELƏ HARA GEDİRİK?..
21 İyun 2024 DİM imtahanda yüksək nəticə göstərən abituriyentin adını açıqlayıb
20 İyun 2024 "Xalxın uşağına bax, gözünə su al"... Uşaqları tənqid etmək dəstəkləyicidir, yoxsa dağıdıcıdır?
20 İyun 2024 Ağıllı insanların özlərinə saxladıqları 9 şey
19 İyun 2024 Niyə Sovet İttifaqı mövcud olmayan məhsulların minlərlə reklamını hazırlayırdı?
18 İyun 2024 4 nəfərlik ailənin yaşaması üçün 3 min manat lazımdırsa... - Deməli, əksəriyyətimiz YAŞAMIRIQ...
18 İyun 2024 Hələ də həllini tapmayan problemin müvafiq qurumlar tərəfindən araşdırılmasına,dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur.
17 İyun 2024 «Bakı Sığorta»da İFLAS TƏZAHÜRLƏRİ... - İşçilər ixtisara salınır...
17 İyun 2024 Bayram günlərində bölgə hotellərində yer varmı? - VİDEO
15 İyun 2024 Neftin istismarinda əməyi olmayan kabinet işcisi dəfələrlə cox pul alir, işçilər isə olduqca aşağı
14 İyun 2024 Vahid Əhmədovdan qazilərlə bağlı sərt irad: - "Ayaqüstə əsirdi, komissiyaya göndərdim ki..."
14 İyun 2024 "Əsas problem doğrudan da DSMF ödənişləri ilə bağlıdır..." - HƏQİQƏTƏN DƏ...
14 İyun 2024 Ali təhsillilərin sayı süni şəkildə artırılır, işsizlər "ordu"su böyüyür
13 İyun 2024 Şəhid ailələrinin hüquqları artırılır

Dünyapress TV

Xəbər lenti