"Qərb Avrasiya qitəsinin müxtəlif yerlərində dağıdıcı fəaliyyətini dayandırmır".
Musavat.com rus mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Qərb Cənubi Qafqazda israrla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün öz xidmətlərini ortaya qoyur”, - Rusiya XİN rəhbəri xüsusilə qeyd edib.
Lavrovun sözlərinə görə, regional oyunçuların öz ərazilərində mübahisələrin həllində məsuliyyətini dərk etməsi Cənubi Qafqazda “3+3” platforması kimi strukturların fəaliyyətində özünü göstərir.
"Hesab edirəm ki, bütün bu formatlarda toplanmış təcrübədən mövcud təşəbbüslərin, o cümlədən Avrasiyanın təhlükəsizlik arxitekturasının formalaşdırılması kontekstində uyğunlaşdırılması üçün fəal istifadə edilməlidir", - nazir əlavə edib.