Gürcüstan prezidenti Salome Zurabişvili də mitinqə gəldi
Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətə dəstək mitinqinə gəlib.

Tribunainfo.az rus mediasına istinadən xəbər verir ki, parlament binasına ölkənin müxalifət partiyalarının liderləri də gəlib.

Qeyd edək ki, Tbilisidə etirazçılar parlament binası yaxınlığındakı yola çıxıblar, nəqliyyatın hərəkəti mümkün deyil. Artıq yüzlərlə müxalifət tərəfdarı meydana toplaşıb. Şota Rustaveli küçəsi bağlanıb. İnsanların əllərində Gürcüstan, Avropa İttifaqı, Ukrayna, ABŞ və digər Qərb ölkələrinin bayraqları var. İnsanlar toplaşmağa davam edir.

Nəzərə çatdıraq ki, Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 27-də axşam ölkə üçün kritik əhəmiyyət kəsb edən parlament seçkilərinin bitməsindən bir gün sonra brifinq keçirərək “seçkilərin tamamilə saxtalaşdırıldığını” bəyan edib.

Prezident seçki nəticələrini tanımadığını bildirib və hər kəsi oktyabrın 28-də saat 19.00-da parlament binası qarşısına simvolik etiraz aksiyasına – yeni seçilmiş parlamentin qeyri-legitimliyini bütün dünyaya çatdırmaq üçün toplaşmağa çağırıb.
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 SEPAH-ın arzusu ürəyində qaldı, Pezeşkian Bakıya gəlir
05 Noyabr 2024 İlham Əliyev Qlobal Sammitin iştirakçılarına müraciət ÜNVANLADI
05 Noyabr 2024 Ərdoğan Qırğızıstana getdi
04 Noyabr 2024 Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 Noyabr 2024 Fiinlandiya Rusiyaya nota göndərdi
04 Noyabr 2024 Macarıstanın Baş naziri Avropanın siyasətçilərini kəskin tənqid edib
04 Noyabr 2024 İstənilən qanuna yenidən baxa bilərik – Tiflis geri çəkilir?
03 Noyabr 2024 PUTİN MDB İLƏ BAĞLI TƏHLÜKƏLİ PLANINI AÇIQLADI - "Biz buna imkan verməməliyik"
03 Noyabr 2024 Pezeşkian Azərbaycanla dəhlizin tez açılmasında maraqlıdır
02 Noyabr 2024 İraqın Baş naziri Türkiyədə
02 Noyabr 2024 Aİ ölkələrinin liderləri Orbanı “bloklamaq” qərarına gəliblə
02 Noyabr 2024 Şahin Mustafayev Qriqoryanla görüşdü: Razılıq əldə edildi
01 Noyabr 2024 Lavrovdan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mühüm AÇIQLAMA "Qərb israrla..."
31 Oktyabr 2024 Azərbaycanda unun qiyməti müəyyənləşdi - Bu tarixdən etibarən....
31 Oktyabr 2024 Mirzoyandan sülh açıqlaması: "İki bənd üzrə razılığa gələcəyik"
30 Oktyabr 2024 Qərb ölkələri Gürcüstanla əlaqələri kəsir – Kanada, İsveç qərar verdi, ABŞ isə...
30 Oktyabr 2024 "Hizbullah"ın yeni lideri: Naim Qasim haqqında nə məlumdur?
29 Oktyabr 2024 Tiflisin küçələrində Makron və Paşinyan Azərbaycana qarşı döyüşür: Güney Qafqazın taleyi... - TƏHLİL
29 Oktyabr 2024 Şoyqu gözlənilmədən bu ölkəyə uçdu
28 Oktyabr 2024 Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat

Dünyapress TV

Xəbər lenti