Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
“Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində görüşü diqqətçəkən olsa da bu, yaxın zamanlarda sülhün əldə ediləcəyi mənasına gəlmir”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Politoloq bildirib ki, sülhün əldə edilməsi üçün Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən konkret, kifayət qədər aydın mövqeyi var:

“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasını dəyişməli, yəni separatizm meylləri rəsmən aradan qaldırılmalı, faktiki mövcud olmayan ATƏT-in Minsk Qrupu de-yure ləğv edilməlidir. İrəvan bu şərtləri yerinə yetirmədiyi təqdirdə, heç bir görüş sülh üçün irəliləyişlərə səbəb olmayacaq.

Ermənistan hazırda xüsusilə COP29 öncəsi Azərbaycana qarşı təzyiq alətlərinin formalaşdırılmasına cəhd edir. İrəvan Qərbdəki himayədarlarının Bakıya təzyiqlərini artırmaqla öz maraqlarına uyğun formada sülh sazişinin imzalanmasına çalışır. Yəni konstitusiya dəyişikliyini sonrakı mərhələyə saxlamaqla əlindəki manevr imkanlarını qorumaq istəyir. Eyni zamanda sülh sazişi mətninə sərhədlərin Ala-Ata Bəyannaməsinə uyğun delimitasiya olunmasını təsdiq edən bəndin əlavəsini hədəfləyirlər. Əlbəttə Azərbaycan bununla heç bir halda razılaşmayacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Ermənistanın bu istək və planlarının reallaşma perspektivləri sıfıra bərabərdir:

“Çünki Azərbaycan ilk növbədə haqlı tərəfdir, bütün addımlarında beynəlxalq hüquqa istinad edir. Eyni zamanda böyük hərbi və diplomatik üstünlüyə malikdir. Yəni İrəvanın prosesi uzatması sadəcə Ermənistanın dövlət kimi varlığını sual altına salacaq. Bu ölkənin uzaq perspektivə hesablanan uyğun geosiyasi zəmin xəyallarının heç bir əsası yoxdur. Proseslər sürətlə və Ermənistanın maraqlarının tamamilə əksinə gedir”.
 

Bölmənin digər xəbərləri

05 Noyabr 2024 SEPAH-ın arzusu ürəyində qaldı, Pezeşkian Bakıya gəlir
05 Noyabr 2024 İlham Əliyev Qlobal Sammitin iştirakçılarına müraciət ÜNVANLADI
05 Noyabr 2024 Ərdoğan Qırğızıstana getdi
04 Noyabr 2024 Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 Noyabr 2024 Fiinlandiya Rusiyaya nota göndərdi
04 Noyabr 2024 Macarıstanın Baş naziri Avropanın siyasətçilərini kəskin tənqid edib
04 Noyabr 2024 İstənilən qanuna yenidən baxa bilərik – Tiflis geri çəkilir?
03 Noyabr 2024 PUTİN MDB İLƏ BAĞLI TƏHLÜKƏLİ PLANINI AÇIQLADI - "Biz buna imkan verməməliyik"
03 Noyabr 2024 Pezeşkian Azərbaycanla dəhlizin tez açılmasında maraqlıdır
02 Noyabr 2024 İraqın Baş naziri Türkiyədə
02 Noyabr 2024 Aİ ölkələrinin liderləri Orbanı “bloklamaq” qərarına gəliblə
02 Noyabr 2024 Şahin Mustafayev Qriqoryanla görüşdü: Razılıq əldə edildi
01 Noyabr 2024 Lavrovdan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mühüm AÇIQLAMA "Qərb israrla..."
31 Oktyabr 2024 Azərbaycanda unun qiyməti müəyyənləşdi - Bu tarixdən etibarən....
31 Oktyabr 2024 Mirzoyandan sülh açıqlaması: "İki bənd üzrə razılığa gələcəyik"
30 Oktyabr 2024 Qərb ölkələri Gürcüstanla əlaqələri kəsir – Kanada, İsveç qərar verdi, ABŞ isə...
30 Oktyabr 2024 "Hizbullah"ın yeni lideri: Naim Qasim haqqında nə məlumdur?
29 Oktyabr 2024 Tiflisin küçələrində Makron və Paşinyan Azərbaycana qarşı döyüşür: Güney Qafqazın taleyi... - TƏHLİL
29 Oktyabr 2024 Gürcüstan prezidenti Salome Zurabişvili də mitinqə gəldi
29 Oktyabr 2024 Şoyqu gözlənilmədən bu ölkəyə uçdu

Dünyapress TV

Xəbər lenti