Rəisi ölümündən əvvəl Azərbaycan haqda nə demişdi?
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter ötən gün qəzaya uğrayıb. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.

İbrahim Rəisi ölümündən öncə, dünən - mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş.

Azərbaycan və İran prezidentləri ötən gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

İran Prezidenti Seyid İbrahim Rəisi görüşdə bunun hər iki dövlət üçün uğurlu olduğunu bildirmişdi:

“Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.
 

Bölmənin digər xəbərləri

24 İyun 2024 Tramp artıq özünün vitse-prezidentini seçib
24 İyun 2024 İranda prezident seçkiləri üçün 60 minə yaxın seçki məntəqəsi hazırlanıb
22 İyun 2024 Növbədənkənar seçkilərin əleyhinə 1 deputat səs verdi
22 İyun 2024 Müxalifət seçkilərdə iştirakla bağlı qərarını açıqladı
21 İyun 2024 YAP QƏRARININ SƏBƏBİNİ AÇIQLADI - Milli Məclisin buraxılması təşəbbüsü ilə niyə çıxış edir?
20 İyun 2024 YAP NÖVBƏDƏNKƏNAR SEÇKİ QƏRARI VERDİ – Parlament buraxılır...
20 İyun 2024 Sallivan-Qriqoryan görüşü: Ağ ev İrəvandan nə tələb edir? - GƏLİŞMƏ
20 İyun 2024 Rusiyanın Ukraynaya qarşı təcavüzünü Çin, Şimali Koreya və İran dəstəkləyir – NATO baş katibi
19 İyun 2024 Paşinyan Ərdoğana zəng etdi
19 İyun 2024 İki ölkə Ruttenin NATO-nun Baş katibi olmasına qarşıdır
19 İyun 2024 Sallivan Qriqoryana nə deyib?
18 İyun 2024  İmza atmadı, çıxışdan imtina etdi: Qriqoryan nədən qorxdu? - HƏQİQƏTƏN DƏ...
18 İyun 2024 Putin çalışır ki, ABŞ ilə bazarlığa getsin - RƏY
17 İyun 2024 Moskva-Kiyev danışıqlarının detalları: - görüşlərdə nələr müzakirə edilib?
17 İyun 2024 "Müqavilə və kollektiv birliklər dövlət marağından üstün deyil" - ŞƏRH
15 İyun 2024 “Adi kağız parçasıdır” – Zaxarova Baydenlə Zelenskinin imzaladıqları sazişdən DANIŞDI
15 İyun 2024 NATO Ukraynaya “yaşıl işıq” yandırdı: Ölüm-qalım məsələsi olacaq
14 İyun 2024 ABŞ Türkiyə ilə ANLAŞDI: Vaşinqtonun göndərdiyi Qəbul məktubu imzalandı13 İyun 2024 19:24
14 İyun 2024 Ərdoğan ABŞ və Qərb ölkələrinə ÇAĞIRIŞ ETDİ
14 İyun 2024 Türkiyə ilə İspaniya arasında 11 sənəd imzalanıb

Dünyapress TV

Xəbər lenti