Azərbaycanda benzin nə qədər bahalaşacaq? - MƏBLƏĞ
Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir. Artıq “Aİ-92” markalı benzinin və dizelin qiymətinin nə qədər artacağı məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artımın 10-15 qəpik aralığında olacağı nəzərdə tutulub.

Yaxın günlərdə artımın baş verəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelin qiyməti isə 80 qəpikdir.

Xatırladaq ki, Azərbaycanda elektromobillərə tələbat artıb. Bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 53,5 milyon dollar dəyərində 1250 ədəd elektrikli avtomobil idxal olunub. Belə ki, son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb. Ötən il ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb.
 

Bölmənin digər xəbərləri

02 İyul 2024 Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
01 İyul 2024 Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənib - QƏRAR
01 İyul 2024 Aİ-95 markalı benzin 40 qəpik ucuzlaşdı
01 İyul 2024 Azərbaycanda benzinin və dizel yanacağının qiyməti qaldırıldı
01 İyul 2024 Honkonq Rusiya almazlarının idxalını təxminən 20 dəfə artırıb
30 İyun 2024 Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
30 İyun 2024 İlin əngəlçisi
30 İyun 2024 Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb
29 İyun 2024 SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – Siyahı
29 İyun 2024 Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir? (VİDEO)
28 İyun 2024 SOCAR rəhbərliyi ötən il nə qədər əməkhaqqı alıb?
28 İyun 2024  Azərbaycan manatı türk lirəsi qarşısında yeni rekorda imza atıb - Naxçıvanlılar Iğdıra axın etdi
28 İyun 2024 Azərbaycanda bütün yanacaq növlərinin QİYMƏTİ DƏYİŞƏCƏK? - SƏBƏB
27 İyun 2024 Varlılardan yığılan vergi ilə büdcə artdı
26 İyun 2024 Mikayıl Cabbarovun 20 ildə regionlara 105 mlrd. manat qoyduğu "investisiya" hanı?
26 İyun 2024 Azərbaycanda avtomobillər kosmik həddə ucuzlaşacaq - Ekspert danışır...
25 İyun 2024 Bahalaşma davam edir: Azərbaycanda ƏDV limiti ARTIRILIR? - AKTUAL
24 İyun 2024 Maaş artımı: statistika sevindirir, reallıq duruxur - Cari il əmək haqları harada və nə qədər artıb?
22 İyun 2024 Çin Mərkəzi Bankından yuana dəstək
22 İyun 2024 Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO

Dünyapress TV

Xəbər lenti