|
UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu adına namizədləri elan edib.
Musavat.com QOL.az-a istinadən xəbər verir ki, 4 namizəd arasında “Qarabağ”ın futbolçusu Toral Bayramov da var.
23 yaşlı futbolçu dünən komandasının “Bodo Qlimt”lə (Norveç) səfər matçında (2:1) uzaq məsafədən gözəl qol vurub.
Toralla yanaşı, “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da namizədlər sırasındadır.
Qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.
Avroliqada həftənin ən yaxşı adına namizəd 4 qol