b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_cb933b5b4c83841615cc0a1e8e6e1294.png
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: “İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.

Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir: “Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.

2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.

Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.

Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. “Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - Ərdoğan vurğulayıb.

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 "Trampın Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid edirik" - Ərdoğan
14 Noyabr 2024 Tramp Baydenlə görüşüb - VİDEO
14 Noyabr 2024 "ƏGƏR BİZ CƏNGƏLLİYİKSƏ, ONDA İŞLƏRİMİZƏ QARIŞMAYIN" - Prezidentdən ağır ittihamlar + VİDEO
13 Noyabr 2024 Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir - Prezident
13 Noyabr 2024 COP29-un liderlər sammitinin açılışı: Prezident çıxış etdi – VİDEO
12 Noyabr 2024 COP 29: Bakıya hansı dövlət nümayəndələri GƏLİB?
12 Noyabr 2024 Dünya liderləri Bakıda sammitə toplaşırlar - CANLI YAYIM
12 Noyabr 2024 Lukaşenko Bakıda musiqi sədalarımız altında şam etdi - VİDEO/FOTO
12 Noyabr 2024 Mişel COP29 ilə bağlı paylaşım edib: "Ədalətli və inklüziv keçid üçün tədbir görməliyik"
12 Noyabr 2024 Moldova Respublikasının prezidenti Azərbaycana səfərə gəlib
11 Noyabr 2024 Peskov: Trampı Bayden və Harrisdən daha az proqnozlaşdırmaq olur
11 Noyabr 2024 Mirzoyan Bakıya gəlmir – bu ölkəyə gedir
11 Noyabr 2024  Tramp “ağır artilleriyanı” işə salır: - Pompeo mühüm posta gətirilir
10 Noyabr 2024 Bayden Trampla görüşəcək
10 Noyabr 2024 Donald Tusk Ukraynadakı münaqişənin həlli üçün şərt qoydu
09 Noyabr 2024 Trampın yeni dünya nizamı: Bizi necə bir gələcək gözləyir?
08 Noyabr 2024 Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
08 Noyabr 2024 Ukrayna müharibəsini bu diplomat həll edə bilər
07 Noyabr 2024 Bayden və Harris Trampı təbrik etdilər
07 Noyabr 2024 Bayden Trampı telefonla təbrik edəcək

Dünyapress TV

Xəbər lenti