Qida əlavələri nə zaman zərərli ola bilər?
Qida əlavələri bədənin ehtiyac duyduğu vitamin, mineral, amin turşuları və digər maddələri təmin etmək üçün istifadə olunan məhsullardır. Foodinfo.az xəbər verir ki, qida əlavələri müxtəlif formalarda
– kapsul, toz, maye və ya tabletlər şəklində olur və qidalanma çatışmazlığı olan şəxslərə dəstək məqsədi daşıyır. Məsələn, D vitamini və kalsium sümükləri gücləndirir, omeqa-3 isə ürək sağlamlığına müsbət təsir göstərir.
Ancaq qida əlavələrindən düzgün istifadə olunmadıqda sağlamlıq problemləri yarana bilər. Çünki bəzi vitamin və mineralların həddindən artıq qəbulu zəhərlənmə riskini artırır və orqanizmdə yan təsirlərə səbəb ola bilər.
Əlavələrin mütləq həkim məsləhəti ilə qəbul edilməsi vacibdir, çünki hər bir insanın ehtiyacı fərqlidir.
Qida əlavələri sağlam qidalanma və balanslı pəhriz ilə birlikdə istifadə olunduqda bədənə faydalıdır, lakin sağlam qidalanmanın əvəzi kimi qəbul edilməməlidir.
 

Dünyapress TV

Xəbər lenti