Gerard Pike və Şakiranın uzun illərdir davam edən münasibəti keçmiş futbolçunun xəyanəti səbəbindən 2022-ci ildə bitib.
Milliyet bildirir ki, müğənni ayrılıqdan sonra uşaqları ilə birlikdə ABŞ-a köçüb.
Gerard Pike, Şakiranın 2022-ci ildə bitən münasibətləri barədə ictimaiyyətə yalan məlumat verdiyini iddia edib.
Pike ayrılıqdan uzun müddət sonra açıqlama verib. 37 yaşlı keçmiş futbolçu müsahibəsində Şakiranı ayrılıqları ilə bağlı tam həqiqəti söyləməməkdə günahlandırıb.
“Axı həqiqət və ya baş verənlər təsvir olunduğu kimi deyil. Mən bu vəziyyəti idarə edə bilmirəm”, – Pike deyib.
Pike axtardığı xoşbəxtliyi 25 yaşlı Klara Çia Marti ilə münasibətində tapdığını bildirib. Məşhur ad, “Məni sevdiklərim, ailəm və dostlarım əhatə edir. Onlar sizi həqiqətən tanıyırlar, nə etdiyinizi bilirlər və bu mənə böyük rahatlıq verir. Çox xoşbəxtəm, əla vaxt keçirirəm və mən özümü imtiyazlı hiss edirəm, həyatımın klubunda 20 ildən çox oynaya bilmək, gözəl uşaqlar, inanılmaz ailə, ömürlük dostlar, hələ də məktəbdən gələn dostlarım”, deyə fikrini bildirib.